Miqrantları sevməyən şəhər
Sankt-Peterburqda gəlmələri
sevmirlər, amma
onlarsız da ötüşə
bilmirlər
I yazı
Hər hansı bir ölkəyə ayaq basarkən heç kəs taksi sürücüləri qədər mükəmməl bələdçilik edə bilməz. Xüsusən, əgər onlar söhbətcildirlərsə, getdiyin ölkə və ya şəhər haqqında internet materiallarından, gedib-gələnlərin söhbətlərindən, baxdığın filmlərdən, oxuduğun kitablardan daha yaxşı məlumat əldə edə biləcəksən. Yaxşı ki, məni Sankt-Peterburqun Pulkova-1 hava limanından şəhərin mərkəzinə aparan taksi sürücüsü də maraqlı həmsöhbət oldu. Gah yolboyu şəhərin ayrı-ayrı hissələri haqqında məlumat verir, gah havanın soyuğundan şikayətlənir, tez-tez yağan yağışı London havası ilə müqayisə edir, gah da suallarımızı cavablandırırdı. İmperatorlar şəhəri tarixiliyi ilə nə qədər fəxr etsə də Sovet İttifaqının şinelindən çıxan şəhər görkəmini də qətiyyən itirməyib. Tarixi daha qədimlərə söykənən arxitektor binalar nə qədər tarixilikdən bəhs etsə də, sovet dövründən qalan qastronomlar, mağazalar, poçt şöbələri, trolleybuslar adamda bir qədər nostalji hisslər oyadır. Hərçənd az sonra şəhərə ekskurs Piterin əsl aristokrat və tarixi simasını daha dolğun göstərəcəkdi. Hələlik isə narın yağışın avtomobilin pəncərəsini döyəcləyən şüşələrindən əzəmətli şəhərin ucsuz-bucaqsız parklarını və qeyri-adi arxitekturasını seyr edirəm. Sürücüdən əhalinin dolanışığı haqqında maraqlananda dedi ki, təqaüdçülər 5 min rubl (120 AZN) alır. Ona görə də hamısı təqaüd yaşında da işləyir. Çox güman ki, bu sözü özünün də təqaüd yaşını çoxdan keçməsi ilə əlaqədar söylədi.
Hər
ölkədə olduğu
kimi, kasıb və
varlı insanları var Peterburqun.
Küçələrdə şütüyən ən
son model və köhnə “Jiquli”
markalı maşınlardan da bunu anlamaq çətin deyil.
Rusiyaya pəncərə
Vaxtikən
Rusiyadan Avropaya pəncərə
açmaq məqsədi ilə salınan şəhərin özü indi dünyanın Rusiyaya
pəncərəsinə
çevrilib. Pyotr hələ üç əsr bundan
əvvəl bu
şəhərin təməlini qoyanda
buranın Avropaya pəncərə olmasını nəzərdə tutub.
O vaxtdan bəri
bu şəhər Rusiya
tarixinin şahidi olub. Bir sözlə, hansı prizmadan baxsan Peterburq Rusiyanın ən
əhəmiyyətli iqtisadi,
elmi, mədəni və tarixi
şəhəri sayılır.
Sankt-Peterburqu görməyə gələn turistlər çox zaman Rusiyada rast gəlmədikləri mehribanlıqla üzləşdiklərini deyirlər. Elə özüm də bunun şahidi oldum. Bütün suallarına nəzakətlə cavab verir, çaşdığın yolları izah edir, hətta hara getmək barədə məsləhət də verirlər. Bəlkə həm də buna görə hər il Rusiyanın bu mədəniyyət mərkəzinə milyonlarla turist gəlir. Bu isə paytaxt Moskvaya gələn turistlərin sayından çoxdur. Bunu şəhər gəzintisinə çıxarkən Tamara adlı bələdçi qadın da dedi. “Əgər dünyanın gözəlliyi, tarixi binaları ilə ölçülən şəhərlərinin siyahısının reytinqi açıqlansa Sankt-Peterburqun adına orada mütləq yer tapılar. Bunu dünyanın hər yerində etiraf edirlər. Bu şəhər həm də ona görə gözəldir ki, yalnız burada “Bəyaz gecələr” var. İnsanlar bu gecələrdə romantik gəzintiyə çıxa bilirlər. Yalnız bu şəhərdə ayrılan körpüyə rast gələ bilərsiniz”.
Yeni ilin
gəlişi ilə əlaqədar
yenə də şəhər turistlərlə doludur.
Rusiyanın ayrı-ayrı şəhərlərindən
gələnlər daha çoxdur. Piterdə
6 milyona yaxın insan
yaşayır. Şəhərə tanışlıq üçün
bələdçilər Peterburqun
bütün dünyada
məşhur olan əsas
prospekti – Nevski
prospektindən
başlayırlar. Küçə
boyunca arxitektor tikililəri görüb
300 il öncə
bu şəhərin yerləşdiyi ərazinin bataqlıq və meşədən ibarət
olduğuna inana bilmirsən. Təkcə bu
küçədə 200-dən çox
bina yerləşir.
Bunların 180-dan çoxu isə arxitektor
binalardır. Qəhrəman şəhərin görkəmini
özündə əks etdirən tarixi
abidələr diqqət çəkir. «Bu
şəhəri dünyanın heç bir şəhəri ilə
müqayisə etmək olmaz.
Çünki bura
bataqlıq üzərində qurulub.
Planla qurulan bu şəhər hazırda
dünyanın ən
gözəl
meqapolislərindən biridir.
Bu şəhərə cins şalvar və
idman ayaqqabısında gələndə
belə, turistlər özlərini 18-19-cu əsrlərdə hiss edirlər”.
Şəhərin mərkəzindəki
tarixi abidələr YUNESKO-nun
dünya mirası siyahısına daxildir. Elə
buna görə
də heç bir binanın
görkəminə toxunulmur.
Kanalları və çaylarına görə, Sankt-Peterburqu uzun zamandır “Şimalın Venesiyası” adlandırırlar. Çayların üzərində 50-dən artıq körpübar. Hər birinin də maraqlı tarixçəsi. Turistlərin sayı artdıqca Sankt-Peterburqu turist məkanı kimi Venesiya ilə rəqabətdə görürlər.
Şəhərin əsas kilsəsi sayılan Kazan kilsəsi, Neva çayı üzərində əzəmətli körpü, “Qış sarayı”nın binası, İsakievski kilsəsi, Ermitaj kompleksi, Peterqof, Petropavlovski qalası, Avrora kreyseri, Pyotrun yay sarayı, Suvorov meydanı, klassik yazıçı və şairlərə qoyulan abidələri heyranlıqla izləyirəm. Qumilyov, Puşkin, Maksim Qorki, Yesenin, Lermontovun abidələrinin qarşısından keçərkən bələdçi onların Sankt-Peterburqa bağlılıqları haqqında həvəslə danışır. Şəhərdə ziyarət edilən 200-dən çox muzey sırasında klassiklərin də ev muzeyləri var. Dostoyevski, Puşkin, Blok, Axmatova və başqalarının mənzil muzeylərini ziyarət etmək üçün turistlər uzun-uzadı növbə gözləyirlər.
Şəhərdəki mavi günbəzli müsəlman məscidini tarixi tikili kimi
təqdim edirlər. Belə ki,
inqilabdan sonra bir çox kilsələrlə
bərabər o
məscidi də bağlayıblar.
1956-cı ildə
yenidən məscid
açılıb və
istifadəyə verilib.
Bura 4000 insan namaza gəlir.
Hazırda məscidin
çöl tərəfində konstruksiya
işləri
aparılır.
Piterdə diqqət çəkən məqamlardan biri də yol hərəkəti qaydaları ilə bağlıdır. Əhali qaydalara hörmətlə yanaşır. İntellektual idarəetməni də insanlar özləri tənzimləyir. Bəlkə bu üzdən Peterburqun adı ən az avtomobil qəzaları baş verən ölkələr sırasındadır.
Piter metrosu zahirən
Bakıdakına bənzəyir. Qatarların rəngi
də,
quruluşu da. Xətlərin sayı çox
olsa da sxem
o qədər mürəkkəb deyil. Yəni istədiyin
ünvana asanlıqla gedib çıxa bilirsən.
Sadəcə, fərq
ondadır ki, metrostansiyaların içərisində qəzet,
kitab köşkündən başqa heç bir ticarət
köşkünə
rast gəlmirsən.
Stansiyaların divarlarında da
iri reklamlar gözə
dəymir.
Bir də
qatarların hərəkəti
çox intensivdir.
Yəni ən
azından qatarlar arasındakı məsafə heç 2 dəqiqə
də
çəkmir.
Miqrantlara
möhtac
Bu şəhərdə miqrantları
sevmirlər,
amma onlarsız da ötüşə bilmirlər. Küçələrdə xüsusən
Orta Asiyadan olan miqrantlara hər
addımbaşı rast
gəlmək olur. Onlar küçə
süpürürlər,
ayaqyolu təmizləyirlər, ən
yaxşı halda hava limanında yük daşıyırlar.
Otel, restoran və
kafelərdə ofisiant işləmələri isə
onlar üçün
az qala
ən prestijli iş sayılır. Rusiyanın miqrantların əməyinə
möhtac olması Piterdə
göz qabağındadır.
Ölkə miqrantlar əleyhinə nə
qədər qanunlar qəbul
etsə
də,
nə
qədər qaydaları sərtləşdirsə də,
nə
miqrantlar Rusiyadan qopa bilir, nə də
ölkə
onlardan. Əslində, Piter küçələrindəki ideal təmizliyə görə
miqrantlara minnətdar olmalıdır. Havanın necəliyindən asılı olmayaraq hər
tində
əlində süpürgə
və
xəkəndaz olan orta asiyalı
görmək
mümkündür. Rusların özləri isə
adətən bu cür işlərdə çalışmırlar.
Miqrantlarla hər
dəfə rastlaşdıqca «Onlar vaqonlarda yaşayırlar, antisanitariya yayırlar.
Çoxlarının sənədləri yoxdur.
Qonaq kimi gəlirlər, sonra da çıxıb
getmirlər.
Onlar gələndən sonra şəhərdə cinayətlər baş verir, xəstəliklər artır. İnsanlar axşam saatlarında
şəhərə rahat çıxmağa qorxurlar»
- deyən
taksi sürücüsünün
söylədiklərini xatırlayırdım. Üzərində «təmir
işləri
görürük» sözləri yazılan iri elan gəzdirən özbək
qadın bir neçə
ildir ki, Peterburqda yaşadığını
söylədi:
«Bir neçə nəfər yığışıb yataqxanada
qalırıq. Belə yaşamaq bizə ucuz başa gəlir.
Yoxsa hansısa binada mənzil
tutsaq, o qədər
pulu ödəyə bilmərik. Burada miqrantlar üçün ən
yaxşı yaşayış
elə
yataqxanalardır. Allah eləməsin ki, bizi şəhər kənarındakı
düşərgəyə aparsınlar.
Çünki bizim üçün
geriyə
yol yoxdur. Ölkəmizdə burada qazandığımızı
da əldə edə
bilmirik». Doğurdan da
şəhərin ayrı-ayrı yerlərində divarlara yapışdırılan
«Yataqxana - 200 rubl» elanlarına rast gəlmək olur. Həmin yataqxanalarda miqrantlar
15-20 nəfər yığışıb bir
otaqda qalırlar.
Şəhərin insanlar gur olan yerlərində, xüsusən
metro stansiyalarının qarşısında
xüsusi təyinatlı polis
dəstələrinə
rast gəlmək
olur. Bir neçə
dəfə Orta Asiyadan olan
miqrantların sənədlərini
yoxlayan xüsusi təyinatlılarla
rastlaşdıq.
Azərbaycanlılara gəlincə, həm
şəhərdə, həm də
vilayətdə özlərinə dolanışıq qurublar. Orta Asiyadan
gələnlərdən
fərqli
olaraq çoxu işini ehtiyatlı tutub – vaxtında sənədlərini qaydaya
salıblar. Məsələn, Sankt-Peterburq vilayətinin Nikols
şəhəri azərbaycanlıların
kompakt yaşadığı
yerdir. Onlar əsasən miqrantlarla bağlı qanunlar gündəmə gəlməmişdən
çox-çox əvvəl köçüblər bu qəsəbəyə.
Əsasən tərəvəz
bazalarında, kafelərdə çalışır,
ticarətlə məşğul
olurlar. Özlərinə qarşı yad münasibəti
də
hiss edirlər.
Bununla belə, miqrantlara
olan aşağı münasibətə, soyuq rəftara
baxmayaraq hələ ki, bu yerləri
tərk
etmək
fikirləri
yoxdur: «Bəlkə
qocalanda Azərbaycana qayıtdıq» - deyirlər. Ancaq xoşuma gələn
o oldu ki, dolanışıqlarını Rusiya həyatına
uyğunlaşdırsalar da,
yaşayış tərzləri dəyişməyib. Avtomobillərində yalnız Azərbaycan müğənnilərinin mahnılarına qulaq asır, telekanallarımızdan
ölkəmiz
haqqında məlumat alırlar. Hətta, mobil telefonlarına
zəng
gələndə də bizim müğənnilərin mahnıları eşidilir.
İstər-istəməz adamın qəlbinə
bir doğmalıq axır. Adam özünü
lap Azərbaycandakı
kimi hiss edir...
Təranə
Məhərrəmova
Bakı-Sankt-Peterburq
Kaspi.-2013.-8 yanvar.-S.9.