Cavidlər ayı

 

Cavidşünaslar oktyabr ayını Cavidlər ayı adlandırırlar. Bu heç də əbəs deyil. 1882-ci il oktyabrın 24-də Böyük Türk Dünyasında türkcü-turancı kimi tanınan Hüseyn Cavid dünyaya göz açıb. 1919-cu il oktyabrın 22-də Ərtoğrul, 1923-cü il oktyabrın 2-də Turan dünyaya gəlib.

 

Bəzi cavidşünaslar Hüseyn Cavidin Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazıb-yaratmadığını ona iddia edirlər. Əslində isə bu iddianın əsası yoxdur. Çünki, “haqqını sən mübarizə ilə alarsan” söyləyən H.Cavidazad söz, azad cəmiyyət uğrunda mübarizə apararaqFüyuzatdan Azərbaycan Xalq Cümhuriyyətinə doğru yüksələn və ona əsas olan milli ədəbi hərəkatın” ən yaxın təbliğatçısı olmuşdu. Təkcə H.Cavid yox, “Füyuzat”ın ətrafına toplanan bütün yazarların yaradıcılığında haqq, ədalət, azadlıq mövzusu həmişə ön planda olmuşdur ki, onlar sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları oldu. Diqqət yetirin. Hələ “Füyuzat” işıq üzü görməmişdən əvvəl 1906-cı ilin sentyabr ayının sonunda “Həyat” qəzeti yazırdı: “məcmuənin səhifələri qüdrətli, ədəbi qələm sahibi olan cəmi hürriyyətpərvər mühərrirlərə açıq bulunacaqdır”. Bu hürriyyətpərvərlər H.Cavid, M.Hadi, M.Ə.Rəsulzadə, A.Sur, A.Şaiq, A.Səhhət və başqaları milli-istiqlal ideyalarının Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən fəal təbliğatçıları oldular. Onlar əsrlərdən bəri zülmə boyun əyən, hər əzabı, əziyyəti allahdangəlmə bəla deyə qəbul edən məzlum Şərqin yazıq, kimsəsiz bəndələrini həmişəlik olaraq oyanmağa, mübarizəyə qalxmağa sövq etdilər. Bu oyanış milli özünüdərkə və milli özünəqaydışa səbəb oldu ki, nəticədə öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan yeni gənc nəsil yetişdi.

 

Məhz “milli tariximizin böyük mənəvi hadisəsi olan bu ideologiya ilk dəfə XX əsrin əvvəllərində Azərbaycanın görkəmli, mütəfəkkir şəxsiyyəti Ə.Hüseynzadə tərəfindən ictimai, siyasi və ədəbi fikir tariximizə gətirilmiş”, romantik ədəbi məktəbin nümayəndələri kimi H.Cavidbu ideologiyanı ilk olaraq mətbuatımızda sonra isə ədəbiyyatımızda geniş şəkildə təbliğ etmişdir. Nəticədə bu ideologiyanın tarixi Azərbaycan və türk xalqlarının milli istiqlal yolunda apardıqları mübarizələrdə formalaşmışdır.

 

Müstəqilliyimizin yenidən bərpa edildiyi bir zamanda bu ideologiyanın təbliği istiqlalımızın və yeni ortaq türk mədəniyyətinin təşəkkülü üçün çox vacib, aktual və əhəmiyyətlidir. Çünki buideologiya zaman keçdikcə məzmunu dəyişsə də, mahiyyəti, yəni türk birliyi amalı eynilə qalmışdır”. Deməli bu gün H.Cavid yaradıcılığına obyektiv baxış onun milli və dünyəvi problemlərin araşdırılmasında böyük əhəmiyyətə malik əsərlərin müəllifi olmasını üzə çıxarır. “Dünəni və bu günü” vəhdət şəklində təqdim edən ədib bu yolla oxucusuna dünənini, tarixini xatırladır və ondan nəticə çıxararaq gələcəyini qurmağa sövq edir. H.Cavid müraciət etdiyi hər bir əsərində dövrə, tarixə ictimai-siyasi şəraitə xüsusi həssaslıqla yanaşmışdır. Odur ki, bu əsərlərində əks etdirdiyi siyasi baxışlar, dərin fəlsəfi fikirlər, ziddiyyətli nəticələr yaşadığı dövrlə bir başa bağlı idi. Amma çox təəssüf ki, bəzi cavidşünaslar kimi M.Cəfər də bu ziddiyyətləri dövrlə, o zaman baş verən siyasi hadisələrlə deyil hətta H.Cavidin şəxsi həyatı ilə bağlayırdı: “H.Cavid inqilabdan əvvəl çox kədərli, tənha, qəmli bir həyat keçirmişdi. Onun əsərlərindən göründüyü kimi inqilaba qədər zəmanəsinin heç bir hakim ideyası ilə barışa bilmədiyinə görə, şəxsi həyatında da daima bir narazılıq əhval-ruhiyyəsi ilə çırpınmışdı”.

 

Bu əsassız fikri söyləməklə müəllif çox böyük yanlışlığa yol verirdi. Çünki yaradıcılığını, amalını, milli istiqlalın, türkçülüyün, türançlığın təbliğinə yönəltmiş H.Cavid Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsini bütün varlığı ilə dəstəkləmişdir. Onun heç bir siyasi partiyanın üzvü olmamasına gəlincə, əslində H.Cavid özü dəfələrlə demişdir ki: “siyasət başqa, ədəbiyyat başqa”. Elə ona görə də heç bir siyasi partiyanın nə üzvü olmu, nə də onun siyasi ideyalarına rəvac vermişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinə ayrıca əsər yazmasa da bu dövrdə ictimai, mədəni işlərdə çox yaxından köməklik edərək, bir daha sübut edib ki, o, Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsini alqışlamış və onun təbliğatçısı olmuşdur.

 

Yuxarıda qeyd etdiyimiz bu kimi yanlış fikirlər bir daha əminlik verir ki, H.Cavidin yaradıcılığına yenidən müraciət edilməsində məqsəd onun irsi haqqında olan yanlış fikirləri obyektiv şəkildə aradan qaldırmaq, bu irsin müasir elmi, metodoloji əhəmiyyətini göstərmək və məhz bugünkü aktuallığını bir daha təsdiqləmək, müasir gənclərə çatdırmaqdır. Çünki, ədibin həyatı, yaradıcılığı çox ziddiyyətli, təzadlı dövrlərə təsadüf edir. Çarizmin əsarəti, İstiqlal dövrü və Azərbaycanda Sovet hakimiyyəti dövrü.

 

Tədqiqatçı alim C.Cəfərov yazırdı ki: “Cavidin çox mürəkkəb ədəbi yaradıcılığı, əsasən üç dövrə ayrılır: inqilaba qədərki, 1920-26-cı illər arasındakı və sonrakı dövr. Bunların ən böhranlısı 1920-26-cı illərdir ki, Cavidlə sovet varlığı, Cavidlə sovet sənəti və ədəbiyyatı arasında müəyyən ayrılıqla xarakterizə edilir”.

 

Əslində müəllif haqlıdır. Çünki məhz 1920-26-cı illərdə H.Cavid yaradıcılığı və şəxsiyyəti ilə bağlı yazılan çox saylı ədəbi-tənqidi, elmi, bədii-publisistik məqalələr, resenziyalar rəylər bir mənalı olaraq H.Cavid yaradıcılığında “ziddiyyət” axtarışında olub. Kimi 1926-cı ildən sonra H.Cavidin yaradıcılığında “ciddi dönüş olduğunuiddia edib, kimi də “yeni quruluşa qarşı biganəliyindən” şikayətlənib. Odur ki, bu uzun illər ərzində H.Cavid yaradıcılığına həsr edilən yüzlərlə tədqiqat əsərləri yaranıb.

Cavidşünaslar ədibin yaradıcılığının tədqiqini əsasən dörd dövrə bölürlər: “1. Çar rusiyası dövrü, 2. Azərbaycan Cümhuriyyəti dövrü, 3.Sovet hakimiyyəti dövrü, 4. Müasir müstəqillik dövrü”.

 

Onu da qeyd edək ki, bu dövrlərin hər birində tədqiqatçıların, yazarların H.Cavid sənətinə, şəxsiyyətinə münasibəti özünəməxsus tərz də özünü əks etdirir. Lakin sovet dövründə hakim partiyanın siyasi-ideoloji istiqaməti baxımından münasibət də qərəzlilik, özünü daha açıq şəkildə büruzə verir. Əqidəsinə sona kimi sadiq qalan ədib əsərlərində bolşevik hakimiyyətinə nifrətini açıq-aşkar nümayiş etdirdiyi üçün tənqidçilər onu əsasəntürkçüdür, islamçıdır” deyə günahlandırırdılar.

 

Doğrudan da H.Cavid yaradıcılığı başdan-ayağa türkçülük, turançlıq, müstəqillik, azadlıq ideyalarının təbliğinə həsr edilib. Məhz elə buna görə Azərbaycan Xalq Cümhuriyyəti dövründə istiqlal mövzusunda mühüm əsərlər yazmadığına görə H.Cavidi qınamaq olmaz. Azərbaycan istiqlal məfkurəsinin formalaşmasında, müstəqil dövlətçilik ənənələrinin inkişafında mətbuatın apardığı mübarizəni sona kimi dəstəkləyən və onun bütün ictimai-siyasi tədbirlərində fəallıq göstərən, təpədən-dırnağa türk amalı, türk qanlı tükçü olan H.Cavid “türklərin tarixindən yazanda da Azərbaycanı, onun istiqlalını, azadlığını unutmurdu”. Əslində H.Cavid o qədər dahi bir sənətkar idi ki, “yalnız Azərbaycan, türk dünyası, möhtəşəm Şərq deyil, bütün insanlıq Cavidin estetik-fəlsəfi platformasının içindədir”.

 

Tədqiqatçıların da böyük əksəriyyəti H.Cavidin “Azərbaycan Xalq Cümhuriyyəti dönəmi yaradıcılığının öyrənilməsinə məhz bu prizmadan baxmaq gərək” olduğunu söyləyirlər. Çünki, milli istiqlalımızın ideoloqu M.Ə.Rəsulzadə də bu fikirdə olmuşonun adını Azərbaycanın istiqlal mücahidləri ilə bir çəkərək “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində H.Cavidin yaradıcılığına xüsusi məhəbbətlə yanaşıb. Bu haqda Rəsulzadəşünaslar yazırdı: Cavidi müasir həyatın nəbzini tuta bilməməkdə təqsirləndirən sovet tənqidçilərindən fərqli olaraq o, müəllifin tarixi və bəşəri mövzulara müraciətini məqsədyönlü hesab edirdi. Ədib H.CavidinTopal Teymurpyesini türk tarixini səhnəyə gətirməklə “milliyyəthissini təbliğ edən bir əsər kimi qiymətləndirirdi.

 

M.Ə.Rəsulzadə bu əsərində H.Cavid yaradıcılığına sovet tənqidçlərindən fərqli mövqedə yanaşaraq obyektiv qiymətini vermişTopal Teymur”, “Peyğəmbər”, “Uçurum”, “İblis”, “Səyavuş” əsərlərini təhlil edərək yüksək dəyərləndirmişdir.

 

Mühacir ədəbiyyatşünas alim Mustafa Haqq Türkəqulu da “Azərbaycanlı türk şairi Hüseyn Cavid” adlı monoqrafiyasında Cavidin bu illərdə yazmamasının iki obyektiv səbəbi olduğunu qeyd edir: “Əvvala Azərbaycan istiqlalını elan edərkən Cavid Azərbaycan hüdudları xaricində, yəni Tiflisdə idi. İkincisi də, bu dövrdə Cavidin bütün həyatı boyu müztərib olduğu göz ağrıları şiddətlənmiş, heç bir şey yazamazoxuyamaz olmuşdu. Yoxsa Cavid kimi millətçi, vətənpərvər və enerjik bir şair belə məsud bir dövrdə susmazdı, daha doğrusu susamazdı”.

 

Təəssüflər ki, 50-60-cı illərdə də yazılan tədqiqat əsərlərinin əksəriyyətində “1918-ci ildən sonra uzun bir müddət Cavid yaradıcılığında ağır bir durğunluq, böhran yaranır. 1918-ci ildən sonra şair ölkədə və beynəlxalq həyatda baş verən böyük tarixi-ictimai hadisələrə son dərəcədə laqeyid görünürkimi fikirlər söyləməklə yanlışlığa yol verirdilər.

 

H.Cavid Cümhuriyyət dövründə tamamilə susaraq bir kənara çəkilmişdir demək də düzgün olmazdı. Çünki, H.Cavid döyüşkən, mübariz, hüriyyəti, azadlığı sevən, coşğun bir şair idi. O, bu illərdə ədəbi mühitdən tam uzaqlaşmamış ölkədə baş verən ədəbi-mədəni, ictimai hadisələrdə yaxından iştirak etmişdir. Bunu o zaman Bakıda çap olunan dövrü mətbuatda verilən məqalələr və informasiyalar, xatirələr, arxiv sənədləri da sübut edir.

 

O, ölkədə yeni yaranan “Yaşıl qələm” ədəbi cəmiyyətin yaranmasına yardımçı olmaqla yanaşı, o zaman fəaliyyətdə olan ədəbi kommisiyaların işində fəalıq göstərmiş, Azərbaycan müəllimlər iclasında idarə heyətinə üzv seçilmiş, iki ay sonra isə pedaqoji fəaliyyətindəki fəallığı nəzərə alaraq Azərbaycan Müəllimlər Konfransında Təlifat heyətinə seçilir, Bakıda hazırlıq kurslarında ədəbiyyatdan dərs deyir, az bir müddət qız məktəbində şəriət müəllimi işləyir, Darülmüəllimin –Bakı müəllimlər Seminariyasında dərs verir, A.Şaiqlə birlikdə 1919-cu ildə “Ədəbiyyat dərsləri” adlı dərslik yazaraq, hökumət mətbəəsində çap etdirmişs.

 

Elə bu işlər bir daha sübut edir ki, Cavid Azərbaycan Xalq Cümhuriyyəti dövründə ən fəal ziyalılardan biri kimi ölkədə baş verən bütün ictimai, mədəni hadisələrdə, onların inkişafında yaxından iştirak etmişdir.

 

Sevil Həsənova

BDU-nun doktorantı

Kaspi.-2014.-11-13 oktyabr.-S.20.