Dostoyevskinin ev-muzeyindən
Dünya ədəbiyyatının
görkəmli
yazıçılarından biri Fyodor Mixayloviç Dostoyevskinin Sankt-Peterburq
şəhərində yerləşən muzeyini
soraqlamaq o qədər də
çətin deyil. Metronun Vladimirskaya stansiyasının
yaxınlığındakı Kuzneçnıy döngəsini həm də böyük
yazıçıya görə
daha yaxşı tanıyırlar. Metro stansiyanın qarşısında toxuma əl
işlərini satan qoca rus
qadınından muzeyin ünvanını
soraqlaşınca “bir az
irəli get, muzeyin binasını
görəcəksən” deyə
üzünə
işıq qonur. Təxminən 200 metr
irəliləyib muzeyə daxil
oluram.
Muzeyə
giriş böyüklər üçün
3 AZN (120 rubl), məktəbli və tələbələr üçün
1,5 manat (60 rubl), 7
yaşınadək uşaqlar üçün
giriş azaddır. MDB ölkə vətəndaşlarının
güzəştli
biletləri olduğu təqdirdə böyüklər 1,3 manat
(50) rubl, təqaüdçülər və məktəblilər 50 qəpik (20 rubl) ödəyə bilərlər. Müharibə illərində blokadada
yaşayanlar, bütün
qrup əlillər və müharibə
iştirakçıları üçünsə muzeyə giriş
pulsuzdur.
43 il öncə
Görkəmli
yazıçının Rusiyanın ayrı-ayrı şəhərlərində ümumilikdə 6 muzeyi
var. 1971-ci il 11 noyabrda Sankt-Peterburq şəhərində
açılan ədəbi-memorial muzey mənzil
isə məhz bu
ünvanla bağlıdır. Bu bina həm də
ona görə
əhəmiyyətlidir ki, Dostoyevski bu evdə
özünün sonuncu
mənzilini kirayələyib. Ömrünün
son illərini
bu mənzildə yaşayıb.
1881-ci il 28 yanvarda elə bu
mənzildə vəfat edib. Bu mənzildə «Bir
yazıçının gündəliyi»
və özünün məşhur
«Puşkinin nitqi» əsərləri
üzərində işləyib. Sonuncu
romanı – «Karamazov qardaşları»nı
bu evdə
başa çatdırıb. Tədqiqatçılar Peterburqda yaşadığı illəri
yazıçının ən
məhsuldar dövrü adlandırırlar.
1956-cı ildə
ilk dəfə bu
binaya yazıçının memorial lövhəsi
vurulub. 12 il keçəndən sonra bina əsaslı
təmir olunub.
Muzeyin yaranması ideyası ilk dəfə yazıçının ölümündən sonra sevimli arvadı Anna Qriqoriyevna Dostoyevskaya tərəfindən irəli sürülüb. O, Dostoyevskinin «sağ əli» və demək olar ki, əsərlərinin stenoqrafisti və katibəsi idi. Anna ərinin şəxsi kitabxanasında olan kitabların siyahısını tərtib edib. Muzeyin ədəbi ekspozisiya zalındakı kitabxana da məhz həmin siyahı əsasında yaranıb.
Hələ inqilabdan əvvəl rus mətbuatında həmin binanın muzeyə çevriləcəyi haqqında müəyyən işartılar görünsə də, təəssüf ki, bu, o zaman reallaşmadı. İnqilabdan sonrakı illərdə isə ümumiyyətlə, mümkün olmadı. Yazıçının sovet ideologiyası ilə üst-üstə düşməyən dini və ictimai fikirləri, faciəvi ədəbi dünyası onun haqqında xoş olmayan fikirlərə yol açdığından muzeyin açılmasını da ləngidib. O zaman Dostoyevski muzeylərinin yaranacağı heç kimin ağlına gəlməzdi. Təkcə məşhur yazıçılar və alimlər ara-sıra mətbuatda Dostoyevskinin rus mədəniyyəti tarixində hansı çəkiyə malik olduğunu xatırlayır və heç olmasa yazıçının son illərini yaşadığı mənzilinin muzeyə çevrilməsinin vacibliyini bildirirdilər.
Anna Qriqoriyevna
Dostoyevskaya ərinin
ölümündən
bir müddət
sonra Petroqradı tərk
edir və
Krımda uşaqları və
nəvələrindən
uzaqda – tənhalıqda
vəfat edir. Onun ölümündən sonra
yaşadığı mənzildəki əşyalar saxlama kameralarından birinə verilir. Nəticədə bir çox əşyalar
itir. Ancaq bəzi arxiv
materialları və
əşyalar
dövlət arxivinə
çatdırılır.
1960-cı ildə
Kuzneçnıy döngəsində Dostoyevski
muzeyinin açılmasını
arxitektor-rəssam Georgiy Piontek təklif etsə də, bu, 11 il sonra reallaşır.
Görkəmli
yazıçının 150 illik yubileyi münasibətilə açılan muzey o zaman
Leninqradın mədəni həyatında böyük hadisəyə çevrilir.
Elə o vaxtdan bəri muzeyə gedib-gələnlərin
ardı arası kəsilmir.
Hazırda muzey Sankt-Peterburqun
mədəni həyatının
ayrılmaz hissəsinə çevrilib.
Küncdəki
mənzil
Sadə
və öz arxitektor quruluşu ilə
digər Peterburq evlərindən fərqlənməyən
binanı şöhrətləndirən məhz onun
Dostoyevskinin adını daşıyan
muzeyə
çevrilməsidir.
Görkəmli
yazıçı Sibir
sürgünündən
qayıtdıqdan sonra qalan
həyatını Peterburqa bağlayıb. Bu
şəhərdə
yaradıcılığını davam etdirib.
Eksponatların böyük
bir hissəsini
yazıçının nəvəsi Andrey
Fyodreviç Dostoyevski
muzeyə
bağışlayıb. Nəticədə muzeydə
məşhur
babasının xatirəsinə həsr olunan qiymətli kolleksiya
toplanaraq əsas
ekspozisiyaya çevrilib.
Bir çox əşyaları isə qohumları hədiyyə edib.
Muzeydə Dostoyevskinin şəxsi
əşyaları qorunur. Ekspozisiya
bütünlüklə
görkəmli
yazıçının həyat
və fəaliyyətini əks etdirir.
Muzey iki
mərtəbən əhatə edir.
Dəhlizdən keçib
pillələrlə ikinci mərtəbəyə -
yazıçının mənzilinə və əsas
ekspozisiyaya daxil oluram. Yazıçının mənzili Peterburqda
yaşadığı digər
20 mənzil kimi küncdə
yerləşir.
Otaqların interyeri müasirlərinin xatirələri və
arxiv materialları əsasında hazırlanıb.
Muzey-mənzil dəhliz, yemək və qonaq otağı, yazıçının iki kabineti, həyat yoldaşının otağı və uşaq guşəsindən – ümumilikdə 6 otaqdan ibarətdir.
Birinci mərtəbədəki sərgi
zalında müasir rəssamların sərgiləri
keçirilir, ədəbi və musiqili
gecələr təşkil olunur. Kinozalda Dostoyevskinin əsərləri əsasında
çəkilən filmlər nümayiş
olunur. Audiobələdçinin xidməti ilə Dostoyevskinin
həyat və
yaradıcılığı haqqında mükəmməl məlumat
əldə etmək mümkündür.
İkinci mərtəbədəki sərgi zalında da yazıçının qəhrəmanlarının eskizləri və kostyumları ilə tanış olmaq mümkündür. Ziyarətçilər bu otaqda Dostoyevskinin “Bədbəxt insanlar”, ”Ölü evindən qeydlər”, “Səfeh”, “Yeniyetmə”, “Qumarbaz”, “Cinlər”, “Alçaldılmış və təhqir olunmuşlar”, “Karamazov qardaşları” və s. əsərlərdən boylanan məşhur qəhrəmanları ilə üz-üzə qalırlar. Bu böyük otaqda Dostoyevski ədəbi dünyasının özünəməxsus ab-havası insanları ovsunlayır.
Ədəbi ekspozisiya
otağında da çoxlu
ziyarətçilər var.
«Bəşəriyyət yüksək fikirlərsiz yaşaya
bilməz» deyən Dostoyevskinin
yazdığı bütün əsərlər,
əlyazmalar,
müxtəlif kitablar, yazıçının avtoqraflı
şəkilləri, müasirlərinin fotoları, Dostoyevski zamanındakı Peterburqun
görkəmi,
müxtəlif kitab illüstrasiyaları elektron
formatda yer alıb.
Burada həmçinin
yazıçının müxtəlif
tamaşalarının afişaları, proqramlarından ibarət böyük
kolleksiyaya da rast gəlmək olur.
Audiobələdçi vasitəsilə istənilən əsərin
və ya fotonun
qarşısında dayanıb hər
hansı məlumatı
əldə etmək və həmin əsərləri dinləmək imkanı var. Bu otaqda
bütünlüklə
yazıçının ədəbi
yaradıcılığı və
məşhur əsərlərinin
yaranma tarixi ilə tanış olmaq mümkündür. Eksponatlar içərisində ən maraqlı şəkil «Dostoyevskinin
Peterburqu» hesab edilir. Bu şəkil əsasında
yazıçının qəhrəmanlarının və özünün
haralarda yaşadığını və zamanını
müəyyən etmək olur.
28 yanvar, saat
20.40
Yazıçının yaşadığı
mənzilin iç-içə otaqları sonradan təmir
olunub. Mənzilin
girişində
yazıçının şlyapası, asılqan, sandıq,
çətirlər yer
alıb. Qonaq otağının
divarında yazıçının müasirlərinin fotoları diqqət çəkir. Vaxtilə dövrünün
bütün müasirləri bu mənzilin qonağı olub. Yazıçı onların arasında Puşkini öz müəllimi hesab
edib. Otaqdakı stol və stullar,
çay servisi, padnos – bütün əşyalar görkəmli
yazıçıya məxsus
olub.
İş
otağındakı stolun üstündə
yarımçıq əlyazmalar,
siqaret, stəkandakı
yarımçıq çay və dərmanlar qalıb. Siqaretinin
üstündə
qızının «Bu gün
atam öldü. 28 yanvar 1881-ci il» sözləri var.
Stolüstü saat isə Dostoyevskinin
dünyasını dəyişdiyi
tarixi – 28 yanvar, saat 20.30, çərşənbə günü»nü göstərir.
Uşaq otağını isə yazıçı çox sevirmiş. “Uşaqsız evin mənası yoxdur” deyən yazıçı övladlarına qayğıkeş ata olub. O, harada olurdusa həyat yoldaşına yazdığı məktublarında ilk sualı “Uşaqlar hardadır?” sözləri olurmuş. “Dostayevskinin ailəsinə, övladlarına məhəbbətinin izləri uşaq otağındakı ə.yalardan da görünür” deyə muzeyin bələdçisi dillənir.
Bələdçi həmçinin xarici ölkələrdən də
turistlərin tez-tez bu mənzilə baş
çəkdiklərini bildirdi:
“Kim rus ədəbiyyatını və mədəniyyətini sevirsə, mütləq Dostoyevski
muzeyinə gəlir”.
Yazıçının doğum və ölüm
günlərində muzeydə konfranslar
keçirilir.
Teatrlaşdırılmış səhnəciklər təqdim olunur.
Dostayevskinin qəhrəmanları muzey çərçivəsindən Peterburq
küçələrinə çıxır
açıq havada tamaşalar
təqdim edirlər. “Məktəblilər,
tələbələr
rus ədəbiyyatı, onun görkəmli
simaları haqqında təkcə sinif
və ya auditoriya otaqlarında deyil, elə
muzeyin özündə
məlumat
alırlar. Muzeydəki
dərsləri heç
bir dərslik
əvəz edə bilməz”- deyə bələdçi
qadın yazıçının bu mənzildə
yaşadığı son günlər haqqında da danışdı: “Dostoyevski
25 yanvar 1881-ci ildə
ciyər
qanamasıyla yenidən
yatağa düşüb.
Gecə gələn böhrandan sonra artıq çox
zamanı qalmadığı aydın olmuşdu.
Xəstə yatağında
arvadından ona “Pozğunluqdan
dönən oğul”dan parçalar
oxumasını xahiş edib.
Bir keşiş də başında dua oxuyub. Son
nəfəsini verənə qədər ağlı
başında olub və 28 yanvarda, axşam saat 8.30-da bu mənzildə əbədiyyətə qovuşub”.
Ölümündən
sonra kitabları böyük
təzyiqlə nəşr olunan böyük yazıçıdan yalnız rus ədəbiyyatında deyil, dünya ədəbiyyatının inkişafında da böyük rol oynayan əsərlər
yadigar qaldı...
Təranə
Məhərrəmova
Bakı-Sankt-Peterburq
Kaspi.-2014.-11-13 yanvar.-S.17.