Görkəmli rəssamın növbəti sənət uğuru - neominiatür slayd-şou

Bu ilin fevral ayının 3-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli teatr və kino rəssamı, sənətşünas-alim Elçin Muxtar Elxanla (Elçin Aslanov) görüş keçiriləcək. Saat 12.00-da baş tutacaq tədbirdə rəssamın kompüter qrafikası ilə hazırladığı neominiatür slayd-şou teatr ictimaiyyətinin və media mənsublarının diqqətinə təqdim olunacaq.

Elçin Muxtar Elxan 1934-cü ildə Bakıda anadan olmuşdur. 1960-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) Rəssamlıq Akademiyasını bitirən Elçin Muxtar Elxan o vaxtdan təsviri sənətin kitab qrafikası, səhnə tərtibatı, rəngkarlıq və miniatür sahələrində çalışmağa başlamışdır. Səhnə tərtibatı, qrafika və miniatür sənəti ilə məşğul olan Elçin Muxtar Elxanın kompüter qrafikasının köməyi ilə hazırladığı minüatürlər qədim olduğu qədər də müasirdir, ənənə ilə novatorluğu özündə birləşdirir.

1962-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür, əsərləri ilə respublika və ümumittifaq səviyyəli, habelə xarici ölkələrdəki sərgilərdə iştirak edib.

Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sifarişi ilə 12 rəngkarlıq və qrafika əsəri işləyib. Orta əsrlərin tanınmış miniatür rəssamları Kəmaləddin Behzad, Soltan Məhəmməd, Ağamirək, ustad aşıqlar Dirili Qurbani və Abbas Tufarqanlının təsviri sənət obrazlarını yaradıb.

İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsində baş rəssam kimi çalışıb. 1982-1987-ci illərdə Respublika Rəssamlar İttifaqınınMiniatür və kitab qrafikasıbölməsinə rəhbərlik edib.

Ötən günlərdə - 2014-cü il, yanvar ayının 25-də 80 yaşını qeyd edən Elçin Muxtar Elxanın ölkənin müxtəlif teatrlarında tamaşalara verdiyi tərtibatlar milli səhnəqrafiya sənətimizin nadir incilərindən sayılır. Onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnə tərtibatı verdiyiLeyli və Məcnun” (rejissor Mehdi Məmmədov, 1978), Azərbaycan Dövlət Akademik Milli Dram TeatrındaSən həmişə mənimləsən”, “Ölülər” (rejissor Tofiq Kazımov, 1964, 1966), “Xəyyam” (rejissor Mehdi Məmmədov, 1970), “Xurşidbanu Natəvan” (rejissor Mərahim Fərzəlibəyov, 1981) tamaşaları səhnəqrafiya sənətinin mükəmməl örnəkləridir.

Elçin Muxtar Elxan kino rəssamı kimi də fəaliyyət göstərmişdir. Belə ki, o, 1968-1969-cu illərdəAzərbaycanfilmkinostudiyasının istehsalı olanCırtdancizgi filminin quruluşçu rəssamı, 1973-cü ildə çəkilənNəsimibədii filminin geyim üzrə rəssamı olmuşdur.

Rəssamlıqla yanaşı, elmi tədqiqatla da məşğul olan sənətşünas-alim Elçin Muxtar Elxan 200-dən artıq elmi məqalənin, 20-dən artıq kitabın (“El-oba oyunu, xalq tamaşası”, “Mən Dədə Qorqud”, “Azərbaycan toyu”, “Təxti-nərd dəstgahı”, “Şəbeh epik teatrımız”, “Zorxana mədəniyyəti”, “Padşahın kiçik oğlu”, “Gün çıx-çıx”, “Yeddi çəənbə, yeddi bayram”, “Nuhun dabanıvə s.) əllifidir.

Elçin Muxtar Elxan 60-dan çox uşaq kitabına tərtibat verib. 1994-cü ildə Rəssamlar İttifaqınınSoltan Məhəmmədmükafatına, 1999-cu ildəMən Dədə Qorqudkitabına görə Yazıçılar Birliyinin mükafatına, 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.

Könül Əliyeva

Kaspi.-2014.-31 yanvar.-S.12.