Gənclərə
sözüm var: “Ağıllı olun”
22 yaşlı Mina özünü Mirzə Ələkbər Sabirin davamçısı sayır
Şou biznes elə bir aləmdir ki, buraya bir daxil olan
sevinir, bir də oradan canını qurtaran. Nədənsə
gənclərin şouya marağı getdikcə artmaqdadır.
Özü də necə! Onlar bu aləmdə fərqlilik
edərək insanların yaddaşlarında qalmağa
çalışırlar. Biz isə səhnəyə
ilk addımlarını atan ifaçıların fərqli
üslublarını gördükcə təəccübümüzü
gizlədə bilmirik.
Beləliklə
“Gənclik qəzeti”nin bu həftədəki
qonağı ifası ilə fərqlənən,
mahnıları gənclərin dilindən düşməyən
22 yaşlı Minadır. Mina “Hər şey istəyirəm”,
“Qar qız”, “Varlı qadın”, “Gəlin dönək evə”,
“Dur hoppan” mahnısı ilə gənclərin sevimlisinə
çevrilib.
Redaksiyamızı “partlatmağa” hazırlaşan Mina
açıqlamaları ilə bizi çox təəccübləndirdi.
Əslində
mən pis insan deyiləm
- Sizin
adınız hər kəsdə maraq doğurub. Nə üçün “Mina” adını
özünüzə ləqəb
götürmüsünüz?
- Bu
adı özümə ləqəb götürməmişəm,
Mina mənim elə öz adımdır. Bu ad
sanki elə səhnə üçün yaradılıb.
Adımın mənası partlayış deməkdir.
Həyatda Mina adlı insan yoxdur.
- Qeyd
etdiniz ki, Mina adlı insan yoxdur. Bəs əsl
adınız nədir?
- Adım
elə Minadır, belə yaranıb, belə də gedəcək
(gülür). Şəxsiyyət vəsiqəmdə
də adım elə Mina gedir. Valideynlərim
mənə Mina adı veriblər. 1992-ci
ildə doğulmuşam və həmin illərin ən məşhur
adı idi Mina idi ki, valideynlərim də mənə o ada layiq
görüblər.
-
Mahnılarınızda biz üsyankar qızcığaz
görürük. O qız kimə və nəyə üsyan
edir?
- O
qız gənclərin arasında baş verən xoşagəlməz
hadisələrə üsyan edir, onlara doğru yol göstərməyə
çalışır. Gənclərə deyir
ki, “ağıllı olun”. İndi gənclərin
arasında baş verənləri çılpaq şəkildə
tamaşaçılara göstərməyə
çalışıram. Əvvəllər
cəmiyyətdə baş verən haqsızlıqları
şairlər yazaraq xalqa çatdırırdılar. Mən də bir növ onların
davamçısıyam. Mirzə Ələkbər
Sabir kimi satirik janrda yazıram və onları ifa edirəm.
- Məsləhət
vermək üçün yaşınız az
deyilmi?
- Əvvəllər tənqidlərə daha çox
tuş gəlirdim. Sosial şəbəkədə bir
mahnı yerləşdirən kimi onun altından xoşagəlməz
sözlər yazırdılar. Amma sonra
yavaş-yavaş insanları özümə,
mahnılarıma alışdırdım. Əslində
mən pis qız deyiləm. Mahnılarımla
siz gənclərə düzgün yol göstərmək istəyirəm.
Mən insanlara həqiqəti
çatdırıram. İnsanlar da
yavaş-yavaş məni başa düşürlər və
məni olduğum kimi qəbul ediblər.
-
Mahnılarınıza dırnaqarası baxanlara necə
münasibət bildirirsiniz?
- Onlara
çox normal münasibət bəsləyirəm. Çünki hərənin öz şəxsi fikri
var, onların da fikirlərinə hörmət edirəm.
Məni bəyənən də var, bəyənməyən
də. Şərt deyil ki, hamı məni
bəyənsin.
Hamı
kimi deyiləm
- Sizin
“Dur hoppan” mahnınız yaşlı nəslin nümayəndələri
tərəfindən böyük qınağa səbəb
oldu.
- Mahnımda
pisliklərə, haqsızlıqlara «dur hoppan» deyirəm. Biz mahnıda söyüşdən istifadə edə
bilmərik. Mənim üçün “dur
hoppan” sözü söyüşün ən pik nöqtəsidir.
Orada pisliklərə, qızların
gördüyü pis əməllərə “dur hoppan” deyirəm.
Mahnıya qulaq asan yəqin ki, mənə haqq
qazandırar. Mən düz yoldayam və bu
yolda mənə dəstək olan hər kəsə minnətdaram.
- Ailəniz
mahnılarını dinləyəndə sizə heç irad
tuturmu?
- Valideynlərim
mahnılarımı dinləyəndə mənə heç
nə demirlər. Bircə onu deyirlər ki,
imicini tez-tez dəyişmə. Anam
mahnılarıma deyil, hər dəfə imicimə irad tutur.
Deyir ki, saçların gah uzanır, gah
qısalır, gündə bir vidə düşür,
çalış dəyişmə (gülür).
-
Yazdığınız mahnıları başqa kimsə
oxuyurmu?
- Bəli.
“Hər şey istəyirəm”
mahnısını xalam qızı Elnarə oxuyub.
-
Tanınmadığınız vaxtlarda xalanız qızı
Elnarənin adından istifadə etmisinizmi?
- Mən
bunu niyə danmalıyam ki. Elnarə mənim
xalam qızıdır. O mənim əzizim,
bacımdır. İlk addımlarımda o mənə
dəstək olub. Bunu heç vaxt unutmaram.
- Nə
üçün həmişə belə fərqli mahnılar
ifa edirsən?
-
Çünki özüm də, ruhum da, düşüncələrim
də fərqlidir. Bilirəm ki, hamı kimi deyiləm.
- Belə
mahnılar oxumaq üçün insanda bir az
cəsarət də lazımdır. İçində
heç zaman qorxu olmayıbmı?
- Mən Allahdan başqa heç kimdən qorxmuram. Arxamda dağ
kimi ailəm durub və onlar mənə hər zaman dəstək
olublar. Hamı bilir ki, mən şıltaq
gəncəm. Çıxıb oxuyuram, hər
kəs də məni normal qəbul edir.
Mina evlənir?
- Sonuncu
mahnınız “Eşq oğrusu” idi. Ötən
həftə də sosial şəbəkədə gəlinlik
libasında şəklinizi paylaşdınız. Bu da insanlar arasında söz söhbətə səbəb
oldu.
- Bəli.
Əslində ortada heç nə yoxdur. “İncilər” verilişində gəlinlik geyinməli
oldum. O, şəkli də sosial şəbəkədə
paylaşdıq. Saytlar xəbər yaydı ki,
Mina evlənir. Ancaq yaxın 5 il ərzində
ailə həyatı qurmaq istəmirəm. “Eşq
oğrusu” isə mənim təzə mahnımdır. Mahnının musiqisi Mövludun, sözləri reper
Şahruzundur. Heç bir qızın həyatında
eşq oğrusunun olmasını arzulamıram. İndi oğlanlara inam yoxdur, qızların
saflığından istifadə edib onları aldadırlar.
- Həyatınızda
belə bir şey olubmu?
- Xeyr,
olmayıb. Dostlarımın başına gəlib.
Mən də oxudum ki, qoy qızlar
ayılsın. Həmin mahnıya 3D
qrafikalı klip çəkdirmişəm. Səviyyəli
bir iş olacaq.
- Mina nə
vaxt partlayacaq?
- Yəqin
ki, “Robot” mahnım efirlərə çıxandan sonra mina
yenidən partlayacaq. “Hər şey İstəyirəm”
mahnısından sonra Mina artıq partlayıb. İndiyə kimi “Ağabəyovlar”, “Fatma”
serialında və “Xoca” filmində çəkilmişəm.
Bir neçə seriallar da var ki, onlara da çəkiləcəm.
Mina növbəti dəfə də onda
partlayacaq. Yeniliklərimlə yenidən
partalayacağımı düşünürəm. Belə ki, iyunun 1-də bütün Azərbaycan
reperləri ilə və mənim ifamda böyük bir konsert
olacaq. Ondan sonra daha böyük konsertlərim
gözlənilir. “Cavabsız sevgi”
mahnıma Lerikdə klip çəkdirmişəm. Yaxın zamanda həmin klipi təqdim edəcəm.
Bundan başqa, hərbi hissələrdə
konsert vermək niyyətindəyəm. Reper
«Nağd pul» Nadirlə yeni duetimiz olacaq. Onunla
birlikdə 12 mahnı düşünmüşük. Rihanna və Timati ilə duet oxumaq istəyirəm.
Bu mənim arzumdur.
- Səhv
etmirəmsə, Polad Bülbüloğlu ilə də duet
oxumusunuz.
- Bəli.
Polad Bülbüloğlu az öncə
sadaladıqlarımdan artıqdır mənim
üçün. “Şən Azərbaycan”
mahnısına klip çəkdirdik. Orada
köhnə kadrlardan da istifadə etdik.
Ruhən
ağır insanam
- “Hər şey istəyirəm” mahnınızdan sonra
istəyinizə çatdınız?
- Bəli,
onların bir hissəsi həyata keçdi. Misal
üçün, orada demişdim ki, “Xəbərçi” də
qonaq olum. Artıq oldum. Paparadzelərin hədəfinə tuş gəlim,
ulduz olum, bu arzularıma çatdım. Bir
tək istəyim var, o da Qarabağ bizim olsun. Orada Polad Bülbüloğlu ilə Zeynəb
xanım oxusun, mən də orada iştirak edim. İnşallah, o da olar.
- 10 ildən
sonra Mina özünü necə görür?
-
Özümü ağır, xanım-xatın, səhnədə
sözünü demiş birisi kimi görürəm. İndiki kimi çılğın,
qırıb-dağıdan insan kimi görə bilmirəm.
Hər yaşın öz gözəlliyi, istəyi,
arzuları var. 10 ildən sonra ağır bir qız olacam, bəlkə
10 ildən sonra oxumağı atdım (gülür). Əslində mənim ən böyük arzum məşhur
aktrisa olmaqdır. Müğənnilik sənəti
də yaxşıdır, ancaq bir yerə qədər. İndiyə kimi 3 serialda, bir filmdə çəkilmişəm.
Bundan sonrası da Allah kərimdir.
- Teatr səhnəsində
necə, özünü görə bilirsənmi?
- Teatr səhnəsində
özümü görə bilmirəm. Orada bir az
da pafos lazımdır. Mənim kriteriyalarıma
uyğun deyil. Filmlərdə daha çox
ağır Azərbaycan xanımı obrazlarında çəkilmək
istəyirəm. Hər bir obrazı
canlandıra bilərəm. Ağır
obrazları da oynaya bilərəm. Ancaq mənfi
xarakterli obrazları, açıq-saçıq geyimlərdə,
öpüşmələrdə və erotik səhnələrdə
oynamaram.
- Ulduz xəstəliyinə
tutulmusanmı?
- Ruhən
ağır bir insanam. İstəmərəm ki,
mənə desinlər ki, bu qız yüngüldür. Ulduz xəstəliyinə tutulmamışam. Ağac nə qədər bar versə də, o qədər
də başını aşağı salar. Nə qədər məşhur olsam, bir o qədər
sadə olacam. İndi Mina kimi
ifaçı varmı? Xeyr, Azərbaycanda
Minadan bir dənədir. Həm ad
baxımından, həm də ifaçı kimi. Bu yolda özümü tək görürəm.
Bu yol asan deyil. Əgər
kimsə gənclərdən bu yolu seçsə MİNA kimi həmişə
ona dəstək olmağa hazıram.
Xəyalə Rəis
Kaspi.-2014.-2
may S.17.