Memarlarımızın
beynəlxalq qurumlarla sıx əlaqəsi
şəhər fəlsəfəsini bərpa edəcək
Bu ilin oktyabrında yerli memarlıq fakültələrinin buraxılış diplom işlərinin Beynəlxalq baxış müsabiqəsi keçiriləcək və bu sərgiyə ABŞ -ın American İnstitute of Architects – in (AİA) Nyu-York bölməsinin icraçı direktoru Rik Bell və Prezidenti Lans Cey Broun gəlmək arzusundadır. Onların Bakıda olmasından istifadə edib AİA üzv olmaq çox asan olar. Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi, Azərbaycan Memarlar İttifaqının üzvü İlqar Əliyevin fikrincə, həmin təşkilata üzv olan yerli memarların qapıları dünyanın hər yerinə acıq ola bilər.
İlqar müəllim cəmiyyətdə yaxşı tanınır. Xaricdə də nüfuza malik olan mütəxəssisdir. O, bir neçə dəfə üzvü olduğu Amerika İnşaat Dizayn İnstitutunun (AİDİ) “Amerika inşaat dizaynı mükafatları” (American Residential Design Awards) müsabiqəsinin qalibi (1997, 1998) və
ikincisi (2008, 2013) olub. “Bütün ailə üçün böyük ev” layihəsi hələlik onun sonuncu beynəlxalq uğurudur – adıçəkilən müsabiqədə “Konseptual dizayn” nominasiyasının qalibidir. Müəllif iki şərti adada yerləşərək körpü vasitəsilə birləşən fərdi evin lahiyəsilə geniş münsiflər heyətinə
böyük bir ailənin yaşlı və gənc üzvlərinin birlikdə yaşamasının mümkünlüyünü sübut edib.
Özünün dediyinə görə, layihə Şərq fəlsəfəsinin bəhrəsidir – bu konsepsiya həm də böyük ailədən uzaq düşən Qərb üçün nümunədir. İlqar müəllim qlobal miqyaslı müsabiqədə 1997-ci ildən iştirak edərək qarşısına Azərbaycanı dünyada tanıtmağı məqsəd qoymuşdur. Onun fikrincə,
Bakını ən cəzbedici,
ən gözəl paytaxt etmək mümkündür. “Velosipedin
ixtirası”na ehtiyac yoxdur
– sadəcə memarlıq sənətinə və normativlərinə
qiymət qoyulmalıdır. Nəinki beynəlxalq nailiyətləri,
həm də sahədəki nüfuzu və
hörməti onu dəyərli söz sahibi edir. Onunla müsahibəni
diqqətinizə çatdırırıq.
- Bu il keçmiş Sovetski
küçəsində evlər alınıb sökülməyə
başladı. Bu barədə və
ümumiyyətlə bu ərazi barədə
memar kimi nə deyə
bilərsiz?
- Xatırladaq ki, ora çox
acınacaqlı və biabırçı vəziyyətdədi,
bu ərazini ümumiyyətlə belə saxlaya bilmərik. Mənim konsepsiyama
görə, o tikililəri tam
yox, sovet
dövründə tikilən və tarixə aidiyyəti olmayan tikililəri sökməklə həmin ərazini
qədimləşdirmək olar. Hər məhəllənin
içərisini yaşıllıqla bol
etmək və bu əraziyə BAYIR
ŞƏHƏR adı verməklə turistlər üçün gözəl, tarixi
qədim olan bir məkana
çevirmək mümkündür.
Soruşacaqsınız - niyə “Bayır şəhər”? Azərbaycan Elmlər Akademiyasının
,,Memarlıq abidələrinin qorunması və bərpa
problemləri, şöbəsinin müdiri,
memarlıq üzrə fəlsəfə doktoru,
dosent Rahibə xanım Əliyevanın fikri ilə desək, bu ərazinin
müasir memarlığında orta əsr tikililərinin çoxunu
XIX-XX əsrin əvvəllərində inşa
olmuş tikililər əvəz etsə
də, məhəllələrin şəhərsalma quruluşu özünü
saxlamışdı. Yəni bu ərazinin
tarixi İÇƏRİ
SƏHƏRDƏKİ Şirvanşahlarının dövrü ilə bağlılığı
var. Bu barədə mən
2014 əvvəlində ABŞ Nyu-York
şəhərində olanda Amerika Arxitektura İnstitutunun (The American Institute of Architects) qərargahında
memarlıq doktoru Mark Xidekel ilə söbət etdim
və dünya praktikasında belə ərazilərin
aqibəti haqda soruşdum.
Mark Xidekel Sankt Peterburq
şəhərində çox tarixi binalar və ərazilərin
bərpa layihələrin müəllifi olmağına baxmayaraq, o Nyu-Yorkun
Kolumbiya universitetinin professoru qədim şəhərlərin bərpası
və saxnalılması üzrə aparıcı mütəxəssis
Jorj Oteqo Paylosnan məsləhətləşərək
bildirdi ki, Sovetskini turizm mərkəzi
kimi saxlanması məsləhətdir, çünki bu ərazi gələcəkdə
büdcəyə milyonlarla gəlir gətirəcək
və bu sahədə yardım göstərməyə
hazır olduqlarını bildirdilər. Mən də bu mövzuda başqa layihələrə alternativ
variant kimi öz təklifimi vermişəm və gözləyirəm.
İnşaallah, bəyənilər.
- Sizin Beynəlxalq müsabiqələrdə
qalib olan işlərinizdə
əsas hansı meyarlar nəzərə
alınıb?
- Mənim işlərimdə əsasən Abşeron tərzi diqqətləri cəlb edib. Bakının xarakterik iqliminə məxsus layihələrim xaricdə daha çox maraqla qarşılanıb. Düşünürəm ki, Azərbaycan memarlığının özünün xüsusi cizgiləri var və bu da başqa ölkələrdə seçilir, maraq doğurur.
- Hazırda yeni memarlıq layihələrində
sizi qane etməyən
məqamlar varmı?
- Əsas məsələlərdən
biri bəzi layihələrdə əlillərin
və yaşlı insanların nəzərə
alınmamasıdır. Məsələn, böyük
parkın tikilməsi hamıya sevinc gətirir.
Nəzərə alsaq ki,
parkda əsasən yaşlı təbəqə,
uşaqlar, eləcə də əlillər
istirahət edir, bu zaman parka daxil
olmaq üçün
rahat keçidlərin olması vacibdir. Parka keçidlərdə sıfırdan başlayan
panduslar olmalıdır, yanı üstə
qoyulmuş bordür
daşı problemi həll etmir.
İkinci məsələ isə yeni yaradılan memarlıq nümunələrinin
təkcə paytaxtda deyil,
bölgələr də layihələndirilməsidir. Çox istərdim ki,
bölgələrimizdə gözəl müasir
memarlıq nümunələri yaradılsın, bu sahə inkişaf etsin. Böyük
memarlıq nümunəsi olan daha çox muzey və başqa binalar tikilsin. Məsələn,
Almaniyanın Essen şəhərində
dünyanın tanınmış ingilis
memarı Foster tərəfindən RED DOT böyük dizayn muzeyinin layihəsi verilib.
- Yeni layihələriniz,
planlarınız haqqında nə deyərdiniz?
- Mən hündür mərtəbəli binaları layihələndirmirəm. Bu günə kimi 80-dən çox bir neçə mərtəbəli ev və 50-dən artıq interyer layihəsinə imza atmışam. Son böyük layihəm isə Ələt qəsəbəsində inşa olunacaq dəniz limanının sərnişinlər üçün nəzərdə tutulan vağzal hissənin eskizi olub. Fikrimcə, nəinki paytaxtın bütöv inşaat sektoru, hətta ayrı-ayrı tikililər vahid fəlsəfə konsepsiyanı ehtiva etməlidir. Təəssüf ki, Bakıda memarlıq mədəniyyətinə aidiyyatı olamayan evlər tikilməkdədir. Sifarişçilərin çox zaman memarlara müraciət etmədiyindən mərkəzdən kənardakı massivlər ümumi görüntünü ürəkaçan etmir. Lakin nikbin olmağa dəyər – meyyarlar yenidən dəbə minir, gələcəkdə qlobal sənətə çıxışı olan peşəkarların sayı artacaq. Belə ki, 2012-ci il Rusiyanın Krasnoyarsk şəhərində “Memarlıq təhsilinə yardım üzrə regionlararası ictimai təşkilatı”n keçirdiyi beynəlxalq müsabiqədə 17 azərbaycanlı tələbələrin 11-i birinci, 5-i ikinci, bir nəfərsə üçüncü yerə layiq görüldü. Müsabiqədə azərbaycanlı memar tələbələrin diplom işlərinin yüksək səviyyəli olduğu xüsusən qeyd olundu. Bu nailiyyətlərin əldə olunmasında universitetimizin rektoru, Milli Məclisin üzvü, professor Gülçöhrə Məmmədovanın memar kimi professionallığı və gözəl zövqü böyük rol oynayır. Dünya praktikasına üzümüzü tutsaq onu deyə bilərəm ki , memarın çox gördüyü işlə yox onun savadı ilə memarlıq sahəsində dünyada gedən proseslərdə nə dərəcədə qatılmış olan, və ən əsası sifarişçi memarın yüksək peşəkarlığını sübut edəcək sənədini görməlidi, yəni kimsə memara yüksək savadına zamin durmalıdı. Buna görə də yerli memarlar Beynəlxalq peşəkar birliklərə can atmalıdır.
- Azərbaycan Memarlar ittifaqı bu işi görə bilməzmi?
- Xeyr, görə bilməz, çünki bu ayrı-ayrı məqsəd daşıyan birliklərdi. Mən memarlar İttifaqının qurultayında qurumun nizamnaməsini dəyişərək dünyada qəbul olunmuş formada olmasını gündəmə gətirdim. Yəni, memarliq birliyinə fiziki şəxslərdən başqa memarlığa dəxli olan böyük korporasiya və firmalar üzv ola bilər. Onlar böyük üzvlük haqqı verir və bunun hesabına memarlar sertifikatını qüvvədə saxlamaq üçün imtahanlar verir və kateqoriyalar alırlar. Yəni, memarların biliyində fasiləsiz təhsil sistemi mövcud olur. Memar fəaliyyət göstərdiyi müddətdə ömrü boyu təhsil alır. Korporativ üzvlük nə deməkdir? Hər hansı şirkət istehsal etdiyi məhsul haqda onun tərkibinin təhlükəsizliyi haqda keyfiyət sertifikatı alırsa, bəs onun memarlığa yararlılığı gözəlliyi haqda sertifikatı hardan alsın (reklam kifayət etmir).
- Xarici ölkələrdən Azərbaycana
memarlar dəvət etmək nə dərəcədə
vacibdir?
- Məndə olan məlumata görə, Azərbaycanda əvvəllər
də bacarıqlı memarlar olub, indi də fəxr ediləsi
memarlarımız var, gələcəyimizə
də nikbinliklə baxıram. Ancaq bir əmması var. İnkişaf rəqabət olan
yerdə olur. Birincisi, dünyanın
tanınmış memarı ölkəmizə gəlməsi
ilə fəxr edib dünyaya
bildirməliyik ki, bizim
böyük varlı ölkələrlə
ayaqlaşmaq imkanımızı nümayiş etdirməyə qadirik.
İkincisi, həmin memarın yanında
işləyib ondan lazım olan bilikləri öyrənməklə elə
onun bir yerdə
işləmək adı memarımıza dünyaya
qapılar acacaq. Üçüncüsü,
başqa memarın bazara
girməsi bazarda canlanma
yaradacaq ki, başqa memarlar özlərini
ondan yaxşı olduğunu
sübut etməyə başlayacaq.
Əks halda yerimizdə sayacağıq. Mən həmişə dərs dediyim
kafedrada tələbə memarları daha güclü savadı olmağa çağırıram və
bacardığım qədər bilik verirəm
ki, orta nəsil güclü gənc nəslin gəlməsini hiss etsin və yerini itirməmək üçün
o da irəli getməyə
can atsın. Əks halda
gənc nəsil onun yerini
tutacaq.
- İlqar müəllim, ABŞ
memarlarının adıçəkilən müsabiqəyə
qatılmasını açıqlaya bilərsinizmi?
- Lazar Xidekel Fondunun
yaradıcısı Mark Xidekel,
inkişaf etmiş
ölkələrdə muzey layihələrinin
müəllifi, dünya miqyasında
tanınmış memar Daniyel
Libiskind, fondun digər
üzvləri, o cümlədən,
müsahibənin əvvəlində adlarını
açıqladığım memarlar bu müsabiqədə iştirak
edib ən yaxşı memarlıq
işinə qiymət vermək, onun müəllifini
fondun xüsusi
mükafatı ilə təltif etmək üçün
Bakıya gəlmək arzusundadılar. Fondun
prezidenti Mark Xidekel universitetimizin rektoru Gülçöhrə Məmmədovanın
adına məktubla müraciət edib.
Hörmətli rektorumuz bu
müraciəti müsbət qarşıladı və fondun münsiflər heyyətini Bakıya dəvət
etdi. Sizə onu
da deyim ki, Gülcöhrə xanım təkcə bu müsabiqə deyil, istənilən
təhsilə xeyir verəcək
ideyanı alqışlayır. İstər müəllim, istər
tələbə tərəfindən verilən təklif səmərəli
və təhsilin inkişafına xidmət edirsə, o maliyyə dəstəyi tapacaq
və həmin ideyanın həyata keçməsinə
yardım edəcək.
- Siz hər il
beynəlxalq müsabiqəyə iş
göndərirsiz, bu il
hansı mövzuda iş
göndərəcəksiz?
- Çox
təəssüf edirəm ki, bu il müsabiqəyə iş göndərə bilməyəcəm, buna da səbəb
Bakıda nəzərdə tutulan
müsabiqədir. Mənə bu
müsabiqədə koordinatorluq
tapşırılıb. İndidən diplom
işlərinin seçilməsi müddətində və bundan sonra tələbələrlə
işləmək məcburiyyətində olğugum
ücün müsabiqədə iştirak etməyə vaxtım yoxdu. Ancaq onu da deyim
ki, bu ilin
əvvəlində başqa bir beynəlxalq müsabiqəyə iş göndərmişəm. Bu iş analoqu
olmayan qeyri ənənəvi
memarlıq konstruksiyası olan mərtəbə
anlayışı olmayan hündür
mərtəbəli bostan layihəsidi.
- www.architecture.az saytına baxanda görürəm ki,
ABŞ-da bir neçə
dəfə şəhərsalma ilə bağlı universitetlərdə
seminar məşğələlərdə
olmusunuz. Həmin tədbirlərdə Azərbaycanda
şəhərsalma ilə bağlı olan
problemlərin həll olunmasında tətbiq ediləsi nəsə
tapırsınızmı?
- Deyirlər,
Bakıdakı problemlər avtomobillərin çoxluğundan
qaynaqlanır. ABŞ elə şəhərlər var ki, orada
ictimai nəqliyyat yoxdur,
hamı öz avtomobilində hərəkət
edir. Şəhərlər elə bölünüb ki,
müxtəlif məqsədli avtomobillər ayrı yollarla hərəkət edir.
Yəni, xəstəxanalar, ofislər, mağazalar
(hətta profilinə görə də), təhsil müəssisələri
xaotik şəkildə yox,
biri birindən ayrı cəmləşməlidir
ki, adamlar nəsə axtaranda şəhərin bu
başından o başına
yollanmasın. Nəticədə yol hərəkətinin
intensivliyi azalır, tıxac
yaranmasının qarşısı alınır.
Sadəcə, analiz etmək lazımdır ki, hansı obyektlərin yerini dəyişdirmək məqsədə uyğun olar. Bununla şəhər planlaşdırıcıları məşğul olmalıdı, bizdə isə belə bir sənət haqda anlayış yoxdur. Hesab edirəm, yollarda istiqamətlər biri birindən ayrılmasa, “Bakının başı uzun illər ağrıyacaq”. Bunun üçün xüsusi proqram lazımdır. Əlbəttə tikilən yolların enli olması, keçidlərin, körpülərin tikilməsini ancaq alqışlamaq olar. Lakin bunlar 2-3 ilə ancaq kifayət edər, ölkədə gedən iqtisadi inkişaf nəticəsində 2-3 ilə avtomobillərin sayı 2-3 dəfə artacaq. Bəs onda nə edəcəyik?
Düşünürəm ki, əgər ölkəmizdə turizm yüksək xətlə inkişaf etsə, yaxın gələcəkdə sahibkarlar ofis binalarını otelə çevirəcək. Bu halda həmin binalara gələn avtomobillərin sayı qat-qat azalacaq. Təzə yollar tikməklə yanaşı şəhər planlaşdırıcıları dəvət etmək lazımdır. Onu da deyim ki, bu ilin fevral ayında ABŞ Dövlət departamentinin dəvəti ilə bu ölkəyə səfər etməmişdən əvvəl də, sonra da ABŞ səfirliyində bizə bildirdilər ki, Azərbaycanda şəhərsalma və hər hansı memarlıqda qlobal problemlərlə bağlı ABŞ dövlətinin hesabına Azərbaycana istənilən mütəxəssisləri dəvət edə bilər.
Saleh Bayat
Kaspi. - 2014.-
9 sentyabr.- S. 15.