Gələcəyin ulduzu
Ceyran Əliyeva tor arxasındakı
ümid yerimizdir
Qadınlara daha xas, onların daha böyük uğur və populyarlıq qazanmaq şansı olan idman növləri
çox deyil. Düzdür, bütün
növlərdə - ağır
atletika, boks,
futbol və başqaları - zərif cinsin nümayəndələrinə
rast gəlirik. Ancaq tennis, həndbol, voleybolda qadınları ön planda görmək daha rahatdır. Xüsusilə də gənc
qızların böyük
maraq göstərdiyi voleybol Azərbaycanda böyük tarixə və uğur salnaməsinə malikdir.
Budəfəki yazıda
sizi ölkə voleybolunun böyük gələcək vəd edən, parlaq ulduzlarından biri - Ceyran Əliyeva ilə tanış
edəcəyik.
Atasının təkidi
3 yanvar 1995-ci ildə
Bakıda anadan olan Ceyranın daha iki qardaşı
var. Ailənin ən kiçiyidir. Voleybolla 12 yaşından məşğul olmağa
başlayıb. Uşaqlıqdan bu idman növünə
marağı olsa da, buna bir
hobbi kimi baxırdı. Xüsusilə yay aylarında həyətdə atası
ilə hər gün voleybol oynayan Ceyranın bacarıqlı olması aşkar idi. Bu şansı qaçırmaq
olmazdı. Odur ki, atasının onu voleybola gətirməklə
düz addım atdığını demək
olar. Gənc voleybolçu etiraf
edir ki, bu işlə nə vaxtsa peşəkar səviyyədə
məşğul olacağını
ağlına gətirməyib.
Bunu ondan çox atası istəyib. Valideyni hələ də bu dəstəyini
davam etdirir və az
qala bütün oyunlarda tribunadakı yerini alır. Əliyevanın karyerasında yüksəliş
qrafikini yəqin məhz bununla bağlamaq olar. Çünki idmanda mənəvi
hazırlıq bəzən
fiziki bacarıqları
da üstələyir.
Konkret çalışmalara
gəlincə, Ceyran əvvəlcə, 116 nömrəli
məktəbdə Korjova
Tatyana Semyonovnanın rəhbərliyi
altında məşqlərə
başlayıb, sonra isə 171 saylı orta məktəbdə bu xətti davam
etdirib. Burada iki il məşq etdikdən sonra Azərbaycan Voleybol Federasiyasına dəvət alan Ceyran, sonrakı illərdə Nina Georgiyevna,
Feliks Məmmədov və milli komandamızın
sabiq kapitanı Alla Həsənovadan voleybolun sirlərinə yiyələnib.
Təhsilə diqqət
İdmançıların adətən təhsilə
diqqət yetirmək, yaxşı oxumaq imkanı olmur. Ağır məşqlər,
oyunlardan sonra dərslərə köklənmək,
yaxşı hazırlaşmaq
çox çətindir.
Bu baxımdan Ceyran Əliyevanı müsbət fərqləndirmək
olar. 245 saylı orta məktəbi bitirən voleybolçu, əlaçı
olmasa da, yaxşı oxuyan şagirdlərdən olub.
Ceyranın ən sevimli
fənləri tarix, rus dili, kimya
və ədəbiyyat
kimi çətin fənlərdir. Savadına
güvənən qızımızın
ali məktəbə
qəbulu da alqışalayiq hadisədir.
Gündə iki məşqi
olan Ceyran repetitorla hazırlaşmaqdan
imtina edərək çalışmalarını özü davam etdirib. Öz biliyi ilə
və əzmkarlığı
ilə Azərbaycan Texniki Universitetinə qəbul olan Əliyeva, hazırda “Radiotexnika və rabitə” fakültəsinin
tələbəsidir.
Pillə-pillə zirvəyə
Ceyran Əliyeva
hazırda “Azəryolservis”in
şərəfini qoruyur. Ötən ilin
yayında bu komanda ilə müqaviləsini yeniləyən
gənc voleybolçu
buna qədər “Azərreyl”də oynayıb.
Hazırda Çempionlar Liqasının
bu mövsümündə
1/4 finala qədər irəliləyən “Azəryol”la
birlikdə Superliqanın
lideridir. Bu, komandada oynamağa etimad qazanmaq üçün istedadlı
və çalışqan
olmaq vacibdir. V.M.Filipçenkonun xatirəsinə
həsr olunmuş beynəlxalq voleybol turnirində ən yaxşı müdafiəçi
adına layiq görülən Ceyran, 2010-cu ildən Azərbaycanın yeniyetmələrdən
ibarət milli komandasının üzvüdür.
Pillə-pillə əsas
komandaya qədər yüksələn (o, qızlar
arasında 2010 və
2012-ci il, qadınlar arasında 2013 və 2014-cü illər Avropa çempionatlarının
seçmə və əsas mərhələlərinin
iştirakçısıdır) Əliyevanın karyerasının
zirvəsi ötən
ilin avqustuna təsadüf edir. Məhz həmin vaxt İtaliyada voleybol üzrə qadınlar arasında dünya çempionatı keçirilirdi
və yazımızın
qəhrəmanının adı
ilk dəfə belə
mötəbər turnirdə
heyətə salınmışdı.
Onun bu sınaqdan uğurla çıxdığını
söyləmək olar.
Valeriya Korotenkonun gedişindən
sonra milliyə gətirilən Əliyeva Oksana Kiselyova ilə yanaşı komandanın güvənc yeridir. İtaliyada gözlənilmədən uğur qazanan və mütəxəssisləri
təəccübləndirən millimizin parlayan ulduzlarından birinə çevrilən Ceyran ən xoş sözlərə layiq görülmüşdü. İkinci libero mövqeyində etimadı doğrultması,
məşqçilərin ona
bir oyunda əsas libero kimi oynamaq şansını
tanımasına da rəvac vermişdi.
Hücumsevər libero
Libero olduğundan
Ceyranın oyun xüsusiyyətlərində fərq
tapmaq çətindir. Bu mövqedə çıxış
edən voleybolçular
müdafiə xəttində
çıxış edirlər
və əksər hallarda topun qəbulunda oynayırlar.
Liberoların hücum etməsi,
xal qazanması qaydalara əsasən mümkün deyil. Onlar yalnız komandanın aktiv fəaliyyətini ötürmələrlə dəstəkləyə
bilərlər. Üstəlik,
Ceyran Əliyevanın
boyu da qısadır
– 168 sm. Ancaq məsələnin
digər tərəfi
də var. Adətən
komandalar əsas libero ilə yanaşı, ikinci liberonu da meydana
buraxır, onun imkanlarından yararlanmağa
çalışırlar. Şərəfini
qoruduğu “Azəryol”un böyük ümidlər bəslədiyi
gənc voleybolçu
bu baxımdan çox fəaldır. Oyunu oxuma qabiliyyəti, çevikliyi, möhkəm
psixoloji hazırlığı
onu fərqləndirən
cəhətlərdəndir. Bununla yanaşı, hücumameylli
olması Ceyranın əlavə bacarığıdır.
Əksər hallarda ikinci
libero kimi oynayan Əliyeva, servislərdən komandasına
çox xal qazandırıb.
Portreti
Adətən onun kimi idmançılara “gələcəyin ulduzu” deyirlər. Ölkənin belə gənclərə ehtiyacı böyükdür. Ceyran Əliyeva hər bir azərbaycanlı qız üçün oxumaq, idmanla məşğul olmaq, özünü sübut edərək yaxşı həyat sürmək şansı qazanmaq nümunəsidir. Onun qazandığı hər uğur həm ölkənin nüfuzunun yaxşılaşması, bayrağının yüksəlməsi, adının dünyanın dörd bir yanından gəlməsi, həm də sağlam nəslin yetişdirilməsinə daha bir töhfə verir. Ceyranın portretində gözəl, həyat dolu təbəssümlü, eyni zamanda bir qədər diqqətli, sanki daima nəyisə düşünürmüş kimi görünən bir qız var. Özünə inanır, hər şeyin daha yaxşı olması üçün çalışır, müsbət enerji saçır. “Sükan”ı belə saxlasa, böyük qələbələri qaçılmazdır.
Kənan Məstəliyev
Kaspi.-2015.-27 fevral.-S.23.