“Niyə efirə çıxmaq üçün pul verməliyəm?”
Gənc ifaçı Amil Həsənoğlu:
“Bu günə qədər çalışmışam ki,
repertuarımda dəyərli musiqilərə yer ayırım”
Musiqi aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Bu sahənin sirlərinə bələd olan insan, ixtisasından asılı olmayaraq, incə, bədii zövq sahibi və əsl ziyalı kimi cəmiyyətdə daim yüksək rəğbət qazanır. Elə bizim gənc istedadlı ifaçımız Amil Həsənoğlu kimi.
Ötən gün Amil Həsənoğlu “Gənclik qəzeti”nin qonağı oldu. Səmimi söhbəti marağımızı çəkdiyindən gənc ifaçı ilə uzun müddət söhbət etdik. Gənclərin bugünkü efir problemlərindən, teatr səhnəsindən, şou biznesin gündəmi zəbt etmə məsələsindən danışaraq gənclərin bu sənətə olan marağından söhbət açdıq.
18 ildir ki, səhnədə olan Amil Həsənoğlunun 10 yaşı olarkən musiqiyə olan həvəsi, böyük marağı valideynlərinin diqqətini çəkib. Belə ki, atasının doğum günündə onu mahnısı ilə təbrik edən Amil səsi ilə hər kəsin təəccübünü qazanıb. Onun ifasını dinləyən məclis iştirakçıları Amilin səsinə heyran olub. Çox keçmir ki, atası onu yaxın dostu Qorxmaz Əlili ilə görüşdürüb. Həmin illəri Amil Həsənoğlu belə xatırlayır: “Qormaz Əlili səsimi dinləyib dedi ki, bu uşaq başdan-ayağa bir istedaddır. O zaman məni Bülbül adına Orta İxtisas Məktəbinin direktoru Nigar xanımın yanına apardılar. O məni yoxladı və sinfinə qəbul etdi. Taleyim o gündən sonra dəyişdi”.
“Yerində sayan ifaçılardan deyiləm”
- Az yaşınızda çox uğur qazanmısınız. Bu gün həmin uğurların davamı varmı?
- Bilirsinizmi, indi hər şey əvvəlki kimi deyil. Əvvəllər şou-biznes deyilən bir anlam var idi, ancaq bu səviyyədə deyildi. O zaman say-seçmə müğənnilər mövcud idi ki, onların içərisində ən gənci mən idim. Xarici dövlətlərdə keçirilən tədbirlərdə Azərbaycanı mən təmsil edirdim. Onda beynəlxalq konsertlər, tədbirlər daha çox idi. İndi yarışmalar çoxalıb və belə olan halda ifaçıların da sayı artıb. Bu qədər çox ifaçıların içərisindən efirlərə çıxmağa elə də önəm vermirəm. Ancaq onu deyim ki, yerində sayan ifaçılardan da deyiləm.
Kiçik yaşlarımdan oxumağa başlamışam. Yəni Bülbül adına Orta İxtisas Məktəbini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil oldum. Bu dövrlərdə də mən boş dayanmamışam. Orada oxuya-oxuya beynəlxalq müsabiqələrin qalibi olmuşam. Az yaşımda etdiyim nailiyyətlərin hazırda bəhrəsini görürəm. İndi Amil Həsənoğlu deyəndə hər kəsin gözü qarşısında onun uşaqlığı, az yaşda səhnədəki nailiyyəti, xarici qastrolları yada düşür. İnsanlar ulu öndər Heydər Əliyevin birbaşa olaraq diqqətində olan bir uşaq, onun qayğısını görən, onun təqaüdünə layiq görülən bir uşağı xatırlayır. Çox sevindirici haldır ki, tamaşaçılar məni məhz bu istiqamətdə tanıyırlar. Şou biznes nümayəndələri kimi müəyyən ləqəblə yox, eləcə Amil Həsənoğlu kimi.
Mən uşaqlıqdan ağır janrlı
mahnıların ifaçısı olmuşam.
Ancaq illər ötdükcə konservatoriyada
kamera sinfini bitirmişəm. Mənim üçün önəmli o idi ki, ölməz sənətkarımız Rəşid
Behbudovun qoyduğu yolla davam edim.
Rəşid Behbudovun da janrı qarmaqarışıq
olub. O mənim uşaqlıqdan kumirim olub. Gənc ifaçı olaraq
onun yolunu davam etdirməyə çalışıram. Bu
günə qədər
çalışmışam ki, repertuarımda dəyərli musiqilərə
yer ayırım.
Bayağı musiqilər, gündəmdə
olan mahnılar mənim repertuarımda yoxdur. Mənim təbiətim buna
yol vermir. Bəstəkarlar mənə mahnılar
təqdim etdikdə onlara qulaq asıram,
ürəyimcə olmur.
Bu günə qədər arxivimdə
360 mahnı var. Gərək
o musiqiləri silim ki, həmin o yeni mahnıları ifa edim. Bu mənim öz
yolumdur.
–Sizin kimi gənc
ifaçılar bizdə
azlıq təşkil
edir.
–Bizim konservatoriyada hər hansı vokal sinfinin qapısını açsanız,
inanın ki, oradan gözəl səslər eşidəcəksiniz.
Ancaq onların efirə çıxması çox
çətin məsələdir.
Bir ifaçını təqdim
etmək üçün
müəyyən miqdarda
madiyyat lazımdır.
Hətta
mənim özümə
də verilişə çağırmaq üçün
zəng edib verilişə dəvət
edirlər, deyirlər
ki, ancaq verilişimiz ödənişlidir.
Təəssüf ki, indi şou-biznes mövzulu verilişlər daha baxımlıdır. O, verilişdə
də milli musiqilərimizi, milli əsərlərimi səsləndirmək
lazımdır ki, gələcək nəsil
öz mahnılarını
unutmasın. Gənclər
mahnılarımı eşidəndə
gəlib deyirlər ki, bu bizim
mahnımızdır, bunu
kim yazıb?
Gənclər bizim musiqiçiləri tanımırlar. Elə başa düşülməsin
ki, efirlərin ifaçıdan madiyyat tələb etməsinə
də qarşı çıxmıram. Onlar onu
o ifaçıdan ala bilərlər
ki, gecə-gündüz
toylarda olub 20 min manat qazanırlar. Onu həmin ifaçılardan
almaq olar. Mən dövlətdən
maaş alıram. Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının
hərbi orkestrinin solistiyəm. Nə üçün
xalq musiqisini efirdə pul verib ifa etməliyəm?
Elə efirlər var ki, onlar özləri
dəvət edirlər.
İmkan
yaradırlar ki, sözümü deyim.
Bu kimi efir
şəraiti ancaq 20 faiz təşkil edir. Yerdə qalanlar isə
sənət adamından
yalnız maddiyyət güdür. Elə bizim
də problemimiz budur.
- Bu gün toylara daha çox yüngül janrlı oxuyan ifaçılar dəvət olunur. Elə efirlərə də.
- Əslində mən
böyük səhnəyə
toydan gəlmişəm. Elə vaxtlarım
olub ki, restoranda da işləmişəm.
Toy müğənni üçün böyük
bir səhnədir.
İstedadı elə belə
kəşf etmək olmur.
Həyatımı dəyişən xəbər
- Bir anda ulduzunuz necə parıldadı?
- O zaman Rastropoviç Azərbaycana gəlmişdi.
Ulu öndərimiz Heydər Əliyev onu qarşıladı. Bakı Musiqi
Akademiyasında mənim
ifama qulaq asdı. Daha sonra konservatoriyada
ustad dərsləri keçirildi. Ustad dərslərinin
sonunda Azərbaycan musiqiçilərindən ibarət
yarım saatlıq konsert olacaqdı. Rastropoviçlə bərabər, Heydər
Əliyev və məsul şəxslər
də o tədbirdə
iştirak edirdi.
Həmin
proqramda mənim adım yox idi.
Nigar xanımın təkidi ilə o proqrama mənim də adımı saldılar.
Orada gənc bəstəkar Pikə Axundovanın “Hayıf ki, yoxdur” romansını ifa etdim. O romansı ifa etdikdən sonra alqışlar səhnəni
bürüdü və
məni buraxmadılar.
İkinci mahnını səsləndirməyimi
istədilər, ikinci
dəfə isə italyan əsərini ifa etdim. Konsert bitdikdən sonra bizə evə zəng gəldi, söylədilər ki, sizi təbrik edirik, adınız Qızıl kitaba daxil edilib və
təqaüd ayrılıb.
Xəbəri eşidəndə çox təəccübləndik.
Əslində Heydər Əliyevin
musiqiyə olan sevgisi, marağı belə bir kitab
yaratmağa səbəb
olub.
- “Gənc istedadların Qızıl
kitabı”na düşmək sizdə hansı hisləri oyatdı?
- Adımın bu kitaba salınması mənə böyük bir stimul oldu.
İndi
o kitabda 100-dən artıq
gənc ifaçıların
adı var. Tarixdə ən azından bizim adımız var. Mənim üçün xalq, əməkdar artistindən, Şöhrət
Ordenindən daha önəmlidir bu ad. Düzdür, titullar da lazımdır, ancaq 10 yaşında bu mükafat hər bir gəncə nəsib olmur.
- Bu sənətə
vokal ifaçısı
kimi gəlmisiniz. Sonradan müxtəlif janrlara müraciət etməniz zamanın tələbidirmi?
- Bu yolu mən özüm
seçmişəm. Sırf bir
janrın ifaçısı
olmaq, bir yolun davamçısı olmaq deməkdir. Səsimin tembiri imkan verir
ki, mən başqa janrlarda da mahnı ifa
edim. Yəqin ki, bu mənim ifaçı kimi xoşbəxtçiliyimdir.
Allah tərəfindən mənə verilən gözəl mükafatlardan
biridir. Elə ifaçılarımız var ki, opera ifa
edirlər, toylara gedəndə xalq mahnıları səsləndirəndə
çox biədəb
görsənir.
Gənclərin diqqət mərkəzində
olmasını istəyirəm
- Müsahibələrinizin
birində söyləmisiniz
ki, kinoya çəkilmək istəyirsiniz.
Kinoya sizi cəlb edən nədir?
- Bəli. Filmlər sənətkarı daha da ölümsüz
edir. Misal üçün “Bəxtiyar” filmi Rəşid Behbudovu bizə daha da yaxın edib.
Biz onsuz indi
də ondan öyrənirik. İstəyirəm
ki, ya sponsor tapılsın, ya dövlət tərəfindən
maliyyə ayrılsın,
“Bəxtiyar” filmi yeni bir obrazda
çəkilsin. Orada mən
baş rolu ifa edim. İnanıram ki, orada qoyulan musiqiləri yüksək səviyyədə
ifa edə bilərəm. Hətta bu
obraza görə 20
kilo arıqlamağa da
razıyam. Bizim o qədər
gözəl aktyorlarımız
var ki, səhnədə
Yusifi, Saşanı rolunu oynaya bilərlər.
Demirəm ki, məhz
“Bəxtiyar” filmini çəksinlər, yeni bir rejissor gəlsin,
elə bir film çəksin, gələcək
nəsil üçün
indiki gənclərimizi
tanıtsın. Gənclərin diqqət mərkəzində
olmasını istəyirəm.
- Musiqili teatrda ifa edərkən
hansı hisləri keçirirsiniz?
- Teatr məbəddir. Elə hesab edin ki,
800 nəfər bir anda sənə baxır, bütün diqqət səndədir.
Mən o
səhnədə dəfələrlə
çıxıb mahnı
ifa etmişəm.
Ancaq obraza girmək tamam fərqli bir şeydir. Teatrımızın açılışı günü 3 gün dalbadal zalda bir yer boş
deyildi. 3 gün dalbadal öz monoloqumu ifa etmişəm. Orada peşəkar aktyorların
mənə olan münasibəti başqadır.
Onlar məni övladları kimi qəbul ediblər. Məni o teatr bağlayan
insanların biri də rəhmətlik Hacıbaba Bağırov olub. O, çox istəyirdi ki, mən Musiqili Teatrda çalışım.
O, mənə çox
doğma idi. İndi də mən o doğmalığı teatrın
direktoru Əliqismət
Lalayevdən alıram.
Teatrda işləməyimdən çox
məmnunluq duyuram.
Teatrda Əli obrazını oynamamışdan əvvəl
94 kilo idim. İndi 82 kiloyam.
Bu da mənim
işimə olan diqqətin nəticəsidir.
- Özünüzü
şou-biznesin nümayəndəsi
hesab edirsinizmi?
- Şou-biznesin nümayəndəsi
olmaq üçün
gündəmdə olmaq
lazımdır. Ya gərək dava
edəsən, ya da açıq-saçıq
geyinəsən. Şou-biznesin zirvədə parıldayan
ulduzlarının hamısı
ilə münasibətim
çox yaxşıdır.
Düşünürəm ki, elə Amil Həsənoğlu kimi gündəmdə qalmaq daha yaxşı
olar.
Xəyalə Rəis
Kaspi.-2014.-9 may.-18.