ANDERSEN QIZIL MEDALININ BİR ADDIMLIĞINDA

 

Azərbaycan uşaq yazıçısı Qəşəm İsabəylinin yaradıcılıq uğuru

Bu yaxınlarda Mexiko şəhərində Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurası – İBBY 2014-cü ilin Şərəf siyahısını (Bax sayt; – IBBY Honour List 2014) – Fəxri Andersen siyahısını elan etdi. Sevindirici haldır ki, dünyanın müxtəlif ölkələrinin 57 yazıçısının laureatlar siyahısında Azərbaycanın uşaq yazıçısı Qəşəm İsabəyli də yer almışdır. İndiyə qədər Andersen Fəxri Diplomuna Rusiyanın məşhur uşaq yazıçılarından S.Mixalkov, A.Barto, V.Medvedyev, Y.Koval, A.Aleksin, tərcüməçilərdən B. Zaxoder, İ. Tokmakova və başqaları layiq görülmüşdür. Bu il isə rus yazıçısı S.VostokovZimnya dvor” kitabı və tərcüməçi M.BoroditskayaAnqliyskaya poyeziya dlya detey” tərcümə kitabıyla bu fəxri kürsüyə qalxa bilmişdir.

 

Andersen Fəxri Diplomu deməkdir? Son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühiti özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi. Bu əsərlər dünya dillərinə tərcümə çap üçün tövsiyə olunur. Burda qeyd etmək yerinə düşər ki, hələ qonşu Gürcüstan Ermənistan uşaq yazıçılarından bu Fəxri Diplomu alan olmayıb. Q.İsabəyli Azərbaycanın ilk uşaq yazıçısıdır ki, “Cinnağıl-povestiylə Andersen Şərəf siyahısına düşür. İndiyəcənCinəsəri 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min İngilis dilində nəşr edilən bu kitab oxucular arasında geniş yayılmışdır.

 

Xatırladaq ki, Q.İsabəylinin Beynəlxalq Uşaq Gənclər Kitabı ŞurasınınBookbirdjurnalında (London, 2012) “Baba, sabahın xeyir!” hekayəsi ingiliscə çap edilmişdir. İngilis redaktoru əsər haqqında fikrini, hekayənin ədəbi dəyərini müəllifə ünvanladığı məktubunda belə ifadə etmişdir: “Sizin hekayəniz son dərəcə gözəldir!”. Bu, Azərbaycan uşaq ədəbiyyatı haqqında deyilmiş ilk dəyərli fikirdir. Q.İsabəylinin əsərləri Rus, İngilis, Ukrayna, Belorus, Qırğız dillərində çap edilmişdir. Sovet dövründəMurzilka” (Moskva, 1982) jurnalında onun iki qoşa səhifə şeirləri verilmişdir. Bakıda ruscaÜüü...”, “Osel sın Osla”, “ starıe kafkaztsı”, “Aclıq dərsiişıq üzü görmüşdür.

 

Bədii forma məzmun axtarışları orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan Q.İsabəyli” (Z. Xəlil, F. ƏsgərliUşaq ədəbiyyatı. Dərslik”, Bakı-2007) bu uğura yetincə son dərəcə keşməkeşli yol qət etmişdir. Onun uşaq ədəbiyyatına gətirdiyi yeniliklər, uğurlu tapıntılar haqqında yazıçı tənqidçilər zamanında dəyərli fikirlər söyləmiş, bir sıra əsərlərini təqdir etmişlər. Görkəmli şair Məmməd İsmayıl yazırdı: “Adı da, özü balacaolan bu kitabda (“Balaca, bapbalaca”, Bakı-1982) uşaqlarınbarmaqlarını yalaya-yalayaoxuyacağı çox şeirlərlə rastlaşdım.”. (“Ədəbiyyat incəsənətqəzeti, 11 fevral 1983). ya: “Əkil-Bəkilpoemasının dili həqiqətən şəhd-şəkərlidir. Bəlkə elə nağıllarımızdakı Əkil-Bəkil müəllifə sehrli söz çırağının yerini göstərib, ona görə yazı bu qədər oxunaqlı çıxıb.” (“Əkil-Bəkil”. Ön söz, Bakı-1990). Burdaca xatırlatmaq yerinə düşər ki, Q.İsabəyli 1989-cu ildəƏkil-Bəkilpoemasıyla Azərbaycan Yazıçılar İttifaqının, Azərbaycan Dövlət Mətbuat Komitəsinin Azərbaycan Komsomolununİlin ən yaxşı uşaq kitabımükafatına layiq görülmüşdür. Aldığı pul mükafatını isə Şəhidlərin abidəsinə yardım fonduna keçirtmişdir.

 

Mərhum yazıçı Ələviyə Babayeva da vaxtilə Q.İsabəylininGəncliknəşriyyatına təqdim etdiyi əlyazmasından təsirləndiyini belə ifadə etmişdir: “Q.İsabəylinin nəsr təhkiyə üslubu şeir dili kimi poetik nağıl məziyyətlidir”. ya: “Q.İsabəylininÜüü...” povestinin adı kimi özü uşaq nəsri üçün tapıntıdır.”. (“İstedad özü öz yolunu tapır”. “Ədəbiyyat qəzeti”, 10 yanvar 1997).

 

Şair Məmməd Namaz yazırdı: “Mən “Nənəm təkdi” kitabını son illərdə yaradılmış ən gözəl əsərlərdən biri, bəlkə də elə birincisi hesab edirəm. Bu gözəl əsəri böyük Şəhriyarın “Heydərbabaya salam” əsəri səviyyəsində görürəm”. (“Aysel Xəlilova “Azərbaycanın görkəmli uşaq yazıçısı Qəşəm İsabəyli”. Bakı-2011).

 

Orijinal yaradıcılığı ilə seçilən Qəşəm İsabəylinin dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsini Azərbaycan uşaq ədəbiyyatının tarixində ədəbi hadisə adlandırmaq doğru olar.

 

Hörmətli qələm dostum Qəşəm İsabəylini bu böyük mükafata layiq görülməsi münasibətilə təbrik edir, müəllifə dəyərli nəsr və poeziyadan aclıq çəkən Azərbaycan uşaq ədəbiyyatını özünün orijinal əsərlərilə zənginləşdirməsini arzulayıram.

 

Şəfəq Nasir

Kaspi.-2014.-11-13 oktyabr.-S.16.