TEATRDA SOL AÇARI
Nigar Primova
Teatrşünas
Konfutsinin yaxşı bir kəlamı var: ”Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin”. Bir musiqiçi kimi bu gün danışacağım mövzu sırf musiqi ilə bağlı olmayacaq, əgər belə demək caizsə teatrda musiqi problemi olacaq.
Teatrda musiqi
elə bir nəsnədir ki,
tamaşanın təsir
gücünü artıra da
bilər, azalda da. Elə bir
məqamda musiqi səslənə bilər
ki, seyrçilərin
diqqətini
bütünlükdə
tamaşaya kökləsin.
Ya da əksinə bir
də görürsən tamaşanın təsir gücünü
artırmaq məqamıdır,
aktyorun sözü xüsusi deyilir və ya
hadisənin elə bir
gedişatıdır ki, amma
gəl görəsən ya musiqi səslənməyəcək, ya
da çox dəxli olmayan bir şey
çıxacaq ortaya. Lakin
musiqi axıcı olmalıdır tamaşada, necə
sol açarı yazılırsa, tamaşada da musiqi də
bax beləcə bir
nöqtədən başlayıb sağdan sola, sonra düz yuxarı kuliminasiya və
aşağı enərək
tamamlanmalıdır.
Vaxtilə qoyulmuş tamaşalarımıza elə musiqilər bəstələnib ki tamaşa özü o qədər uğur qazanmasa da musiqisi yaddaşlardan silinməyib. Arif Məlikov, Tofiq Quliyev, Emin Sabitoğlu, Xəyyam Mirzəzadə, Fərəc Qarayev və s. və ilaxır, bu siyahını artıra da bilərik. Lakin indiki dövr tamaşalarımıza nəzər yetirsək görərik ki, ya çoxusunda xarici musiqilər yer tutur, ya da özümüzünkü o qədər maraqlı alınmır. Amma günah olar layiqli musiqiləri qeyd etməsəm. Məsələn elə götürək Mehriban Ələkbərzadənin Akademik Milli Teatda Elçinin eyni adlı pyesi üzrə hazırladığı “Qatil” tamaşasının musiqisini ki, bəstəkarı Aygün Səmədzadədir. Musiqi o qədər canlı, axıcı, lakonikdir ki, tamaşanın təsir gücünü birə beş artırır. Və yaxud olsun Gənc Tamaşaçılar Teatrındakı “Danışan gəlincik” tamaşasının musiqisini ki, bəstəkarı Gövhər Həsənzadədir. Musiqi ritmik, al-əlvan çalarlarıyla tamaşaya məxsusi bi zovq qatir. Bəlkə də tamaşanı bu qədər sevilən, baxılan, maraqlı edən elə əsas nüanslardan biri onun musiqisi idi. Bir də görürsən elə tamaşa olur ki, iki saat ərzində bir musiqi səslənir. Və sonra da təkrar–təkrar verilir. Lakin “Danışan gəlincik”də musiqi nömrələri bol verilmişdi. Hətta qeyri –ixtiyari olaraq sən elə özün də ya onlarla oxumağa başlayırdın, ya da ritmə uyğun olaraq ayağını yerə döyürdün. Bax işləyəndə də hər şey belə bütöv tam olur. Rejissorun musiqi duyumu, bəstəkarla işi, bir də aktyorun həmin musiqiyə uyğun verilmiş düzgün plastikası, rəqsi.
Ya da başqa bir misal çəkim. Şuşa Dövlət
Dram Teatrının GTT-nın
səhnəsində Loğman Kərimovun quruluşunda
qoyduğu “Lənkəran xanının
vəziri”
tamaşasının musiqisi
olduqca maraqlı və
dəqiq
seçilmişdi. Musiqi tərtibatçısı
Orxan Kərimov idi.
Tamaşa o qədər maraqlı bir başlanğıcla başladı
ki, istər–istəməz tamaşaçını özünə cəlb
etdi. Tamaşanın adı, yəni hadisələrin Lənkəranda baş verməsi və seçilmiş musiqinin də
“Ay loli” mahnısının
yeni oranjimanda olması hazırlanan tamaşanın konsepsiyası
ilə
tam uyuşmuşdu. Hələ mən
tamaşadakı talış
ləhcəsindən danışmayacam. Və yaxud tamaşa
boyu arada səslənən milli rəqslərimiz ayrı bir ovqat
vermisdi tamaşaya.
Tamaşada səslənən istər şən,
istərsə də
həzin
melodiyalar tamaşanın
harmoniyası ilə üst–üstə
düşməlidir. Necə ki, pyuputel qarşısına
qoyduğumuz not partiturasında
notlar çərəkli, bütovlü,
yarımlı, yuxarı,
aşağı beş sətir üstündə möcüzə
əmələ gətirirsə çalarkən,
bax tamaşada da bu cür
olmalıdır. Musiqisi
uğurlu tamaşalarımız
az deyil.
Lakin fikrimcə
öz bəstəkarlarımız
tamaşalara musiqi bəstəsələr
daha gözəl olar. Düzdü elə
tamaşalar var ki,onları filmlərdən seçilmiş
parçalar daha maraqlı edir. Məsələn elə
götürək
Akademik Milli Teatrda səhnəyə qoyulan “Xanuma” tamaşasını.
Düzdür, vaxtilə
tamaşanın bəstəkarı Tofiq
Quliyev olub. Lakin 2011-2012 ildə
Mikayıl Mikayılovun
quruluşundakı “Xanuma”
məhz
dediyim kimi müxtəlif
xarici musiqi nömrələri ilə
tamaşaya məxsusi bir zövq qatmışdı.
Nə bir addım
əksik,
nə
də
bir addım artıq. İstər olsun Frank Sinatranın “l
love you baby”nin azərisayağı
variantı, istər olsun gürcü xor müsiqisi, gürcü rəqs havası,
istərsə də
olsun “Kriminal qiraət”
filmindən
səslənən musiqi və
rəqs.
Olar, niyə
də
olmasın, əgər bu cür maraqlı alınacaqsa. Amma elə çalışsaq özümüzdə də
alınar. Axı
bizdə
də
istedadlı bəstəkarlar az deyil. Son zaman tamaşalarımızdakı
musiqilər
daha çox gurultuya bənzəyir.
Çox az
mahnı ola ki, tamaşadan çıxdıqdan sonra ən azından özlüyündə onu qısa bir
zaman ərzində zümzümə edəsən.
Yaxşı, dedik əksər tamaşalarımızda
musiqilər
gah gurultuludu, gah düzgün seçilmir, tamaşaya uyuşmur. Lazimi yerdə
musiqi verilmir. Bəs bunların əsas səbəbi nədir.
Fikrimcə hər
şeydən
öncə
başlamaq llazım idi rejissuradan. Əgər bir tamaşada rejissorun musiqi savadı yoxdursa və
ya azdan–çoxdan varsa da sıfıra
bərabərdisə o zaman hansı uğurlu musiqidən söhbət
açmaq olar. Əgər bəstəkar
varsa, musiqi varsa, rejissor bunu lazimincə dəyərləndirə bilmirsə,
o zaman nə olacaq bu tamaşada? Bax elə əsas
problemlərdən biri də
budur. Bəlkə də
birincisi. Tamaşaənın əsas
canı rejissordur, bütün məsuliyyət
onun üzərindədir. Aktyorlara mizanı verən, bəstəkarla, rəssamla içləyən odur. Ona görə
də
rejissorlarımızım musiqi
savadı nə qədər güclü olarsa, bax o zaman tamaşalarımızda
musiqi problemi bir o qədər az olar.
Bu barədə
kifayət qədər çox
danışmaq mümkündür. Lakin əsas
bir şeyi qeyd etmək
istəyirəm. Unutmayaq
ki, do-dan do-ya qədər olan
yeddi notun yuxarı və aşağı hərəkəti
ilə möcüzəli bir
melodiya yaratmaq olar tamaşalarımızda. Axı niyə də olmasın.
Kaspi.-2014.-11-13 yanvar.-S.10.