“...Vaqif Səmədoğluya qız vermirik           

İradə Musayeva: "...ədəbiyyat adına boşboğazlıq və ədəbi tərbiyəsizlik edənlərə yerini göstərmək, sözün namusunu çəkmək ədəbi tənqidin də məsuliyyətidir"

Bir ədəbiyyat fakültəsi düşünün ki, koridorlarında aidlik ab-havası deyil, diktaturanın soyuq yelləri əssin.

...bir auditoriya düşünün ki, mənsublarından yüzdə doxsanı niyə burda olduğundan bixəbər olsun.

Və birəllimə düşünün ki, bu vur-çatlasında duruşuyla bu soyuq maneələri dəf edə bilsin.

Ədəbiyyatdan xəbərsiz ədəbiyyat fakültəsində boylu-buxunlu bir xanım vardı. Məni bu fakültəyə bağlayan iki adamdan biriydi. İlk tanışlığımız onun ədəbiyyatşünaslıq dərsindən aldığım "3"- lə başlamışdı. Mən universitetə hirsimi belə çıxmışdım, o da qisasını belə almışdı. O "üç" mənə dərs oldu. Utandırdı.

Başıma sığal çəkənləri deyil, sıxıb-suyumu çıxaranları sevdiyimdən olsa gərək, mən də elə onu o "3"-lə sevib, müəlliməm dedim.

Bəli, o xanım mənim müəlliməmdi. Aradan illər keçib amma ilk gün necə gördümsə bu gün də elə-eləcə çıxdı qarşıma, dimdik, sərt.

Və yenə də duruşuyla olduğu yerdə soyuq yellər əsdirir...

"SÖZün namusunu çəkir!"

Müsahibim müsahibə almağa çətinlik çəkdiyim adamlardandı. İradə xanım Musayeva. Statuslarını saymaq fikrində deyiləm, çünki o, mənə görə hələ də mənim sərt, sərt olduğu qədər mehriban, görə bilənlərə ÇÖLündən İÇİni göstərən adamdı.

O, mənim İradəəlliməmdi!

- Salaməlliməm... Öyrətməkmi, tənqid eləməkmi...?

- Nə öyrətmək, nə də tənqid etmək… Ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən təhlil etmək. Əgər təhlil prosesində sənin tədqiq obyektin və hədəfin yalnız və yalnız əsər olursa təhlilin nəticəsi şəxsi münasibəti kölgədə qoyur. Tənqidçi özü də bilmədən rəyi, qənaəti ya müsbət, ya da mənfi olur. O qədər olub ki, son cümləni tamamlayandan sonra baxmışam ki, müəllimim, yerlim və ya hansısa mənə çox hörmətlə yanaşan bir adamın əsəri haqqında məqalə tənqidlərlə doludur. Onda yavaşca öz-özümə pıçıldamışam: “Bağışla məni, dostum...”

 

Bizdə ədəbi tənqidi hələ də yazıçıya ağıl vermək kimi mənalandırırlar. Bu, xırda hisslərdən xilas ola bilməməyin ifadəsidir. Tənqidçi kimdir? Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixini bilən və bədii əsəri bu meyarlarla qiymətləndirən oxucu. Deyirsən ki, bu daş, bu tərəzi... Yəni bu dünya ədəbiyyatı, bu klassik ədəbiyyat, bu folklor, bu modern ədəbiyyat, bu da ənənə və novatorluq meyarları və s.

Sənin əsərin bunların heç birindən deyil və bunlardan fərqli yaxşı bir şey də deyil, ən yaxşı halda uğursuz bir təqliddir. Təbii ki, bu təhlildən inciyirlər və tənqidin gərəksizliyi, ya da özlərinin bu dövrdə dərk olunmadıqlarının “faciəsi”ni dahiyanə əda ilə elan edirlər. F.Kafkanı, A.Kamyunu, Q.Markesi, C.Steynbeki, K.Hamsunu oxuyub dərk edən və professional tərzdə anlada bilən tənqidçiyə ya oxucuya “qərəzli”, “savadsız” damğasını vururlar. Sonra da məşhurlaşmağın yolunun ciddi təqdimatlar qapısından keçə bilmədiyini anlayıb şou xarakterli “gediş”lərlə meydana atılırlar. Nəticədə bugünkü vəziyyətlə qarşılaşırıq...

- Xarakteriylə yaradıcılığı üst-üstə düşməyən ədəbiyyat adamlarını necə izah edərdiz? Necə bilirsiz, şəxsiyyətsiz ədəbiyyat adamı və ya xaraktercə çox güclü zəif qələm adamı ədəbiyyata nə verə bilər?

- Ədəbiyyatın formalaşmasında və inkişafında şəxsiyyətin rolu və ya şəxsiyyəti yetişdirən ədəbiyyat problemi həmişə və dünyanın hər yerində olub. Sizcə, kütlənin deyil, şəxsiyyətlərin yaratdığı tarixdə böyük sənətkarları kütlə zövqü, əxlaqı və qanunları ilə mühakimə etmək doğrudurmu?

Ədəbi prosesi, ədəbi inkişafı, əsəri müəlliflərin şəxsiyyətlərini, şəxsi həyat və özəl yaşantılarını araşdırmadan, təhlil etmədən izləmək və qəbul etmək daha düzgün yoldur. Yaradıcı insanları adi insanlarla müqayisə yanlışlıqdır. Xüsusi istedadı, ruhi aləmi, ilham pəriləri olan böyük sənətkarlar yazı prosesində özündən, öz şəxsiyyətindən, kaprizlərindən, xasiyyət və şəxsi problemlərindən yuxarıda dayanırlar. Bizə təqdim etdikləri ədəbi məhsul həmin o “yuxarı”nın istehsalıdır. Onda biz niyə yazıçının yaxasından tutub pedaqoli tərbiyə metodları ilə ona əxlaq dərsi keçməliyik?! N.V. Qoqol, M.Dostoyevski, A.S.Puşkin, L.Tolstoy, Drayzer, Bayron, E.Hemenquey, U.Folkner, F.Kafka, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və başqa bu kimi dahilərin hansını ədəb-ərkan etikası məhkəməsinə çəksək, sovet ideologiyasının hökmünə əsasən “Cəmiyyət və gənclik üçün yararsız ünsür” -damğası vurulacaq: biri qumarbaz olub, biri dinsiz, biri arvadbaz olub, biripsix”, biri intihar edib, biri siyasi əqidəsini dəyişib və s.

Şəxsiyyət və yaradıcılıq məfhumlarını eyniləşdirməyi, bunların arasında hər hansı bir əlaqə axtarmağı heç cür qəbul etməyən U.Folkner Nobel mükafatı alandaBu mənə deyil, mənim yaradıcılığımadır”-demişdir. Onun çox maraqlı bir replikası var: “Mənim kitablarım üstəgəl Folkner soyadlı kənd sakini –deyəsən onların bir-birinə çox az bağlılığı var axı”... Yazıçı qeyd edirdi ki, iki tip insanların şəxsi həyatı araşdırılar: cinayətkar və dövlət qulluğunda çalışanların: “Nə qədər ki, yazıçı bir cinayət törətməyib, yaxud dövlət qulluğuna girməyib- onun şəxsi həyatı yalnız özünə məxsusdur və öz tənhalığını qorumaq təkcə yazıçının şəxsi haqqı deyil, həm də kütlənin borcudur, çünki bir fərdin azadlığı məhz digərinin azadlığının başlandığı yerdə bitir – zənnimcə azacıq məsuliyyət hissi olan hər bir kəs mənimlə razılaşar.

 

15 il əvvəl Vaqif Səmədoğlu haqqında kitab yazanda tanış-biliş soruşurdu ki, kitab kimin haqqındadır? Deyirdim Vaqif Səmədoğlunun. Hərə bir söz deyirdi, biri deyirdi :o neçə dəfə evlənib”, biri deyirdi: ”çox içir”, biri Səməd Vurğunun sovet dövründəki “səhv”lərindən danışırdı və s. Təəccüblənirdim... Özü də bunu deyənlər ali təhsilli insanlar idi. Bəzən zarafatla deyirdim ki, vallah Vaqif Səmədoğluya qız vermirik, ondan qız almırıq, o şairdi mən də ədəbiyyatçı...

XX əsrin məşhur rəssamı Pikassonu “qadın əsiri və qadın cəlladı” adlandırırdılar: yeddi arvadından beşi dəli olmuş, ikisi intihar etmişdi. Xəyanət, yalan, hiylə və xəsislik kimi mənfi keyfiyyətlər onun insan kimi xasiyyətnaməsinə aiddir. Amma 80 mindən çox rəsm əsərinin müəllifi Pikasso əsil sənət məbədi və dahi idi və qadınları ya uşaqları ilə münasibəti onun heç bir əsərinin dəyərini azaltmır...

Dünya ədəbiyyatının şedevrlərindən olanMaster və Marqaritaəsərinin müəllifinin şəxsiyyəti haqqında hələ də əfsanələr dolaşır. Onun yazıçı, həkim, cadugər, narkoman olması barədə mübahisələr davam edir. Ksera Proskurnaya Mixail Bulqakovun həyatı ilə bağlı araşdırmalarında cəmi 49 il yaşayan bu dahi sənətkarın morfi aludəçisi olduğunu yazır. BulqakovunMorfi” adlı əsəri də var və onun baş qəhrəmanı eləəllifin özüdür...

- Tənqid nədir? Kimləri tənqid etmək olar?

- Həqiqi ədəbi tənqid vicdan məsələsidir. Sözün tərəzisi tənqidçinin əlindədir. Bu ölçüdə səhv bağışlanandır, günah isə yox... Səhv odur ki, sən bilmədən yaxşı əsəri pis hesab edirsən və “hesab”ına ürəkdən inanırsan, başqa tənqidçilər və tarix bu səhvi düzəldir. Tolstoyun Şekspir, Axundovun Füzuli, Folknerin Kamyu, Mario Varqas Lyosanın Markesə münasibətindəki səhvlər kimi. Bir də var günah. Bilə-bilə, təmənnalı münasibətə əsasən pisə yaxşı demək və on minlərlə insanı bu yalana inandırmaq cəhdi, ya da yaxşıya qəsdən pis deyib onu gözdən salmaq cəhdi... bu artıq ikrahdoğurucu günahdır. Belə yanaşmalarda həm də əxlaqi keyfiyyətlər üzə çıxır. Hansısa qrofaman yazıçını qaldırmaq niyyətində olan tənqidçi anlamır ki, onu qaldırmaq üçün özü mütləq enməlidir və rəhmətlik Yaşar Qarayev demişkən, təmənnalı və iddialı yazıçı tənqidçini özünün şəxsi yaltağı, muzdlu məddahı səviyyəsinə qədər alçaldır.

Tənqid, əlbəttə çox məsuliyyətli ədəbi yaradıcılıq növüdür, analitik təfəkkür meyarıdır. Bəzən sanki ədəbi prosesdəki ləngimə və axsamalara görə ədəbi tənqidin günahkar olduğunu düşünürük. Ədəbi tənqid bu gedişatı nə iləsə sürətləndirə, onun istiqamətini dəyişə bilərmi?

Tənqid özündən başlamalı, inkişafda olan ədəbi prosesin öndə gedən, hər şeydən xəbərdar yaradıcılıq normativinə çevrilməlidir.

“ Kimləri tənqid etmək olar?”- yox, sualı “ədəbiyyatda nələri tənqid etmək olar?”- şəklində qoysaq, əlbəttə, ilk növbədə təqlidçiliyi, nəzəri savadsızlığı, bayağı və şablon təsvirləri. Ədəbiyyat məzmunundan asılı olmayaraq - istər ideoloji, istərsə də estetik olsun-fərqi yoxdur, səmimi və canlı deyilsə tənqidə layiqdir.

- Tənqidin ədəbi olmalıdırmı? Olmalıdırsa necə?

Tənqidin ədəbi əlbəttə olmalıdır. Etik normadan kənara çıxmadan da çox kəskin tənqid etmək olar. Yenə deyirəm, sən yazıçını yox, əsəri hədəf seçmisənsə, sənin davan obrazlar, süjet, təsvirlər, ideya, məzmun və s. bədii komponentlərlə olur. Onları necə təhqir etmək olar?

- Populyar ədəbiyyatda niyə yoxsuz? Hər kəs çəkilib kənarda dursa bəs onda klassiklərin əmanəti olan ədəbiyyatı kim qoruyar?

- Ədəbiyyatı kənardan izləmək lazımdır. Mən ümumiyyətlə, tünlüyü xoşlamıram. Yığıncaqlar, tədbirlər, birliklər, kürsülər, indiki dillə desək, “gündəm adamı” olmaq... Əsil ədəbiyyat və sənət bu mühitdən çox uzaqdadır. Çap olunan kitablarımı qətiyyən reklam eləməmişəm, əlyazmalarımı ocaq qalananda təəssüflənmədən verirəm, çap olunası kitablarımı mətbəəyə göndərməyə həvəsim belə yoxdur. Bilirsiniz, əsl ədəbiyyatı və ədəbiyyatşünaslığı az-çox dərk edən insan siz demiş, bir az “kənarda durur”... Qaldı ədəbiyyatı qorumaq məsələsinə, onu qorumaq yox, azad buraxmaq, yaxasından əl çəkmək lazımdır-sərbəst və təbii olması üçün... Amma ədəbiyyat adına boşboğazlıq və ədəbi tərbiyəsizlik edənlərə yerini göstərmək, sözün namusunu çəkmək sözsüz ki, ədəbi tənqidin də məsuliyyətidir.

- Bizə bir az Cavid Əfəndidən bəhs edərsizmi...?             

- Hüseyn Cavid... Ağırlıq, əfəndilik, dözüm, təmkin və ən əsası prinsipial və ədəbiyyata, qələmə, sözə sadiq bir şair... Evini, ailəsini, özünü tari-mar, viran etdilər, ürəyini dağladılar, dörd bir tərəfində görk olsun deyə insanlara və insanlığa işgəncə verdilər. Söz - insanlığın, mənəviyyatın və ruhun simvolu olan İlahi Söz - Cavidin içində salamat qaldı, ölmədi...

Bu barədə boğazdan yuxarı danışmaq mümkün deyil... Sənin doğmalarını məhv edələr, adını-sanını, şöhrətini qarğa-quzğunlar tökülüşüb əlindən ala, xəstə halinlə çovğunun, şaxtanın ortasına atalar və sən bəlasına düşdüyün İlahi sözün üzünə olmayasan... Əksinə, onun ayaqlarına düşüb ondan aldığı ilhamla, eşqlə iblisləşmiş, şeytanlaşmış zavallı insanlara mərhəmət, ədalət, zəka diləyəsən... Cavid sözü diri, bakirə və alçaldılmamış vəziyyətdə saxlaya bildi...

Bu gün Sözü ilahi məqamından endirib ayaqlar altına atmış yazarlar, ədəbiyyatşünaslar, tənqidçilər bir qarın yeməyə də mövqeyini dəyişir, sözü hörmətdən salır. Unutmayaq ki, Söz də cəmiyyət kimi simasızlaşa, əxlaqsızlaşa bilir... İkibaşlı danışır, yalan danışır, işvə-naz satır, zinalıq edir, tez-tez oğurluq mal kimi tutulur və s.

Şərq-Qərb, keçmiş-gələcək, klassik-modern mədəniyyətləri bir yaradıcılıq qovşağında ifadə edə bilən Nüseyn Caviddə milli-məhəlli, şəxsi, subyektiv dəyərlərin izinə düşüb araşdırma aparmaq onu cılızlaşdırar. Cavid bəşəri sənətkardı. Nizami, Şekspir, Höte kimi Cavidi insanın yaradılışı, günahı və xilası düşündürür, ailə-məət dramlarında belə bəşəridir. Və həmişə yenidir, aktualdır:

Yurdu sarmış qabalıq, yaltaqlıq

Yüksəliş varsa, səbəb alçaqlıq.

Cəfər Cabbarlı yaradıcılığında da bu keyfiyyətləri görmək olar ancaq... 1927-ci ilə, “Od gəlini” əsərini yazıb qurtaranadək. Artıq 1928-ci ildən onun yaradıcılığının ikinci-sovet dövrü başladı (“Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş” və s.)

Azərbaycan ədəbiyyatında Cavid Əfəndi qədər Sözə sədaqətlı və Söz şəhidi olan ikinci bir sənətkar haqqında, məncə, düşünməyin...

- Postmodernizm və günümüz ədəbiyyatının səmimiyyət qıtlığı... Sizcə səbəbi?

- Postmodernizm dünyagörüş, cərəyan, estetik konsepsiya və nəzəriyyə kimi zamansızdır. Umberto Eko demiş, Homerə qədər gedib çıxa bilər. Doğrudan da bu elə bir baxış tipidir ki, onun elementlərini lap “Kitabi-Dədə Qorqudda da tapmaq olar. Hətta mən çoxlu postmodernist xasiyyətli insanlar da tanıyıram...

Professor Niyazi Mehdipostmodernizm” kəlməsini bizim dilə “hətərənpətərənlik” kimi çevirib.(Sözsüz ki, loru dillə başa salmaq üçün.)

Ümumiyyətlə, postmodernlik hər yerdə, memarlıqda, musiqidə, fəlsəfədə, dildə və s sahələrdə mövcuddur və onun ciddi qanunları var. Belə demək mümkünsə, qanunsuzluqların qanunları...

Bəzən düşünürəm ki, yəqin ki sovet dövründə postmodernist düşüncə və yaradıcılıq bu qədər fəallaşmazdı. Çünki bu tərz daha çox gərginliyin, emosionallığın, üsyankarlığın, psixoloji sıxıntıların ifadəsidir.

Son illərdə Azərbaycan ədəbiyyatında bu adla çoxlu əsərlər gündəmə gəlir. Bəzən ənənəvi formada, məsələn, sosializm realizmi prinsipləri ilə yazan adam mətndə qəflətən mənasız, baş-ayaq bir neçə ştrix atır, deyir “alın bu da sizə postmodernizm”. Onu təhlil edənlər də ənənəvi təhlil “gedişatı”nın məcrasını bu aspektə yönəldir...

 

Əvvəlcə postmodernizmin nəzəriyyəsini normal şəkildə mənimsəmək lazımdır...

Nigar İsfəndiyarqızı

Kaspi.-2014.-11-13 yanvar.-S.15.