“Bu sənətin
gözəlliyini sözlə ifadə etmək mümkün
deyil”
Tural Həsənli: “Rəssamlığı
seçərkən bu sənətdən
gəlir mənbəyi kimi istifadə edəcəyimi
düşünməmişəm”
Mayın-2 də Vəcihə Səmədova adına sərgi salonunda Naxçıvanın 90 illiyinə həsr olunmuş Muxtar Respublika rəssamlarının rəsm sərgisi keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə 23 rəssamın yüzə yaxın əsəri nümayiş olundu. Sərgidə hər kəsin diqqətini gənc, istedadlı rəssam Tural Həsənli çəkdi. Biz də gənc rəssama yaxınlaşıb onun yaradıcılığı ilə yaxından maraqlandıq.
T.Həsənli 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinə qəbul olunub, universiteti fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə isə həmin universitetin Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasını bitirib. O, respublikadaxili sərgi və müsabiqələrdə iştirak edərək, bir sıra uğurlara nail olub. 2006–cı ildə Türkiyənin Van şəhərinin “100-cü yıl Universiteti”ndə və həmin ilin sonlarında Naxçıvan Dövlət Universitetində fərdi sərgiləri nümayiş olunub. 2009-cu ildə qonşu İran İslam Respublikasında hər il keçirilən müsəlman ölkələrinin ənənəvi 16-cı Beynəlxalq Vizual İncəsənət Festivalında ölkəmizi layiqincə təmsil edib. 2009-cu ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Azərbaycan Mədəniyyəti günlərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət qarışıq sərgidə də iştirak edib. Eyni zamanda, Naxçıvan Dövlət Universitetinin 40-cı ildönümü ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskva və Novosibirsk şəhərlərində keçirilmiş yubiley sərgilərinin iştirakçısı olub. Rəssam karikatura sahəsində yaradıcılığı ilə də bir sıra beynəlxalq uğurlara nail olub.
2009, 2012 və 2014 ci illərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən gənc rəssamı” seçilən, prezident təqaüdünə layiq görülən rəssam “Kaspi”nin suallarını cavablandırdı.
Hər bir rəssam öz hüquqlarını bilməlidir
- Sərgi yaddaşınızda necə qaldı?
- Sərgi cənab prezidentimizin Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə bağlı imzaladığı Sərəncama əsasən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirildi. Çox maraqlı bir sərgi oldu. Bu mənim Naxçıvan rəssamlarının birgə təşkil etdiyi sayca üçüncü sərgidə iştirakımdır. Burada Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi iştirak edirəm. Mənim üçün sərgi əlamətdar hadisələrlə yadda qaldı. Əsərim akademik İsa Həbibbəyli tərəfindən bəyənildi və dəyərləndirildi. Bu da mənim gələcəkdə önəmli addımlar atmağıma bir stimul oldu. Bu rəsm əsərim tamaşaçılar tərəfindən də bəyənildi. Ən əsası da odur ki, tablolarım tamaşaçıların diqqətini çəkdi. Buna görə çox sevindim. Bundan sonrakı fəaliyyətimdə çalışacağam ki, yeni yaradıcılıq yolları tapım. Qarşımda böyük hədəflərim var. Əsas hədəfim tamaşaçıların zövqünü oxşayan yeni bir pəncərəni acmaq istiqamətində çalışmaqdır.
- Rəssamlığı bitirmisiniz, ancaq ikinci təhsil olaraq hüquq ixtisasını seçmisiniz. Buna səbəb nə idi?
- Rəssamlığı bitirəndən sonra gördüm ki, hüquq da mənim üçün maraqlıdır. Ona görə hüququ seçdim ki, gələcəkdə bir rəssam kimi öz hüquqlarımı daha yaxşı bilim. Hüququn mənimsənilməsi cəmiyyətdə özünə yer tutmaq baxımından mühüm rol oynayır. Bir tərəfdən də istənilən rəssam öz hüquqlarını bilməlidir deyə düşünürəm.
- Sizin karikaturalarınız nəinki yerli sərgilərdə, həm də xaricdə keçirilmiş müsabiqələrdə iştirak edib, kitablarda, jurnallarda dərc olunub. Ümumiyyətlə, karikaturanı seçməyinizdə məqsədiniz nədir?
- Sizə deyim ki, karikatura tənqid vasitəsi olsa da, təbliğat vasitəsi kimi də rol oynayır. Çəkdiyim karikaturaların məzmunu gənclər və onların sosial həyatdakı rolu və bu kimi mövzularla bağlıdır. Bir sözlə, müraciət etdiyim mövzularda məqsəd gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları gələcəkdə sağlam cəmiyyət qurmaq istiqamətində faydalı işlərə səsləməkdir. Sevindirici haldır ki, bu sahədə fəaliyyətim əlamətdar uğurlarla yadda qalıb.
Azərbaycanın yeganə təmsilçisi
- Karikaturanı ciddi bir janr hesab edirsinizmi?
- Yaradıcılığımda əsas istiqamət boyakarlıqdır. Karikatura cəmiyyətə təbliğat vasitəsi kimi böyük rol oynayır. Karikatura ideya və mahiyyətinə görə öz təsdiqini tapır. Respublika əhəmiyyətli müsabiqələrə ilk dəfə 2004-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə “Narkomaniyaya yox deyək!” devizi altında keçirilən bir müsabiqədə başlamışam. Mövzu da karikatura idi. Karikaturada özümü sınamaq üçün orada iştirak etdim. Həmin vaxt çəkdiyim karikaturam ciddi maraq doğurdu. Ondan sonra qərar verdim ki, özümü bu sahədə də sınayım. Ancaq iş elə gətirdi ki, beynəlxalq karikatura müsabiqəsində də iştirak etməli oldum və bu sahədə də böyük uğur qazandım. Eyni zamanda Portuqaliya, İran, Türkiyə, Almaniya, Serbiya, İtaliya, Hindistan, Çin kimi ölkələrdə keçirilən ənənəvi karikatura müsabiqələrinin, həmçinin Azərbaycanda hər il keçirilən “Molla Nəsrəddin” beynəlxalq karikatura müsabiqəsinin iştirakçısı olmuşam. Əsərlərim qeyd etdiyim müsabiqələrin kitab-kataloqunda nəşr olunub. “Mola Nəsrəddin” müsabiqəsində Azərbaycanın yeganə təmsilçisi kimi beynəlxalq mükafata layiq görüldüm. Qeyd edim ki, həmin müsabiqənin münsiflər heyəti xaricdən gəlmiş karikaturaçılardan ibarət idi.
- Yaradıcılığınızda hansı janra daha çox üstünlük verirsiniz?
- Natürmort, portret sahəsinə üstünlük
verirəm. Tanıdığım insanların portretini
çəkirəm. Natürmorta isə
daxilimdən gələn
hisslərə görə
üstünlük verirəm.
Son zamanlar da
natürmort janrında
çəkdiyim əsərlər
tamaşaçıların daha çox marağına səbəb
olur. Mən də belə
qərara gəldim ki, bundan sonra
özümü bu janrda daha da
inkişaf etdirim.
- Bizə maraqlıdır, şarjlarınızın qəhrəmanları
kimlərdir, məşhurlar,
yoxsa sadə insanlar?
- Onlar sadə sənətkarlardır. Şarjlarımda heç zaman məşhurları və
siyasi rəhbərləri
hədəf tutmamışam.
Şarjları yumoristik xarakterlərlə
dostluq mənasında
vermişəm. Mənim şarjlarım
sadə insanlara həsr olunub. Misal üçün, bir aktyorun simasını vermişəm, onun bir əlində teatr simvolu olan
maskalar, o biri əlində isə teatrda keçdiyi 40-50 illik ömür fəaliyyətini təsvir
etmişəm.
Sənətimi gəlir mənbəyi
kimi istifadə etmirəm
- Çəkdiyiniz əsərləri
satırsınızmı?
- Bəli, elə əsərlərim olub satmışam. Bəzi əsərlərimi satmaqda tərəddüd də etmişəm.
Onların içərisində elələri də olub ki, satmaq
istəməmişəm, ancaq
bəyəniblər deyə
satmışam. Rəssamın əsəri bəyənilib
müştəri tərəfindən
alınırsa, bunu sevindirici hal kimi dəyərləndirmək
olar. Yəqin alıcı onu
bəyənib ki, alır. İndiyə qədər çəkdiyim
rəsm əsərlərinin
yarısının satılması
mənim üçün
böyük uğurdur.
- Bəs sifarişlə rəsm əsəri çəkmisinizmi?
- Sifarişlə çəkdiyim
əsərlər ancaq
portretlər olub.
- Xaricdə bir sıra sərgilərdə
iştirak etmisiniz. Əsərləriniz həmin sərgilərə
necə yol tapıb?
- Əsərlərim Bakıda
keçirilmiş müxtəlif
sərgilərdə nümayiş
olunub. Bu sahəylə
bildiyimiz kimi, kolleksiyaçılar və
qalereya sahibləri məşğul olurlar.
Onların vasitəsi ilə
əlavə sərgilər
də təşkil etmək mümkündür.
Beynəlxalq sərgilərə əl işlərimizin gedib çıxması isə sənətkarın
imzasından irəli gəlir. Əsərə baxıb dəyərləndirən
kolleksiyaçı və
təşkilatçılar həmin rəssamla əlaqə yaradır.
Onun əsərlərinin ölkədən
xaricə çıxarılmasını
məqsədəuyğun hesab
edir, uğur qazanacağı təqdirdə
geniş əməkdaşlıq
şərtləri təklif
edirlər. Yəni bu
qaydada mənim də əsərlərimin
xarici ölkələrdə
sərgilənməsi üçün
təkliflər və
çağırışlar gəlib. Amma hələ də
təklifləri dəyərləndirməkdəyəm.
Münasib zamanda xaricdə
sərgi acacağam.
- Naxçıvanda gənc rəssamlara hansı imkanlar yaradılır?
- Naxçıvanda gənc rəssamlara qayğı yüksək səviyyədədir.
Mütəmadi olaraq onların maddi vəziyyəti ilə maraqlanıb, hər il yaradıcılıq
şəraitinin təmin
olunması ilə bağlı emalatxanalar istifadəyə verilir. Bir il ərzində gənc rəssamlara təqaüdlər
ayrılır. Həmin təqaüdlərin
hesabına rəssam həm özünü təmin edir, həm də yaradıcılığında bir yenilik axtarmağa
imkan tapır. Bu, gənc rəssam
üçün hərtərəfli
imkan yaradır. Belə ki, gənc rəssamın
həm yaradıcılıq
imkanları genişlənir,
həm də sərgilərdə iştirak
etmək üçün
əlavə xərcləri
təmin edə bilir. Bu, gənclərə
göstərilən dövlət
qayğısının göstəricisidir.
Biz gənc rəssamlara
göstərilən bu
qayğıdan razıyıq.
- Rəssam olmağınıza
görə heç peşmançılıq hissi
keçirmisinizmi?
- Heç də peşman deyiləm, mən sənətimi çox sevirəm.
- Axı bu sənət
elə də gəlirli sahə deyil...
- Rəssamlığı seçərkən
ondan gəlir götürəcəyimi, bu
sənətdən gəlir
mənbəyi kimi istifadə edəcəyimi
düşünməmişəm. Rəssamlığa bir sənət
kimi yanaşmışam.
Rəssamlıq o insanlara gəlir
gətirir ki, onlar sənətdə özünü təsdiq ediblər, daha çox tanınırlar.
Rəssamlıqla məşğul olmaq daxilimdən gələn bir istəkdir. Mən bu istək üçün yaşayıb-yaradıram.
Çünki bu sənətin
gözəlliyini sözlə
ifadə etmək mümkün deyil.
Xəyalə Rəis
Kaspi.-2014.-7 may.-S.12.