Əsl karate ustası
Niyazi Əliyev ikinci olmağı qəbul etmir
Bir müddət əvvəl Türkiyənin
İstanbul şəhərində
karate üzrə 50-ci Avropa
çempionatı keçirildi. Bütün diqqətlərin mərkəzində olan bu vacib turnirdə
Azərbaycan idmançıları
da fəxri kürsüyə qalxdılar.
Onlardan Niyazi Əliyevin çıxışı xüsusilə
maraqlı alındı.
Finalda tribunaların böyük dəstəyini
görən türk rəqibini yenən karateçimizin, qələbədən
sonrakı milli rəqsi gözəl alınmışdı. Milli ruhun
təntənəsi olan
bu hərəkətin
sahibini sizə yaxından tanıtmaq qərarına gəldik.
Beləliklə, Avropa Oyunlarındakı
əsas medal ümidlərimizdən
biri Niyazi Əliyev.
Valideynlərinin təkidi
1986-cı ildə yanvarın
30-da Maştağada anadan
olan Niyazi, karateyə məktəbin
ilk ilində yollanıb. Kiçik yaşlarından
çox hərəkətli,
bir yerdə durmaz olması valideynlərini bu addımı atmağa vadar edib. Enerjisini idmana sərf edən, məşqlərdə
yetərincə yorulan
balaca karateçi axşamlar sakit birinə çevrilir, valideynlərini narahat etmirdi. Valideynlərinin məcburi seçimi
gələcəkdə dünya
və Avropa çempionatlarında Azərbaycan
bayrağını qaldıracaq
bir idmançının
yetişməsində böyük
rol oynadı.
Bakının 128 saylı orta
məktəbində təhsil
alan Niyazinin
oxumaqla arası olmayıb. Hər imkanda dərslərdən
yayınmağa çalışıb,
diqqətini idmana kökləyib. Ancaq indi,
artıq hər şeyi yaxşı başa düşdüyü
vaxtda deyir ki, bundan çox
böyük təəssüf
hissi keçirir.
Çünki təhsilin önəmini
gün keçdikcə
daha yaxşı anlayır. Ona görə də ali təhsil
almaq üçün
Azərbaycan Respublikası
Bədən Tərbiyəsi
və İdman Akademiyasına daxil olub və bu
il onu bitirəcək.
Ataların Çox gəzən,
çox bilər məsəli ilə kifayətlənməyərək əsl biliklərə də yiyələnməyin
vacibliyini ön plana çəkməsi də vurğulanmalıdır.
Çoxsaylı çempionluqlar və
titullar
Niyazi Əliyevin
qazandığı uğurların
siyahısı yetərincə
uzundur. Ən kiçik yaşlarında
Bakı birinciliyindəki
qələbələrin ardınca
dəfələrlə istər
yeniyetmə, istər gənc, istərsə də böyüklər arasında Azərbaycan çempionluqları gəlib.
15 yaşında yeniyetmələr
arasında Avropa çempionu olan Əliyev, Boğaziçi,
Uspex, İstanbul
Open, Moskva ulduzları,
Premier League Dutch Open kimi böyük
beynəlxalq turnirlərdə,
2010-cu ildə Ümumdünya
Döyüş Oyunlarında
və başqa nüfuzlu çempionatlarda
fəxri kürsüyə
qalxıb. 2009-cu ildə
Xorvatiyanın paytaxtı
Zaqrebdə, 2014-cü ildə
Finlandiya, bu il isə
Türkiyədə böyüklər
arasında Avropa çempionluğunu əldə
edib. 2010-cu ildə
Serbiyanın paytaxtı
Belqradda keçirilən
dünya çempionatında
gümüş medalın
sahibidir. Bununla yanaşı,
karatenin müxtəlif
versiyalarında üçqat
dünya və beşqat Avropa çempionudur. Niyazinin ümumi
medal və kubok sayı ehtiyatı yüzə yaxınlaşmaqdadır.
Ki, özünün də dediyi kimi, vaxtı gələndə həmin
mükafatları xüsusi
bir zalda yerləşdirib nümayiş
etdirmək, gələcək
nəsillərə əziyyətə
qatlaşaraq nələrə
nail olmağın mümkünlüyünü
göstərmək fikrindədir.
Peşəkar idmançı
Karate digər döyüş
növləri kimi amansız idmandır. Kənardan asan
görünsə də,
qazanılan hər qələbə, hər uğur böyük əziyyətlər hesabına
mümkün olur.
Həftənin 6 günündə,
gündə iki, bəzən üç məşq keçmək,
ciddi qida rejiminə riayət etmək, bir çox əyləncələrdən
məhrum olmaq
Yalnız bunun sayəsində hər hansı zəfəri çalmaq olar. Niyazi qeyd edir ki, karyerası ərzində dəfələrlə
burnu, əl və ayaq barmaqları
sınıb, diz qapaqlarında problemlər
yaşayıb, əməliyyat
olunmaq məcburiyyətində
qalıb. Özünün
dinləyək: Özüm
karateçi olduğuma
görə demirəm.
Hər şey çox çətindir. Hər gün
səhər necə bədən ağrıları
çəkdiyimi yalnız
mən bilirəm.
Başqa,
yəni sıravi biri olsaydı, iki- üç gündən sonra idmanı atıb gedərdi. Ancaq biz dözürük. Çünki bilirik ki, hər əziyyətin sonrasında bir mükafat var. İstər
maddi, istərsə də mənəvi. İşin pul tərəfi mənim üçün həmişə ikinci planda olub. Fəxri kürsüdə sənin
şərəfinə ölkənin
himni səslənəndə
keçirilən hisslərin
əvəzini heç
nə verə bilməz. Məhz o anlarda bilirsən
ki, çəkilən
bu əziyyətlər,
yorğunluqlar, zədələr,
ağrılar hədər
deyilmiş.
Zədələr maneə deyil
Zədələr demişkən
Niyazinin
karyerasında ağır
mərhələlər az olmayıb. Ancaq o, bu mərhələləri
çətinliklə də
olsa, arxada qoya bilib. Xüsusilə 2012-ci ildə keçirdiyi
əməliyyatdan sonrakı
durum fərqləndirilməlidir. İstənilən idmançı üçün
toparlanmaq, yenidən tatamiyə qayıdaraq titullar qazanmaq çətindir. Niyazi bütün
səylərini bir yerə yığıb İslam Həmrəyliyi Oyunlarına qatılmış,
finala qədər irəliləyə bilmişdi.
2014-cü ildə Finlandiyada keçirilən
Avropa çempionatının
final döyüşü isə
ayrı söhbətin
mövzusudur. O döyüşün
videoyazısı izləyənlər
təsdiq edə bilər: əlindəki iki barmağı sınıq ola-ola döyüşən Niyazinin
əzmkarlığına böyük
alqış düşür.
Həmin
əllə rəqibə
zərbə endirmək,
bu anlarda yaşanan ağrıları
təsəvvür etmək
çox çətin
deyil. İtalyan rəqibi ilə
döyüş ərzində
iki dəfə tibbi müdaxiləyə ehtiyacı olan karateçimiz böyük
ağrılara rəğmən
qələbə qazanmışdı.
Həkimlərin israrı da
bir nəticə verməmiş, qalib ruhunu ortaya qoymuşdu.
Çünki özü də
dediyi kimi hər əziyyətin sonunda bir mükafat
var. O mükafat
da Avropa çempionluğu idi.
Çevik, sürətli, güclü
Niyazinin tatamidəki döyüşünü
böyük zövqlə
izləmək olar. Zərbələri təmiz, yəni yüksək dəqiqliklə
yerinə yetirir, baxımlılıq dərəcəsi
maksimuma yaxındır.
Xüsusilə də yaxın
məsafədə rəqiblərindən
bir baş üstün olan karateçimiz, cüdo və güləşdəkilərinə
oxşar badalaqdan yararlanmağı sevir.
Ani hərəkətlə qarşısındakı
yerə yıxaraq öldürücü zərbə
ilə son nöqtəni
qoyur. Taktiki cəhətdən konkret döyüş tərzi seçmir. Niyazi həm müdafiə, həm də hücumda effektiv olmağı, nəticəyə
uyğun mübarizə
aparmağa üstünlük
verir. Fiziki hazırlığının çox yaxşı olması ona son saniyələrə qədər
sabit döyüşmək
şansı yaradır
ki, bu da
həlledici anlarda köklənməni itirməmək
baxımından vacib məqamdır. Əliyev çevik,
sürətli və fəal karateçidir.
Onunla döyüşlərdə
bir an belə
sayıqlığı əldən
vermək olmaz. Əlləri
ilə bir göz qırpımında
bədənə və
başa ağır zərbələr endirə,
çaş-baş sala
bilər. Mütəmadi işlətdiyi, sevimli fəndi demək olar ki, yoxdur.
Niyazi üçün qələbəyə
hansı zərbə imkan verirsə, onu seçmək daha məqsədəuyğundur.
Qalib ruhlu döyüşçü
üçün bu, məntiqli addımdır.
Portreti
Niyazi işinin
peşəkarı, əsl
döyüşçüdür. Zirvələri
fəth etmək üçün bir çox çətinliklərə
sinə gərib və istəyinə nail ola bilib.
Qarşıda isə Avropa
Oyunları gəlir.
Karyerasının sonlarına
yaxın bir vaxtda belə vacib turnirdə qələbə qazanmaq onun üçün böyük nailiyyət ola bilərdi.
Əzmkarlıq, çalışqanlıq, işinə düzgün münasibət Niyazini bu hədəfə çox rahat çatdıra bilər.
O, tatamidə aslan kimi güclü, pələng kimi sürətlidir. Tatamidə heç bir
rəqibə aman vermir, onu yalnız
məğlub edəndən
sonra rahat buraxır. Peşəsində ciddi, adi həyatda ünsiyyətcil,
dostcul, güvənilən
biridir. Bir sözlə, nümunəvi
idmançıdır.
***
Maraqlıdır
Niyazinin idmançılığı ilə
yanaşı, insani xüsusiyyətləri də
qabardılmalıdır. Bir yaşlı
oğlunu çox sevən Əliyev, hər səfərdə onun köynəyini özü ilə aparır, bu geyimin ona uğur
gətirdiyini düşünür.
Bir ata kimi oğlundan
güc alması çox xoş, gözəl mənzərədir.
***
Üzr də istəyib
2013-cü
il Avropa
çempionatının finalında
final döyüşündə məğlub olması ona pis təsir
etmişdi. Hakimlərin
qərəzi nəticəsində
yalnız gümüş
medal qazanan Niyazi Əliyev İkinciliyimə
görə Azərbaycan
xalqından üzr istəyirəm deyərək,
aza qane olan biri olmadığını
göstərmişdi.
***
Nümunəvi idmançı
Niyazi Əliyev
dünya karate ictimaiyyətinin
tanınmış simalarındadır. Rusiya, Macarıstan
və başqa ölkələrdə onun
karate seminarlarına böyük
maraq göstərilir.
Yüzlərlə, minlərlə gənc
və yeniyetmə, həmçinin böyüklər
bu dərslərdə
iştirak edir, böyük çempionun döyüş sirlərinə
yiyələnməyə çalışırlar.
Kənan Məstəliyev
Kaspi.-2015.-3 aprel.-S.23.