SƏBİR – möminin
əsl dinamizminin adıdır II yazı
Səbir: Linqvistik-terminoloji mənası,
fəlsəfi məğzi, dini-əxlaqi mahiyyəti və
üstün fəzilətləri
“Sizi qorxu, aclıq, bir az mal, can və
məhsul qıtlığı ilə, əlbəttə,
imtahan edərik. Səbir edənləri müjdələ!”
(Quran, əl-Bəqərə 2/155)
“Tam
təvazökarlıq və mülayimliklə, səbirlə
davranıb bir-birinizə məhəbbətlə təhəmmül
edin!” (İncil, Efeslilərə
4:2)
“Rəbbi səbir
edərək gözlədim, mənə tərəf dönərək
fəryadımı eşitdi” (Tövrat, Məzmur 40/1)
“Allah məruz qaldığı haqsızlığa səbir edənin şərəfini artırar” hədisindəki səbir və təmkin haqsızlığa razı olmaq mənasına gəlmir. Bu, “Yaxşılıqla pislik bir ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et!” (Fussilət surəsi, 41/34) ayəsindəki tövsiyənin tətbiqindən irəli gəlir.
Səbir bütün əxlaqi davranışların başında gəlir. Səbir etmək və əfv etmək asan bir iş deyildir. Sıxıntılara dözmək və başqalarının səhvlərini bağışlamaq, həqiqətən, önəmlidir və səbəb-nəticə baxımından bir-biri ilə yaxından əlaqəlidir. Səbir məfhumunu hədislərin işığında izah etməyə çalışaq.
Hz. Peyğəmbər (s.a.s.) buyurur: “Təmizlik imanın yarısıdır. “Əlham¬du¬lil¬lah” duası mizanı, “Subhanəllah va-l-hamdulillah” sözləri isə yer ilə göy arasını savab ilə doldurar. Namaz nurdur, sədəqə sübutdur, səbir ziyadır. Quran sənin lehinə, yaxud əleyhinə olan dəlildir. Hər kəs sübh tezdən bazara çıxar və nəfsini satar: kimisi onu azad, kimisi də həlak edər”.
İman, insanı tövhid inancını zədələyəcək hər cür çirkinliklərdən qoruyur. Dəstəmaz almaq qəlb təmizliyinin bədən üzvlərində əks olunan görüntüsü kimi imana dəlalət edir. Bu cəhəti ilə təmizlik “Möminin daxili də, xarici təmizdir” mesajını vermək baxımından imanın yarısıdır... Allahın kamal sifətlərini dərk etmək anlamında olan “əlhamdulillah”la Onun nöqsan sifətlərdən uzaq olduğunu bildirən “subhanəllah” ifadəsi birgə söyləndikdə tam olaraq tövhid inancı dilə gətirilir. Bu təsbih və tənzih kainatın ən böyük və yeganə gerçəyinin etirafıdır. Savabı isə yerlə göyün arasını dolduracaq qədərdir.
Şəfqət, yardım, ətrafa qarşı həssaslıq, zəif və kimsəsizləri qorumaq iman əlamətidir. Mərhəmətsizlik, acımasızlıq, haqsızlıq, kobudluq, mənəm-mənəmlik və qəddarlıq dini duyğulardan, məsuliyyətdən, ilahi hüzurdakı hesablaşmaya əhəmiyyət verməməkdən, bir sözlə, imansızlıqdan irəli gəlir. “Dini yalan sayanı gördünmü? O, yetimi itələyib qovar və əsla yoxsulu yedirtməyə təşviq etməz” (əl-Maun 107/1-3). Ayə bu vəziyyəti açıqca ortaya qoyur.
Hədisdə səbir “ziya” olaraq təqdim edilir. İşığı və istisi özündən olan cisimlərə “ziya”, işığını başqasından alıb əks etdirən cisimlərə isə “nur” deyilir. Məsələn, Qurani-Kərimdə buyurulur: “Günəşi ziyalı, ayı nurlu edən...Allahdır” (Yunus 10/5). Bu o deməkdir ki, səbir möminin həm dünya, həm də axirət səadətini təmin etmə yolunda özündə təbii olaraq mövcud olan bir işıqdır. Mömin səbir sayəsində bir yandan qadağaların cazibəsinin arxasındakı əsl sıxıntı ünsürlərini görüb onlardan çəkinir, digər yandan da əmrlərin yerinə yetirilməsi üçün qarşıya çıxan çətinliklərin arxasındakı hüzuru sezib məşəqqətlərə səbirlə sinə gərir və nəticədə xoşbəxtliyə qovuşma imkanını əldə edir. Möminə bu iradə gücünü verən də ondakı səbir, dözmə, sinə gərmə qabiliyyətidir. Bir sözlə, mömin – enerji qaynağı öz daxilində olan bir varlıqdır.
İslam alimləri “bəşəri duyğuların ağıl və şəriət çərçivəsində tutulmasını” səbir kimi tərif etmişlər. Gördüyümüz kimi, ayə və hədislərdə səbir kəlməsi bir neçə mənada işlədilib: ibadətlərin yerinə yetirilməsi yasaqların tək edilməsinə səbir, bəla və müsibətlərə səbir, xalqın əzab-əziyyətinə səbir, Allaha dəvətdə, yaxşılığı əmr edib, pisliyi qadağan etmədə səbir, döyüş meydanlarında və inkarçılarla mücadilədə səbir və s.
Ola bilsin ki, bəziləri səbri haqsızlıqlara boyun əymək, müqavimət göstərməmək kimi zənn edə bilərlər. Halbuki səbir möminin əsl dinamizminin adıdır. Səbir dayanıqlı olmaqdır, çətinliklərə sinə gərməkdir. Məhz ona görə də Uca Rəbbimiz möminlərə umduqları qurtuluşa çata bilmələri üçün səbir etmələrini, səbir yarışında düşmənləri ötüb keçmələrini açıqca əmr etmişdir.
Səbir müsəlmanın öz sərmayəsidir. Buna potensial güc də demək mümkündür. Kömək etmələrini gözlədiyin insanlar hər zaman kömək etməyə bilər. Amma unutmamaq lazımdır ki, mömin öz əsl səbir gücü ilə ayaqda duraraq hər cür çətinlikləri dəf edəcək, çatmaq istədiyi hədəfə çatacaqdır. Buna görə də səbrin ziya olduğunu əsla yaddan çıxarmayaraq səbir çırağını daima öndə tutmaq lazımdır. “Bir-birlərinə səbri tövsiyə edənlər”in ziyan və zərərdən qurtulduğunu xəbər verən “Əsr” surəsi müsəlmana edə biləcək ən yaxşı yardımın səbir tövsiyəsi olduğunu əsaslandırmıdır.
Səbrin “ziya”, namazın “nur” deyə tərif edilməsi səbrin insan həyatında hər şeyi əhatə etdiyini göstərir. Çünki “Səbir və zamanın həll etmədiyi məsələ yoxdur”. Deməli, çətinliklər qarşısında dərhal təslim olmamaq, doğru yolda möhkəm dayanmaq lazımdır. Düyünə düşmüş problemlər belə səbir və zamanla çözümünü tapacaqdır.
Qurani-Kərim hidayət rəhbəridir. Quran ona bağlı qalmağa çalışanların lehinə, “inandım” deyib fəqət hökmlərinə riayət etməyənlərin əleyhinə bir dəlildir. Yəni müsəlmanlar Qurana görə dəyərləndirilməlidir.
Qeyd etdiyimiz hədisin bir-biri ilə rabitəsiz görünən cümlələri arasında əslində tam bir uyğunluq və bütünlük vardır. Təharət ilə namaz, əlhamdulillah duası ilə iman və Quran, sədəqə ilə bazardakı alış-veriş arasında və bütün bu ünsürlərlə səbir arasında sıx bir bağ vardır. Göstərdiyimiz hədisə istinadən aşağıdakıları deyə bilərik:
1. Möminin həyatında səbrin yeri son dərəcə önəmlidir. Səbir möminin enerji və işıq qaynağıdır.
2. Səbir zəfər və uğurun təməl şərtidir.
3. Səbir qatlanmaq deyil, sinə gərməkdir.
Hz.Peyğəmbərin digər bir hədisinə diqqət edək: Mədinəli müsəlmanların bir qismi Rəsulullahdan (s.a.s.) bir şeylər istəmiş, o isə əlində olanlar bitənə qədər onlara vermişdir. Artıq verə biləcəyi şeylər tükəndikdə onlara belə xitab etmişdir: “Yanımda bir şey olsaydı, onları sizdən əsirgəməz, verərdim. Dilənməkdən çəkinib iffətli davrananın Allah iffətini artırar. Gözütox olmaq istəyəni Allah başqasına möhtac etməz. Səbir etməyə səy edənə Allah səbir verər. Heç kəsə səbirdən daha xeyirli və böyük bir lütf əta edilməmişdir”
Hədisdə maddi ehtiyaclar qarşısında səbirli olmanın fəzilətlərindən bəhs edilir. Sabit bir həqiqətdir ki, Hz.Peyğəmbər müsəlmanların üz tuta biləcəkləri yeganə şəxs idi. Başına bir iş gələn, qəlbi qaralan, ac-susuz qalan, hər hansı bir problemi olan onun yanına qaçar, ondan mədəd dilərdi. Peyğəmbərimiz isə müsəlmanların problemlərini çözməkdən əsla usanmaz, maddi-mənəvi çarələr axtarardı. Hədisdən də göründüyü ki, o, əlində olan hər şeyi verməkdən də vaz keçməzdi. Ancaq müsəlmanların ehtiyacları böyük idi. Onlar yenə də istəməyə davam etdikdə o: “Əlimdə verəcək bir şey olsa, onu sizdən əsla əsirgəməzdim” –deyə vəziyyəti izah edərdi. Ondan-bundan istəyəib-dilənməklə ehtiyacını ödəmənin yaxşı bir hərəkət olmadığını bildirərdi. Öz ehtiyaclarını başqalarına ərz etməyənləri, üz suyu tökməyənləri və belə davrananları Allah heç kəsə möhtaç etməz. Peyğəmbərimiz səbir etmənin, yoxsulluğa, sıxıntıya sinə gərmənin insanı daha güclü edəcəyini xəbər verərdi. Səbrin, adəti üzrə, özü-özünü yeniləyən bir özəllik olduğunu təlim edərdi. “Kim səbir etmək üçün səy edərsə, Allah ona səbir verər” açıqlaması səbri təmin edən gücün yenə məhz səbrin özü olduğunu bildirir.
Unutmaq olmaz ki, istəməklə də bitməyəcək ehtiyaclar ola bilər. Göz və könül toxluğu başqalarının yardımı ilə bir şeylərə qovuşmaqdan daha sağlam və şərəfli yoldur. Möminə də elə bu yaraşır. Buna görə də hədisin son qismində qəti bir həqiqətə diqqət çəkilir: “Heç kəsə səbirdən daha xeyirli və əngin bir lütf əta edilməmişdir”. Hər ikrametmənin bir sonu, bir həddi vardır. Ancaq səbir elə bir nemət və ikramdır ki, həyatın bütün səhifələrini ağuşuna alar və hər cür şəraitdə sahibinin izzət və şərəfini qoruyar. Doğrudan da, insanı mərdə, namərdə əl açmaqdan tox tutan səbir ən böyük və ən fəal nemət və ilahi bir lütfdür.
Hədisin də bizə təlqin etdiyi məhz bu keyfiyyətlərdir:
1. Hz.Peyğəmbər (s.a.s.) böyük kərəm sahibi idi.
2. Səbir həyatın bütövünü ehtiva edən xeyirli bir nemətdir.
3. Səbir etmək üçün səy edəni Allah müvəffəq edər.
4. Maddi ehtiyaclar qarşısında səbir insana şərəfli bir həyat yaşama imkanı verər.
5. Əsl zənginlik könül toxluğudur.
İdris AbbasovSƏBİR – möminin əsl dinamizminin adıdır II yazı
Tarix: 03.11.2014 | Saat: 19:42:00 | E-mail | Çapa göndər
Səbir: Linqvistik-terminoloji mənası, fəlsəfi məğzi, dini-əxlaqi mahiyyəti və üstün fəzilətləri
“Sizi qorxu, aclıq, bir az mal, can və məhsul qıtlığı ilə, əlbəttə, imtahan edərik. Səbir edənləri müjdələ!” (Quran, əl-Bəqərə 2/155)
“Tam təvazökarlıq və mülayimliklə, səbirlə davranıb bir-birinizə məhəbbətlə təhəmmül edin!” (İncil, Efeslilərə 4:2)
“Rəbbi səbir edərək gözlədim, mənə tərəf dönərək fəryadımı eşitdi” (Tövrat, Məzmur 40/1)

İdris Abbasov
Kaspi.-2014.-1-3 noyabr.-S.23.