Əliqismət Lalayev: Teatrı yaşadan repertuarıdır

 

 (əvvəli qəzetimizin ötən şənbə sayında)

 

Bu müsahibənin ilk variantı ötən əsrin 80-ci illərində yazılmışdı. Onda mən necə deyərlər “çiçəyi burnundaçox cavan bir jurnalist idim və Azərbaycan mətbuatında məhsuldar bir qələm əhli sayılırdım. O zamanın ən populyar qəzet və jurnallarında yazılarımı böyük məmnuniyyətlə çap edirdilər, yenicə işə başladığım AzTv-də daha çox mədəniyyətdən yazırdım. Tez-tez rayonlara, o cümlədən də Naxçıvana ezamiyyətə gedirdimbu səfərlərdə mütləq yerli teatrların tamaşalarına, bədii özfəaliyyət kollektivlərinin çıxışlarına baxıb süjetlər hazırlayır, qəzetlər üçün məqalələr yazırdım. İlk dəfə Əliqismət Lalayevlə də orada - yəni Naxçıvan Musiqili Dövlət Dram Teatrında tanış olduq. Onda o da çox gənc idi. Amma yaradıcılıq ilhamı ilə dolu, həddindən artıq özünəgüvənli və inamlı bu cavanı həmyaşıdlarından fərqləndirən, həm də onun bir qədər çılğın və iddialı olmasıydı. Əliqismət Lalayevi Naxçıvanın teatr mühitində yaxşı tanıyırdılar, o dahi Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Mənim Tanrım gözəlllikdir, sevgidir” tamaşasında baş rolun ifaçısı idi. Bir sıra tamaşalara verdiyi quruluşlar bu teatrın tarixində hadisə sayılırdı. Biz o vaxt Əliqismətlə Azərbaycan teatrının problemləri və perspektivləri barədə bir xeyli söhbət etdik. Bilmədiyim səbəblər üzündən məqalə çapa getmədi və mən o əlyazmaları düz 30 ildən sonra yenidən xatırladım. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əliqismət Lalayevlə görüşlərimizin birində ötən günlərə və o məqalədə qaldırdığımız problemlərə bu günün tələbləri ilə yanaşmağı qərara aldıq.

 

-Əliqismət müəllim, müsahibəmizin birinci hissəsini teatrın mövcudluğunu şərtləndirən bir məsələ ilə bağlı sualla tamamlamışdıq. İstəyirəm o sualı yenidən xatırladam. Tamaşaçı teatra mənəvi ehtiyaclarını ödəmək, əsəblərini rahatlatmaq, bəzən illər boyu onu narahat edən hər hansı suala cavab tapmaq, ya da ki, sadəcə əylənmək üçün gəlir! Onu teatrın pərdəarxası qayğıları heç maraqlandırmır da! O sadəcə yaxşı tamaşaya baxmaq, 2-3 saatlıq vaxtını səmərəli keçirmək, necə deyərlər, "dünyanın dərd-sərini" unutmaq istəyir. Bayaq qeyd etdiniz ki, bu gün teatrlar dramaturq sarıdan, bədii material sarıdan əziyyət çəkir. Mən Musiqili Teatrın 100 illik yubileyi münasibəti ilə bir neçə məqalə yazdım və o ərəfədə sizin teatrın arxiv sənədlərini araşdırdım. Məlum oldu ki, ölkənin ən çətin vaxtlarında, bəlkə də teatrkinoya indiki qədər diqqət yetirilmədiyi, qayğı göstərilmədiyi (hər şey mərkəzin - Moskvanın mərhəmətinə bağlı idi onda) dönəmlərdə dramaturq-lar, bəstəkarlar əsərlərinin məhz bu teatrın səhnəsində tamaşaya qoyulması üçün bəzən illərlə növbə gözləyirdilər. Özübu şəxslər o vaxt Sovetlər birliyində yetərincə ad-san qazanmış görkəmli sənət xadimləri idi. Bəs indi nə dəyişib? Daha dəqiqi, bu qədər çalıb-çağıranı, oxuyub-oynayanı, təzə və müasir teatr binaları olan müstəqil ölkədə niyə yaradıcılıq potensialı bu qədər zəifləyib?

 

-Mən belə düşünmürəm. Əksinə, son illərdə Azərbaycan mədəniyyətinin qazanığı uğurundan və inkişafından daha çox danışmaq olar. Bu gün bizim teatrlarımızın səsi, sorağı beynəlxalq festivallardan gəlir, tamaşalarımız mükafata layiq yerlər tutur. Vaxtı ilə respublkanın hər hansı bir teatrının Biləcəridən o yana çıxması hadisə sayılırdı, indi bizim (təkcə Musiqili Teatrın deyil, ölkədə mövcud olan əksər teatrların) tamaşalarına dünyanın 20 dən çox xarici ölkəsində, o cümlədən, Amerika Birləşmiş Ştatlarında, Türkiyədə, İranda, Rusiyada maraqla tamaşa edirlər. Beynəlxalq təcrübələr, dünyanın qabaqcıl teatrlarının prinsipi ilə tanışlıq imkanı, qastrol səfərləri həm də canlı ünsiyyət deməkdir, yaradıcılıq mübadiləsi deməkdir, milli mədəniyyətimizin, ölkəmizin uğurlarının təbliği deməkdir. Bunlarsız təbii ki, inkişafdan söz açmaq mümkün deyil.

Ancaq heç kəsə sirr deyil ki, teatrı yaşadan repertuardır, maraqlı əsər salon dolu tamaşaçı deməkdir. Sizin də xatırlatdığınız kimi, ötən əsrin son onilliklərində səhnə üçün əsər yazan istedadlı insanlar bu gün demək olar ki, yox dərəcəsindədur. Ara-sıra teatra təqdim olunan pyeslər isə bədii cəhətdən çox zəifdir. Bu əsərlərə vaxt və vəsait sərf etməyə də adamın heyfi gəlir. Bəzən riskə getdiyimiz məqamlar olur, bəlkə nəsə alındı deyə hər hansı bir müəlliflə işbirliyinə başlayırıq, ancaq...sonuc biz istədiyimiz effekti vermir.Tamaşanın ömrü bir mövsüm belə çəkmir.

 

-Sizcə bunun səbəbi nədir? Mövzu qıtlığıdır, yoxsa istedadlı yazar yoxdur?

 

- Əksinə, məncə indi mövzu bolluğu və yaradıcı insanın öz istedadını nümayiş etdirmək üçün çox gözəl bir dövrdür. Heç kəsə "filan mövzuda yazmaq olmaz"- deyə qadağa qoyan yox, sovetin əli qayçılı senzurası yox! Belə bir münbit şəraitdə daha məhsuldar işləmək olar. Azad fikir, sərbəst ideya və düşüncələrin sərhədsiz olduğu bir məmləkətdə teatra, lap elə kinoya, bədii əsərlərin yaradılmasına belə biganəlik və etinasızlıq adama qəribə gəlir. Bəli, haqlısınız, bu gün Azərbaycanda yaxşı səsi, münasib səhnə fakturası olan cavanlarımız çoxdur, amma təəssüf ki, onlar teatra yox, şou-biznesə üz tutur, istedad və bacarıqlarını o qədər də səmərəli olmayan sahələrə sərf edirlər. Təbii ki, bu arzuedilməzdir.

 

- İş burasındadır ki, çalıb oxuyanların sayı bilinmədiyi kimi, özünü yazıçı sayanların da sayı yetərincədir. Sizcə bu yazarlar niyə teatra əsər təqdim eləmir?

 

-Bəzən belə təşəbbüsdə bulunanlar olur. Teatra təqdim olunan ədəbi materialların əksəriyyətində mənasız hırıltıdan, lağlağıdan başqa heçyoxdur. Həm də bu müəlliflər teatrı yaxşı bilmədıklərindən çox vaxt ancaq dialoqlar yazırlar, unudurlar ki, səhnə üçün nəzərdə tutulan əsər təkcə dialoqdan ibarət deyil.

 

- Əliqismət müəllim, söz ki, teatrı bilməkdən düşdü, belə bir sualımı cavablandırmanızı xahiş edəcəm: sizcə teatr rəhbəri teatrı yaxşı biləndə işlər qaydasında gedir, yoxsa yaxşı məmur olanda?

 

- İllər boyu mədəniyyətdən yazanbu sahəni gözəl bilən jurnalist kimi siz necə düşünürsüz?

 

-Mən birinci fikrin tərəfdarıyam, yəni teatr rəhbəri yaradıcı adam olmalıdır ki, onunla bərabər çalışanların nə düşündüyünü, nə istədiyini duyub, hiss edə bilsin! Hətta bu yaxınlarda sizin teatra qonaq qismində dəvət olunan, çox məşhur bir əsərdə gözəl bir obraz yaratmağa müvəffəq olan tanınmış aktyorlardan biri dedi ki, Əliqismət müəllimlə işləmək həm asandr, həm də çətin! Asandır ona görə ki, o səhnədə aktyora, rejissora, rəssama, əlbəsəçiyə, dərziyə lazım olan ən kiçik detalı belə nəzərdən qaçırmır, onun vaxtında tapılmasına çalışır. Çətindir ona görə ki, o səhnənin bütün sirlərinə, nüansların bələddir, aktyorluqreşissorluq sənətini gözəl bilir, ona nəyisə bəyəndirmək, necə deyərlər “gözünü boyamaqolmaz! Yadıma sizin cavanlığınız düşdü. Naxçıvan teatrında quruluş verdiyiniz əsərlərin birində sizə velosiped lazım olur. Hər məşqdə bu işə cavabdehlik daşıyan adamvelosipedi mütləq alacağam”-deyirtamaşa gününədək vədinə əməl etmir. Premyera gecəsi kimsə velosiped tapıb gətirir və səhərisi gün bir nəfər hay-küylə içəri girib “mənim velosipedimi qaytarın, onu bir gecəliyə aparmışdınız axı!” - deyir. Sən demə, o məsuliyyətsiz cavabdeh adam məhəllənin poçtalyonundan onu borc alıbmış. Bu hadisə çox böyük əsəb gərginliyinə və səs-küyə səbəb olmuşdu.

- , olub belə bir əhvalat! Bilirsiniz ki, teatrda hər şey şərtidir, bunu səhnədəkilər , teatrla yaxından əlaqəsi olanlar da bilirlər. Amma tamaşaçı bu şərtiliyi bilsə , özünü buna inandırmaq istəmir. Çünki o özünü səhnədə cərəyan edən hadisələrin passiv seyrçisi yox, fəal içtirakçısı sayır, hər şeyi canlı gördüyü üçün, şərtiliyi qəbul etmir. Yadınızdadırmı, bir vaxtlar baxdığımız filmlər, tamaşalar? Bilə-bilə ki, o vurulan yumruq da, atılan güllə , həlak olan qəhrəman da şərtidir, yenə gözləri yaşaranlar, hönkürtü ilə ağlayanlar olurdu. Bu çox incə həssas məqamdır. Bizdə müxtəlif dövrləri əks etdirən tamaşalar hazırlanır. Deyək ki, “O olmasın, bu olsuntamaşasında istifadə edilən geyimlərdən, dekorasiyalardan, butaforlardan biz “Ər arvad”da yararlana bilərik, amma biz bunu etmirik. Hətta mövzu zaman etibarı ilə bir-birinə yaxın olan tamaşalarda belə eyni dekorasiyaldan istifadəyə imkan vermirik. Məsələ, bizimBankir adaxlıtamaşasında səhnəyə qoyduğumuz mebelin qiymətini desəm, inanmayacaqsıniz, amma biz səhnə tərtibatının gözəlliyi təbiiliyi üçün hər şey edirik. Məncə teatr rəhbəri həm yaxşı teatr bilicisi, həm yetərincə ciddi işgüzar məmur olmalıdır.

 

- Siz illər öncəki o dərc olunmayan müsahibəmizdə belə bir fikir söyləmişdiniz ki, fərdlər hər hansı teatr ya konsert müəssisəsinəmənim zövqümə uyğun olan filan əsəri tamaşaya qoyun” - deyə bilməz!

 

- Bu deyim köhnə olsa da yenə aktualdır ki, qədər tamaşaçı varsa, bir o qədər zövq var! Biz minlərlə tamaşaçının zövqünü fərdi şəkildə təmin etmək iqtidarında deyilik. Ancaq tamaşaçı, bizdən fərqli olaraq, seçmək, öz zövqünü istiqamətləndirmək azadlığına malikdir. İstədiyi teatrda, istədiyi tamaşanı o seçməlidir, o axtarıb tapmalıdır. Lakin təəssüf ki, bizim tamaşaçıların böyük əksəriyyəti daha ucuz bayağı tamaşalara, əyləncəli şou proqramlara getməyə üstünlük verir.

 

- Elə buradaca dairə qapanır biz yenə bu söhbətimizin birinci hissəsindəki problemi xatırlamalı oluruq: tamaşaçının zövqünü formalaşdırmaq, onu düşündürmək maarifləndirmək bədii sözün, mədəniyyətin başlıca vəzifəsidir!

 

- Bizim tez-tez işlətdiyimiz çox məşhur bir deyim var: tamaşaçı teatrı yox, teatr tamaşaçını arxasınca aparmalıdır. Yəni onun tamaşaları yüksək mənəvi dəyərləri ilə seyrçilərin maraq dünyasına təsir etməli, onları formalaşdırmağı bacarma-lıdır. Bu işdə tamaşaçının da öhdəsinə düşən vəzifələr var. O daxili zənginiliyini qoruyub saxlamağa cəhd göstərməli, öz mənəvi aləminin qeydinə qalmalıdır, yaddaşının ən dəyərli köşəsinə gözəl anlar yazmalı, necə deyərlər, zaman-zaman gözünü, könlünü sevindirməlidir.

İndi yaşlı elə orta nəsl gənclikdən çox şey umur, onları təhsilə, elmə, həyata biganəlikdə suçlayır, bəzən zövqsüzlüklərindən gileylənir, biganəliklərinə irad tuturlar. Qeyd edim ki, bəzi məqamlarda çiyinlərində illərin ömür yükü olan yaşlılar heç haqsız da sayılmır.

Amma bu günün tələbləri baxımıdan yanaşsaq, məncə, cavanları da qınamalı deyil. Çünki, indi bütün dünyada özündən uzaqlaşma, soy-kökünə, əsrlər boyu formalaşdırılan 21-ci yüzillikdə nədənsə tənəzzülə doğru gedən adət-ənənyə, milli-mənəvi dəyərlərə fərqli münasibət başlayıb bu təkcə bizim bəlamız deyil, bəşəriyyətin bəlasıdır! Daha heç kəs özündə o hövsələ, o maraq, o canıyanınlıq ya sadəcə, vaxt tapmır ki, kiminləsə söhbət etsin, onunla təəssüratlarını bölüşsün! Hər kəsin gözü telefonda, barmaqlar kompüterin klaviaturasında, qulaqları mikrafonla ötürülən musiqidə! Heç kəs bir-birinin üzünə baxmır. Bəzən tamaşa salonuna gələnlərə telefonunu təkidlə söndürməyi təklif edən nəzarətçilərimiz onların təpkisi ilə qarşılaşır. Bilmlrsən bu adam tamaşaya gəlib, yoxsa

 

- Əliqismət müəllim, hər kəs yaşadığı dövrə bənzəyir - deyirlər. Bu cavanların da uşaqlığı gəncliyi həm ölkəmiz üçün, həm dünya üçün çox mürəkkəb çətin bir dövrə təsadüf etdiyindən onları da başa düşmək çətin deyil əlbəttə, bu problem daha çox pedaqoqların, psixoloqların müzakirə mövzusudur. Bizsə, teatrın cəmiyyətin bədii-estetik inkişafına təsiri barədə fikir mübadiləsi etdik. sonda bilmək istəyirəm ki, siz bir yaradıcı şəxsiyyət, pedaqoq məmur kimi necə düşünürsünüz: DÜNYANI GÖZƏLLİK XİLAS EDƏCƏKMİ? İNSANLAR SEVİB, İNANIB VƏ ÜMİD EDİB YAŞAMAQ üçün teatra maraqlarını qoruyub saxlaya biləcəklərmi?

 

- Məncə dünya həmişə GÖZƏLLİYƏ, SƏMİMİYYƏTƏ, ŞƏFQƏTƏ möhtacdır. İnsansa SEVGİSİZ, İNAMSIZ ÜMİDSİZ yaşaya bilməz!

 

- Təşəkkür edirəm!

 

- Siz sağ olun!

 

 

30 ilin yarımçıq müsahibəsini apardı:

Telli PƏNAHQIZI

Kaspi.-2014.-8-10 noyabr.-S.7.