Yeni mövsümə yeni filmlərlə
Bakı kinoteatrları tamaşaçılara ən son çəkilmiş xarici
filmləri təqdim edəcək
Qəzetimizin ötən
saylarında mədəniyyət evlərinin, teatrların və
eləcə də mədəniyyət mərkəzlərinin yeni mövsümə hazırlıqları barədə
sizi agah etmişdik. Bu dəfə
isə kinoteatrların yeni mövsümdəki
repertuarına nəzər yetirdik.
Öncə onu qeyd edim ki, paytaxtımızda yerləşən bəzi kinoteatrlar əyləncə mərkəzlərinin tərkibində yerləşər ki, burada insanlara əylənmək və zamanlarını asudə keçirmək üçün hər bir imkan yaradılıb. Həmin məkanlara bircə dəfə getmək kifayət edər ki, Avropa standartlarına uyğun tikilmiş möhtəşəm əyləncə dünyasının şahidi olasınız.
Biz də
paytaxtımızda yerləşən cinema
mərkəzləri ilə əlaqə saxlamağa
və yeni mövsümdəki yenilikləri
ilə tanış olmağa
çalışdıq. Cinema mərkəzlərinin
mətbuat nümayəndələri ilə nə qədər
əlaqə saxlamaq istəsək də, cəhdimiz
boşa çıxdı. Bir
neçə dəfə cəhd etdikdən sonra
“28 cinema”dan bəzi məlumatları
əldə edə bildik. Digər cinema mərkəzləri ilə saytlarda verilən nömrələrlə əlaqə
saxlamağa çalşsaq
da, cəhdlərimiz bəhrəsiz oldu. Həmin əyləncə mərkəzlərinin
işlək olan saytlarından yalnız yeni mövsümdə nümayiş
olunacaq filmlərin adlarını öyrənə
bildik.
Neftçilər prospekti 1-də yerləşən “Park Bulvar” əyləncə mərkəzi və Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət və əyləncə mərkəzi ilə əlaqə saxladıq. Demək olar ki, hər iki məkanda seanslar bəzi vaxtlarda eynilik təşkil edir. Əyləncə mərkəzlərində yerləşən Park Cinemanın film siyahısına nəzər yetirdik. Öyrəndik ki, bu mövsümdə də kinoteatrın repertuarı ötən ilki kimi rəngarəng olacaq. Belə ki, kinoteatrların repertuarında dünyanın müxtəlif ölkələrində yeni çəkilən və nümayişi yalnız kinoteatrlarda nəzərdə tutulmuş filmlər tamaşaçılara təqdim olunacaq.
Dünyada ən son çəkilən filmlər
Qarşımıza ilk olaraq Fransa istehsalı olan Lyuk Bessonun rejissorluğu ilə hazırlanmış “Lyusi” filmi çıxdı. Skarlett Yohanssonun, Morqan Frimanın, Anali Tiptonun, Yohan Filip Asbekin iştirak etdiyi bu film fantastik janrdadır. 12 yaşından yuxarı uşaqların izləyə biləcəyi film sentyabrın 11-dən tamaşaçıların ixtiyarına buraxılacaq.
Sentyabrın 11-dən etibarən sözügedən kinoteatrlarda “Ədviyyələr və ehtiraslar” adlı növbəti filmin nümayişi də nəzərdə tutulub. Amerika istehsalı olan filmin rejissoru Lasse Hallstryomdur. Baş rollarda isə Helen Mirren, Şarlotta Le Bon, Maniş Dayal, Roen Çand, Cuxi Çavla iştirak edəcəklər. Film dram janrında lentə alınıb. 16 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuş filmdə Fransaya köçüb, orada fransız restoranı ilə üzbəüz yeməkxana açan bir Hindistan ailəsinin başına gələn əhvalatlardan bəhs edilir.
Sentyabrın 18-də isə
həmin kinoteatrlarda “Yaşıl əjdahaların
qisası” filminin nümayişi
nəzərdə tutulub. Amerika istehsalı olan filmin rejissorları Vey Keunq Lau, Endryu Ludur. Əsas obrazları isə
Castin Çon, Kevin
Vu, Qarri Şam-kiç,
Rey Liotta, Cin Onq, Syuya Çanq canlandırır. Film dram janrındadır. Əsasən savaş və kriminala həsr olunub. Film XX əsrin
80-90-cı illərində Nyu-Yorkda
mühacirlərin tarixçəsindən
bəhs edir.
Paytaxt sakinləri oktyabrın
23-də ailəvi komediyaya
həsr olunmuş “Qəhrəmanlar şəhəri”
adlı animasiya filminə baxa biləcəklər. ABŞ istehsalı
olan filmin rejissorları Don Holl, Kris Uilyamsdur. Rollarda TiCey Miller, Ceymi Çunq, Maya Rudolf iştirak
edirlər. Gənc Xiro Xamada anadangəlmə ixtiraçı
və robotlar yaradılmasının dahisidir.
O, böyük qardaşı
Tadaşi ilə birlikdə gələcəyin
şəhəri San-Fransokioda
Texniki universitetdə ən qabaqcıl ideyaları həyata keçirirlər. Bir sıra
müəmmalı hadisələrdən
sonra dostlar hiyləgər sui-qəsdin
mərkəzinə düşürlər.
Ümidini itirən Xiro
şən və mehriban eksperimental robot Beymaksı möhkəm döyüş maşınına
çevirməyi bacarır.
Kinoteatrların repertuarındakı növbəti
yeni film isə yenə Amerika istehsalı olan “İstəyirəm. Bacarmıram” filmidir. Filmin rejissoru
Den Birsdir. Rollarda isə
Alan Tyudik, Kreyq Roberts,
Keti Findley, Otem Dial, Karlson Yanq çəkiliblər.
Komediya janrında lentə alınan film 16 yaşından
yuxarı olanlar üçün nəzərdə
tutulub. Filmin mövzusu yuxarı
sinif məzununun həm şəxsi həyatında, həm də təhsilində ən vacib gündən
bəhs edir. Filmdə hər şey finala çatmamış dağılır. O, növbəti
gün oyanaraq anlayır ki, “Marmot Günü”nə düşüb.
Və indi o, həmin vacib günün hadisələrini hər şey qaydasına düşməyincə yenidən
və yenidən yaşayacaq. Bəs o, zaman
ilgəyindən çıxıb
öz yeniyetmə xəyallarını reallaşdıra
biləcəkmi?
Sentyabrın 15-də kinoteatrlarda “Bədheybətlər
ailəsi” nümayiş
olunacaq. Qrehem Enneybl, Entoni Stakkinin rejissorluğu ilə çəkilən
filmdə El Fanninq, Saymon Peqq, Toni Kollett, Ayzek Hempsted-Rayt, Ben Kinqsli, Treysi Morqan rol
alıblar.
Oktyabrın 9-da isə kinoteatrlarda “Drakula” filmi təqdim olunacaq. Qari Şorun rejissorluğu ilə çəkilən
filmdə Lyuk Evans,
Sara Qadon, Samanta Barks, Çarlz Dens, Dominik Kuper, Zek MakQoun
iştirak edirlər. Film dəhşət, fentezi, savaş və dram janrındadır.
12 yaşından yuxarı
uşaqlar üçün
nəzərdə tutulmuş
filmin mövzusuna görə, Vlad Drakula böyük hökmdar, şanlı döyüşçü və
ehtiraslı bir kişi idi.
Lakin tale
onu hiyləgərliyi sərhəd bilməyən
düşmən ilə
görüşdürür. Və onda Drakula
inanılmaz gücü
əbədi cana
dəyişmək üçün
saziş bağlayır.
Sentyabrın 25-də tamaşaçılar
Rusiya istehsalı olan “Düzəliş sinifi”ni izləyə
biləcəklər. Filmin rejissoru
İvan İ.Tverdovskidir.
Filmdə Mariya Poyezjayeva, Nikita Kukuşkin,
Filipp Avdeyev, Olqa Lapşina, Natalya Pavlenkova, Yuliya Serina rol alıblar.
16 yaşından yuxarı olanların izləməli olduğu filmdə ilk sevginin yaranması üçün
dünyanın ən yaxşı yeri müzakirə olunacaq.
Yeni mövsümə
xeyriyyə layihəsi
ilə
“28 Cinema” isə mövsümə “Dostuna kömək et” xeyriyyə layihəsi ilə start verəcək.
Dünəndən etibarən
Azərbaycanın premium səviyyəli
kinoteatrı “28 Cinema”da
xeyriyyə aksiyasına
start verilib. Kinoteatr qarşıdan gələn
yeni tədris ili ilə
əlaqədar olaraq “Dostuna kömək et” layihəsi keçirir.
Xeyriyyə layihəsi çərçivəsində artıq hər kəs ehtiyacı olan uşaqlara yardım edə biləcək. Bunun üçün lazım olmayan məktəb ləvazimatlarını “28 Cinema”ya gətirmək və bununla da ehtiyacı olan uşaqlara kömək etmək mümkün olacaq. Qeyd edək ki, “28 Cinema” Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində ehtiyacı olan uşaqlara müxtəlif dəstək və xeyriyyə layihələrini davamlı olaraq keçirir.
“28 Cinema”
kinoteatrında tezliklə nümayiş olunacaq filmlərin siyahısına nəzər
yetirdikdə müxtəlif ölkələrin filmlərinə
rast gəlmək mümkündür.
Belə ki, kinoteatrda
sentyabrın 11-dən “Zip və Zap və şüşəli şarlar
Klubu” adlı macəra dolu
komediya nümayiş olunacaq. İspaniya
istehsalı olan filmin rejissoru Oskar Santos Qomesdir. Rollarda Xavyer Gutyerres, Raul Rivas, Deniel Tserezo, Klaudiya Veqa, Fran Qersiya iştirak edirlər.
Filmdə Zip
və Zap qardaşlarını tərbiyəvi
“Ümid” mərkəzinə göndərirlər.
Mərkəzin direktoru təkgözlü Falkonnetidir. Az sonra qardaşlar
anlayırlar ki, bura
ümumiyyətlə oynamağa icazə
verilməyən bir yerdir.
Ona görə onlar
şüşəli şarlar Klubu (İspaniyada uşaqlar üçün
məşhur şarlar oyunudur)
yaradırlar, bu isə uşaqların
böyüklərin hakimiyyətinə qarşı müqavimət
simvoluna çevrilir.
Sentyabrın 11-də “28 Cinema”da “Ədviyyatlar və ehtiras” filmi nümayiş olunacaq. Elə həmin gün Avstraliya və ABŞ istehsalı olan “Rover” filminin nümayişi gözlənilir. Filmin rejissoru Devid Mişodur. Obrazları Gay Pirs, Tavanda Maniymo, Skut MakNeyri, Devid Fild, Skott Perri canlandırırlar. Hər kəsin izləyə biləcəyi filmin baş qəhrəmanı vəhşi Avstraliya təbiəti boyunca avtomobilini oğurlayan dəstəni izləyir və özü də tələyə düşür.
Sentyabrın 11-dən 25-nə
kimi uşaqlar üçün “Poçtalyon
Pet 3D“ filmi nümayiş olunacaq. Böyük Britaniyanın istehalı olan filmin rejissoru
Maykl D’İsa-Hogandır. Rollarda isə Devid Tennant, Rupert Qrint, Cim Brodbent,
Stefen Mengen, Greg Ellis çəkiliblər.
“Kann film festivalı”nda əsas mükafatı qazanan Nuri Bilge
Ceylanın “Qış yuxusu” da repertuarda yer alıb. Sözügedən film
sentyabrın 18-dən oktyabrın 2-nə kimi
nümayiş olunacaq.
Rollarda Haluk Bilginer, Melisa Sözen, Demet Akbağ iştirak edirlər.
Musiqisevərlərin diqqətinə çatdıraq ki, bu mövsüm Azərbaycan Dövlət Filarmoniyası onlar üçün rəngarəng proqram hazırlayıb. Filarmoniya bu mövsüm tamaşaçılara vaxtlarını asudə keçirmək üçün gözəl proqram təklif edir. Belə ki, sentyabrın 15-də Filarmoniyanın səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin bədii rəhbər və baş dirijoru Teymur Göyçayevin quruluşunda musiqi dinləyə biləcəklər. Yeni mövsümə musiqi festivalı ilə başlayan Filarmoniyada sentyabrın 18-də Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı baş tutacaq. Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevdir. Solist isə Hollandiya ifaçısı İlya Qrubertdir. Festival çərçivəsində baş dirijor Yevgeni Buşkovun timsalında Belorus Dövlət Kamera Orkestri musiqisevərlərə təqdim olunacaq.
Xəyalə Rəis
Kaspi. - 2014.-
9 sentyabr.- S. 12.