Markesin arxasınca…
Nilgün Cərrahoğlu
Qabriel intellektual bir mirasa sahib olmaqla yanaşı yüksək hissiyyatı, fərqli bir dərinliyi olan yazıçıdır…
Əsərlərinin çox az yazıçıda rast gəlinən mükəmməl bir arxitekturası var.
İspan dilinə hakim olması, söz seçimindəki incəliyi, mətnlərə hopan ritim və ahəng bacarığı Qabrielin bir zamanlar Servantes ləqəbiylə anılmasına yol açmışdı.
Kiçicik bir qorxu, bir dad at ya da
bir xatirə…
Onun yazdığı sətirlərdə
anındaca epik bir boy qazanırdı…
Örnək olaraq “Xolera günlərində eşq”
hekayəsinin bu giriş cümlələri:
“Önünə keçilməzdi.
Acı badamların qoxusu ona hər səfərində
qarşılıqsız eşqlərini
xatırladırdı”.
Ferminanı 51 il 9 ay 4 gün gözləyən...
Flrorintinonu beləcə
bizə badam ağacının acımtıl
o qoxunu duyarsınız...
Oxucuya belə bir gözəllik
ərməğan edən
Qabriel Qarsia Markesi mən də ən çox sevdiyim romanın başlanğıcıyla
salamlayıram...
Bu sətirləri təxminən
iki il
öncə yazmışam...
“XX əsr ədəbiyyatının
möhtəşəm qələm
sahiblərindən biri
– və məncə ən möhtəşəmi!- susdu. Artıq yazmayacaq”-
deyə, başladığım
yazını yazıçının
aldığı Alzeymir
(yaddaşın itməsi,
hafizənin qeyb olması- A.Ə) zərbəsindən
sonra qələmə
almışam.
Markesin yazıçı olan qardaşı Jaime Q. Markes
Latın Amerikasının
bu qeyri-adi ədəbiyyatçısının “Hafizə itkisi üzündən bundan sonra artıq yazmayacağını” bildirmişdi...
Xaruqələr yaradıcısı Markes, başqa sözlə, öz qınına çəkildi.
Fiziki olaraq həyatdan getməsi artıq bu gün
şok yaratması da, yenə də
arxasınca böyük
bir boşluq buraxır...
İspan
dilli ədəbiyyatının
ulduzu!
Elə-belə deyil... “İspan dili ədəbiyyatının Servantesə
bərabər ən böyük yazıcısı”
simasını qazanan bir yazıçıdan söz açırıq.
Beynəlxalq televiziya kanalları Markesin romanları əsasında çəkilən
filmləri yayımlayır. Qəzetlər səhifə-səhifə Markesin
əsərlərinə və
rəylərinə yer
verirlər, internetdə
Markesin qızıldan
qiymətli sözləri
ekrana daşınır.
Sadəcə, Nobel mükafatına layiq görülən bir yazıçını deyil,
rəqib tanımayn bir qələm sahibini itirdiyini hər kəs sezir.
Nə idi Markesi bu qədər
rəqibsiz edən?!
Markes hər şeydən əvvəl bir mirvari oxucusu kimi istifadə etdiyi “dil” oxucunu
az qala
başdan çıxaran
fövqəladə bir
kamilliyə sahib idi.
Türkiyə yazıçılarından ancaq
Yaşar Kamalın bu cür söz
və dil ustalığı ilə qarşılaşdıra biləcəyim
qeyri-adi bir istedadı vardı. Yenə
Yaşar Kamalın romanlarında olduğu kimi eynən yazıçının ancaq
öz dilində tam gerçəkliyi ilə
hiss edə bilirik. Seçmiş olduğu sözlərin
nə anlam daşımasına, ahənginə,
estetik zərifliyinə
önəm verən Markesin əslində heç bir tərcüməçisi əslinin
“Sənət bütövlüyünü”
olduğu kimi yansıtmır.
Heç bir tərcümə orijinal əsərin verdiyi həzzə yetişmirdi.
Bununla yanaşı
Markes bütün dünyanın yazıçısı
olmağından da vaz keçməyən bir yazıçı idi. Çünki söz üzərindəki
ustalığı ilə
yanaşı ürəklərin
dərinliyində vara
bilirdi.
“Həyat xatırlandığı
qədərdi”!
“Tənhalığın yüz ili” romanından
alınan bu sətirlər bir örnəkdir.
“... və getmiş
olduqları hər yerdə keçmişin yalan olduğunu, geri dönüş yolu olmadığını,
keçmis olan... hər əski baharın bir daha geri alınmadığını,
ən çılğın
və ən israrlı eşqin belə hər halda uçub gedən bir gerçək olduğunu xatırlayacaqdı...”
Küsüb gedən və geri qaytarılmayan zaman...
Günün sonunda “Həyat insanın yaşadığı
deyildir, əslində
xatırladığı və
necə xatırladığıdır”
deyən bir yazıçıdır Markes.
Bir Markes cümləsini oxuduğumuzda
ondan başqa kimsənin qələmindən
çıxmayacağınızı bilirsiniz.
Ünlü yazıçının “ovsunlayıcı
gerçəkliyi” bu idi.
Nur içində yatsın!
Azərbaycan türkcəsinə uyğunlaşdıran:
Akif Əhmədgil
Kaspi.-2014.-3-5 may.-S.17.