“Xocalı adlı bir şəhər vardı...”

 

Kaspi” Liseyində keçirilən anım tədbirində hamımızın bir soydaş borcumuzun olduğu bir daha vurğulandı

 

“Xocalı soyqırımı Azərbaycan xalqının tarixində qanla yazılan səhifədir. Azərbaycanın ən gözəl yurdu olan Xocalı bir gecənin içində yerlə yeksan edildi. 613 nəfər insan həmin gecədə şəhid oldu. Burada iki hərbin zabit və əsgərləri üz-üzə gəlmədi, dinc sakinlər, əksəriyyəti də qadın və uşaqlar olan insanlar qətlə yetirildi. O gecə tarixdə misli görünməmiş qətliam həyata keçirildi”. “Kaspi” Liseyində keçirilən Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbirdə səslənən bu fikirlər faciənin Azərbaycan xalqı üçün nə qədər böyük olduğunu tədbir iştirakçılarına bir daha anlatdı.

 

LiseyinMilli yaddaş” layihəsi çərçivəsində “Xocalı adlı bir şəhər vardı” adlı tədbirə dəvət alan qonaqlar şagirdlərə Ermənistan-Azərbaycan münasibətlərinin xronologiyasından danışaraq, mənfur qonşularımızın insanlığa zidd əməllərini yada saldılar. Qonaqlar şagirdləri vətənimizə qarşı düşmənlikləri, haqsızlıqları unutmamağa, həmişə ayıq-sayıq olmağa səslədilər.

 

“Torpaqlarımızı daş-kəsəkdən təmizləməliyik”

 

Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva ulu öndər Heydər Əliyevin soyqırımına hüquqisiyasi qiymət verilməsinə dair səsləndirdiyi “Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı yönələn amansız qətliamdır, eyni zamanda, bəşəriyyət tarixində misli görünməmiş üsullarla həyata keçirilən vəhşilik aktıdır” fikirlərini xatırlatdı. S.Vəliyeva məktəbin şagird və müəllimlərinə səslənərək, artıq 23-cü ildönümü qeyd olunan faciəni unutmamağı tövsiyə etdi: “Başımıza gələn hər bir faciənin səbəbi araşdırılarsa, növbəti təhlükəsizliyimiz təmin oluna bilər. Hər dəfə bu faciələr doğru-düzgün uşaqlara izah olunarsa, Azərbaycanın yaxın gələcək qurucuları, bir də xalqımızın başına bu cür faciələr gətirilməsin deyə, təhlükəsizliyimizi səfərbər edə biləcək bütün imkanları həyata keçirəcəklər”.

 

Təsisçi “Xocalı soyqırımı bir gündə hazırlanan və baş verən qətliam deyildi” - deyə qeyd etdi. Belə ki, Xocalı soyqırımının həyata keçirilməsi üçün plan illərlə hazırlanıb: “Bir dövlətin, bir xalqın tarixdə duruş gətirməsi üçün onu şərtləndirən bir sıra amillərdən ən əsası onun milli liderinin olmasıdır. Ulu öndər Heydər Əliyevin Siyasi Bürodan getməsi ilə Azərbaycan xalqının başına gətirilən faciələrin əsası qoyuldu. O zaman Azərbaycan xalqının hakimiyyət rəhbərliyində belə bir yetkilisi yox idi ki, baş verən hadisələrə reaksiya versin. O üzdən bir-birinin ardınca faciələr yaşandı. Ulu öndərin yenidən hakimiyyətə gəlişi Azərbaycanı xilas etdi”.

 

S.Vəliyevanın sözlərinə görə, bu gün böyüyən nəslin yaddaşı nə qədər möhkəm olsabu hadisələrdən nəticə çıxarmağı bacarsa, gələcəkdə Azərbaycan xalqı təhlükələrlə üzləşməyəcək: “Onların ruhu qarşısında sizin soydaş borcunuz var. Nə vaxt bu borcları qaytarmağın yolunu düzgün müəyyənləşdirəcəksinizsə, Azərbaycan xalqının başına heç vaxt belə faciələr gətirilməyəcək”.

 

S.Vəliyeva qeyd etdi ki, bu gün dünya mətbuatı Xocalı faciəsi barədə yazsa da, dünyada erməni lobbisi çox güclüdür. Belə ki, bu gün də Azərbaycan həqiqətləri tanınmasın deyə, ermənilər təbliğatın ən iyrənc formalarına əl atırlar: “Biz milli yaddaşımızda erməniyə intiqam hissi ilə yaşamalıyıq. Bu gün Qubada kütləvi məzarlıq var. Bu gün açılan məzarlıq odur. Vaxt gələcək Azərbaycanın hər yerində belə məzarlıqlar tapılacaq. Azərbaycan dövləti bu gün Xocalı soyqırımını dünyaya tanıtmaq üçün təbliğat işləri aparır. Dünyanın 22 ölkəsində Xocalı soyqırımı anılıb. Bir çox ölkələr artıq soyqırımını tanıyır. Ali Baş Komandanın rəhbərliyi ilə bütün dünya ölkələri tərəfindən soyqırımının tanınması üçün təbliğat işləri aparılır və Xocalı soyqırımını törədənlərə cinayət açılması istənilir”.

 

Təsisçi Xocalı soyqırımının dünya ölkələrinə tanıdılması üçün Heydər Əliyev Fondunun, o cümlədən Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində mühüm işlər görüldüyünü xatırlatdı:Bu tədbirlər təkcə yubiley ərəfəsində həyata keçirilmir. Ayrı-ayrı vaxtlarda dünya ölkələrində təbliğat işləri aparılır”.

 

S.Vəliyeva erməni lobbisinin də fəaliyyətsiz olmadığını qeyd etdi. Belə ki, bu gün erməni lobbisi çox güclüdür: “Başımıza gətirilən bu cür hadisələri dərindən öyrənmək, həqiqətləri bilmək üçün böyüyən nəsil yaxşı oxumalı, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, hərbi vətənpərvərliyin inkişaf etdirilməsində hər an öz üzərinizdə işləməlisiniz. Siz Azərbaycanın gələcəyisiniz. Milli kimliyinizi unutmayın. Bu millətin kimliyini yaddan çıxarmayın. Bunları unutmasanız, biz qalib olacağıq. Biz öz torpaqlarımızı daş-kəsəkdən təmizləməliyik”.

 

Biz torpaqlarımızı geri alacağıq”

 

Bu gün qarşımızda qoyulan əsas vəzifənin gənc vətənpərvər yetişdirməkdən ibarət olduğunu vurğulayan Müdafiə Nazirliyinin Mənəvi, Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani öz növbəsində şagirdlərə ölkəmizin milli qəhrəmanları kimi igid, cəsur, döyüşkən olmağı tövsiyə etdi: “Tarixinə biganə olan millət öz gələcəyini sual altında qoyur”.

 

A.Qurbani Xocalıda yaşanan hadisədən danışaraq: “23 ildir ki, orada Novruz bayramı qeyd olunmur” - deyə təəssüflə səsləndi: “23 ildir ki, Xocalıda ruhlar öz dədə-baba ocaqlarından peşiman qayıdır. 23 ildir ki, arxeoloji və memarlıq abidələrimiz o yerlərdə ekspedisiya həsrətindədir, alimlərin yolunu gözləyir. 23 ildir ki, orada toy səsi eşidilmir, o torpaqda körpələr dünyaya gəlmir. Biz Xocalı dərdini özümüz sağaltmalıyıq – yaxşı təhsilimizlə, qarşımıza qoyulan vəzifəni layiqincə yerinə yetirməklə”.

 

Ermənilərin törətdiyi vəhşiliklərin analoqunun olmadığını bildirən general Dadaş Rzayev də tədbir iştirakçılarına səsləndi: “Biz heç vaxt bu faciəni yaddan çıxarmamalıyıq. Faşistlər 5 il müharibə apardılar. Ancaq onlar heç vaxt uşağın gözünü, ürəyini çıxartmadılar, bircə dənə hamilə qadının qarnını yarmamışdılar, insanları parça-parça etməmişdilər”. General qeyd etdi ki, biz öz düşmənimizi heç vaxt yaddan çıxarmamalıyıq. Belə ki, doğulan uşaqlar əsl düşmənimizin erməni olduğunu böyüyüncə bilməlidirlər: “Ermənistanın hər bir qarış torpağı Azərbaycan torpağıdır. Əgər Ali Baş Komandan əmr versə ki, Azərbaycan torpağı azad olunsun, bu torpaqlar mütləq azad olunacaq. Mən əminəm ki, qüdrətli ordumuzun köməyi ilə biz torpaqlarımızı geri alacağıq”. General şagirdlərə öz tövsiyəsini verdi: “Sizin vəzifəniz yaxşı oxumaq və torpaqlarımızı geri almaqdır. Yalnız savadlı olmaqla, hadisələri düzgün təhlil etməklə, özündə vətənpərvərlik hissi tərbiyə etməklə, Vətəni sevmək və onun uğrunda canından keçməyə hazır olmaqla Vətən torpaqlarını geri almaq olar. Bu hisslər isə insanda məktəbdə oxuduğu illərdə tərbiyə olunur”.

 

Qəhrəman zabit Ramil Səfərov şagirdlərə hər zaman və hər yerdə vətənimizi, ölkəmizi qorumağı və adını uca tutmağı tövsiyə edərək, onları bu yolda bir an olsun belə geri durmamağa səslədi: “Xocalı faciəsi barədə əsərlər yazılıb, filmlər çəkilib. Bu faciəni anlatmaq üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. R.Səfərov qeyd etdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində Vətən üçün canından keçməyə hazır olan oğullar çoxdurheç bir qüvvə onların qarşısını kəsə bilməz: “Azərbaycan qüdrətli orduya malikdir. Biz düşmən üstündə qələbə çalacağıq”. R.Səfərov şagirdlərə səslənərək: “Sizin qarşınızda duran əsas məsələ dərslərinizi oxumaqdır. Tariximizi, ədəbiyyatımızı, musiqimizi, folklorumuzu öyrənməlisiniz”.

 

Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Xocalı hadisələrini xatırladan, həmçinin vətənpərvərlik ruhunda maraqlı səhnəciklər – “Xocalıda son gün”, “Cənab leytenant” tamaşaları göstərildi, “Ağlama, şəhid balası”, “Çəkin Qarabağdan qara əlləri” şeirləri səsləndi, “Sarı gəlin” rəqsi ifa olundu, “Çırpınırdı Qara dəniz” mahnısı xor şəklində səsləndi. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Mahnı və rəqs ansamblı, Zaur Rzayev tədbirə öz töhfəsini verdi. Tədbirin sonundaKaspiLiseyinin direktoru Tural Əliyev gələn qonaqlara və şagirdlərə öz təşəkkürünü bildirdi və hər kəsi liseyin şagirdləri tərəfindən Xocalı soyqırımına aid çəkilmiş rəsmlərdən ibarət sərgiyə baxmağa dəvət etdi.

 

Təranə Məhərrəmova

Kaspi.-2015.-25 fevral.-S.4.