Dayandurun ad gününə!

 

Şair Dayandur Sevgin 56 yaşını yola saldı. Özünəməxsus poeziyası ilə oxucuların rəğbətini qazanan şair yaradıcılığının müdrik çağlarını yaşayır.Əlimdədir hələ qələmdeyən şairəKaspi”çilər adından cansağlığı yaradıcılıq uğurları arzulayırıq!

 

 

Dayandurun ad gününə!

 

Xəyalında uçmusan bəlkə Günəşə, aya,

Həyatın zülmətini sevgin ilə boğmusan!

Anan səni Dayandur kimi verib dünyaya,

Sən özünü təzədən Sevgin kimi doğmusan,

Səni ağsaqqal bilib bacılar, qardaşların,

Onlara həmi qardaş, həmi ata olmusan!

Bir baxıb görmüsən ağarıbdı saçların,

Ünə yetən olmusan, haya çatan olmusdan,

Bu yalançı dünyada sığınıb ilhamına,

Sən haqqa söykənmisən, sən haqqa dayanmısan!

Dikmisən gözlərini ümidlərin şamına,

Əsli sözlərin üstə Kərəm kimi yanmısan,

Könlündəki ilhamın yaşa deyib döz hələ,

Döz a şair, yalvarıb misraların göz yaşı!

Şair ki ürcah oldu şeir adlı gözələ,

Ehtiyac təqib edər onu hər addımbaşı!

Əlli altı yaşda da şerə verdin könlünü,

Həyatını şeirsiz yaşasan, olmazdımı?

Almadın göz önünə bu zamanı, bu günü,

Yaşamağı şeirdən üstün tutan azdımı?

Yazdıqların mən, sən o, biz siz, onlara dair,

Qaçmamısan dalınca sən ancaq öz xeyrinin,

"Azərbaycan" jurnalı öz yerində, a şair,

Həm əməkdaşısan Azərbaycan şeirinin.

Qohum, hər çey yaxşıdır, çatmaginən qaşını,

Dünya fani dünyadır, heç çıxarma yadından.

Ürəkdən qutlayıram əlli altı yaşını,

Bütün səni sevənlər, bütün dostlar adından.

 

Əsəd Cahangir

Kaspi.-2015.-7-9 fevral.-S.15.