“Bizim teatr” festivalı 

 

Teatr Xadimləri İttifaqı Bakı Uşaq Teatrının birgə layihəsi başladı...

 

Bakı Uşaq Teatrı “Bir teatr-bir festival” layihəsi çərçivəsində artıq ikinci festivalını gerçəkləşdirir. “Bizim Teatr” adlandırılan festival 2014-cü il martın 27-29-u aralığında Bakıda keçirilir. Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə baş tutan festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

 

Teatr Xadimləri İttifaqı: Əsası 1897-ci ildə qoyulmuş bu təşkilat «Artistlər İttifaqı» adı ilə fəaliyyətə başlamış, 300-dək artist səhnə həvəskarını tərkibində birləşdirmişdir. 1920-ci ildən «Türk Aktyorlar İttifaqı», 1948-ci ildən «Azərbaycan Teatr Cəmiyyəti» kimi fəaliyyətini davam etdirən bu qurum, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır.

Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri xalq artisti, rejissor Azərpaşa Nemətdir.

Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd «Monotamaşa», iki «Him-cim» (Pantomim), iki «Eksperimental tamaşalar», «Festivallar festivalı», «Milli klassika», Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların «Yeni teatr» Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, «Beynəlxaq Çexov Festivalının «İpək yolu» mərhələsi», «Boş məkanın dolğunluğu», «2+1» Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır. Keçirilən festivallar Azərbaycanın teatr aləmində yeni-yeni adlar üzə çıxarmış, istedadlı gənclərin yetişməsində böyük rol oynamışdır.

İttifaq son illərdə ölkədə bədii qiraət sahəsinə marağı artırmaq məqsədilə görkəmli qiraət ustaları Həsən Əbluc Müxlis Cənizadənin xatirələrinə həsr edilmiş bədii qiraət müsabiqələri keçirmişdir.

Teatr Xadimləri İttifaqı həmçinin Mədəniyyət Turizm Nazirliyi ilə birlikdə teatr rəssamlarının I Biyennal sərgisini keçirmişdir. Özündə milli səhnəqrafiya sənətinin korifeylərindən tutmuş, sənətə yeni qədəm qoyan teatr rəssamlarının yaradıcılığınadək ehtiva edən bu sərgidə tarixi müasir tamaşaların dekorasiya geyim eskizləri, maketlər, orijinal səhnə geyimləri kuklalardan ibarət zəngin ekspozisiya nümayiş olunmuşdur.

Bakı Uşaq Teatrı: 2001-ci ildə yaradılıb. 2002-ci ilin mayın 1-də İntiqam Soltanın direktor-bədii rəhbər təyin olunması ilə fəaliyyətə başlayıb. 01 aprel 2013-cü ildən Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Q.Abbasov adına mədəniyyət evində yerləşir. Fəaliyyətdə olduğu müddətdə (böyüklər üçün 35, azyaşlılar üçün 61 olmaqla) 96 tamaşa hazırlayıb. Teatrda 70 nəfərə yaxın peşəkar uşaq mütəxəssisi çalışır. Bu festivalın ideya müəllifi Teatrın bədii rəhbəri İntiqam Soltandır.

 

Bir teatr-bir festival

Xatırladaq ki, Bakı Uşaq Teatrı öz daxilində artıq bir dəfə, 2011-ci ilin oktyabr ayında mono-tamaşalar festivalı keçirib. BUT-da çalışan hər aktyor ikinci festival üçün öz tamaşasını hazırlayıb. Onlardan bəziləri mono-tamaşa, bəziləri isə, iki daha artıq aktyorun iştirakı ilə qurulan tamaşalardır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Ümumilikdə, klassik, pantomim, eksperimental s. olmaqla 13 tamaşa hazırlanıb. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılıb.

Festivalın açılışı 27 Mart - Beynəlxalq Teatr Günündə Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında oldu. Ümümiyyətlə “Bizim Teatr” festivalı çərçivəsində bütün tamaşalar TXİ-nin tamaşa zalının səhnə foyesində nümayiş etdiriləcək.

Təşkilat Komitəsindən verilən məlumata görə, festivala qonaq qismində Türkiyə, İran, Gürcüstandan da teatr kollektivləri qatılacaq.

 

Festivalın proqramı isə belədir:

27 MART

Saat 17.00. “Apokalipsis”. Müəllif: Sien Eker, rejissor: M.Hacıbaba, musiqi tərtibatı: H.Rauf, Aktyor Niyaz Qasımov.

Saat 17.45. Gürcüstan-Xelvachaursk Teatrı

Saat 18.30. “Bir yoxsul olsaydım”. Müəllif Tuncer Cücenoğlu, rejissor: Ə.İlhamə, musiqi tərtibatı: H.Rauf, aktyorlar: Şahin Kazımov, Şəbnəm Nəsirova.

Saat 19.15. “İblis”. Ge de Mopassanın novellarının əsasında. Rejissor musiqi tərtibatı: Könül Şahbazova, aktyor: Xəyalə Meydanova.

28 MART

Saat 17.00. “Mən səni gözləyirəm əzizim”. Müəllif: Daroi Fo, Franka Rame. Rejissor: M.Hacıbaba, musiqi tərtibatı: Q.Niyaz, aktyor: Könül Şahbazova.

Saat 17.45 Bicirik. Eksanat teatrı “TÜRKİYƏ” tamaşasını,

Saat 18.30. “Ağac”. Rejissor: İntiqam Soltan, Musiqi tərtibatı: H.Rauf, aktyorlar: M.Cavanşir, Q.Niyaz, Ə.Elnur.

Saat 19.00. “Kibritsatan qız”. Müəllif: H.K.Andersen, Rejissor musiqi tərtibatı: Könül Şahbazova, aktyor: Türkan Şahmarlı.

Saat 19.30. “Kalxas” Müəllif: A.P.Çexov, Rejissor: İ.Soltan, musiqi tərtibatı: H.Rauf, aktyor: Cavanşir Məhərrəmov.

29 MART

17.00. “Retro”. Müəllif rejissor Arzu Soltan, montaj musiqi tərtibatı: H.Rauf, aktyorlar: İlhamə Əhmədova, Arzu Soltan.

17.45. “Kasıbın yuxusu” (illiuziya tamaşa). Müəllif: İ.Tofiq, rejissor: İ.Soltan, aktyorlar: Tofiq İsgəndərli, Rauf Şahsuvarov.

18.30. Təbriz-Kotal teatrı.

19.00. “Qucaqla məni”. Müəllif: Arzu Soltan, rejissor İ.Soltan, aktyorlar: Vüsalə Bəşirova, Ruslan Adıgözəlov.

 

Aygün Süleymanova

teatrşünas

 

Kaspi.- 2014.- 28 mart.- S.12.