“Getsəm
də,
gözüm arxada qalmayacaq”
Xalq art
isti Nəzakət Teymurova bir ildən sonar Opera və Balet Teatrını tərk
edəcəyini açıqladı
Bu günlərdə səhnəmizin Leylisi, xalq artisti
Nəzakət Teymurova xalq mahnısı “Sarı gəlin”-ə çəkdirdiyi klipin təqdimatını
keçirdi. Vətənini
sevən
hər
bir xanəndənin
ifasında “Sarı gəlin”
mahnısının yer
almasının vacib olduğunu vurğulayan xanəndə təqdimatdan
sonra “Kaspi”-nin suallarını
cavablandırdı. Bizimlə söhbətində Nəzakət Teymurova Opera və Balet Teatrının səhnəsini tərk edəcəyini və
bu hərəkəti ilə bir ilkə
imza atatacağını
söylədi.
Opera səhnəsini tərk
edəcəyəm
- Nə
üçün “Sarı
gəlin”
mahnısına müraciət etdiniz? Əksər xanəndələr bu mahnıya müraciət edib, belə
olan halda, sizin bu addımınız
yenilik sayılmır.
- Bu mahnıya müraciət etməyim
heç də təsadüfi
olmayıb. Bilirik ki, xalq mahnımız olan “Sarı gəlin”in başı
bəlalıdır.
Bu mahnıya zaman-zaman
göz dikilib, onu özününküləşdirmək istəyənlər də çox olub. Ona görə
istədim
ki, məhz “Sarı
gəlin”i
simfonik orkestrin müşayiəti
ilə
ifa edim və
klipi ölkəmizdən kənarda
da nümayiş etdirərək musiqimizi təbliğ edək. Mən bu mahnını
“Zəmin
xarə”
üstündə
oxumağa başladım
və
istədim
ki, indiyə qədər olan ifalardan seçilsin.
Sizin fikrinizlə
razıyam, bu mahnıya hər kəs müraciət
edir. Mən bu mahnıya
özümdən
fərqli
bir şey qatmışam. Simfonik orkestrlə ifa etmək
təşəbbüsü də
mənə məxsusdur.
İnanıram ki, bu formada mahnını ifa etməyim
dinləyicilərin ürəyincə olacaq. Məqsədim isə
odur ki, “Sarı gəlin”i bütün
dünya Azərbaycan musiqisi kimi tanısın.
- Eşitdik, 20 ildir çıxış
etdiyiniz Opera və Balet Teatrından ayrılmaq istəyirsiniz. Doğrudurmu?
- Bəli.
Opera və
Balet Teatrını yavaş-yavaş tərk etmək
istəyirəm. Mən kənardan
özümə
baxmağı bacaran xanəndələrdənəm. Məhz elə
buna görə də
bir ildən sonra
opera səhnəsini tərk
edəcəm. Özümü o səhnədə görə bilmirəm.
Şükürlər olsun ki, bu gün gənclər, tələbələrimiz
səhnəyə gəliblər və
səhnədə özlərini doğruldurlar.
- Səhnəni
tərk
etməyinizin
səbəbi hər
kəsə maraqlıdır. Özünüzü
yorğun hiss edirsiniz,
yoxsa sizi səhnədən küsdürüblər?
- Şükürlər
olsun ki, səsim
yerindədir,
hələ ki cavanam, yorulmamışam,
bu gün də
əvvəlki ampluamı qoruyub saxlayıram. Əvvəlki kimi tamaşa başlayandan bitənə kimi yenə
ifa edə bilərəm. Bu gün
efirdə
olan xanəndələrin opera səhnəsindən 4 əllə yapışmağa çalışdığının
şahidi oluruq. Bunların hamısını görmüşəm və
onlar kimi olmaq istəmirəm. Kənardan insanları müşahidə edib, onu daxilimə salan insanam. Müşahidələrimdən sonra çalışıram
ki, mən onların
etdiyi hərəkətləri etməyim. Elə xanəndələr var ki, onları səhnədən zorla çıxarıblar. Yəqin ki, opera səhnəsini gənc yaşlarımda, öz istəyi
ilə
tərk
edən
ilk xanəndə mən
olacam. Bunu birinci mən edəcəm (gülür).
Nəslimizin gənc
Leylisi mənəm
- Opera səhnəsinə çıxmaq və o səhnədə baş rolu canlandırmaq hər
bir xanəndənin
arzusudur. Gedəcəyiniz halda,
bu qərarınız
haqda çox danışılacaq...
- Bəli,
əksər xanəndələr o teatrın
səhnəsinə çıxmağa can atır.
Artıq
20 ildir ki, opera teatrının səhnəsində
çıxış edirəm. İndi də
tamaşalarda iştirakım
davam edir. Yəni
teatrdakı işimə son verməmişəm, hələ teatrın repertuarında gələn il də ifam olacaq. İndidən mənim
gələn il repertuarım
hazırdır. Bir ildən sonra isə
o səhnəni tərk
edəcəyəm. Özümü kənardan
izlədikdə bəzi
şeylərin
lazımsız olduğunu
dərk
edirəm.
Qəbul edə
bilmədiyim
şeylər
var. Səhnədən getsəm də,
gözüm arxada qalmayacaq. O səhnədə
tələbələrim
var. Elə
səhnəmizin sonuncu Leylisi olan Vüsalə Musayeva mənim
tələbələrimdəndir. O, çox istedadlı qızdır.
- Opera və Balet Teatrında canlandıra bilmədiyiniz, ümumiyyətlə, ürəyinizdə qalan obraz oldumu?
- Yox. Bu sənətə gələn hər kəs
Leyli obrazı oynamaq üçün can
atır. Mənim qismətimdən Opera və
Balet Teatrında elə
ilk rolum məhz Leyli olub. Mən demirəm
ki, yalnız baş rolları ifa etmişəm, bu, özündən
razılıq kimi səslənməsin. Teatrın səhnəsində
kiçik rollar da oynamışam. Hətta 5 dəqiqlik
rollarım da olub. Əgər 5 dəqiqəlik ifası olan obrazı oynamağı qəbul
etmişəmsə, deməli,
onu ruhuma yaxın hiss etmişəm. Canlandırmaq istədiyim
elə
bir obraz yoxdur. Ümumiyyətlə, səhnəyə gələn hər bir xanəndə rol ifa etmək üçün aşağıdan
yuxarıya doğru pillə-pillə qalxır. Mən isə
yuxarıdan aşağıya
doğru gəlmişəm. Yəni
yuxarıdan gəlib - baş rollardan az obrazlı
rolları oynamağa razılaşmışam. Fikrimcə, operada ən yuxarı pillə Leyli obrazıdır ki, mənə də
o obrazı canlandırmaq
qismət
olub. Ancaq onu da deyim
ki, bizim nəslin
ən az azyaşlı
Leylisi mənəm
(gülür).
- Teatrı tərk
etdikdən
sonra yalnız muğam ifaçısı
kimi yaradıcılığınızı
davam etdirəcəksiniz?
- Təbii
ki, yox. Mənim
pedaqoji fəaliyyətim
də
var. Asəf
Zeynallı adına
Musiqi kollecində və
Azərbaycan
Milli Konservatoriyasında
10 ildən
çoxdur ki, dərs
deyirəm.
Teatrı tərk
etdikdən
sonra oradakı işimdən
iki əllə yapışacam.
İfaçı sənətdən üzüsulu
getməlidir
- Nəzakət
xanım, sənətinizin sizə qazandırdıqlarından razısınızmı?
- Bu sənətdə qazandıqlarım
da var, qazanmadıqlarım
da. Deyə bilmərəm ki, bu sənət mənə çox
şey qazandırıb.
Əsəblərimin tarıma
çəkildiyi,
korlandığı vaxtlarım
da olub. Bu sənət insana məşhurluq
bəxş
edir, onun qarşılığında insanın
sağ canını əlindən alır. Ona görə
də
mən
deyərdim
ki, verdiyi qədər də
alır.
- Peşman deyilsiniz ki?
- Pisini pisliyi ilə,
yaxşını da yaxşılığı ilə qəbul
edirəm.
Hərdən fikirləşirəm ki, mən
Azərbaycan
musiqisinə
bu qədər həssas
yanaşıram, vaxtımı,
zamanımı sərf edirəm,
ətrafımdakı
adamlar gəzməyə gedir, mən
öyrənmək üçün oturub musiqi dinləyirəm.
Nə üçün? Bəzən olur, insan hər
şeydən
yorulur.
- Siz sənətdə qocalmağın
tərəfdarısınız?
- Xanəndə kimi deyə bilmərəm. Hələ özümü o səviyyəyə gəlib çatmış hesab etmirəm. Amma ifaçı sənətdən üzüsulu getməlidir. Gərək bu sənəti gənc ikən tərk edəsən. Hər şeyin öz yeri var. Müəyyən vaxtda da özümü xanəndə kimi görə bilməsəm, gedərəm yəqin ki. Misal üçün, indi deyirəm ki, özümü operada görmürəm, qocalanda da yəqin ki, özümü xanəndə kimi görməyəcəm və bu sənətdən imtina edəcəm. Ondan sonra da özümü sırf pedaqoji tərəfə kökləyəcəm və tələbələrimlə məşğul olacam.
- Gənc
muğam ifaçılarından
razısınız? Tələbələrinizin ifası
sizi qane edirmi?
- Səhnədəki fəaliyyətlərinə
görə
ifalarını bəyəndiklərim də olur,
bəyənmədiklərim
də. Hər zaman
istəmişəm ki,
ustadlarımız öz tələbələrinə muğamı necə
çatdırıbsa, mən
də o şəkildə tələbələrimi öyrədim.
İstəyirəm ki,
tələbələrim
hər baxımdan -
istər mədəniyyət,
istərsə də ifa
baxımından qüsursuz olsunlar. Tələbələrimin
digər
ifaçılardan seçildiyini görəndə sevinirəm.
Bu sənətdə səsdən əlavə
praktika, zaman, hissiyyat, yaxşı ustadlardan
dərs almaq üstünlükləri lazımdır. Xanəndə oxuduğu qəzəlin hisslərini
tamaşaçıya çatdırmağı bacarmalıdır.
Bütün bunlar çox uzun bir prosesdir. İndiki dövrdə
də çox istedadlı, yaxşı səsi olan
muğam ifaçıları var. Sadəcə olaraq
doğru istiqamətdə və doğru yolda olmağı bacarmaq
lazımdı. Klassiklərimizi
tanıyıb, onları sevib, onlardan bəhrələnmək
lazımdır. Mən
öz tələbələrimə həmişə
icazə verirəm ki,
gedib başqa müəllimlərin də dərsində
otursunlar, o sənətkarlarımızdan da
nəsə bir
guşə və yaxud
boğaz öyrənsinlər. Hər bir
xanəndədən bir boğaz oğurlamaq gənc ifaçı üçün yalnız uğur
ola bilər.
Xəyalə
Rəis
Kaspi.-2014.-28 yanvar.-S.12.