15 sentyabr-Bilik bayramıdır!

 

Təhsil millətin gələcəyidir...”

Ümummilli lider Heydər Əliyev

 

XXI əsrin özünəməxsus xüsusiyyətlərindən biri hər bir dövlətin qüdrətinin silah potensialı ilə yox, elm, bilik, təhsilin səviyyəsi ilə hesab olunmağa doğru irəliləməsidir. Məhz buna görə Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyiTəhsil əsrielan etmişdir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Əgər bizim yüksək təhsil potensialımız olmasa, biz iqtisadi potensiala, elmi potensiala, sosial potensiala malik ola bilərik. Yaxşı təhsil ölkənin gələcək inkişafı üçün yaxşı əsas yaradılması deməkdir... Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə nail olmaq üçün isə təhsil ardıcıl surətdə inkişaf etdirilməlidir”.

Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanda təhsil dünyada baş verən qlobal dəyişikliklərlə, qabaqcıl ölkələrin təhsil sahəsindəki mütərəqqi təcrübəsinin öyrənilib mənimsənilməsi ilə paralel inkişaf edir, milli dövlətçiliyimizin qorunub saxlanılması daha da möhkəmləndirilməsi kimi şərəfli bir işin keşiyində durur. Dövlətimizin təhsil strategiyasını müəyyən edərkən onu özünün milli inkişaf strategiyasına uyğunlaşdırmış, vahid mərkəzdən idarəolunmaqla planlı şəkildə həyata keçirmək üçün şərait yaratmışdır. Bu gün iftixarla demək olar ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəinki Ümummilli lider Heydər Əliyevin təhsil sahəsindəki bütün tövsiyyələrini yerinə yetirir, hətta onun tərəfindən təhsilimizin inkişafına dövlət təminatı verilmiş milli inkişafımızın öncül istiqaməti kimi səciyyələndirmişdir. İndi bu sahədə Respublikamız dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ilə yaxından əməkdaşlıq edir ən iri beynəlxalq layihələrə qoşulur.

Faktdır ki, son 10 ildə ölkəmizdə təhsillə bağlı 20-dən çox dövlət proqramı qəbul olunmuş bu proqramlar uğurla reallaşdırılmışdır. Xüsusilə Azərbaycan Respublikası Təhsil Nazirliyi dövlətimizin bu sahədəki siyasətini daha çevik həyata keçirmək üçün yeni layihələr hazırlayıb reallaşdırır. İstər təhsilin keyfiyyətli təşkili, istər yeni dərsliklərin nəşri, istərsə pedaqoji kadrların hazırlanması yerləşdirilməsi istiqamətində çox ciddi addımlar atılır.

Həyat daim inkişafdadır. Dünən çoxlarını heyrətə gətirən yenilik, artıq bu gün üçün adi hesab olunur. Dünya dəyişir, tərəqqi edir. Bəşəriyyət zamanın sürətini üstələyə bilərək fövqəlsürət axtarışındadır. Müasir dövr həm kəskin ziddiylətlər dövrüdür. Elm texnika sahəsində misli görünməmiş kəşflər edilmişdir, bu kəşflərin əksəriyyəti bəşəriyyətin rifahına xidmət etməklə yanaşı, qlobal kataklizmlər üçün potensial təhlükə mənbəyinə çevrilirlər.

Bütün bunlar isə əlbəttə, tamamilə yeni tipli, yüksək elmi yaradıcı təfəkkürə malik mütəxəssislər tələb edir. Dünya dövlətləri sırasında özünə məxsus yeri olan dünya təhsil sisteminə getdikcə daha inamla inteqrasiya olunan Azərbaycan onun təhsili təbii ki, bu proseslərdən kənarda qala bilməz.

Ölkəmizin yetirmələri, mütəxəssisləri Azərbaycanın qızıl fondudur. Onların potensial imkanlarının vahid bir istiqamətdə-müstəqil Azərbaycanın sosial-iqtisadi mədəni quruculuğunda maksimum dərəcədə istifadə olunması istiqamətinə yönəldilməsi, bu potensialdan müstəqillik, milli dövlətçilik prinsiplərinə uyğun şəkildə istifadə edilməsi çox vacibdir.

Tarixi faktlar göstəricilər sübut edir ki, XX əsrin II yarısında belə Azərbaycanda təhsilə ciddi əhəmiyyət verilmiş, Ulu Öndərimizin rəhbərliyi altında Azərbaycanda təhsilin bütün sahələri sürətlə inkişaf etmiş, onun maddi-texniki bazası durmadan möhkəmlənmişdir. Təkcə 10 il ərzində-1970-1980-ci illərdə respublikanın kənd, qəsəbə şəhərlərində 700-ə qədər məktəb binası tikilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı 70 mindən 100 minə çatmişdır. Bundan əlavə 1981-ci ilin statistikasına görə SSRİ-nin ən qabaqcıl ali məktəblərində 244 ixtisas üzrə 3600 azərbaycanlı gənc təhsil almışdır.

Müstəqillik dövründə təhsilin ayrı-ayrı pillə səviyyələrinin inkişafına yönəlmiş dövlət proqramları layihələrin həyata keçirilməsi, təhsil sisteminin gücləndirilməsi, onun sturukturunun təkmilləşdirilməsi optimallaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, təhsilin məzmununun müasir tələblərə standartlara əsasən yeniləşdirilməsi keyfiyyətinin təmin edilməsi Azərbaycanda bilavasitə təhsilin inkişafına güclü təkan vermişdir.

Bütün bunların nəticəsidir ki, təkcə 2012-2013-cü dərs ilinin yekunlarına görə təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanmış 238 şagird qızıl, 10 şagird isə gümüş medala layiq görülmüşdür. Məktəblilərimiz beynəlxalq olimpiadalarda 2 gümüş 5 bürünc medal qazanmışdır. Ölkəmizdə təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində 291 orta məktəb tikilmiş ya əsaslı təmir olunmuşdur. Təhsil nazirliyi tərəfindən 177 təhsil obyektində cari təmir işləri aparılmış, 240 məktəbdə 370 fizika, kimya biologiya fənn laboratoriyası müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.

Artıq bu gün Azərbaycanda 44 ali təhsil müəssisəsi ayrı-ayrı sahələr üzrə 9 Akademiya fəaliyyət göstərir. Faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 12 iyun 2008-ci ildə yaradılmış Fövqəladə Hallar Nazirliyinin Akademiyası bu sahədə etibarlı şəbəkənin yaradılması ideyasının təzahürünün nəticəsi olaraq qiymətləndirilir. Fəxrlə demək olar ki, Akademiyanın qısa müddət ərzində yaradılmasına baxmayaraq artıq 200-dən çox məzun dövlət səviyyəsində xüsusi təyinatla istehsalatın ayrı-ayrı sahələrində işlə təmin edilmiş, Akademiyanın magistraturasına qəbul həyata keçirilmiş, maddi-texniki bazası möhkəmlənmiş, beynəlxalq əlaqələrin yaranması genişlənməsi, xarici dövlətlərin vətəndaşlarının Akademiyaya marağını artırmışdır.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsilə dair Dövlət Proqramıüzrə 787 nəfər dünyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanmışdır.

Dövlət Proqramı çərçivəsində indiyədək 2612 azərbaycanlı gənc Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın inkişaf etmiş ölkələrinin tanınmış universitetlərinə ali təhsil almağa göndərilmişdir.

Proqram çərçivəsində xaricdə təhsilini başa vurmuş 500-dən artıq məzunun müəyyən hissəsi təhsilini növbəti səviyyədə davam etdirir, digərləri isə ölkəmizdə müxtəlif dövlət qurumlarında özəl sektorda çalışmaqdadırlar.

Keçən il ikitərəfli razılaşmalar müxtəlif ölkələrin Azərbaycan vətəndaşlarına ayırdığı təqaüdlər çərçivəsində Türkiyə Respublikası, Rusiya Federasiyası, Çin Xalq Respublikası Rumıniyanın ali məktəblərinin bakalavriat, magistratura,mütəxəssis, doktorantura, rezidentura aspirantura səviyyələrində dövlət xətti ilə 607 nəfər təhsilini davam etdirmişdir.

2013-cü ilin dekabrında Azərbaycan müəllimlərinin XIX qurultayı keçirilmişdir.Azərbaycan 2020 gələcəyə baxışinkişaf konsepsiyasında Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas strateji hədəflərə nail olunması yolları müzakirə olunmuş müvafiq qətnamə qəbul edilmişdir.

Bütün bunlar tam əminliklə deməyə imkan verir ki, bilavasitə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən köklü islahatlar hərtərəfli biliyə savada malik insanlar yetirməklə, müstəqil, demokratik Azərbaycanın dünya birliyinə inteqrasiyasının daha da dərinləşdirilməsinə gətirib çıxaracaqdır.

 

Fizuli İBRAHİMZADƏ,

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

Kaspi. - 2014.- 13-15 sentyabr.- S. 7.