Mahir redaktor, tanınmış şair
- Musa Ələkbərli
Rövşən Yerfi
İddiasızlar...
Musa Ələkbərli... Bu ad ilk dəfə yaddaşımda tələbə
vaxtlarımda ən çox sevdiyim kitabxananın dəhlizindəki ədəbiyyat dərnəyi haqqındakı elandan qalmışdı. Həvəslənib elandakı tədbirlərin
birinə
də
gəlmişdim.
Mülayim xasiyyətli,
mehriban, sadə bir insan olan
Musa müəllimi
yaxından birinci dəfə o zaman görmüşdüm.
Amma düzünü deyim, sonra növbəti tədbirlərə getmədim. Günahkarı özüm idim,
artıq anlayırdım
ki, məndən
yaxşı şair alınmayacaq. Onun kimi
istedadlı bir şairi tanımağım
elə
bil bu fikrimi
daha da yəqinləşdirmişdi.
Gədəbəy rayonunda
doğulan şair əmək fəaliyyətinə Sumqayıt şəhərindəki
Boru-Prokat zavodunda fəhləliklə başlamışdır. O, 1974-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini
bitirdikdən
sonra iyimi ilə
yaxın “Gənclik” nəşriyyatında
çalışmışdır. Nəşriyyatda əvvəlcə redaktor, sonra isə
böyük redaktor işləmiş,
mindən
çox kitabın redaktoru, onlarla kitabın tərtibçisi, həmin kitablarda gedən ön sözlərin
müəllifi
olmuşdur. Bu illər
ərzində nəşriyyat
sahəsində və
ədəbi ictimaiyyətdə ən
mahir redaktorlardan biri sayılmışdır.
Musa müəllim
gənc
ədəbi qüvvələrin yetişməsində də
həvəslə xidmət göstərmiş,
Sabir adına
Bakı mərkəzi
şəhər kitabxanasının nəzdində yaradılan “Pərvanə”
ədəbi birliyinə
beş ildən çox rəhbərlik
etmişdir.
Musa Ələkbərli ədəbi fəaliyyətə 1964-cü ildə Gədəbəy rayon qəzetində çıxan “Ürəkdən soruş”
qoşması ilə başlamışdır. Tələbəlik illərindən dövrü mətbuatda müntəzəm çıxış
etmişdir. 1977-ci ildə isə
“Məndən şeir istə” adlı
ilk kitabı çap olunmuşdur:
Tanrım
məni
başdan yarat,
Qoy gedim təzədən gəlim.
Gəl bu dəfə daşdan yarat,
Qoy gedim təzədən gəlim.
Şeirləri türk, rus, ukrayna, tacik, türkmən,
belorus, özbək, qırğız və sair dillərə tərcümə edilmişdir. Şeirlərlə yanaşı poemalar yazan şairin “Mübarizlik dərsi” adlanan
son poeması Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr
olunub.
Musa Ələkbərli “Ürəyimin
işığında”, “Bəlkə bir də
görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım
ay işığı”, “Sevgi
bulağı”, “Gözümdə ağlayan bulud”, “Dünya sevgidən doğulub”,
“Tanrı mənə söyləməsə,
yazmaram”, “Mən sevgi görməmişəm”
adlı bir çox kitabların müəllifidir:
Ehtiyac, mənimlə əkiz doğuldun,
Yer var ki, doğmayıq, yer var ki,
yadıq.
Göz açdım, könlümə, gözümə
doldun,
Nə könlü, nə gözü doyuranmadıq...
Azərbaycan ədəbiyyatının istedadlı
nümayəndəsi kimi Musa Ələkbərli 1976-cı ildə Aşqabadda, 1977-ci ildə isə
Düşənbədə keçirilən Ümumittifaq poeziya festivallarının iştirakçısı
olmuş, respublikamızın
gənc,
ədəbi qüvvələrini ləyaqətlə təmsil etmişdir. O, 2001-ci ildə “Azərbaycan”
jurnalında dərc olunan şeirlərinə
görə
ilin poeziya mükafatına – İsa İsmayılzadə
adına mükafata layiq görülmüşdür. Hazırda
“Şur” nəşriyyatının
direktoru işləyən Musa müəllim uzun illərdir
yorulmaz fəaliyyəti
ilə
Azərbaycan
mədəniyyətinin tərəqqisinə xidmət
edir:
İçimdə boğsam sözümü,
Döyüküb döysəm
gözümü,
Bu bazardan, bu alverdən
Məmnun saysam mən
özümü,
Bu yerə
də
yer eləyər,
Göylər məni bağışlamaz!
Dağlarda böyüyüb
boya-başa çatmış şair mənalı,
gözəl
şeirləri ilə poeziyamıza dağ havasını, bulaq
saflığını gətirmişdir.
Bu şeirlərə ürəkdən gələn sadəliyini və səmimiyyətini
hopdurmuşdur. Qocalığının gəncliyini yaşayan, mehriban insan, istedadlı qələm sahibi
Musa Ələkbərli şübhəsiz, hələ bundan sonra da əzm və
qürurla, çağlayan
ilhamla sənət
uğurlarını dəyərli oxucuları ilə bölüşəcəkdir.
Kaspi.-2014.-18-20 yanvar.-S.14.