Rəqəmsal ölüm

(1000 olanda yazı bitəcək)

1 2 3 4 5 6 7 8

Aktyor Qurban İsmayılov və rejissor Bəhram Osmanov səhnədə müasir dramaturq Peter Turrininin “Axır kipyesini təqdim etdilər. Gənc Tamaşaçılar Teatrında baş tutan hadisə qaranlıq və isti olan kiçik səhnə məkanına doğmalaşırdı. Bu janr çox çətin olmasa da, daha çox zəhmət tələb edən gərgin işin nəticəsi olmalıdır. Xüsusilə, təxminən 50 dəqiqə ərzində tamaşaçının diqqətini səhnədə tək aktyorda cəmləşdirməyi məcbur etmək etiraf edək ki, olduqca çətindir.

9 10 11 12 13 140

Tamaşa yerə səpələnmiş kağızların, zir-zibilin və qutuların üzərində rus, inglis və doğma dilimizdə yazılmış (təxminən beləsizin arzularınız gerçəkləşəcək”) sözləri ilə əhatələnmişdi. Personaj - tamaşanın qəhrəmanı Q.İsmayılov bizə izah edir ki, o, özünü güllələmək qərarına gəlib. Həyatını intiharla sona çatdıracaq.

15 16 17 18 19 200

“Minə çatanda özümü öldürəcəm” - qəhrəmanımız fikrində qətidir. Bu hadisənin hansı motivdən yarandığını isə izah etmir. Və tamaşaçı düşünür ki, minə çatınca, dözməliyik. Biraz bəsit tonda, sonra qışqıraraq, biraz uca səslə, biraz sərsəm səslə-hələ ki, o, öz həyatından danışır.

 

Qəhrəman hər dəqiqənin hesabını aparır. Kölgəli olsa da, həyatının təsvirini verməyi bacarır. İlk baxışdan o qədər də önəmli olmayan detallara toxunur. Bir müddətdən sonra bəlli olur ki, qarşımızda həyatın dəyişilməyən, hər zaman eyni axarından bezən məntiqini və vicdanını itirməyən o cümlədən, qürurlu və güclü bir qəhrəman dayanıb.

Həyatdan üz döndərmək istədiyimiz ən sadə əşyalar - soyuducu, köhnə televizordan belə sonda imtina etmək çətin olur. Daha geniş mənada, insan yaşadığı cəmiyyətdə həyatın fərdi dəyərini, mənasını tapa bilmir. Əvvəlcə-məktəb, sonra-evlilik, hamıda olduğu kimi qısqanclıq, mübahisə... Bununla paralel - karyera. Nəticədə baş redaktorun razılığını qazanan tanınmış jurnalistdən bu günə qalan - İnsan.

21 22 23 24 25 26 270

Lakin... İnsanların sevdiyini yazmaq? Çoxluğun fikrindən və rəyindən asılı olmaq? Artıq mənasını və dəyərini itirmiş sözə arxalanmaq? Burada “hamı kimirejimi öz funksionallığını itirmir. Başqa cür rejim arzu edirsənsə, çıxış yolu var - intihar. Müxtəlif müstəvilərdən yanaşmaq mümkündür. İntihar edən şəxs ya anormal olmalıdır, ya ruslar demişkən “idiot”, ya da filosof...

Aktyorun (Q.İsmayılov) oyunun daxili psixologizmi tamaşaçını hadisələrin həqiqətinə çox yaxınlaşdırır. Hər an insan öz-özünə düşünür ki, mən buna baxmaq istəmirəm. Sanki bu mənim beynimə, təhtəlşüuruma bir təzyiqdir, hər an onu incidir. Lakin... aktyorun qələbəsi bu əzabdan daha öndə gedir. Mən beynimi qapayıb, hissimlə, ruhumla ona baxmaq, yaşantılarını duymaq istəyirəm.

Qurban İsmayılovun oyunu ilə hər bir tamaşaçının içində gizlənmiş eyni hisslərin “sakitlik” axtarışında gəldiyi son nəticə belə olur: “axır ki!”. Lakin mən əminəm ki, hər bir seyrici tamaşanın sonunu da məhz bu şəkildə gözləyirdi. Axır ki, bitsin...

35 36 37 38 39 400

Bəlkə də, tamaşaçı haqlıdır. Paradoks: yaradıcı heyət isə işində mükəmməl idi. Danılmaz fakt olaraq, ancaq bunu söyləmək olar. Onların sayəsində qısa müddətli də olsa biz hər gün taxdığımız maskaları çıxardıb, rahat oturduq. İnanıram ki, tamaşaçı “axır kibitsin sözünü məhz aktyorun - sənətkar Qurban İsmayılovun əzabının, iztirabının bitməsi üçün söyləyirdi.

 

500 600 700 800 900

Çünki bizi ölümümüzdən hələ çox vaxt ayırır. Bizi ondan arzular, ciddi müqavilələri, baxmaq istədiyimiz filmlər, dinləmək istədiyimiz musiqilər - daha nələr, nələr!- ayırır. Biz bilirik ki, əbədi yaşayacağıq.

 

01 02 03 04 05 06 07 08 09 1000

“Axır ki” güllə açıldı. Yəqin mənim kimi, çoxları bu sonluğu gözləmirdi. Ölümü arzulamaq bu qədər asan olmamışdı. Qurban İsmayılovun yorğun siması qaranlıqda itir, biz isə qaranlıq məkanı yavaş-yavaş tərk edirik.

Bəlkə elə doğrusu budur!

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2014.-31 yanvar.-S.10.