Gənclərin teatrdakı fəaliyyəti diqqət mərkəzinə gəldi

Yanvarın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə yaradıcı gənclərlə görüş keçirildi. Görüşün məqsədi gəncləri düşündürən problemləri dinləmək, onların teatrla bağlı fikir və ideyalarını öyrənməkdən ibarət idi.

Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi görüşə gənc dramaturqlar, rejissorlar, teatrşünaslar, teatr rəssamları, bəstəkarlar, ümumilikdə teatr adı ətrafında cəmləşənlər, yeni düşüncə, fərqli baxışı olan istedadlı gənclər dəvət olunmuşdular. Tədbirdə, həmçinin Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azərpaşa Nemətov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağaəli İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin incəsənət, elm və təhsil, nəşriyyat, reklamın təşkili və informasiya şöbələrinin, müvafiq sektorların müdirləri, teatrşünas alimlər eləcə də Bakıdakı Dövlət teatrlarının direktor və rejissorları iştirak edirdilər.

Ötən ilə bir nəzər

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev ilk olaraq ötən il Azərbaycan teatrının 140 illik yubileyinin ölkə başçısının sərəncamı əsasında yüksək səviyyədə qeyd olunduğunu iştirakçıların nəzərinə çatdırdı. Daha sonra Ə.Vəliyev gənclərə müraciət edərək Azərbaycan teatrının son illərdəki nailiyyətindən bəs etdi: “Ötən ili Azərbaycan teatrlarının bir növ hesabat ili kimi qeyd etdik. Teatrın inkişafı yönündə il ərzində çox sayda tədbirlər keçirildi. İlk olaraq ondan başlayım ki, teatrda çalışan sənətkarlar 2013-cü ili 140 ildən sonra 10 martı ölkə başçısının sərəncamına əsasən teatr işçilərinin peşə bayramı kimi qeyd etdilər. 2006-cı ildəTeatr haqqında qanun” qəbul edildi. Bu Azərbaycanın istər sovet dönəmində, istərsə də müstəqil olan dövrdə mədəniyyət sahəsində dövlət tərəfində qəbul olunmuş qanunlarərisində diqqəəkən qanunlardan ən birincisidir. Yaxın bir neçə il ərzində mədəniyyətin bu və ya digər sahələri ilə bağlı saysız qanunlar qəbul olunub. 2007-ci ildə Azərbaycan teatrının maddi texniki bazasının möhkəmləndirilməsi ilə bağlı prezidentimiz sərəncam imzaladı. O sərəncamdan bir qədər sonra “Azərbaycan teatrı 2009-2019-cu illər” strategiyasını müəyyənləşdirən 10 illik dövlət proqramı qəbul olundu. Bu sərəncam və qanundan irəli gələn məsələlərin əsnasında bir sıra layihələr həyata keçirdik. Son 20-30 il ərzində teatr binaları köklü şəkildə bərpa olundu. Buraya təkcə paytaxt teatrları deyil, eləcə də bölgə teatrlarımız da daxil edildi. Sumqayıt Dövlət Musiqili Dram Teatrı yeni bina ilə təmin olundu. Pantomima Teatrı, “YuğTeatrı əsaslı şəkildə təmir edildi və onlara hüququ ünvan verildi. Vətənindən ayrı düşmüşQaçqın teatrlar”ımıza gəlincə isə onlara bina ayrıldı. Ağdam Dövlət Dram Teatrı 2013-cü ildə təmir edildi. Füzuli Dövlət Dram Teatrına yeni bina verildi. Bunlarla yanaşı, 139 yaşı olan İrəvan Dövlət Azərbaycan Dram Teatrına möhtəşəm bina ayrılıb. 2015-ci ildə biz onun təmirinə başlayacağıq. Şuşa Dövlət Musiqili Dram teatrına Bakıda müvəqqəti bina ayrıldı. Daha sonra həmin bina teatrın ixtiyarına verildi. Bu il də oranın maddi-texniki bazasının möhkəmləndirilməsi və yenidən qurulması ilə bağlı ölkə başçısı sərəncam imzaladı. 2015-ci ildə isə Opera və Balet Teatrının təmiri gözlənilir. Bundan əlavə, Gəncədə yeni teatr binasını inşa olunacağını planlaşdırırıq”.

Ədalət Vəliyev çıxışı zamanı 10 ildə Azərbaycan teatrlarında 983 tamaşa hazırlandığını, bu tamaşalardan 300-ə yaxınının dövlət vəsaiti hesabına həyata keçirildiyini qeyd etdi: “Dövlət sifarişi ilə hazırlanan tamaşaların təxminən 70 %-i ayrı-ayrı bölgələrdə, gənclərə həvalə etdiklərimiz, onların hazırladıqları tamaşalardır. Bu müddət ərzində 100-ə qədər xarici ölkələrin tanınmış sənət adamlarının Azərbaycan teatrlarında quruluş verməyə, rəssamlıq etməyə dəvət edilib. Azərbaycan teatrları 50-dən artıq xarici ölkədə - Amerikadan, Çinə qədər - qastrol səfərlərində olub. 2013-cü ildə 17 ölkədən Azərbaycan tamaşalarının sorağı gəlib. Xarici ölkələrdə dramaturqlarımızın əsərləri səhnə həllini tapıb. Təkcə qardaş Türkiyədə deyil, Fransada, İngiltərədə və başqa ölkələrdə bizim dramaturqların əsərlərinə müraciət olunub. Bu böyük hadisədir. Qeyd etdiklərim Azərbaycan teatrının tarixinə yazılası hadisələrdir. Əvvəllər bölgələrimizdən kənara çıxmayan teatrlarımız beynəlxalq forumlarda müstəqil şəkildə iştirak etməyə başladılar. Çox qısa zaman kəsiyində Azərbaycan dünyada mövcud olan beynəlxalq teatr İnstitutlarına üzv olub. Bu səylər nəticəsində Azərbaycanda ilk dəfə olaraq MDB məkanında Beynəlxalq teatr forumlarının keçirildiyi məkana çevrildi. 2010-cu ildən başlayaraq Bakı forumu keçirildi. Növbəti forum noyabr ayında Bakıda dünya çapında tanınan məşhur rejissorların, tənqidçilərin, dramaturqların, teatr menecmenti ilə məşğul olan insanların iştirakı ilə təşkil olunacaq”.

“Bu riskli bir addım idi

Azərbaycanlı gənclərin xarici ölkələrdə təcrübə keçməyə göndərildiyini deyən Ə.Vəliyev rəssamlarımızın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təcrübə keçdiklərini və bu təcrübədən yararlandıqlarını bildirdi: “Ötən il ən çox qastrolda olan Rus Teatrı 7 xarici dövlətdə qastrol səfərində olub. Akademik Milli Dram Teatrında Rejissorların dövlətsizləşdirilməsi, yəni onların dövlətdə əmək haqqı sistemindən çıxarılaraq tam müstəqil fəaliyyət göstərmələri üçün təcrübə xarakterli tədbirlər keçirdik. Bu ilin sonunda bu təcrübə başa çatacaq. Rejissorları oradan uzaqlaşdırmaqla həm gənclərin, həm də dünya çapında məşhur olan rejissorların ora gəlişini təmin etdik. Bu, riskli bir addım idi. Belə yeniliklərimiz, eksperimentlərimiz davam edəcək. Gün gələcək Azərbaycan teatrında çalışan peşəkar aktyorlar da gördüyü işin müqabilində tam əmək haqqı alacaq, ştatlarda stabilləşmiş maaşlara görə yox. Bizim teatrlarda əsas problem gənc dramaturq problemidir. Biz bir neçə dəfə gənc və istedadlı dramaturqların müsabiqəsini keçirməyə cəhd etdik. Gənc dramaturqlar olmadığı üçün yaş həddini böyütdük və 2 il əvvəl bu müsabiqəni həyata keçirtdik. Ancaq orada da 1-ci yerin qalibi olmadı. Təəssüf hissi ilə qeyd edim ki, gənclər orada azlıq təşkil edirdi”.

Nazir müavini vurğuladı ki, Mədəniyyət və Turizm Nazirliyi təxminən teatr jurnalına bənzər, adı başqa bir ad olan yeni bir rüblük jurnal hazırlayacaq. Biz artıq onun ilk variantı üzərində ə başlamışıq. Həmin jurnal Novruz bayramı ərəfəsində işıq üzü görəcək.

Biz hazırıq

 

Ə.Vəliyev gənclərlə tanış olmaq istədiyi üçün onların yaradıcılığa dair yeni layihələrini görmək istədiyini vurğuladı: “Neçə ildir ki, İncəsənət Universitetində teatrda işləmək istəyən gənc rəssamlar tapa bilmirik. Bu gün Azərbaycan teatrlarında 20-ə yaxın vakansiya mövcuddur. Bunların hər birini ə götürməyə hazırıq. Bu gün teatr sənəti ilə işləmək istəyən teatrşünas, rəssam, dramaturqlara, qabında bir şey olan gənclərə bizim ciddi ehtiyacımız var. Onların xarici ölkələrdə təhsillərini davam etdirməyə hazırıq. Biz nə etməliyik ki, istedadlı gənclər pərdə arxasında qalmasınlar, layiq olduğu yerlərdə inkişaf etsinlər. Əziz gənclərimiz, sizin doğru sənətlə məşğul olmanız üçün əlimizdən gələni etməyə hazırıq. Əgər dram yazan gənc yazarların hansındasa yaxşı pyes varsa, gətirin nazirliyə, pyesin janrına uyğun teatra aparın. Pyesi götürüb bölgələrə gedin. Başlamaq üçün ora ən münasib yerdir. Bu işdə sizə yardımçı ola bilərik. İstedadlı əsərlərin regionda səhnə həlli tapmasına kömək edə bilərik”.

Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov teatr rəssamlığı sahəsində gənc rəssamların azlığından söz açdı. O, çıxışı zamanı Mədəniyyət və İncəsənət Universiteti, eləcə də Dövlət Rəssamlıq Akademiyasında peşəkar teatr rəssamlarının az yetişdiyini, məzun olan gənclərin əsas etibarilə digər istiqamətlərə meyl göstərdiklərini dedi: “Bizdə peşəkar teatr rəssamlarına ehtiyac var. Təklif edirəm ki, teatr rəssamlığını bitirən tələbələr diplom işini peşəkar səhnədə təqdim etsin”.

Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev teatrların gənc rejissorlarla ə böyük maraq göstərdiklərini deyərək onların uğurlu işlərindən söz açdı: “Bizim tanıdığımız məşhur teatr sənətkarları teatrda işləyib, oradan bəhrələniblər. Əgər böyük peşəkar sənətkar kimi tanınmaq və sevdikləri sənətdə uğur qazanmaq istəyirlərsə, teatrlara üz tutsunlar. Buradan gənclərə səslənirəm, teatra gəlsinlər. Onları teatrlarımızda öz yerlərinin olacağına əmin edirik. Bizim siz gənclərə böyük ehtiyacımız var”.

Gəlin, gənclərimizi qoruyaq

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə gənclərin diqqət mərkəzində saxlanıldığını, yaradıcı gənclərin potensialının istifadə olunduğunu bildirdi: “Yaradıcı gənclərlə işləməyə çox ehtiyacımız var. Dövlət bu qədər möhtəşəm işlər görür. Əgər bu gün gənclərlə işləməsək sabah teatrımızı kimlərə etibar edəcəyik? Gəlin, istedadlı gəncləri qoruyaq. Gənclərimizə üz tutub demək istəyirəm ki, bu ağır, çətin sənət yolunda qalib olan o adamdır ki, o hər dəqiqə işləyir, onun gecəsi gündüzü yoxdur. Burada özünü fəda etmək, peşənin sirlərini öyrənmək və möhkəm iradə və xarakter lazımdır. Dövlət sizin arxanızda dayanıb. Peşənizi dərindən öyrənin, inamla irəli gedin”.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, professor Azər Paşa Nemətov yaradıcı gənclərləə böyük önəm verdiyini vurğulayaraq ittifaqda bir neçə yaradıcılıq laboratoriyası fəaliyyət göstərdiyini və gənclərin inkişafında böyük rol oynayan bu labaratoriyaların fəaliyyətinin daha da genişləndiriləcəyini qeyd etdi.

 

Sonda Ədalət Vəliyev səslənən təklif və təşəbbüslərin diqqətə alınacağını, bu yöndə yeni layihələrin həyata keçiriləcəyini bildirdi. Nazir müavini teatrşünaslar üçünyay məktəbi”nin, seminarların təşkili təşəbbüsünü irəli sürdü, belə tədbirlərin yaradıcı gənclərin ünsiyyəti baxımından əhəmiyyətli olduğunu vurğuladı.

Xəyalə Rəis

Teatrşünas

Kaspi.-2014.-18-20 yanvar.-S.12.