Gənclər yerli seriallar barədə düşünür? 

 

Polemika

 

Artıq iki ilə yaxındır Azərbaycan telekanallarında türk dilində olan serialların yayımı dayandırıldığından yerli seriallar önə çıxmağa başlayıb, bu sahədə canlanma müşahidə olunur. Bu iki il ərzində Azərbaycan seriallarının süjet xəttindən tutmuş aktyor oyunu, rejissor istedadına kimi bütün mövzular peşəkarlar tərəfindən eninə , boyuna da müzakirə edilib. Gənclərimizin yerli seriallara münasibəti necədir, onlar hansı seriallara baxırlar ümumiyyətlə, seriallarımızı izləyirlərmi?

 

Bu sahədə məktəb yoxdur

Ülkər İsayeva, sosial media meneceri

 

Ülkər Azərbaycan seriallarını izləmədiyini deyir. Yalnız təsadüfən kanalı çevirərkən, yaxud kimsə baxarkən izlədiyi anlar olub: “Xarici serialların yerli kanallarda yayımı dayandırılarkən çox sevinmişdim. Düşünürdüm ki, artıq bizdə keçmişdə çəkilən filmlərimiz kimi keyfiyyətli filmlər çəkiləcəyini, bu sahədə inkişaf olacağını düşünürdüm. Amma təəssüflər olsun ki, gözlədiyimin əksi oldu. Hazırda çəkilən serialların əksəriyyəti demək olar ki, plagiatdır, üstəlik təbiilikdən əsər-əlamət yoxdur”.

Kinoya, seriala baxarkən insanın bir müddətlik olsa, real həyatdan uzaqlaşmaq istədiyini deyən Ülkərin fikrincə, bizim seriallarımızı izləyəndə bu, alınmır: “ kamera qarşısında oynayan aktyorlarımız, onları yönləndirən rejissorlarımız peşəkar olmadığımdan çəkilişlər təbii alınmır. Kamera ilə işləmək bacarıqlarının zaman-zaman təcrübə ilə düzələcəyini düşünürəm”.

Ülkər yerli serialların süni alınmasının səbəbini bu sahədə məktəbin olmamasında görür: “Aktyor aktrisa olmaq istəyən tələbələr üçün yaxşı təcrübə olmalıdır ki, onlar özlərini inkişaf etdirə bilsinlər. Amma təəssüflər olsun ki, onlar üçün lazımi şərait yoxdur. Bir serialda çəkilən 30-40 nəfərdən cəmi 2-3-ü rollarını təbii aparırlar. Buna da səbəb rejissorların aktyor seçimi zamanı peşəkar aktyor aktrisalara deyil, kamera qarşısına ilk dəfə çıxan istedadı olmayan adamlara üstünlük vermələridir. Buna da səbəb aktyora veriləcək qonorardır. Təbii ki, peşəkara normal qonorar verilməlidir ki, obrazı canlandırmağa razılıq versin. Amma rola çəkilmək üçün yalvaran qeyri-peşəkarlar qədər istəsən var”.

 

Serial çəkilişi ilə peşəkarlar məşğul olmalıdır

Famil Fərhadoğlu, prodüsser

 

Famil milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında ölkə prezidentinin 9 sentyabr 2011-ci il tarixli sərəncamından sonra yerli serialların çəkilişində canlanma müşahidə olunduğunu deyir: “Xarici serialların efirdə əcnəbi dildə verilməsinə qadağa qoyulması bu canlanmanı sürətləndirdi. Bəzi televiziyalar prodakşnlar serial çəkməyə başladılar”.

Seriallardan bəzilərini çıxmaq şərti ilə əksəriyyətinin çəkiliş aktyor ifası baxımından uğurlu olmadığını deyən Familin sözlərinə görə, müəyyən zaman keçməlidir ki, serial sahəsində uğur qazanılsın: “Seriallar arasında baxımlılıq cəhətdənSirrPərvanələrin rəqsidigərlərindən yaxşı mənada seçilir. Amma bəzi seriallar var ki, o seriallarda uğursuz çəkiliş aktyor seçimindəki yanlışlıq haqlı tamaşaçı narazılığına səbəb olur. Mənim subyektiv fikrimdi: serial çəkilişləri ilə professional ssenaristlər peşəkar rejissorlar məşğul olmalıdılar. Yerli serialların maraqsız alınmağının başlıca səbəblərindən biri ssenaristlərin maraqlı tamaşaçı cəlb etməyən ssenarilər yazmağından irəli gəlir. Ssenarilər mövzu baxımından bir-birini təkrarlayır. Bəzən isə hansısa türk ya xarici ölkə seriallarını yamsılamağa çalışırlar. Aktyor aktrisalarımız isə seriallarda rollarını teatralnı ifa edirlər. Bu cür səbəblər tamaşaçılarımızı yerli seriallarımızdan uzaqlaşdırır”.

Famil düşünür ki, serial çəkilişi ilə professional layihə rəhbərləri, rejissorlar ssenaristlər məşğul olsa, nəticə ürək açan olar: “Məsələn, “Sirrserialının layihə rəhbəri Oqtay Əliyev, rejissoru Rövşən İsax idi. Məncə, bu sahəni bilən xarici serialları təhlil edib uğurlu serial yarada bilən bu kimi şəxslərin işi uğurlu ola bilər. Seriallarımızda isə Mehriban Zəki, Dilarə Əliyeva, Mehriban Xanlarova s kimi aktrisalar, Elşən Rüstəmov, Fəxrəddin Manafov, Fuad Poladov s kimi peşəkar aktrisalar çəkilməlidir ki, həm rolunu uğurlu ifa edə, həm tamaşaçı cəlb edə bilsinlər. Bəzən elə təsadüfi şəxslər serial çəkilişləri ilə məşğul olur ki, bu sahədən xəbərləri belə yoxdur. Bu kimi səbəblər yerli seriallara marağı azaldır. Amma 3-4 serial var ki, onlara baxanda məndə inam yaranır ki, yerli seriallarımız zamanla daha maraqlı olacaq bu sahə daha da inkişaf edəcək”.

 

Reklamdan ibarət seriallar

 

Lalə Quliyeva,

Azərbaycan türkcəsi ədəbiyyatı müəllimi

 

Lalə yerli serialları izləmədiyini bildirir. Buna səbəbsə aktyorların rollarının süni alınmasıdır: “Anam serial həvəskarı kimi serialalrı izləyərkən mən bir neçə dəqiqəlik izləmək məcburiyyətində qalmışam. Aktyorlarımız sanki mətni hardansa oxuyurlar, həm intonasiya, emosiya əskikliyi, yaxud artıqlığı gözə girir. Süni alındığı üçün cansıxıcı gəlir. Seriallarımız həm süjet xətti, qoyulan məsələlər, canlandırılan hadisələr baxımından bizə yaddır. Bəlkə hansısa təbəqənin həyat tərzini əks etdirə bu mənada bugünkü reallığımıza uyğun ola bilər. Amma nəsə mənə "yapışmır". Seriallarımızın milli mədəniyyətimizdən uzaqlığını da vurğulamaq istərdim. Milliliyə düşkün insan olduğum üçün seriallarımızda da milli ruh görmədiyim üçün seriallarımızı sevmirəm”.

Lalə bizim kino yaradıcılarımızın Türkiyə serial “məktəbi”ndən yararlandığını düşünür: “ Türkiyə istehsalı, öz seriallarımızın milli ruhumuzu, adət-ənənələrimizi, yaşam tərzimizi əks etdirməməsi Şəxsən mənim üçün kifayətdir ki, bu serialları bəyənməyim izləməyim. Amma arada yerli istehsal olanBacanaqlarkimi komik seriallara baxıram. Bu serialların da çoxu sanki reklam rolikləridir. Sponsor şirkətlərin məhsullarının reklamı izləyicidə belə təəssürat yaradır ki, sanki serial arasında reklam yox, reklamlar arasında bədii bağlantı var”.

Lalə düşünür ki, aktyorlarımız rollarını süni aparsalar da, gənc olduqlarından peşəkarlaşmalarına ümid var.

 

Hazırladı:

Nil Məmmədli

 

Kaspi.- 2014.- 14 mart.- S.16.