Məmməd İsmayıl - 75
Sevimli şairə
təbriklər!
Redaksiyadan: Ustad
şair Məmməd İsmayılın 75 illik yubileyi
Bakıda sevənlərinin iştirakı ilə böyük
sevgi ilə qeyd olunsa da şairin ünvanına dünyanın
müxtəlif yerlərindən təbriklər gəlməkdədir.
«Kaspi» qəzeti dəyərli söz ustadının yubileyi
münasibəti ilə təbrik edir və şairin
ünvanına gələn təbriklərin bir qismi ilə
oxucularını tanış edir.
Qədim Oğuz
yurdunun müdrik ağsaqqalı
Sevgili Məmməd
Ağabəy!
İçimizdə Türklük ocağını qalayan Allaha and olsun ki, bizim şeir ölkəmizin göy qübbəsində, Altay dağlarından Balkan dağlarına qədər, «alov-alov» sənin səsin yanğılanır!
Əmin ol ki, "Bozqırda Bozqurda dönüb gələn milyonlar bu böyük və məhəbbət ölkəsində "sənin səs bayrağın əsla yerə düşməyəcəkdir. Çünki Sən "unutduğumuz yerdə" deyil, misra-misra, şeir-şeir könlümüzdəsən.
Qədim Oğuz yurdunun müdrik ağsaqqalı!
Dədə
Qorqud yurdunda daha min il boy boylayasan, soy
soylayasan.
Allah sənə uzun ömür versin. Doğum Günün
qutlu olsun.
İmdad
Avşar
Yazar-Şair,
Azərbaycan
ədəbiyyatı tərcüməçisi
Cansağlığı
və yeni gözəl şeirlər arzulayırıq
Əziz Məmməd!
75 illik yaş gününü ürəkdən təbrik
edirik.
Bu ilin yayında Bakıdakı
görüşümüzü işıqlı duyğularla
xatırlayırıq. Sizə səmimi qəlbdən möhkəm
cansağlığı və yeni gözəl şeirlər
arzulayırıq.
Yevgeni
Reyin,
Rus
şairi, Rusiya Dövlət mükafatı və Puşkin
mükafatı laureatı,
Nadejda
Reyn,
sənətşünas
Əsərləriniz
Azərbaycan ədəbiyyatının üfüqlərini
genişləndirir
Əziz Məmməd!
Səni Azərbaycanın ən önəmli şairini,
tanınmış elm adamını, sayğıdəyər
ictimai xadimini əlamətdar yubileyin münasibəti ilə
ürəkdən təbrik edirəm.
Bilirəm ki, sənin hələ gəncliyində
yazdığın şeir və poemalar qədirbilən
oxucular tərəfindən təkcə Azərbaycanda yox, həm
də Rusiyada bu gün də sevilə-sevilə oxunur. Bir çox əsərlərin
Yuri Kuznetsovun, Aleksandr Kuşnerin və sənin köhnə
dostun Mixail Sinelnikovun tərcüməsində Rus
oxucularına çatdırılmışdır.
Bunlarla birlikdə onu vurğulamaq yerinə düşər
ki, sənin əsərlərin keçən illər ərzində
daha gülcü və təsiredici olub doğma Azərbaycan ədəbiyyatının
üfüqlərini genişləndirir.
Canı könüldən sənə yeni güc
arzulayır və səni bağrıma basıram.
Mixail
Sinelnikov
Rus
şairi, yazar, tərcüməçi PAEN və Petrov
akademiyalarının akademiki
Tanrı
Sizi qorusun
Hörmətli
Məmməd Bəy!
Ad
gününüz mübarək olsun!
İnsanlara nə qədər çox gözəl xatirə
verdiniz, nə qədər çox insanın həyatında əhəmiyyətli
rol oynadınız.
Aşağı-yuxarı
33 il öncə ilk dəfə
görüşdük. O zaman dünya başqa idi.
Fırtınalar, günəşli günlər keçdilər
və Sizin 75-ci yasınız gəldi.
Tanrı Sizi qorusun.
Saygılarım
və sevgilərimlə,
Elod
Kovaç
Azərbaycan
ədəbiyyatının tərcüməçisi
Budapeşt,
Macarıstan
Türkə
sevdalı bir böyük şair
Əziz Məmməd
İsmayıl,
Mərdliyin və igidliyin vəzifəylə, mövqeylə,
pulla, şan-şöhrətlə deyil, ürəklə
olacağını göstərmiş, Türkə sevdalı
bir böyük şair. Milləti üçün yaşar, milləti
üçün narahat, milləti üçün məşğul
olub çalışar, milləti üçün dünyaya
meydan oxuyur, milləti üçün yazar, millətiylə
üzülür, millətiylə sevinir. Dünyanın
hansı bir yerində bir Türkün ayağına dəyən
daşın ağrısını ürəyində duyan əngin
könüllü şair... Türkün böyük
adamlarının uca ruhlarının toplandığı zamanə
dəlilərindən biri ...
Ona
qürbəti vətən edənlər, ondan heç bir
şey ala bilmədilər, əksinə o, millətinə
uzaqlarda daha çox xeyir verdi.
Ömrün
uzun olsun can Azərbaycanın və bütün
Türklüyün uca könüllü böyük şairi ...
Vahid
TÜRK
İstanbul
Mədəniyyət Universitetinin professoru
Şeirləriniz
Azərbaycan poeziya səmasında parlamaqda davam edir
Əziz və çox hörmətli Məmməd
İsmayıl.
Siz böyük Azərbaycan xalqının parlaq istedada
malik şairisiniz. Sizin şeirləriniz bütün Türk
dünyasında məşhurdur. Eyni zamanda istedadlı
Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikovun tərcümələrində
bütün rus oxucularının, eyni zamanda Rusiyada yaşayan
bütün xalqların sevimli əsərlərinə
çevrilib. Baxmayaraq ki, Siz uzun illərdir ki, Vətəninizdən
uzaqda yaşayırsınız, amma Sizin
şeirləriniz həqiqi yol göstərən ulduz kimi Azərbaycan
poeziya səmasında parlamaqda davam edir. Mənə
öz əllərinizlə
bağışladığınız Sizin Moskvada çap
olunan “Məktub yerinə” kitabını oxuduqca ürəyimi
sevinc və qürur hissi ilə doldu. Və mən
özümə istedadlı dost və ustad tapdığıma
çox sevindim.
Əziz Məmməd
ağa, şəxsən öz adımdan və bütün
Tatarıstan yazıçıları adından Sizə
möhkəm can sağlığı və uzun-uzun
ömür arzulayıram.
Rafis
Qurban,
Şair, əməkdar
incəsənət xadimi, Tatarıstan yazarlar birliyinin sədri
Rumınyadan
salam
Əziz Məmməd!
Səni möhtəşəm 75 illiyin münasibəti
ilə təbrik edirəm. Bu əsil kamillik
dövrünün yubileyidir. Sənənə can
sağlığı, yeni parlaq obrazlar və qəhrəmanlar
yaratmaq üçün yaradıcılıq gücü,
doğma və xarici dillərdə yeni-yeni kitablarının nəşrini
arzulayıram. Buxarestdə çap olunan “Rumıniya
lişterare” («Rumın ədəbiyyatı») qəzetində
Mixail Sinelnikovun sənin haqqında bizim jurnalda çap olunan məqaləsi
mənim tərcüməmdə və sənin Rumın dilinə
tərcümə olunmuş şeirlərin yayınlanacaq.
Sizə bol uğurlar arzulayıram.
Vyaçeslav
Samoşkin,
Rumıniyada
çap oluna beynəlxalq “Dialoq morey” jurnalının baş
redaktoru
Rus
oxucularının sevimlisi
Şair və filosof Məmməd İsmayılın
yaradıcılığına yüksək qiyməti
yalnız Türkiyə və Azərbaycan, bütün
Türk dünyası oxucuları, şeirsevərləri yox,
eyni zamanda Rus ədəbiyyat həvəskarları da verirlər. Bu parlaq sənətkarın
şeirləri Mixail Sinelnikovun,Yuri Kuznetsovun
və digər istedadlı Moskva şairlərinin tərcümələrində
həqiqətən rus dilində danışan və oxuyan
çoxmilyonlu auditoriyanı fəth etmişdir.
Mütəfəkkir, orijinal mənzərə ustası,
insan ruhunun bilicisi, şeirlərində müxtəlif vəziyyətlərdə
müasirlərinin incə nüuanslarını verməyi
ustalıqla bacaran Məmməd İsmayıl sağ ikən
dünya ədəbiyyatının həqiqi klassikinə
çevrilmişdir. Onun bir zamanlar təhsil aldığı Ədəbiyyat
institutunda, Rusiya Elmilər Akademiyasının Dünya Ədəbiyyatı
İnstutunda keçirilən Beynəlxalq Kuznetsov günlərindəki
iştirakı onu təsdiqləyir ki, hələ Kuznetsovun həyatda
olduğu zamanlarda bu iki klassik arasında ləyaqətli dialoq
yaranmışdır. Və dostu öldükdən
sonra da Məmməd İsmayıl dostunun xatirəsini heç
zaman unutmur.
Böyük şairə, dərin filosofa, istedadlı
pedoqoqa - Məmməd İsmayıla dünyanın müxtəlif
ölkələrindəki heyranlarına, hamımıza sevinc
bəxş edəcək çoxillik yaradıcılıq
çiçəklənməsi arzulayaq.
Rusiyadakı
bütün heyranları adından və öz
könlümün çağırşıyla,
Lola
Zvonareva
Moskva
Yazıçılar Birliyinin katibi
Fəth
olunmamış yolları fəth etməyi arzulayıram
Şair,
Çanaqqala 18 mart Universitetinin professoru
Məmməd
İsmayıla
Əziz
dost!
Yazarlar
Birliklərinin beynəlxalq birliyinin və həmkarlarım
adından Sizin önəmli 75 illik
yubileyiniz münasibəti ilə ürəkdən təbrik
edirəm.
Doğulduğunuz
Azərbaycanda, hazırda yaşadığınız və
çalışdığınız Türkiyədə,
eyni zamanda bir çox başqa ölkələrdə Sizi Azərbaycan
və dünya ədəbiyyatında önəmli yer tutan bir
şair, nasir, publisist kimi tanıyırlar. Sizin
dərin və özünəməxsus istedadınızı
saysız pərəstişkarlarınız olan Rus oxucuları
Sizi ürəkdən sevir və dəyərləndirirlər.
Önəmli olan odur ki, rus oxucularına Sizin şeirləriniz
unudulmaz müəllimim zəmanəmizin kllassiki Yuri Kuznetsoun,
eyni zamanda gözəl şair Aleksandr Kuşnerin və digər
söz ustalarının tərcümələriyə
ulaşdı.
Biz Moskvada Sizinlə hər zaman təkrar-təkrar
görüşməyə şadıq. Sizin alovlu və müdrik
poetik sətrlərinizi oxumağa və çap etməyə,
Sizin çoxyönlü yaradıcılığınızla
bizim gəncləri tanış etməyə
şadıq.
Və axırda
elə Sizin öz sözlərinizlə desək sizə
zamanı hiss etmədən uzaqlara, daha uzaqlara getməyi, fəth
olunmamış yolları fəth etməyi arzulayıram.
Bütün
ruhumla,
İvan
PEREVERZİN
Yazarlar
Birliklərinin Beynəlxalq Birliyinin sədri
Dostluq
körpüsü
Hörmətli
Məmməd İsmayıl
Sizi 75 illik yubileyiniz münasibətiylə ürəkdən
salamlayıram.
Sizin Azərbaycan
və Rus mədəniyyətinə verdiyiniz töhfəni qiymətləndirməmək
olmaz! Sizin şeirləriniz, nəsriniz, məqalələriniz
Saratov oxucularına yaxşı tanışdır. Sizin əsərlərinizi iki xalq arasında əlaqələrin
möhkəmlənməsinə, Sovet insanlarının
davamçıları üçün dostluq
körpüsü adlandırıla bilərik. Və bu xidmətiniz on illər boyu
qarşılıqlı əlaqələrin, insani münasibətlərdə
həqiqi dostluğun, səmimi münasibətlərin
yaranmasına xidmət edir. Heç
şübhəsiz Sizin dönməzliyiniz, müdrikliyiniz
insanlar arasında böyük rəğbətlə
qarşılanır.
İcazə verin Sizi yubileyiniz münasibəti ilə
ürəkdən təbrik edim. Sizə uzun ömür, möhkəm
can sağlığı, tükənməz enerji, yeni məhsuldar
planlar və onların həyata keçməsini arzulayım.
Vladimir
Quryanov,
Rusiya
Yazarlar Birliyinin katibi, Rusya Yazarlar Birliyi Saratov şəhər
təşkilatının sədri
Böyük
ədəbiyyat
Əzizim
Məmməd!
Doğum
günün mübarək! Bağrıma basıram! Qələmin
var olsun! Yeni-yeni uğurlar diləyirəm! Bir daha təbriklər
- öpürəm! Əsl Qələm
cihadlı sağlam, açıq, sərbəst, azad nəfəsli
ədəbiyyat dışarda yaranır, əzizim Məmməd,
təbii ki, buna inanıram. Sizin əsərləriniz
sandıq ədəbiyyatı olmalıdır və bu ədəbiyyatda
böyük həqiqətləri gizlətmək qeyri-mümkündür:
"Daş qəlbli insanları neylərdin, İlahi?"
Çingiz
Hüseynov,
İsrail
Yunus Emre
sesi
Türk
şiir kalasinin azeri burcu, dünya şiirinin türk
sancağı; Yunus Emre sesi, Dedem Korkut nefesi; büyük insan,
yüce şair Mehmet İsmail; 75 yil önce milletimize
armağan eden ulu tanrimiza nesiller boyu hemd edeceğiz size,
sayğideğer hanimefediye, sevgili kizlariniza ve
torunlarınıza, sağlikli ve uzun ömürler diliyoruz.
Ömür
CEYLAN,
İstanbul Kültür universitetinin
Ədəbiyyat fakültəsinin dekanı, professor
Kaspi.-2014.-15-17 noyabr.-S.15.