Uca həqiqətin
işığı
Səndən yazmaq istəyirəm...
Bütün bədənimi silkələyən,
özümün də
baş çıxara
bilmədiyim hisslər
tüğyanında çabalayıram.
Bu nə hissdi,
bu nə duyğudu? Göydən gələn səsdimi,
ündümü, vəhydimi?
Mən Sənə
"Sən",- deyə müraciət edirəm... Allaha müraciət edilən
kimi? Özüm-
özümə məəttəl
qalmışam, bu nə arzudur, bu nə riskdi
məndə yarandı
Səndən yazmaq?...
Mən kiməm ki, Səndən yazım?... Səndən yazmaq Allahdan yazmaq qədər çətin və şərəflidir! Sən
bu Yer üzünə
bəxş olunan Göy oğlusan! Sənin hansı məziyyətlərindən danışım
ki, heç olmasa sənin bir zərrə qüdrətinə layiq olsun ?!.
Təfəkkürün hansı dərin
qatlarına enim ki, Sənin milyardda bir bəşər
övladına xas olmayan qeyri-adiliyindən heç olmazsa bir damcısını izah edə bilim?!
Sən mənim üçün göylər
qədər sirli, kainat qədər ehtişamlısan..!
Sən,
Allah tərəfindən göylərə
qaldırılmış seçilmiş
Peyğəmbər misallı
Tanrı övliyasısan !
Sən,
Tanrı fövqündə
duran qeyri-adi kənar, dahiliyin təfəkkür dünyasının
daha dərin qatlarına enmiş düha sahibisən!..
Sən Tarixsən, Sən Vətənsən, Sən
İlham Əliyev atasısan!
Sənin
yaşın 91 deyil , 9001-di, bəlkə də
9000000-du! Yox, dünya
bina olandan Sən varsan, dünya durduqca da duracaqsan !
Neçə illər bundan qabağın xatirəsi, ürəyimdə yuva kimi, heç vaxt yaddan çıxmayan
yaddaş kimi, beynimdə həkk olunub. Mən onda Səni lap yaxından gördüm. Azərbaycan Yazıçılar İttifaqının Qurultayı
idi. Onda Sən Azərbaycandan
kənarda yaşayırdın.
Yığıncağın şirin yerində
dedilər ki, Heydər Əliyev gəldi.
Hamıda bir dirçəliş yarandı, heyrətə qarışmış bir məhəbbətlə birgə,
izahı mümkün
olmayan nəzərlər
Sənə dikildi. Gəlib bizə
yaxın cərgədə
oturdun. Mən dönüb Sənə
baxdım. Elə bil
ki, bir haraya,
çağırışa, "ünə" baxdım.
İlahi,
mən ömrümdə
işıqla, nurla dolu elə gözlər
görməmişdim. Gözlərindən axan işıq
seli məni məndən aldı.
Bu işıq seli Günəş şüaları kimi isti, ilıq, həm də nüfuzedici idi. Onda, elə o andaca mən bütün ürəyimlə
hiss etdim ki, Sən insanlar arasına göndərilən,
Yer planetində öz missiyasını, peyğəmbərlik missiyasını
yerinə yetirməyə
layiq görülən
Göy oğlusan...
Sənin qamətin, baxışın,
duruşun, deyimin, geyimin, qeyri-adi idi. Qeyri-adiliyin qırmızı xəttindən daha ucada dururdu.
Hərdən Sənə aid yazıları
oxuyanda qəlbimdə
bir ehtiraz, üsyan hissi yaranır. Axı, Səni belə
adi sözlərlə
xarakterizə etmək
olmaz.
Sən, idrakın
bütün çalarlarını
özündə cəmləşdirən
bütöv bir xaraktersən. Sən dünya ilə,
bütün bəşəriyyətlə,
kainatla vəhdətdə
olan bizim ağlımız, şüurumuzun
dərk edə bilmədiyi, təfəkkürün
süzgəcindən keçirə
bilmədiyimiz heyrətamiz,
ilahi bir qüvvə, ilahi bir qüdrətsən.
Heç özüm də bilmirəm, Səni yaxından gördüyüm andan mənim qəlbimdə niyə Sənə qarşı belə doğmalıq, yaxınlıq,
istək yarandı?.. Mən sanki başqa
bir dünyada, bir ilahi insanı
ziyarət etmişəm.
Hər şey mənə yuxu kimi gəlirdi.
Mən bu məhəbbəti, bu doğmalığı Yerdən,
Göydən, çiçəkdən,
otdan, bir sözlə hər şeydən qısqanclıqla
gizlədib ürəyimin
ən dərin guşəsində "Heydər
Əliyev" heykəlini
yaradıb, onun qarşısında hər
an səcdəyə durdum.
Hamıdan gizlətdim bu
istəyi. Qorxdum
ki, bu istəyi
kimsə alar..
Sənin
nurun, Sənin işığın, adi insanlara xas olmayan
qüdrətin məni
belə nəticəyə
gətirdi ki, əslimizi, kökümüzü,
ulularımız olan Od Ərlərin
insan zəkasına sığmayan, "uca həqiqət" adlanan tək-tək şüurlu
xüsusiyyətləri Səndə
cəmləşib. Elə
ona görə Od Ər
dililə adın
"Ey Od" Ər-di, yəni "uca həqiqətin işığı". Biz bu
həqiqət qarşısında
baş əyirik!..
Ey Od Ərə
- Heydər Əliyevə
Hər
an Səni ana-ana,
Göy üzünə boylana-boylana,
Oyana,oyana ,
Yana-yana, qana-qana
Ha çalışdım,
Ha alışdım,
Ha vuruşdum: Səni olduğun kimi,
Göy oğlu tək doğulduğun kimi -
Öyəmmədim.
Sən Tanrının adısan,
Torpağımın odusan - deyəmmədim.
Adı naməlum planet kimi ,
Kəşf olunmamış möcüzəydin ...
Yaxın
düşmək olmurdu
orbitinə,
Mat qalmışam sənə.
Cazibə tək dəfetmən də ilahidir.
Hamısı Tanrı fövqündə ,
Göydən gələn səsdə, ündə.
Sən Tanrı fövqündə
olan insan,
Ödər kimi, Öndər kimi qalan insan.
Sən göydə, mən yerdə,
Düşdüm çarəsi olmayan dərdə.
Şüurum orbitinin ətrafında,
Dolaşa-dolaşa,
Ürəyimdə sənə olan
məhəbbətim
Daşa-daşa,
Döndüm orbitin ətrafında
peykə,
Elə fırlana-fırlana
Çevrildim kütləsi olmayan yükə.
Səni
öyəmmədim,
Səni
Sən tək öymək üçün,
Sözlərimin arasında,
Fikirlər sırasında,
Bir söz tapıb deyəmmədim.
Yer dili köməyimə gəlmədi,
Yer dili Səni Sən tək,
Bir həqiqət, bir gerçək, bir düha tək,
Ərlər içində ər
tək,
Kəşf eliyə bilmədim.
Üzümü tutdum göyə,
Göy dili, göy dili,- deyə-deyə
Kömək dilədim.
Göydən yerə nur ələndi,
Adın nura bələndi.
Nura qərq olundu,
Yollarım,izim, özüm,
Göydən bir ün eşitdim,
" Vəla hövlə,
Vəla qüvvətə,
illa billahil əliyül- əzim
".
Sən Tanrı fövqündə
olan insan,
Sən yaddaşlarda
Ün, Ey Od Ər - uca həqiqətin
işığı-
HEYDƏR kimi qalan insan.
Xəzangül Hüseynova - Azərbaycan
Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin
üzvü
Kaspi.-2014.-8 may.-S.7.