Kiçik səhnədə iki yeni tamaşa göstəriləcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni ilin ilk günlərində iki yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrın kiçik səhnəsində nümayiş olunacaq hər iki tamaşa maraqlı mövzusu, səhnə tərtibatı və aktyor oyunu ilə fərqlənir.

İlk tamaşa yanvar ayının 14-də saat 16.00-da göstəriləcək. Dramaturq- aktyor Məcid Vahidzadənin “Bir səbət tənhalıq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Eşqin Quliyev) bəhs edir...

Yanvar ayının 16-da saat 16.00-da göstəriləcək növbəti tamaşa isə Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb. “Bir gecənin nağılı” adlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatı Zəminə Orucova, musiqi tərtibatı İradə Muradovadır.

Tamaşada Gülnaz (Zülfiyyə Alhüseynova) və Namiq (Eşqin Quliyev) adlı iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi öz əksini tapıb.

Xəyalə Rəis

Kaspi.-2014.-11-13 yanvar.-S.11