Akademik Milli Dram Teatrında “MƏQAM”
30 aprel, 1 may tarixlərində
saat 17.00-da Akademik Milli Dram Teatrının kiçik səhnəsində
“Məqam” adlı yeni tamaşanın premyerası keçiriləcək.
Gürcü müəllifi
Gela Dumbadzenin “Gecə
qonağı” əsəri
əsasında hazırlanmış
tamaşanın quruluşçu
rejissoru Gümrah Ömər, rejissoru Aysel Əmiraslanova, quruluşçu rəssamı
Samirə Həsənova,
rejissor assistenti Ceyran Həsənlidir. Janrı “əcəl oyunu” kimi müəyyənləşdirilmiş
tamaşada Əməkdar
artist Vidadi Həsənov,
aktyorlar Amid Qasımov
və Könül Cəfərzadə çıxış
edirlər.
Gürcüstanın Ukraynadakı səfirliyində baş məsləhətçi vəzifəsində
çalışan Gela Dumbadze
Gürcüstanda ilk qeyri-dövlət
təşkilatlarından olan
“Abidələrin qorunması
üzrə gənclər
birliyi”nin banisi, Gürcüstanın, Almaniyanın,
Litva ədəbiyyat müsabiqələrinin laureatı,
“Sarı trolleybus”, “Mən
qaçanam” adlı novellalar toplusunun, “Gecə qonağı”, “Məktəb” pyeslərinin
müəllifidir. Müxtəlif dövrlərdə əsərləri
Litvanın, Rusiyanın
və ölkəmizin
dövri mətbuat orqanlarında dərc olunub. Təsviri sənət sahəsində
də uğurla çalışan müəllifin
əsərləri Tbilisinin
ən məşhur qalereyalarından olan Artqalereyada saxlanılır.
“Kiyev. Mistik pəncərələr”
adlı silsilə rəsmləri var.
Müəllifin “Gecə qonağı” əsəri dramaturji yükü və qeyri-adi hadisələr düzümü ilə fərqlənir. G.Dumbadzenin “Gecə qonağı”
əsəri əsasında
hazırlanan tamaşa
“Məqam” adı ilə tamaşaçılara
təqdim olunur.
Dövlət müşaviri vəzifəsinə,
bu yolda ona məhrəm və sadiq olan
insanları qurban verib yüksələn istedadlı və bacarıqlı şəxs,
karyerasının sonunda
tək-tənha qaldığını,
kimsəsiz və yararsız olduğunu anlayıb intihar etmək qərarına gəlir. Məhz intihara cəhdlər
etdiyi məqamda itirdiyi mənəvi-ruhsal dəyərləri özü
üçün yenidən
kəşf edib, ilahi və mənəvi
dəyərlərin aliliyinin
fərdin sosial həyatında olduqca gərəkli olduğunu dərk edir. Tamaşanın qəhrəmanı itirdiyi mənəvi əxlaqi-dəyərləri bərpa
edib varlığını
mənalandırır. İntihar etmiş olsa belə, aciz, günahkar bir insandan, çox incə və uzun bir yol
keçmiş mənəvi
ustada qədər ucala bilir.
Tamaşanın əsas mövzusu intihardır. İnsan zaman-zaman xislətindəki
naqisliklərdən doğan
bəlalardan, vərdişlərdən
qurtulmaq üçün
öz bəşəri
təbiəti ilə ciddi və amansız
mübarizə aparmalı
olur. Məhz həmin naqisliklərdən
qurtulmaq yolunda insanın apardığı
ölüm-dirim mübarizəsi
yolunda intihar istisna olunmur. Belə ki, şəxsin daxili və mənəvi-psixoloji iqtidarsızlığı
və refleksiya prosesi bəzən bunu labüdləşdirir.
Odur ki, içimizdə olan naqislikləri islah etmədən, yenisini yarada bilmərik. Rejissor tamaşada insanın
özü-özü ilə
əbədi və əzəli mübarizəsini
qabartmağa çalışıb.
İnsanın mənəviyyatı ilə şəxsiyyəti
arasındakı mübarizə
əslində insanı
kamilliyə aparan başlıca yollardan biridir.
75 dəqiqə davam
edən tamaşa kəskin temporitmi ilə seyrçini darıxmağa qoymur. Səhnədə tamaşaçının gözü
önündə keçmiş
dövlət müşavirinin
əcəl oyunu yaşanır. Ölümün
bir addımlığında
olan qəhrəman həqiqətə bir az da yaxınlaşır. Ölümü gözləmək ölümün
özündən daha
dəhşətlidir. Siz də Vidadi Həsənovun – Müşavirin
əcəl oyununa şahid olmaq istəyirsinizsə, yolunuzu
Füzuli meydanından
salın.
Altay Vaqif
Kaspi.-2014.-2 may.-S.10.