“Fitlə oyunun tempini aşağı salmamağa çalışıram”

 

Əliyar Ağayev: “Qərarlar ardıcıl, ədalətli olursa, azarkeşlər də bunu qəbul edirlər”

 

 

Bu dəfə müsahibimiz nə hansısa şirkətin rəhbəri, nə vitse-prezidenti, nə departament müdiri, nə həkim, nə də dövlət qulluqçusudur. Bircə fitlə futbol oyunlarının aqibətini müəyyənləşdirən 27 yaşlı baş hakim Əliyar Ağayevdir. Həmsöhbətimiz gənc olmasına baxmayaraq, yerli hakimlər arasında öz soyuqqanlılığı ilə seçilir. Eyni zamanda, dünya miqyaslı hakimlər kimi hər xırda qayda pozuntusuna görə fit çalıb oyunun tempini öldürmür. O, gənc yaşlarından öz adından söz etdirməklə, əsl uğur hekayəsi yazıb. Ə.Ağayevlə yaxından tanış olaq.

 

- 17 oktyabr 1987-ci ildə Bakıda anadan olmuşam. Hövsan qəsəbəsindəki 270 saylı orta məktəbi bitirmişəm. Sonra Bədən Tərbiyəsi İdman Akademiyasının futbol ixtisası üzrə təhsil almışam. Hərbi xidmətdən qayıdıb eyni ixtisas üzrə magistraturada oxumuşam. Hazırda sözügedən təhsil ocağında müəllim kimi çalışıram.

 

- Məktəbyaşlı oğlan uşaqlarının çoxu hüquqşünas, həkim, ya da polis olmaq istəyir. Siz kim olmaq istəmisiniz?

- 4-cü sinifdən başlayaraq məqsədim futbolçu olmaq idi. Atam hakim olduğundan, evimizdə futbolla bağlı söhbətlər gedirdi. Mən də yəqin bundan təsirlənərək futbolu çox sevirdim. Sonradan seçim qarşısında qaldım. 8-ci sinifdə həm oxumağa, həm də idmanla məşğul olmağa qərar verdim. Beləliklə, xarici dilə həvəsliydim deyə Azərbaycan Dillər Universitetinə daxil olmağı qarşıma məqsəd qoydum. 9-10-cu siniflərdə gördüm ki, futbolla dərsi eyni zamanda çatdıra bilmirəm. Bu zaman futbola üstünlük verdim. Amma zədələndiyimə görə iki il futbol oynamağı buraxdım. Beləcə, futbolçu olmaq arzum reallaşmadı.

Bundan sonra hakim olmağa qərar verdini

-z?

- Bəli, futbolu buraxdığım andan - 18 yaşımda hakimlik kurslarına yazıldım. Qeyd edim ki, hazırda da AFFA-nın təşkil etdiyi kurslarda peşəsindən, təhsilindən asılı olmayaraq hər kəs hakimliyi öyrənə bilər.

 

- Hakim olmaq üçün kurslarda nəzəriyyəni öyrənmək kifayətdirmi?

- Xeyr, təkcə nəzəriyyə ilə bitmir. Xarakteri olmayan insan, hesab edirəm, heç vaxt hakim ola bilməz. Nəzəriyyədən əlavə, hakimin fiziki hazırlığı da olmalıdır. Bunların hamısı bir-birinə bağlı olan şeylərdir.

 

- Hakimliyə futbolçuluqdan gəldiyiniz üçün yəqin sizin üçün hakim olmaq daha rahatdır...

- Əlbəttə, qısa futbol karyeram mənə çox kömək edir. Bir var futbol oynayan, bir var digər sahədən gələn hakim. Onların arasında futbolu qəbul etmək, futbolu başa düşmək baxımından bir az fərq var. Təbii ki, futboldan gələn üçün hakimliyi qavramaq daha tez asan başa gəlir.

 

- Deyirlər, yaxşı hakim olmaq üçün soyuqqanlı olmaq da vacibdir siz belə hakimlərdənsiniz. Gənc yaşınızda buna necə nail olmusunuz?

- Biz qərarı fitlə veririk. Fitdən sonra verilmiş qərar futbolçular tərəfindən qədər basqı olsa da, dəyişilməyəcək. Bunu artıq beynimə yeritmişəm. Futbolçular 1-2 oyundan sonra hakimi, onun xüsusiyyətlərini qəbul edirlər. Bilirdim ki, ilk addımı necə qoyacağamsa, elə davam edəcək. Buna görə soyuqqanlı oldum. Soyuqqanlı olmaq verilən qərarların ədalətli olmasına kömək edir. Həmçinin, əgər hakim soyuqqanlı olmasa, oyunçunun hər bir narazılığına reaksiya versə, əsəblər tarıma çəkiləcək bu, sonrakı oyunda təsirsiz ötüşməyəcək. Bu halda hakimlə futbolçu arasında pərdə qalmayacaq.

- Kumiriniz olan hakim varmı?

- Konkret kumirim olmayıb. Amma hər hakimdən oyunda istifadə etmək üçün nəsə yaxşı şey götürməyə çalışmışam.

 

- Beynəlxalq səviyyəli oyunlarda hakimlər hər bir kiçik qayda pozuntusuna görə fit çalmırlar. Azərbaycanda çox vaxt hakimlərimiz kiçik qayda pozuntusundan ötrü oyunu saxlayır, bununla da oyunun tempini aşağı salırlar. Amma siz oyunu saxlamırsınız...

- Bəzən bizdə kobud oyunla sərt oyunu dəyişik salırlar. Hər sərt oyuna fit istəyirlər. Mən hər sərt oyuna görə fit çalmıram. Düzdür, azərbaycanlı hakimlər arasında oyunu tez-tez saxlayanlar olur. Amma hazırkı nəsil daha çox oyuna üstünlük verməyə, fitlə oyunun tempini aşağı salmamağa çalışır. Onu da deyim ki, bu, tək hakimlərdən asılı deyil. Bəzən oyunun tempini saxlamaq üçün fitlərdən az istifadə edirik. Amma bu, o demək deyil ki, qayda pozuntusuna göz yumuruq. Xeyr. Sadəcə, istəyirik, Avropa ölkələrindəki kimi oyunun tempi qalsın.

 

- Verdiyiniz qərara görə futbolçular sizə təzyiq göstərəndə edirsiniz?

- Öhdəsindən yenə sırf soyuqqanlıqla, heç bir reaksiya vermədən gəlirəm. Təbii ki, futbolçular hakimə əl qaldırası deyillər, sadəcə, narazılıq olur. Qeyd edim ki, futbolçular tərəfindən narazılıq bəzən doğurdan da hakim səhv edəndə olur. Bəzən komanda istəmədiyi halda cərimə qazandığı, qol buraxdığı halda belə narazılıqlar baş verir. Yenə çalışırıq ki, soyuqqanlı olub qərarımızı həmin komandanın oyunçularına qəbul etdirək.

 

- Hakim olduğunuz ilk oyunu necə xatırlayırsınız?

- Hakim kimi ilk oyunum 22 yaşımda Premyer LiqadaXəzər Lənkəran”-“Turan”ın qarşılaşması zamanı olub. Həmin oyunda haradasa 11-12 min azarkeş var idi. Oyun heç-heçə başa çatdı. Hətta, mən Lənkəranın iki qolunu ədalətli qərar verərək ləğv etdim. Onu da deyim ki, Lənkəranda azarkeşlər çox olduğu üçün orada hakimlik etmək daha xoşdur. Azarkeşlərin çox olması mənə əlavə stimul verir.

 

- Bəs hakim kimi qərar vermək necə, çətin deyil ki? Çünki bu qərar təkcə oyunçulara deyil, həm azarkeşlərə təsir edir.

- Əgər qərarlar ardıcıl, ədalətli olursa, azarkeşlər komandalarının ziyanına olsa belə, bunu qəbul edirlər. Amma bəzən azarkeşlər tərəfindən haqsız narazılıqlar da olur.

 

- Deyirlər, hakim meydançada oyunçudan daha çox qaçır. Meydançada hakim kimi qərarlar verəndə ürəyinizdən keçirmi ki, “futbolçu olsaydım, topu belə vurardım s.

- Futbolçu olmaq mənim bir nömrəli arzum olub. Bu da bir qismətdir. Təbii ki, adamın ürəyindən bəzən belə şeylər keçir.

 

- Sizi vaxt UEFA-nın elit oyunlarında görəcəyik?

- Hazırda onun üstündə çalışıram. İlk növbədə kateqoriyanı yeniləmək lazımdır. Hazırda ikinci kateqoriyadayam. Bunun üçün birinci kateqoriyaya keçmək lazımdır ki, ən azı Avropa Liqasının qrup oyunlarını idarə edim. Elə məqsədim budur.

 

- Özünüzü inkişaf etdirmək üçün edirsiniz?

- İdmanda irəli getmək üçün mütləq fiziki hazırlıq nəzəriyyə lazımdır. Bunlar sırf hakimliyə aiddir. Xarici dil bilmək vacibdir. Bundan başqa, Azərbaycanda dünyada baş verənlərdən məlumatlı olmaq üçün xəbərləri izləyirəm. Bir bədii ədəbiyyat mütaliə etməyi sevirəm. Detektiv əsərlər mənim üçün maraqlıdır. Amma təbii ki, daim detektiv oxumaq maraqsız olduğundan, dünya ədəbiyyatından digər janrlarına da müraciət edirəm.

 

- Futbol hakimi tez-tez regionlara, xaricə səfərlər edir. Hələ ki, ailəli deyilsiniz. Ailə qurduqdan sonra sənətinizi davam etdirmək çətin olmayacaq ki?

- Məncə, problem olmamalıdır. Mən artıq bu periodu keçmişəm. Atam xarici ölkələrdə hakimlik edəndə həftələrlə evdə olmayıb. Bu, bizim üçün problem yaratmayıb. Düşünürəm ki, mənimlə ailə quracaq qız da bunları nəzərə alaraq qərarını verəcək.

 

- Rubrikamızın ənənəvi sualı: uğurunuzun sirri nədədir?

- Uğurumun sirrini valideynlərimin, orta ali məktəbdə dərs deyən, eyni zamanda, hakimliyi öyrədən müəllimlərimin mənə düzgün yol göstərməsində görürəm.

Bu yerə çatmağımda onların böyük rolu var. Bir başqalarından ən yaxşı xüsusiyyətləri götürmək uğura aparan yollardandır.

 

Lalə MUSAQIZI

Kaspi.-2015.-20 fevral.-S.15.