O, kinonu həyatı qədər sevirdi
Unudulmuşlar
Sənətkarlıqla
yaradılmış, dolğun məzmunlu, gözəl formalı, ideya-bədii cəhətdən
yetkin sənədli filmlərin təsir qüvvəsi heç
də bədii filmlərdən az olmur, əksinə, son
zamanlar insanların istəyini, sülh arzusunu ifadə
edən elə sənədli
filmlər yaranmışdır
ki, onlar daha təsirli
və
inandırıcıdır.
Bu sözlər vaxtilə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası xronikal-sənədli, elmi-kütləvi və tədris filmləri yaradıcılıq birliyinin direktoru olmuş Fərəməz Səfiyevə məxsusdur. F.Səfiyev təkcə məmur deyil, həm də filoloq-alim, kinodramaturq və idmançı idi.
Düz 80 il
bundan əvvəl Şəmkir rayonunun
Seyfəli kəndində dünyaya
göz açan F.Səfiyev burada
boya-başa çatıb, 1952-ci ildə indiki
Bakı Dövlət
Universitetini bitirmişdir.
Həmin
ildən də onun
əmək fəaliyyəti «Azəbaycan pioneri» qəzetində xüsusi
müxbir kimi
başlanmış, qısa müddət
ərzində Azərbaycan Dövlət Radio
Verilişləri
Komitəsində müxbir,
1953-cü ildən təqaüdə çıxana qədər, yəni
1994-cü ilə kimi C.Cabbarlı adına «Azərbaycanfilm»
kinostudiyasında xronika şöbəsinin rəisi, daha
sonra, 1971-ci ildən
Xronikal-sənədli, elmi-kütləvi və sifariş
filmləri
yaradıcılıq birliyinin direktoru vəzifələrində
işləmişdir.
40 ildən
artıq bir təşkilata
rəhbərlik etmək o
deməkdir ki, Fərəməz müəllim
kino istehsalının ən bacarıqlı təşkilatçısı
kimi hörmət
qazanmışdı. Kinostudiyada yorulmaq nə
olduğunu bilmədən
çalışır, kinonu həyatı qədər sevirdi.
O, kinematoqrafda
çalışdığı dövrdə sənədli filmlər istehsalının
texnologiyasını yaxşı öyrənmişdi. Azərbaycanda sənədli kinonun
inkişafında xidmətləri şübhəsiz ki,
böyükdür.
Xronikal-sənədli filmlər birliyi
kinostudiyanın ən
çətin sahəsidir. Kinostudiya rəhbərliyi bu
birliyə həmişə ikinci
dərəcəli iş kimi baxıb. Birinci planda bədii
filmlərin
istehsalı durub. Ona
görə də sənədli
kino həmişə ləng inkişaf edib. Bu sahədə uğur qazanan filmlərimiz
çox olmayıb. Xronika
operativliyi sevən
bir sahədir.
Bu sahədə rəhbərlik edən F.Səfiyevin özü də
çevik, fəal
və operativ idi, bütün
təşkilati
işlərdən baş
çıxarırdı. Misal üçün, respublikamızda dövlət tədbirləri keçiriləndə bununla əlaqədar bir
neçə operator səfərbər edilirdi.
Operatorları eyni vaxtda
şəhərin müxtəlif guşələrində
yerləşdirmək, onları çəkiliş aparatı, kinoplyonka ilə
təchiz etmək hamısını
da nəzarət altında saxlamaq çox çətin və olduqca
məsuliyyətli məsələ
idi. Həm
də çəkilmiş
materialların hamısı keyfiyyətli
olmalı idi. Bunların hamısı birliyin direktorunun üzərinə düşürdü.
F.Səfiyev inzibati işlərlə məşğul olmaqdan başqa həm də kinodramaturq idi. Onun ssenariləri əsasında «Azərbaycanfilm» kinostudiyasında və «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində 50-dən artıq sənədli, televiziya sənədli filmi çəkilmişdir. Bu filmlərdə Azərbaycanın təbiəti, insanları-tanınmış şəxsiyyətləri, zəhmət adamları və s. mövzular öz əksini tapmışdır.
Misal üçün, Fərəməz müəllimin ssenariləri üzrə «Tanınmış şəxsiyyətlər» mövzusunda «General Həzi Aslanov», «Sürəyya», «Torpağın sahibi», «Azərbaycanın bölgələri» mövzusunda «Xudafərin olan yerdə», «Sabirabad», «Azıx mağaraları», «Bakıda «Mosfilm» günləri», «Əməkçi insanlar» mövzusunda «Biz Şmidtçilərik», «Dağlar dənizə qayıdır», «Şərəfli yol», «Bizim qayğılarımız», «Bizim kolxoz», «Azərbaycan idmanı» mövzusunda «Çempion», «Kamandar Olimpiya çempionudur», «Azərbaycan idmanı dünən, bu gün…», «Varis», «Həyat mübarizədir», «Dissonans», «Azərbaycan pəhləvanları», «Böyük Vətən müharibəsi» mövzusunda «Bizim 416», «General Həzi Aslanov», «İgidliyin əbədidir sənin» və s. filmlər yaradılmışdır.
«General Həzi Aslanov» filmi istedadlı sərkərdə, ilk dəfə Sovet
İttifaqı Qəhrəmanı, tank qoşunları dviziyasının komandiri general-mayor Həzi Aslanovun
Böyük Vətən müharibəsi illərində şanlı döyüş yoluna həsr olunmuşdur.
Döyüş vaxtı arxadan xain
düşmən
gülləsinə tuş
gəlmiş qəhrəmanın obrazını yaratmaq məqsədilə hərbi illərin
tarixi xronikasından, sərkərdənin
yaxınlarının, döyüş
yoldaşları və
dostlarının - Obçanski, Poqorelko, marşal Yeremenko. Moskva sirkinin məşhur
aktyoru Mixail Şuydin, general-polkovnik Obuxov və
akademik Samsonovun sinxron xatirələrindən istifadə olunmuşdur.
Filmin müəllifləri (1970, rej. M.Bağırov) Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun surətini bütöv şəkildə təcəssüm etdirməyə çalışmışlar. Xatirələrdən əlavə biz filmdə müharibə illərinin xronikasını də görürük. Həmin nadir xronikada şəhərlərin düşmən mərmilərindən viran qalması, sovet əsgərlərinin faşist işğalçıları ilə döyüşləri və digər epizodlar təsvir olunmuşdur.
Filmdə
ən maraqlı epizodlar Həzi
Aslanovla bağlı kadrlardır: möhkəm cüssəli, ciddi,
qətiyyətli, qaynar
təbiətli tank
diviziyasının komandiri. Onun diviziyası Kenisberq, Vileyko, Minsk, Molodeçno şəhərlərindən
keçib, min kilometrlərlə çətin
yol qət
edib. Həzi
Aslanov bu şəhərlərin
azad olunmasında öz
tankçıları və
digər birləşmələrin əsgərləri ilə
birlikdə fəal iştirak
etmişlər. Onlar birinci olaraq
azad edilən
Vilnüsə daxil olmuşlar. Həzi Aslanovun
olduğu və
ya olmadığı kadrlardan
görünür ki,
xalqımızın igid oğlu
bütün döyüşlərdə mərdliklə vuruşmuşdur.
Bütün bu kadrlar müharibə
illərinin
ab-havasını dəqiqliklə ekranda
canlandırır.
Rejissor M.Bağırovun və ssenari müəllifi F.Səfiyevin yaratdıqları bu gözəl film çox təsirlidir, hadisələri olduğu kimi əks etdirir. Lakin bu, yalnız birinci addım hesab edilməlidir. İgid generalın şərəfli həyatı və döyüş hünərləri barədə hekayəti davam etdirmək lazımdır. Məşhur Stalinqrad qəhrəmanı Həzi Aslanov yüzlərlə rus, Ukrayna, belarus, Litva, Latviya şəhər və kəndlərinin faşist zülmündən azad edilməsində şöhrətlənmiş görkəmli sərkərdə, nəcib ürəkli vətənpərvər bir şəxs olmuşdur. O, təkcə Azərbaycana deyil, çoxmillətli sovet ölkəsinə, bütün xalqlarımıza məxsus qəhrəmandır. Ona görə də xalqlarımız haqlı olaraq öz unudulmaz oğlu barəsində daha çox şey bilmək istəyirlər.
Biz belə hesab edirik ki, görkəmli sovet
sərkərdəsi haqqında bədii film yaratmaq ən
yaxşı vəzifələrdən
olmalıdır. Bu həm geniş
tamaşaçı kütləsi
tərəfindən maraqla
qarşılanar, həm
də hərbi vətənpərvərlik işimizə gözəl xidmət edər. Bizcə, belə film
yaratmaq üçün
bütün əsaslar
və imkanlar vardır: Həzi
Aslanov haqqında indiyədək
çoxlu məqalə, xatirə və kitab
yazılmışdır. Qəhrəmanı yaxından
tanıyan, onun ağlına, hünərinə bələd
olan, ölməz
generalla birgə
döyüş yolu keçmiş çoxlu adam var.
Həzi Aslanovla birgə döyüşmüş adamların heç biri, o cümlədən də biz belə bir film yaradılmasına kömək etmək üçün əlimizdən gələni əsirgəmərik.
Ümidvarıq ki, bizim bu arzumuz nəzərə alınacaqdır.
Bizim ölməz döyüş
yoldaşımız haqqqında sənədli film
çəkmiş kinorejissor M.Bağırova və filmin
yaradılmasında iştirak etmiş “Azərbaycanfilm”
kinostudiyasının bütün əməkdaşlarına ürəkdən təşəkkür edirik.”
Böyük Vətən müharibəsi
illərində məşhur 416-cı Azərbaycan Taqanroq atıcı diviziyasının
şanlı döyüş yoluna həsr
olunmuş «Bizim 416»
filmində şəhərlərin
azad olunmasını əks etdirən
döyüş epizodları göstərilmişdir.
1941-1945-ci illər Böyük
Vətən müharibəsinin ilk
günlərindən faşist
işğalçıları ilə
Azərbaycan
xalqının oğul və qızları qəhrəmancasına
vuruşmuş, əsl
fədakarlıq və mərdlik nümunəsi göstərmişlər.
416-cı diviziyanın Qafqazdan
başlanan və
Berlində başa çatan şərəfli və
qəhrəmanlıq döyüş yolu filmdə bütün
təfərrüatı ilə öz
əksini
tapmışdır. Filmi rejissor
N.Mustafayeva 1970-ci ildə lentə
almış, mövzu ilə bağlı kinoxronikadan
və arxiv sənədlərindən
istifadə etmişdir.
Rejissor N.Bəkirzadənin çəkdiyi “Ceyrançöl” (1974) kino-oçerki vaxtilə əldən-ayaqdan uzaq olan çölün, Ceyarnçöl adlanan yaylanın inşaatçılar və heyvandarlar tərəfindən abadlaşdırılmasından danışır. İnşaatçılar heyvandarların işini asanlaşdırmaq üçün buraya su kəməri, yollar çəkmiş, çöl yerlərindən istifadə edərək heyvandarlığın müvəffəqiyyətli inkişafı üçün hər cür şərait yaratmışlar.
Bu film hökumətin “Təbiətin qorunmasının gücləndirilməsi və təbii mənbələrdən istifadənin yaxşılaşdırılması haqqında” qərarına vaxtında verilmiş cavab idi. Burada insanlar, onların yeni həyata can atmaları, yeni rayonun salınması, Ceyrançöl dənizinin yaradılması inandırıcı göstərilmişdir. Filmdə keçmişin bugünlə müqayisəli təsvirini verməklə müəlliflər bu yerlərin gələcəkdə necə olacağını faktlarla göstərə bilmişlər.
Məlum olmuşdur ki, X.Babanlı müharibəyə qədər Azərbaycan Dövlət Filarmoniyasında aktyor işləmiş, müharibə illərində isə özünün düzəltdiyi saxta sənədlərlə faşistlərin arasında sərbəst gəzmiş, çoxlu əməliyyatlar həyata keçirmişdir.
Göründüyü kimi, ssenari
müəllifi bir çox faktları bərpa etməklə o, bütün bunları publisistik
baxımdan bir daha nəzərdən
keçirmiş və
belə qərara gəlmişdir ki, qəhrəmanın xarakterini inandırıcı şəkildə açmalı, onun Vətənə, xalqına olan
sədaqətini göstərməlidir. Faktların sənədli olması və bunların obrazılı həlli ssenari
müəllifinə öz
fikrini həyat
keçirməyə imkan
yaratmışdır.
F.Səfiyev
dövri kinojurnallar üçün yüksək professional səviyyədə yazılmış 150-dən artıq mətnin müəllifi olmuşdur.
Bundan başqa onun mətbuatda
hekayələri, sənədli kinonun
problemləri və kino
yaradıcıları barədə çoxlu
məqalələri çap edilmişdir.
Belə
bir deyim var: «Dünya bir pəncərədir, hər
gələn baxar
keçər». Amma zaman heç
də bütün insanların üstündən xətt çəkmir. Sadəcə olaraq cəmiyyət, cəmiyyətin üzvü
olan bizlər
xeyirxah, yaxşı əməllərində, yaratdıqları əsərlərində daim
yaşayan Fərəməz İdris oğlu Səfiyev
kimi insanları unutmamalı, məhəbbətlə yad
etməliyik.
Aydın
Kazımzadə,
əməkdar incəsənət
xadimi, dosent
kaspi.-2014.-25-27 yanvar.-S.20.