Bu adı yadda saxlayın!

 

11 yaşlı Elnur Camalovun yaradıcılıq möcüzələri

 

Sovet dönəmində istedadlı yaradıcılara jurnal-qəzet səhifələrində bu günunudulmayanUğurlu yol!” yazmaq ənənəsi vardı. Respublikanın tanınmış ədəbiyyat və incəsənət xadimləri tərəfindən qələmə alınan bu yazılarda həmin gənc istedadların ilk yaradıcılıq nümunələri təhlil olunar, onların gələcəyinə böyük ümid bəsləndiyi vurğulanardı. Etiraf edək ki, həmin uşaq və gənc yaradıcıların əksəriyyəti bu gün zamanında öz istedadlarını büruzə verdikləri sahələrdə uğurla fəaliyyət göstərməkdədirlər. Elə bu sətirlərin müəllifinin bu gün 11 yaşlı Elnur Camalovun yaradıcılıq nümunələri barəsində nüfuzlu mətbuat orqanının səhifələrində söz açması, ona xeyir-dua verməsi də istedadı danılmaz olan rəssam balamızın gələcəyinə böyük ümid bəslənməsindən irəli gəlmişdir...

 

Tanışlıq üçün deyək ki, o, Xəzər Universiteti nəzdindəki “Dünya məktəbi”nin altıncı sinfində oxuyur. Elnur zahirən yaşıdlarından bir o qədər də fərqlənmir, desək, yanılmarıq. Elə gündəlik qayğıları da çoxlarında olduğu kimidir. Bir sözlə, əsl uşaqlıq həyatını yaşamaqdadır. Təhsildəki uğurlarına görə müəllim-valideyn təqdiri, uşaqlıq həddini aşmasına görə ara-sıra “qazandığı” tənbehləri də qısa bioqrafiyasının yadda qala biləcək təbii yazıları hesab etmək olar...

 

Bir həqiqətdir ki, kiçik yaşlarında demək olar ki, bütün uşaqlar rəsm çəkməyə meylli olurlar. Bununla belə onların hansı birində əsl istedadın “gizləndiyini” başqalarından fərqli olaraq professionallar dərhal duyur və dəyərləndirirlər. Elə Elnurun içində gəzdirdiyi dünyanı rənglərlə dərk etmək istəyinin adi uşaq marağı çərçivəsinə sığışmadığını da onun ixtisas müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nizami Atayev yəqinləşdirib. Uşaq şıltaqlığına imkan verən əyləncələrdən usanmış kimi görünən Elnurun, sakitcə bir guşəyə çəkilib rəngi-rəngə calamasının çox ciddi görüntü alması əvvəlcə valideynləri EminZemfira Camalovların, sonra isə qohum-əqrəbanın diqqətini çəkib. Valideynləri əvvəlcə bunu adi uşaq əyləncəsi kimi qəbul etsələr də, yaxınlarının təkidi ilə onlar Elnurunevdaxili yaradıcılıq nümunələrini” mütəxəssislərə göstərməyə qərar veriblər. Respublikada uşaq yaradıcılığı üzrə özünəməxsus metodikaya malik olan Nizami Atayevin rəsmlərdəki yaradıcı qığılcımların çox ümidverici olduğunu dilə gətirməsi, Elnurun valideynlərini ürəkləndirib. Beləcə, təcrübəli pedaqoqla bu günə kimi davam edən sənət yanğılı Elnurun ünsiyyəti başlayıb...

 

Artıq iki ildir ki, bu yaradıcı təmas davam etməkdədir. Bu müddətdə Nizami müəllimin səyləri nəticəsində Elnuronunla birlikdə rəssamlığın sirlərinə yiyələnən uşaqlar onları əhatə edən müxtəlif guşələrdə - Qəbələ, Quba, İsmayıllı, QobustanAbşeronda kimi fərqli təbiətə malik yerlərdə müşahidə aparmağı, özünəməxsus gözəllik qaynaqlarını aşkarlamağı öyrəniblər. Elə Elnur və digər şagirdlərin bu müddətdə ərsəyə gətirdikləri rəngkarlıq nümunələrinə rəğmən demək olar ki, onların hər birində adi uşaq görümünə sığışmayan, bəzən hətta şaşırdıcı gürünən bədii məziyyətlər kifayət qədərdir. Elnurun yağlı boya ilə çəkdiyi mənzərə və natürmortlar – xüsusilə də “Tərəvəz və meyvələrlə natürmort” Və “Qədim mis qablar”, eləcə də “İsmayıllı mənzərəsi”, “Ağacların ritmi”, “İçərişəhər”, “Yay” və digər lövhələri bu qəbildəndirlər.

 

Elnurun meyvə və tərəvəzlərə münasibətinin ifadəsi olan nikbin ovqatlı bədii şərhdə arzulanan təravətin uşaq yaşına xas olmayan geniş və inandırıcı ümumiləşdirmələrlə, maraqlı və özünəməxsus vəhdətini görmək mümkündür. Kompozisiyanı təşkil edən atributların başqaları üçün də cəlbedici tutum alması ilk növbədə onların analitik-nüfuzedici müəllif baxışına məruz qalması səbəb olmuşdur.

 

Balaca rəssamın qədim mis qablara münasibəti də özünəməxsusdur. Belə ki, meyvə-tərəvəzdən fərqli olaraq tünd rəngli qədim maddi-mədəniyyət nümunələrini onları səciyyələndirə biləcək faktura ilə bələməsi, onların əski ruh daşıyıcılığını qabartmağa imkan vermişdir.

 

Hər iki natürmortun uğurunu Elnurun rənglərə, onun müxtəlif çalarlarının duyğulandırıcı ovqat və inandırıcılıq yaratmaq gücündən bacarıqla istifadəsi şərtləndirmişdir, desək, yanılmarıq.

 

Hər dəfə yurdumuzun əsrarəngiz guşələrinə səfərlərdən böyük zövq alan Elnurun naturadan çəkdiyi mənzərələr də maraq doğurur. Onun təbiətdə gördüklərinin şux boyalarla təqdimatındakı geniş bədii ümumiləşdirmələrin balaca rəssamın təbiətdəki daha səciyyəvi olanları qabartmaq istəyindən qaynaqlandığı birmənalıdır. OnunYay” lövhəsində çəmənliyə uzanan ağac kölgəsini, “Ağacların ritmi”ndə azman gövdələrin onların məskunlaşdıqları məkana bəxş etdiyi oynaqlığı, “İsmayıllı mənzərəsi”ində ormanı tən bölən yolun axıcılığını həmin kompozisiyaların cəlbedici və yaddaqalan bədii tapıntı hesab etmək olar.

 

Bütün bunların təkcə fəhm ilə yaranan gözəllik qaynağı olmadığını vurğulamaqla, onun təcrübəli müəllif göstərişlərinin balaca rəssam istedadı sayəsində gerçəkləşdiyini qeyd etmək istərdik. Mövzu seçimində və onun ifadəsində tam müstəqil olmanın bu nəticələri, yəqin ki, Elnurun rəsmlərini bəzən göstərişlərlə işləməyə məhkum olan yaşlıların yaradıcılığından fərqləndirir. Onun rənglərə sonsuz sevgisinin ifadəsi olan bu lövhələr həm də dünyamıza səmimi və özünəməxsus baxışın ifadəsi olduğundan tamaşaçı diqqətini çəkir...

 

Etiraf edək ki, yalnız hər bir yaradıcının gerçəklikdə gördüyündən heyrətlənməsinin ifadəsi olan rəsm nümunələri hamı üçün maraqlı görünür. Bunun əsas səbəbi həmin insanlarda dünyaya fərqli baxışın mövcudluğu, ətraf mühitdə başqalarının görə bilmədiyi gözəllik qaynağını aşkarlaya və bədii-mənəvi dəyərə çevirə bilmələridir. Qənaətimizcə haqqında söz açdığımız balaca rəssamın kövrək fırçası heç vaxt unudulmayacaq belə gözəllik qaynaqları yaratmağa qadirdir. Elə bu səbəbdən də oxucularımıza “Elnur Camalov” imzasını yadda saxlamağı tövsiyə edirik...

 

Ziyadxan Əliyev

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Kaspi.-2015.-3 fevral.-S.9.