Beynəlxalq Teatr
günü
27 mart 2014-cü il
İnsan cəmiyyətinin olduğu
hər yerdə - teatrın sənətinin nəfəsi duyulur. İnsanlar kəndlərdə,
ağacların altında,
məbədlərdə, məktəb
zallarında, şəhər
meydanlarında, teatr aləmi ilə birləşmək üçün
bir yerə toplaşırlar.
Bir yerə toplaşırıq ki, ağlayaq, gülək, xatırlayaq və unutmayaq...
Bir
yerə toplaşırıq
ki, texniki nailiyyətlərə heyrətlənək,
duyğularımızı paylaşaq,
bizləri ayıran sərhədi aşaq, rəngarəng təxəyyülümüzün
məhsulu olan mədəniyyətimizi birləşdirək.
İnsan
cəmiyyətinin olduğu
hər yerdə aktyor sənətinin ruhu dolanır. Cəmiyyətdə doğmuş bu
ruh bizim adətlərə bürünüb,
bizim dilimizi, ritmimizi və jestlərimizi qəbul edərək, bizi özünə məkan seçib.
27 mart isə bütün dünyada Beynəlxalq Teatr günü - teatr xadimlərinin bayramı kimi qeyd olunur. 1961-ci ildə Kanadada
Beynəlxalq Teatr İnstitutunun 9-cu Ümumdünya
konqresində BTİ-nin
Finlandiya mərkəzinin
prezidenti Arvi Kirimaa öz mərkəzi adından bu bayramın təsis edilməsini təklif etdi. Təklif Skandinaviya ölkələri
tərəfindən dəstəkləndi
və konqres tərəfindən qəbul
olundu.
Həmin
vaxtdan 27 mart (bu tarixdə Ümumdünya millətlər teatr festivalının Paris mövsümünün
açılışı olmuşdur) bütün dünyada Beynəlxalq Teatr günü kimi qeyd olunur.
Belə
əlamətdar bir gündə teatrımızın
mövcudluğuna sevinməyə
bilmirəm. Yəni
bu bayramı bizim də qeyd
etmək haqqımız
var. Bizim tarixi faktlarımız - səlnaməli
teatr tariximiz, sənətkarlarımız və
müasir gerçəkliyimizdə
bir-birindən yaraşıqlı
teatr binalarımz var...
20 il bundan öncə bütün dünyanı
heyrətə salan bir hadisə olmuşdu. Bu hadisə
kapitalın sosial teoriyası adlanır.
Sizlərdən
kimsə İtaliyada olubsa, çox yaxşı bilir ki, Cənubi İtaliyada əhali ancaq özününkinə
inanır. Ancaq
Şimali İtaliyada isə yad olanlarla
iş görmək olar. Tanış olmayanlara inam
burada sosial kapitalın imicidir.
Bridge-“körpü” yəni
tanış olmayanlar, özününkilərə
inam isə bond kapitalın əsasıdır
ki, bond - “əlaqə”
deməkdir. “Hansı insanlara inanmaq olar?”. Bir
eksperiment: 1989-cu ildə
insanların 88 faizi düşünürdü ki,
başqalarına inanmaq
olar. 2009-cu ildə
keçirilən sorğuya
əsasən insanların
88 faizi düşünür
ki, başqalarına inanmaq olmaz.
Daha
bir eksperiment. Siz küçədə içində
100 manat və plastik kart olan pul qabı itirirsiz.
Sonra baxırsız ki, pul qabının taleyi necə olacaq. Bir neçə variant var: ona heç kəs toxunmur, onu yerdən qaldırıb - aidiyyatı
orqanlara verirlər və ya özünə
götürürlər. Məncə Azərbaycanda
88 faiz deyil, bəlkə də 99 faiz sonuncu variantın
üzərində dayanacaq.
Yəni bizim ölkədə sosial kapital inamla deyil, hasarlarla,
onların hündürlüyü
ilə ölçülür.
Nə qədər hündür olsa o qədər çox gizlənmək olar.
Bəs
bunların teatra nə aidiyyatı var? Belə ki, məhz teatr sosial kapitalın
əsas faktorlarından
biridir. Bəlkə bizdə bu belə deyil. Ancaq bu gün Beynəlxalq
Teatr gününü
qeyd etmək haqqı olan və “sinəsinə döyən” teatrımız
reallıqdan qaça
bilməz. Bədii
istiqamətindən, stilistikasından
asılı olmayaraq teatrlarımızda tamaşaçılar
daha çox özününkilərə, tanış sifətlərə
baxmaq istəyirlər.
Lakin
əsas fakt bizim teatrın “bridge” tipinə uyğunlaşa bilməməsidir. İstər səhnədə,
istərsə də tamaşaçı zalında
yadlaşmaya, özünki
olmayana münasibət
birmənalıdır. Biz teatr deyəndə
tamaşa kimi “Hicran”, aktyor kimi isə sadəcə
keçmişi ayağa
qaldırmalıyıq.
Bəlkə
də burada bütün günahlar teatrlarda və onların meydana-səhnəyə
qoyduğu bədii məhsuldadır. Tamaşaçı zalında əyləşən
insanlar bir-birini tanımırlar. Onlar təsadüf
nəticəsində bir
araya gəliblər.
İnam mexanizmi tamaşaçıda
yalnız o zaman yaranar ki, o, həyacanlansın, qəlbi
ilə, beyni ilə hiss etsin, oturub “quru” danışığa
qulaq asmaqla-telefonla oyun oynayaraq vaxt itirməsin. Əgər teatr lazım olan məhsulu verə bilərsə, zalda əyləşən
bu qədər insanın vahid mövzusu yaranacaq. Yəni, insanlar arasında körpü salınacaq.
Körpü demişkən, əgər
insanlara qalsa körpülər çayların
üzərindən deyil,
evlərinin qapısından
dayanacağa qədər
bir yerdə salınardı. Körpülər isə qəbul olunan və lazım olunan yerlərdə salınır.
Teatr xadimlərinin təqdim etdiyi, əgər təqdim edə bilirsə, “körpü” cəmiyyətin bütöv
sosial-mədəni əlaqələrini,
əsasını təşkil
edə bilər.
Biz teatra mədəniyyətimizin
qorunmalı olan bir “muzeyvari” faktoru kimi deyil,
ölkənin əsas
sosial kapitalı kimi baxmaq istəsək,
onda ölkəmizin mədəni inkişafını
da, teatrlarımızın
“kənardaqalma” aqibətini
də hamımızın
xeyrinə həll etmiş olarıq. Bununla insanlar arasında olan keçilməz hasarlar yox olar,
inam və qarşılıqlı hörmət
yaranar.
Hasar
demişkən, bilməyənlər
bilsin ki, yazıq olmasınlar - yazıq bizim teatr mühitimiz (bura teatrda işləyən
bütün insanlar daxildir) maddi sıxıntının, cüzi-çox
cüzi məvacibin, saysız kreditlərin, pulsuzluğun ağır zərbələri altında
çökürlər.
Hərdən
düşünürəm ki, görəsən bizim teatrın nəyi çatmır? Sonra cavab verirəm, nəyi çatır.
Tələblər artıq, təkliflər
sıfır. Bizə hər
gün tamaşa lazımdır. Bu “biz” niyə bu həqiqətləri
biz kimi soxur teatrın canına? Teatr da bilmir
nəfəs alsın,
yoxsa nəfəs versin...
Aktyor
səhnəyə tam köklənməli,
dördüncü divarı
unutmalı, psixoloji durumu sadəcə tamaşaya köklənməlidir. Lakin... bu qədər sosial-maddi fəlakətin qarşısında aktyor necə fəlsəfə açsın? Bir zamanlar əlçatmaz olan aktyor bu
gün imkanı olsa tamaşaçı zalından kömək istər, bir dəfə də olsun teatra təşrif
etməyən məmurlardan
diqqət, “biz”dən isə heç olmaya fəxri ad...
Kimlər
üçünsə hər
gün bayramdır. Bizim də mart ayı bayramlar ayı kimi yəqin ki, kənar insanları heyrətə salır. Beynəlxalq
Teatr Günü deyəsən bu ayın sonuncu bayramıdır, yəqin ki, bayramlar ayına
teatral yekun vurmaq üçün...
Bayramınız mübarək !
Aygün
Süleymanova
teatrşünas
Kaspi.-
2014.- 28 mart.- S.11.