“Bir Kəbə eviydi Məcnunun
özü...”
“Uşağı ovutmağa çalışan Ruh bu dəfə hirsindən özü ağlayırdı. Az qalırdı uşağın varlığından çıxıb Adamı tapsın və desin: “Niyə qoymadın mən də gedim. Məni niyə qoydun bu adamların əlində?!
...Adamsa xoşbəxt idi.
Yer üzünə istədiyi körpə gəlmişdi.
Və ruhunu yer üzündə qalmağa razı sala bilmişdi...”
Hər dəfə “İncidilmiş ruh” essesinin bu məqamlarına nəzər yetirəndə istər-istməz qəti bir fikir mənimlə olur ki, o xoşbəxt Adamın yer üzünə gətirmək istədiyi və gətirdiyi körpə elə həmin essenin müəllifi Barat Vüsalın özüdü. Həmin o adamın son məqamda Tanrıdan rüsxət diləyib, hələ bir az da yaşamaq istəməsinin başlıca səbəbi məhz axtardığı, həsrətində olduğu körpəni, yəni Barat Vüsalı doğmaca yurdunda, öz ocağının başında gördükdən sonra dünyadan əminliklə varıb getməsi imiş... Yəni, o Adam əslində öz yurdçusu ilə halallaşmaq xoşbəxtliyini dadmaq, dünyadan əmin-arxayın köçmək istəyirmiş.
Bilirmiş ki, şerin, sözün yurdçuluğunu hər yerindən durana etibar etmək olmaz!
Poeziya, söz yolçuluğunun kimin boyuna biçildiyini yaxşı bilirmiş o Adam.
Bilirmiş ki, arayıb-axtardığı qəlbi özündən qabaq dünyaya gələnlərdəndi. “Bilirmiş ki, Ona lazım olanı, düşündüklərini məhz o uşaq bütün səmimiyyətilə açıb-ağarda, aləmə car çəkə biləcək:
Bir müqəddəs yazı itib,
Tapan gərək, izi itib.
Allahın bir sözü
itib,
Şair o sözü
axtarır!
Ən gerçəyi isə odur ki, Barat Vüsal dünyanın, vaxtın və baxtın ömründən keçib gələn şairdi. Dünyanın uzanan şair ömrü olması inancı məhz Barat Vüsala məxsusdur. Özü də fərqindədi ki, onun ürəyi göy üzü kimidi və quşlar onun ürəyinin üstündən uçub gedirlər. Ona görə ki, şair ürəyi Allaha daha yaxın, Allaha daha qohum olanlardandır:
Quşlara nə gözəl gül
alınıbdı,
Quşlara toy olub, əl
çalınıbdı.
Quşlara nə görəz yol
salınıbdı –
Quşlar ürəyimin üstdən uçurlar.
Günəşlə, ana vətənlə torpağı bir yerdən götürülən şairdi Barat Vüsal. Elə tövsiyyəsi, ismarışı da bu yöndədi:
Yerdən doğuldunmu, göydən
gəldinmi,
Torpağın, günəşin qucağındasan.
Şairim, şairə olan sevgini
Günəş sevgisi
bil, torpaq eşqi san.
Baratın şeirləri bütöv
şəkildə millətimizin,
ruhumuzun, milli kimliyimizin şəkillənmələri,
gerçək üzü,
surəti kimidi. Onun hər misrasında sonsuz ehtiram, məhəbbət, pərəstiş
duyğuları ilə
yanbayan ərki, istəyi və ironiyası binələnir:
Bu millət
deyil ki, bənövşəlikdir,
Bu millət deyil
ki, axar bulaqdır.
Bu millət
deyil ki, göy meşəlikdir,
Özünü yandıran
oddur, ocaqdır.
Bir başı
bəlalı anadı,
onu.
Qanmayan hansıdı,
qanan hansıdı?!
Bir şirin
kəlmədə, sözdədi
canı,
Nə desən o saat inanasıdı.
Alimsən, baqqalsan,
özün bilərsən,
Alırsan, satırsan,
özün bilərsən,
Bircə bu millətə yalan söyləmə.
Barat Vüsal
o qələm adamlarındandır
ki, hər sözü, misrası mövzunun əyninə dürüst biçilir. Elə bil ki, onun
şeirləri yazılmır,
eləcə var olur, eləcə ipə-sapa düzülür
və hər misranın öz biçimi, öz ləngəri öz mövzusunu çəkib gətirir:
Bu adamların
bəlası
Adəm olmaqdan başlayır.
Bu adamların
xatası
Adam olmaqdan başlayır.
...İkidi
dünyanın üzü,
Biri qurddu, biri quzu.
Dünyada kişilik
sözü,
Vətən olmaqdan başlayır...
Azərbaycan keçmədiyi bir körpüdən keçməməyin
qüruru, hikkəsi keçir Baratın poeziya aləmindən. Bu millətin Əlincəsi,
Ərki, Xudafərin körpüsünə körpü
olmaq duyğusu bütöv, boyaboy sarıb Baratın söz mülkünü.
Onun təqdimatında ən müqəddəs, ən əlçatmaz gözəl
işin qulpu olmaq arzusu necə
də səmimi, istəkli və vacibdi. Başının
üstündə görk
olan Allaha aparan yola körpü
olmaq görkü Baratın dilindən necə də gözəl səslənir!
Bu müqəddəs duyğuların
beşiyi, əzəldən
əzəl hücrəsidi
onun könül mülkü... Bu pünhanlıq
daxilində, hücrəsində
məhz onun özünə məxsus,
onunku olan və minilliklər boyu bir, bütöv
olan qədim bir yurdun ilkinliyinə
sahibliyində bir vergül qədər belə etibarsızlıq etməyən böyük
bir vətəndaşın
aydın nəbzi döyünməkdədi:
Bir az Azərbaycan qalıb içimdə,
Bir az əllərimdə
tutalğacım var.
Bir yol doğrananda min yol doğulan,
Min kərə şöy
verən tut ağacım
var.
...Bir
xalq çökdürülüb
daşa, torpağa,
Çalışmır ayağa niyə durmağa?
Bütün bir vətənə yiyə durmağa
Bir az Azərbaycan qalıb içimdə.
Öldürün... öləsi deyiləm daha,
Belənin beləsi...
deyiləm daha!
Heç kimə
verəsi deyilən daha,
Bir az Azərbaycan qalıb içimdə.
Baratın şeirləri
dünyagörmüş, dünyanın
hər üzünü
gəşt edib də, öz həqiqətlərinə tapınmış
bir könül adamının dünya yolçuluğuna ilk qədəm
atan və yaxud atacaq kəslərə
xeyirxahlıq duyğusu
kimidi; həmişə
öndə gedir, tanışlıq verir, şərh edir – qoymur, daha doğrusu
qıymır ki, çaşıb qalasan, səmti, yolu-yolağanı
itirəsən:
Bizdən zəhərliymiş
əfi nə varsa,
Bizdən zərərsizmiş
dəxi nə varsa.
Çıxmır ortalığa
dəfinə varsa,
Meydana hər kəsin qüsuru çıxır.
...Neyləyim,
gözümü qan götürəndə,
Əkdiyim hər toxum qəm bitirəndə,
Sağıydı özümlə
mən gətirəndə,
İndi o ürəyim üzülü çıxır.
Var deyil, yoxmuşam, Barat, gör qəmi,
Evimi yıxmışam,
bixəbərəmmi?
Yaylağa qalxıram,
bəxtəvərəmmi -
Ağlayıb qarşıma
Füzuli çıxır...
Bu misraların
hər biri öz boyu, ruhu,
anlamı ilə qos-qoca bir dünyagörmüşlükdən,
ahıllıqdan və
dünya işlərinə
dərindən bələdçilikdən
gəlir. Və çox qəribədir
ki, bütün bu qədimliklə, dünyagörmüşlüklə, əskiliklə yanaşı,
Baratın öz çağdaş, müasir
və dəyişməz
obrazını da bütün təfərrüatları
ilə göz önünə gətirir.
Oxucu onun simasında, varlığında
özünə çox
doğma, həssas, özünə və özünə vəfalı
olan bir könüldaş tapır:
Deyirəm məhəbbət
dünyası bəlkə
Səninlə barışmaq,
səndən küsməkdi.
Mənim həyatımın
mənası bəlkə,
Səni axtarmaqdı,
səni gəzməkdi.
...Səni
axtarmağındadı, ləzzəti
Məni qoymayacaq
ölüm, qurtarım.
Səni gəzə-gəzə
ölməyəcəm mən,
Elə biləcəklər
ölüm qurtarıb...
Adama elə gəlir ki, iki könül dostu arasında olan, yaşanan məhəbbət bağlılığının
bundan da yana gözəl
ifadəsi, surəti və deyim tərzi
yoxdu.
Məcnunun atasının çəkdiyi
ahın Məcnunun sükutunda əriyib getdiyi məqamı B.Vüsal qədər bütün anlamı ilə şeirə gətirə bilmək hər bir qələm
adamının zəruri
arzusu olaraq qala bilər. Atanın
öz oğlunun Məcnunu olmaq səadətini ilk dəfə
şerin şirin dili ilə ifadə
etmək məcnunluğu
da məhz Barat Vüsala məxsusdu:
Məcnun sevgisinin
ağrısı canda,
Gərək varsa, ürək odlara düşsün.
İstərəm Məcnundan
danışılanda,
Məcnun atası da yadlara düşsün.
Əli boşda
qaldı yola baxanda,
Oğlunu bir eşqin butası çəkib.
Məcnun nə çəkib ki, belə
baxanda,
Nə çəkib... Məcnunun atası çəkib.
Leyli sevgisini, Məcnun eşqini
Yükləyib dəvəyə, aparıbdı o!
Bir Kəbə eviydi Məcnunun özü,
Məcnunu Kəbəyə aparıbdı o...
Bütün hallarda Baratın özünəməxsusluğunu, etirasını, iradını və ərkini də ilıq, səmimi bir pünhanlıqla, dostcasına ifadə etməsi oxucunu dəfolunmaz bir qüvvəylə özünə doğru çəkir. Oxucunu özüylə götürür, öz dünyasına qovuşdurur, ona öz dünyasından uçmaq üçün bir cüt qoşa qanad bağışlayır və bu qanadlar oxucunu gerçək aşiqliyəcən götürür:
Ana qucağına bala
sığınar,
Sərçənin yuvası var
üşüyəndə.
Pərvanə nəfəsi yandırır şamı,
Pərvanəsiz şamı gör üşüyəndə.
Bir-birinə nəfəs
verir ağ,
qara,
Gözəl beşiyidir,
bax bulaqlara.
Qar niyə
çox yağır bildim dağlara,
Dağlara sığınır
qar üşüyəndə.
Ana dodağından bayatı qopur,
Fərhad dağdı,
yarır, qayadı, çapır!
Gözünü gəzdirib
Baratı tapır,
Bir şeir istəyir
yar üşüyəndə.
O “yar”
deyə əziz tutulanın hər birində bizdən nəsə
əziz bir şey var...
Gülayə
Kaspi. - 2014.-
6-8 sentyabr.- S. 24.