Hər zamanın öz Məşədi İbadı var

 

Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası o əsərlərdəndir ki, ona dahiyanə musiqinin unikal harmoniyasında yalnız o vaxt uğurlu quruluş vermək olar ki, rejissorun nəzərində hansısa koloritli aktyor olsun. Elə bir aktyor ki, komediya janrında müəllifin təqdim etdiyi obrazın psixoloji məqamlarını yaşamaq iqtidarında olsun, həm də müəllifi narahat edən kompleks problemləri izhar edə bilsin. Əbəs yerə deyil ki, operettanın bütün səhnə həyatı boyu Məşədi İbad rolunda yalnız beş-altı aktyor çıxış edibpsixoloji cəhətdən heçasan olmayan, gərgin zəhmət tələb edən bu obraz üzərində işləyərək öz istedadlarını bir daha nümayiş etdiriblər.

Rejissorlarbizim görkəmli aktyorlarımızın bu qəhrəmanı nə qədər yöndəmsiz, eybəcər, pulun hər şeyə qadir olduğunu düşünən özündənrazı tacir kimi təqdim etmələrinə baxmayaraq, cavan qızla evlənmək istəyən, eybəcər cizgiləri ilə qorxu yaradan, amma hər halda, lətafətli olan bu tipə tamaşaçıların həmişə özünəməxsus bir simpatiyası, məhəbbəti olub və tamaşaçılar hesab edib ki, o özünün axmaqlığına görə elə cəzalandırılıb ki, ona gözəl, gənc qız əvəzinə qulluqçu göndəriblər.

Bundan əvvəl bu operettaya Azərbaycan Dövlət Musiqili Teatrında iki dəfə quruluş verən Azərbaycanın xalq artisti Cənnət Səlimova bu dəfə tamaşaçılara tamamilə fərqli bir Məşədi İbad təqdim etdi. Klassik əsəri dəbə görə yeniləmək üçün yox. O, Üzeyir Hacıbəyliyə qayıtdı. Həmişə olduğu kimi, materialı dərindən öyrənərək, müəllif fikrinin motivlərini və zamanı diqqətlə “oxuyaraqçox sayda yeniliklər etməklə kök salmış qəliblərdən azad olub, Məşədi İbadı həqiqətən cazibədar bir qəhrəman kimi təqdim etdi. İnanıram ki, Üzeyir bəy də onu belə, o zamanın, adətlərin fonunda göstərmək istəyirdi. Yöndəmsiz, biçimsiz, o qədər də savadı olmayan, amma ləyaqətli zəhmətkeş bir insan.

Həqiqi müsəlman olan Məşədi İbad yekəqarın, qarınqulu ola bilməzdi. Yalnız cəmi əlli yaşı olan bir kişinin arvadı olacağından qorxuya düşın cavan qızın təsəvvürlərində o, qorxulu eybəcərə bənzəyir. Bəs xəsislik?. . Onun əhatəsində olan, ilk baxışdan firavan yaşayan insanlar təsiri bağışlayan, uğursuz adaxlıya nifrətlərini gizlətməyən personajların söhbətlərini eşidəndə başa düşürsən: əgər onların hamısının ona borcu varsa, hansı xəsislikdən söhbət gedə bilər?! Kim üçünsə boş əyləncə məclisləri Məşədi İbadı ələ salıb alçaltmaq yeridirsə, o mənasız həyat tərzi keçirənlər üçün isə keyfiyyətsizlik kompleksindən çıxmaq istədikləri və yalnız pula ümid etdikləri məkandır.

Vicdan əzabı çəkmədən daim ondan pul qoparmağa çalışanlara o, rüşvət verir, başqalarına isə - borc. Ətrafda hamı ona borcludur. Axı kim borclu olduğu adamı sevər?.. Cənnət xanım çox gözəl tapıb ki, hətta çadra altından arvad əvəzinə kişi çıxanda da, Məşədi İbad özünü aldadılmış hesab eləmir - əksinə! Əvvəla, elə ilk baxışdan evin qulluqçusu onun ürəyinə yatmışdı – qadın hərtərəfli xoşagəlimlidir, elə ona da beləsi lazımdır. Əlbəttə, o uzun müddət yanlış fikirləşirdi. Fikirləşirdi ki, həyatda hər şeyi pulla əldə etmək olar. Amma Allahın köməkliyi ilə uğurla, mehribanlıqla sona çatdı. Bəs pullar?.. Məncə, məhz onlar tamaşanın baş qəhrəmanı, əsas, aktual teması oldu.

Gülməyi sevən və həddən artıq xeyirxah tamaşaçıların tələbinə əsla uymayan rejissor istedadla, vicdanla Üzeyir bəyə istinad edərək, ətrafdakılar üçün –jurnalistlər, qoçular, “ziyalılar” üçün pulun yeganə məqsəd olduğunu inandırıcı şəkildə göstərir. Həyasızlığa və boş-boş işlərə qurşanmışlar gülüş hədəfi olaraq işgüzarola bisin, bəxti gətirən taciri seçirlər ki, onun komplekslərini qabardaraq, onu soysunlar.

Böyük əminliklə deyə bilərəm ki, Cənnət xanım Üzeyir bəyin əsərini mənimsəyərək rolun konturlarını məxsusi olaraq ifaçıya uyğunlaşdırıb. Və bu, başadüşüləndir. Ola bilsin ki, bu dəfə tamaşaçılara təqdim olunan “O olmasın, bu olsun” operettasının ideyası tam başqadır, qəhrəmanı isə bir əsr əvvəldən gələn, bizim tanıdığımız - özünəməxsus, səmimi, özünə görə müdrik və yaraşıqlı, məlahətli personajı rejissor cilalayaraq aktyorun şəxsiyyəti ilə əlaqələndirib. O aktyor ki, o rejissorun öz yetirməsidir və ona inamı böyükdür.

Respublikanın əməkdar artisti Şövqi Hüseynov artıq çoxdan özünü sübut edib. Çox sayda ustalıq yaşanılan rolları var: Şeyx Sənan-Hüseyn Cavid, Aydın-Cəfər Cabbarlı, Mirzə Fətəli Axundzadənin komediyalarından üçünün baş qəhrəmanı, Yaqo-“Otello”, Merkusio, “RomeoCulyetta”-Vilyam Şekspir, Lopaxin, “Albalı bağı”-Anton Pavloviç Çexov, Motl, “Mavi yuxular”-Şolom AleyxemMark Şaqal, Don Raffael, “Don Raffael-trombonçu”-Peppino De Filippo, monotamaşalar “Dəlinin qeydləri”-Nikolay Vasilyeviç Qoqol, ”Kontrabas”-Patrik Zyuskind, ”Sözsüz”-Samuel Bekket, indi isə III Riçardı tamaşaçılara təqdim etməyə hazırlaşaır.

O həm komediya, həm də faciə, müxtəlif planlı rollar oynamaq iqtidarındadır. Bu obrazlar heç vaxt xarici əlamətləri ilə kifayətlənmir, tam daxili dəyişməni də təqdim edir. O bu tamaşada, hətta canlı olaraq, orkestrin müşayiəti ilə oxuya bildiyininümayiş etdirdi. O çox həyəcanlı idi. Cənnət xanım isə... yox! Şövqini tutarlılıq, doğruluqs. zəminində 20 il ərzində dəfələrlə yoxladığına görə Cənnət xanım onun haqqında hər şeyi bilir. Bu təcrübəli, istedadlı aktyorun musiqini tam düzgün eşitmə qabiliyyətinin olduğunu da bilirdi. Məgər onunMavi yuxular” tamaşasında ürəyə toxunan məlahətli səslə oxuduğu Kadeş duasını və ya “Axırıncı qatar” tamaşasındakı muğam üstündə köklənmiş bulaq şırıltısına bənzər ifalarını unutmaq olar?!

Buna baxmayaraq, sürəkli alqışlarla qarşılanan sonuncu tamaşadan sonra Şövqi etiraf etdi ki, o hər şeydən çox tamaşanın vokal hissələrindən ehtiyat edirdi – operettadır axı. O axı ilk dəfə olaraq simfonik orkestrin müşayiəti ilə oxuyacaqdı, bu isə tam fərqli incəsənətdir.

 

- Eşitmişəm, Məşədi İbadı oynayan aktyorlar üçün keçəl parik problemlər yaradıb...

 

- Hə, deyirdilər ki, hərəkət zamanı o tez-tez qopur. Bir tərəfdən hər bir hərəkəti, jesti dəqiqliklə yoxlanılan, digər tərəfdən çox şeyin improvizə üzərində qurulduğu, səhnə azadlına ehtiyacı olan bir rolu oynayarkən bu hal, əlbəttə, aktyoru dəhşətli dərəcədə fikrindən yayındırır.

 

- Bəs sizetdiniz?

 

- Çox fikirləşmədim... Bərbərxanaya gedib, saçımı qıxdırdım. Ülgüclə!

 

- Bəs elə belə qalacaqsız?

 

- Nə olsun? Daz baş kişinin yaraşığıdır. Birki, mənim Məşədi İbadım əsl müsəlmandır... O, başını vaxtlı-vaxtında qırxdırır, bütün islam qanunlarına riayət edir: spirtli içki içilən masa arxasında əyləşmir, dinin qadağan etdiyi heçyemir, pəhriz saxlayır...

 

- Bəs niyə onu sevmirlər, həmişə gülüş hədəfinə çevirirlər?

 

- Harda görmüsüz ki, kimsə öz kreditoruna hörmət bəsləsin?

 

- Onun cəmi 50 yaşı var, canı hələ suludurona qoca deyəndə, nahaq yerə əsəbləşmir ki... Dişlərinin hamısı yerində, saqqalı da qapqara şəvə kimidir – niyə də adaxlı olmasın?..

 

- Məsələ ondadır ki, pulla hər şeyi almaq olar, hətta cavan bir qızı da alıb arvad eləmək olar fikri onu yerindən oynadır.

 

- Hesab edirsiz ki, tamaşanın bir qəhrəmanı da pul oldu?

 

- Bu birmənalı olaraq belədir!

 

- Mənə elə gəldi ki, Məşədi İbad gəlinlərin dəyişdirilməsi məsələsində özünü cəzalanmış hesab etmir...

 

- Mənə də! O, əvvəldən ona xoş gələni əldə etdi. Buna bənzər məqamlarda mən onu elə belə də oynayıram.

 

Faciə, komediya, yerdə qalan hər cür xarakterli rollar oynamaq iqtidarında olan, fenomenal, düşünən sənətkar – aktyorun belə bir çətin rolu oynayarkən öz qəhrəmanı haqqında hər şeyi bilməsi necə də gözəldir. Lakin tamaşada yüksəklikdə olan tək Şövqi Hüseynov deyildi. Tamaşanın bütün iştirakçıları, başda Azərbaycanın xalq artisi Afaq Bəşirqızı (Sənəm) olmaqla, xoş, tərifli sözlərə layiqdirlər – dirijor, əməkdar incəsənət xadimi, Nazim Hacıəlibəyov, əməkdar artistlər - Ələkbər Əliyev (Rüstəm bəy), Novruz Qartal (Məşədi Qəzənfər), Əkbər Əlizadə (İntilligent Həsən), aktyorlar - Əzizağa Əzizov (Qoçu Əsgər), Nadir Xasıyev (Həsənqulu bəy), Məhərrəm Qurbanov (qəzetçi Rza), Gültac Əlili (Gülnaz), Amil Məmmədov (Sərvər), Ağaxan Şərifov (Hambal).

 

Premyeraya görə təşəkkürlər edib, tamaşanın uzunömürlü olmasını arzu edirəm!

 

Qalina Mikeladze

Kaspi.-2014.-13 noyabr.-S.12.