«Əl ətək tutmayınca, sən dərviş
olmazsan…»
Bir dükan yüz min dükandır, haq dükanıdır vəli,
Şəhr birdir, kar birdir, asılırsan dar bir…
Şah İsmayıl Xətaidən gələn
beytdir; həyatın bütün dəbdəbəsini,
eyni dərəcədə
də dönük üzünü, hər cür vəfasızlığını,
bu etibarsızlığını
görüb-yaşamış böyük insanın son qənaəti belədir. Belədir ki, bəzən insan öz könül həmdəminin, qəlb dostunun ən müşkül, düzəlməsi
heç cür mümkün olmayan problemini bütün qəlbi, ruhu, vicdanı ilə yoluna qoymağa öz gücü, qüvvəti daxilindən
də artıq dərəcədə cəhd
etdiyi bir məqamda qarşı tərəfin eyni gücdə, giley-güzarı,
təpkisi gəlir. Və məhz həmin anda yenə də Şah İsmayıl Xətainin bu unudulmaz beyti tam yeni bir ovqatla,
xüsusi bir dünyagörmüşlüklə o könül adamının
yaddaşında yenidən
cövlan edir: «Bir dükan yüz min dükandır, haq birdir… Şəhər
birdir, kar birdir, asılırsan dar bir!»
Ancaq bütün bu təəssüflü, nigaran
düşüncələr dünyasından işıq
ucu tapmağın ilk səsi-sədası yenə
də hikmətlər
xəzinəsi olan ədəbiyyatımızdan, söz
sənətimizdən gəlir.
Deyək ki, böyük qəlb şairi Məhəmməd
Füzuli bu nagəhan nigarançılığının
qarşılığında eyni dünyagörmüşlüklə
təsəlli verir, səbrə, şükrançılığa
dəvət edirdi:
Ol pərivəş kimi
məlahət mülkünün
sultanıdır,
Hökm
onun hökmü,
fərman onun fərmanıdır.
Təsadüfi deyil ki, ədəbiyyatşünas alim
Firudin Qurbanov «Şah İsmayıl Xətai Məhəmməd
Füzulinin sənət
güzgüsündə» adlı
əhatəli məqaləsinəd
dərin bir səmimiyyətlə qeyd edir ki, Xətainin
ədəbi irsi anadilli poeziyamızın başqa böyük nümayəndələri kimi
Füzulinin də yaradıcılıq örnəyidir:
«Füzuli Şah İsmayıl Xətaidən
həmişə öyrənmişdir,
bu öyrənmə sürətçıxarma üsulu
olmayıb, bədii ifadə vasitələrinin,
sözün çoxmənalılığının,
mənəvi gözəlliyinin,
gözəl psixoloji assosiasiyalar yaratmağını
öyrənilməsi ilə
izah oluna bilər».
Ən yaxşı
olan cəhət ondan ibarətdir ki, Xətai poetik yaradıcılığında
birmənalı olaraq mükəmməl, qüsursuz
və təkrarolunmazdır. O, bütün
bənzətmə və
qarşılaşdırmalarında, bütün mənalandırmalarında
sözün əyarı,
meyarı ola
biləcək incəliklərlə
işləməyi bacarıb,
bu sahədə şahlıq nüfuzunun arxasında kölgələnməyib,
yazmaq xtirinə yazmayıb. Zamanın və ruzigarın dəyişən havasına
hesablanmadan gözəl
bildiyini sonacan, ömrünün hər anında gözəl bilib, münasibət, baxış ayrıntısına
yol verməyib:
Mən səninlə söyləşəndə
gər zimistan, gər bahar,
Hər nə çağ görsəm səni,
aləm gülüstandı
mənə –
beyti bu mənada Şah İsmayıl Xətainin unikal, bütöv xarakterinin şəkillənməsi
kimi diqqət çəkir, onun səviyyəli şair, ən əsası da insan obrazını
ortaya qoyur.
Mübaliğəsiz demək olar ki, Şah İsmayıl
Xətai yeganə şəxsiyyətdir ki, onun sahib olduğu, daşıdığı dövlət
rəhbəri titulu heç vaxt şairlik haqqının önünə keçməyib,
özünü qabarıq
şəkildə biruzə
verməyib və ümumiyyətlə, bu barədə hər hansı eyhama belə əl yeri qoymayıb. Bu, Xətainin söz sənətinə, şairlik
vergisinə olan ən yenilməz etiqadının ifadəsidir.
Məhz bu xasiyyət görkəmli ədəbiyyatşünas alim
Sabir Əliyevin xüsusi olaraq diqqətə çatdırdığı
kimi, Şah İsmayıl Xətainin poetik düşüncəmizin
banilərindən biri
olan Füzulinin nəinki müasirinə, eyni zamanda, təkcə
ustadına deyil, həm də ədəbi qəhrəmanına
çevirmişdir: «Xətainin
sərkərdə və
siyasi xadim kimi əzəməti, şair kimi milli qeyrəti və əməli xidməti, qismən də əqidə və etiqadı böyük sənətkarlardan
«Bəngi- Badə» kimi töhfə görmüşdür. Bu mənada, Xətai ilə Füzulinin yüzlərlə faktda təzahür edən dərin düşüncə
qohumluğu inkarolunmaz
bir həqiqətdir.
Füzulişünas Sabir Əliyev
doğru olaraq önə çəkir ki, Xətainin ən böyük tarixi xidmətlərindən
biri Füzuli sənətinə hazırlığı
və zəmin roludur. Füzuli Xətainin bilavasitə sənət varisi və eyni zamanda
da klassik şerimizin qovşağıdır…
Füzuli sənətinin ideya-bədii
mənbələri içərisində
Xətai irsi xüsusi yer tutur.
Bu gün çağdaş
Azərbaycan şerində,
ümumən. söz
sənətimizin bütün
sahələrində sufi
düşüncəsi, dərvişlik
yaşamı və anlayışı barədə
dürlü yazılar,
şərhlər, iddialı
düşüncələr ortaya qoyulmaqdadır. Şah İsmayıl Xətai isə bu düşüncənin
şəklini zərif
bir duyğu və son dərəcə
anlaşıqlı dildə
bircə bəndlik bayatı-gəraylısında əks
etdirə bilişdir:
Özündən keçməyincə,
Birliyə yetməyincə,
Əl ətək tutmayınca
Sən dərviş
olamazsan.
Böyük türk şairi Yunis Əmrəyə nəzirə kimi yazılan bu maraqlı sufiyanə şeir əslində Xətainin gerçək şair və hökmdar, eyni zamanda da İnsan
obrazını ortaya qoyur. Təbii ki, bu təfəkkürlə yaşayan,
bu təfəkkürlə
ictimai-siyasi, sosial həyata anlaşıq göstərən bir hökmdar gec-tez öz şair məninə yeniləcəkdir.
Heç
harda yazılmasa da, birbaşa dilə gətirilməsə
də, gerçək
olan odur ki. Xətai öz fəaliyyəti dövründə hər şeydən öncə sözə, sufi
əxlaqa yenilib. O, öz hakimiyyət taxt-tacının özülünü
zor, zülm, xüsusi hədə-qorxu,
xof vasitələri ilə möhkəmləndirməyib,
əksinə, sözə
etiqad, söz önündə pərəstiş
onu həmişə siyasi hakimiyyətinin süqutuna, eyni zamanda, əbədi yaşamaq haqqına doğru ayaqlandırıb.
Bu qədər səmim
i, həssas və kövrək bir söz adamının
səltənət qovğasında
hər cür hiyləgərlik və zalımlıq önündə
geri çəkiləcəyi
xüsusi bir gerçəklikdi:
Xətaiyəm, xətdaram,
Haqq sirrinə səttəram;
Həkiməlrin dərmanı,
Təbiblərə əttaram…
Və bu ruh uzun əsrlər boyu Xətainin xalq arasındakı byük aşıq-şair obrazını ədəbiyyatımız üçün milli qürur mənbəyi kimi hifz edə bilmişdir. Tədqiqatçılar bu baxımdan Xətainin sadə, xalq ruhuna yaxın olan, xalqın təfəkkür tərzindən qidalanaraq qələmə alınan əsərlərinin hələ onun sağlığında Azərbaycan torpağını oymaq-oymaq gəzib-dolaşdığını xüsusi olaraq önə çəkir, qəlbləri, könülləri fəth etdiyini yazırdılar. Danılmaz həqiqətdir ki, hələ öz sağlığında görkəmli, ozan-aşıqlar Xətai şerindən ustadnamə kimi faydalanmış, adına musiqi bəstələmiş, dastanlar qoşmuşlar. Xalq yazıçısı Anar Xətai poeziyasına olan millət sevgisinin məhz bu coşqunluğunu və onun öz sağlığında Şərq ədəbiyyatına olan təsir dairəsini nəzərə alaraq yazır: «Xətai şerimiz tarixində iki nəhəngin - Nəsimi və Füzulinin arasında parlaq ədəbi etapdır, həm də bu keçiddə yalnız xronoloji ardıcılılğa, vaxt, zaman qatarına görə yer tutmur. Xətai poetikasına, təfəkkürünə, dünyaduyumuna görə də Nəsimiylə Füzuli arasında bir körpüdür. Onun yaradıcılığınan Nəsiminin insan və şair hünəri təsir edib, amma Füzuli kədərində də Xətai «qəm-qüssəsi»ndən bir xal, bir soraq var:
Niyə gəldik, nə gətirdik cahana?
Nə isətrsən axirəti cavidanə?
Nə idin aləmi vəhdətdə, söylə,
Bu kəsrət evində düşdün ki, böylə?
Xətai bütün həyatı boyu tükənməz bir aşiqliyin, əhdin-vəfanın yolçusu olaraq yazıb-yaratmış, onun «hanı, ey zalım, səninlə əhdimiz, peymanımız?» ağrısı, iztirabı özündən sonra gələn anadilli şerimizin başlıca sual qaynağına dönmüşdür.
Azərbaycan poeziyasının ən yaddaqalan, ən unikal və dil əzbəri olan poetik nümunələri Xətainin bu şeirlərinin şinelindən çıxdığı şəksizdir. Xətai yaradıcılığı bu mənada, sevgiyə, əhdə, sədaqətə çağırışın mənbəyi olaraq zamana yoldaşlıq etməyindədir.
Gülayə
Kaspi.-2014.-22-24 noyabr.-S.21.