Ruslar səbirsizliklə İlk Avropa Oyunlarının açılışını gözləyirlər”

 

Xəzər Qarayev: “İlk Avropa Oyunları dünya

idman tarixinə yeni təkan verəcək

Bakıda keçiriləcək İlk Avropa Oyunları xaricdə yaşayan həmvətənlərimizdə sevinc hissi yaradır. Azərbaycanı candan sevən soydaşlarımız üçün bu Oyunlar bir qürur mənbəyinə çevrilib. Onlar böyük səbirsizliklə iyunun 12-ni gözləyirlər. Eyni zamanda xüsusən xaricdəki gənclərimiz yaşadıqları ölkələrdə İlk Avropa Oyunlarının yerli xalq arasında təbliğini aparırlar. Müsahibimiz Xəzər Qarayev bu baxımdan fəal gənclərimizdən biridir. Qeyd edək ki, X.Qarayev 25 sentyabr 1991-ci ildə Balakən rayonunda anadan olub. Altı yaşında olarkən valideynlərilə birgə Moskva şəhərinə köçüblər. Hazırda Moskvada yaşayan X.Qarayev 2008-ci ildə orta məktəbi bitirdikdən sonra Rusiya Dövlət Hüquq Akademiyasında ali təhsil alıb. 2012-ci ildən diaspor fəaliyyəti ilə məşğuldur. Moskva vilayətindən şəhər dumasına deputatlığa namizəddir. Hal-hazırda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin icraçı direktorudur.

-Bir azərbaycanlı kimi ölkəmizdə İlk Avropa Oyunlarının keçirilməsi sizdə hansı hislər yaradır?

-Damarında azərbaycanlı qanı axan hər bir şəxs İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə sevinməli, bununla qürur duymalıdır. Evrovisionmusiqi yarışması zamanı xarici ölkə vətəndaşlarının Azərbaycana olan marağı hər birimizin yadındadır. Zənnimcə, dünya tarixində ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda, Odlar Yurdunda keçirilməsini hər bir azərbaycanlı fəxr iftixar hissi ilə qarşılayır.

-İlk Avropa Oyunları ölkəmizin daha da tanınması müsbət imicinin artmasında kimi rolu olacaq?

- İlk Avropa Oyunları nəinki Azərbaycan, hətta dünya idman tarixinə yeni dönüş təkan verəcək. İlk Avropa Oyunlarının Azərbaycanda, doğma Bakımızda keçirilməsi Azərbaycanın regionda ən güclü dövlət olduğunu bir daha sübut edəcək. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında inanıram ki, İlk Avropa Oyunlarının rolu böyük olacaq.

-Bu Oyunların Rusiyada təbliği istiqamətində hansı işlər görürsüz?

-Hər bir ölkədə olduğu kimi, Rusiyadakı Azərbaycan səfirliyi diasporu da İlk Avropa Oyunlarının təbliği ilə məşğuldur. Biz Azərbaycan Slavyan Gəncləri Assosiasiyası olaraq görülən işlərlə daim dəstək veririk. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə İlk Avropa Oyunlarının Moskvada möhtəşəm təqdimat mərasimi keçirilib.

-İlk Avropa Oyunları ərəfəsində bəzi Qərb təşkilatları ölkəmizə qarşı qara PR kampaniyası aparırlar. Sizcə, bunun səbəbi nədir?

- Belə qara PR kampaniyası AzərbaycanınEvrovisionmusiqi yarışmasına ev sahibliyi etdiyi zaman da aparılmışdı. Amma heç bir nəticəsi olmadı, ola da bilməzdi. Çünki heç bir reallığı olmayan qara PR kampaniyası gec-tez iflasa uğrayır. Bəzi beynəlxalq təşkilatlar, eləcə Avropadan maliyyə dəstəyi alan bir qrup yerlivətənpərvərlər” hay-küy salaraq nəsə etməyə çalışır. Ancaq onlar özlərini ifşa edirlər. Bu gün Azərbaycanın yüzlərlə belə mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməyə gücü imkanı var. Azərbaycanın İlham Əliyev kimi bir lideri dövlət başçısı var. Bəzi xarici ölkələrin erməniləşmiş QHT-ləri ara-sıra erməni lobbisinin təsiri altında bəyanatlar verir. Ancaq Azərbaycanın gündən-günə artan nüfuzu, iqtisadi gücü onların fəaliyyətini kölgədə qoyur.

- Rusların bu Oyunların Bakıda keçirilməsinə münasibəti necədir?

-Ruslar bu Oyunları dəstəkləyirlər. Səbirsizliklə İlk Avropa Oyunlarının açılışını gözləyirlər. Tanıdığım bir çox ruslar Bakıya gəlməyə hazırlaşırlar. Onlar köhnə Bakını görüblər. İndi istəyirlər ki, yeni abadalaşdırılmış, inkişaf etmiş Bakımızla tanış olsunlar.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-29 aprel.-S.7.