“Seçdiyim yolda seçildim”
Aparıcı Kəmalə
Piriyeva: “İndi kənddə məndən də
baxımlı qızlar var”
“İyulun 11-də
Bakı və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi
gözlənilir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar
Bürosundan verilən məlumata görə, gündüz cənub-şərq
küləyi əsəcək, havanın temperaturu gecə
20-25, gündüz 30-35 dərəcə isti olacaq” - bu sözləri
siz onun dilindən tez-tez eşidirsiniz. O, ATV telekanalında
yayımlanan seriallarda əsas obrazlarda çıxış edərək,
əyləncəli verilişlərdə də aparıclıq
edir.
Beləliklə,
müsahibimiz gözəlliyi ilə efirə yaraşıq verən
gənc aktrisa, aparıcı Kəmalə Piriyevadır.
- Kəmalə
xanım, artıq bir mövsümü də geridə qoyduq.
Yeni mövsümdə tamaşaçılar sizi hansı
ampluada görəcəklər?
- Mövsümü yeni başa vurmuşuq, hesab edirəm ki, indidən yeni mövsümdən danışmaq bir qədər tezdir. Artıq sənət dostlarım telekanalda yeni mövsüm üçün maraqlı layihələr təqdim ediblər. Mənim də fikrimdə maraqlı layihələr var. Ancaq böyük ehtimal ki, köhnə layihələrimi davam etdirəcəm. Bununla yanaşı, yeni mövsümdə yeniliklər etmək də istəyirəm. İnşallah, yaşayarıq, görərik. Bircə onu deyə bilərəm ki, tamaşaçılar məni ciddi, sosial yüklü verilişlərdə görməyəcəklər. Özümü hələ ki ciddi verilişlərdə görmürəm. Yəqin ki, şou xarakterli, əyləncəli, bol enerjili verilişlə tamaşaçıların qarşısına çıxaram.
- Sizi nə
zamansa ciddi verilişlərdə görə biləcəyikmi?
- Sosial verilişlərdə siz məni yalnız 30-35 yaşımdan sonra görə bilərsiniz. Düşünürəm ki, indi ictimai yüklü verilişlər aparmaq mənim üçün tezdir. Gənc bir aparıcının efirə çıxıb, hansısa problemlərdən danışması, kimlərəsə yol göstərməyi qəbul olunmaz.
- Məşğul
olduğunuz hansı sənət sizə daha yaxındır -
rejissorluq, aktyorluq, yoxsa aparıcılıq?
- Hazırda məşğul olduğum sahələr bir-biri ilə çox bağlı olan sənətlərdir. Rejissorluğa bir qədər fasilə vermişəm. Aparıcılıq və aktrisalıq sənəti ilə məşğulam. Düzünü desəm, nə aktrisalıq, nə də aparıcılıq asan sənət deyil. Ümumiyyətlə, həyatda rahat, asan iş yoxdur. Ola bilər ki, aktrisalıq sənəti kənardan sizə asan görünsün. Ancaq onun dərinliyinə varanda görürük ki, doğrudan da çətindir. Aparıcılıq da onun kimi. Hər biri özlüyündə çətindir.
- Hava proqnozunu təqdim
etmək necə, o da çətindirmi?
- Hava proqnozunu təqdim etmək aparıcılıq deyil, sadəcə onu təqdim edirsən. Ancaq aparıcılıq etdiyin verilişdə özündən improvizələr etməli, verilişin bir növ idarəedicisinə çevrilməlisən. Hava proqnozunda isə vəziyyət bir qədər başqadır. Qarşınızda yazı olur, siz də onu diktə edirsiniz. Bir sözlə, diktorluq edirsən. Bu o qədər də çətin deyil.
- Olubmu ki, hava ilə
bağlı hansısa proqnozu vermisiniz, sonra düz gəməyib?
- O qədər olub (gülür). Öncədən hava proqnozunu təqdim etmək o demək deyil ki, hava bu gün mütləq belə olacaq. Biz sadəcə deyirik ki, belə olmaq ehtimalı var. Hava günəşli olacaq deyiriksə, bu o demək deyil ki, 100 faiz hava günəşli olacaq. Hərdən uyğun olmayan proqnozlar da olur. Bəzən efirdə də texniki səhvlər olub. Diqqətli tamaşaçılar onu görüb. Hava proqnozuna baxıb, evdən çıxan tamaşaçılar bunu bizə bildirib.
- Rol
aldğınız “Miras” serialındakı kəndli
qızı - Billurə nə zaman şəhərli qıza
dönəcək?
- Artlq
“Miras” serialıının finalı oldu. Mövsümə
bağlandı. Billurə həmin serialın yalnız bir
seriyasında şəhər qızı oldu. Ancaq yenə də
bəxti gətirmədi, yenidən kəndçi oldu.
- Biz sizi hava proqnozunu təqdim edən
müasir, dəblə geyinən biri kimi
tanımışıq. Məhz bu səbəbdəndir ki,
tamaşaçı sizi kəndçi obrazında qəbul etməkdə
çətinlik çəkirdi.
- Kəndli
qızı deyəndə, hər kəsin gözündə
çatmaqaş, üzündə xal olan, uzun geyinən biri
canlanır. Ancaq real həyatda vəziyyət bir qədər
başqadır. İndi kənddə olan qızların
hamısı o formada deyil. Kəndli qızları çox
baxımlıdır. Yeri gələndə kənddə məndən
də baxımlı qızlar var. Biz istədik ki, Billurə
obrazında bir az avam, sadə, sakit, yeri gələndə
sözünü deməyi bacaran bir obraz yaradaq. Digər tərəfdən
aktrisanı yalnız bir obraz və ya bir ampluada tanımaq
düzgün yanaşma deyil. Aktrisa bu gün müasir, dəbli
qızı canlandırırsa, sabah dilənçi,
süpürgəçi, şahzadə obrazını da
canlandıra bilər. Yalnız bir obrazda onu qəbul etmək
mümkün deyil.
- Sosial şəbəkələrdə
sizi izləyirik və gördüyümüz qədəri ilə
şəkil çəkdirməyi çox
xoşlayırsınız. Gün ərzində nə qədər
şəkil çəkdirirsiniz?
- Sosial
şəbəkələrdən o qədər də çox
istifadə etmirəm. Demək olar ki, bircə “İnstagram”da
çox aktivəm. Hər gənc kimi mən də şəkil
çəkdirməyi xoşlayıram. Sosial şəbəkələrdə
paylaşılan şəkilləri mən paylaşmıram.
İndiki dövrdə şəkil çəkdirməyi kim
xoşlamır ki? “Palaza bürün elnən sürün” deyiblər
(gülür). Gün ərzində özümdən xoşum
gəlsə, şəkillərimin sayı 200 keçə bilər.
Xoşuma gəlməsə, heç bir dənə də
şəkil çəkdirmirəm.
- Efirə
çıxmasaydınız, hansı sənətlə məşğul
olardınız?
- Yəqin
ki, psixoloq olardım. Universitetə hazırlaşdığm
illərdə ailədə hər kəs elə zənn edirdi
ki, mən 4-cü qrupa - psixologiyaya sənədlərimi verəcəm.
Birdən-birə hamıdan gizlincə fikrimi dəyişdim. Sənədlərimi
hazırlayıb Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə verdim.
Yaxşı ki, bu seçimi etdim, heç də peşman
deyiləm. “Televiziya rejissorluğu”na qəbul olundum. Valdeynlərim
hər şeyi öyrənəndə əvvəlcə
narazılıq etdilər. Biləndə ki, artıq iş
işdən keçib və mən Universitetə qəbul
olmuşam, heç məni təbrik də etmədilər. Vəziyyət
elə gətirdi ki, Universitetə getdiyim heç bir həftə
olmamış, məni işə qəbul etdilər. O zamandan
aparıcı kimi fəaliyyət göstərməyə
başladım. Valideynlərim də mənim
uğurlarımı görəndə səhv seçim etmədiyimə
bir daha əmin oldular. Bəlkə psixoloq olsaydım, bu qədər
uğur qazanmazdım, fərqlənməzdim. Bir sözlə,
seçdiyim yolda seçildim. İstədyim işə qəbul
oldum. Öz yolumu tapdım.
- Gələcəkdə serial, film
çəkmək istəyiniz varmı?
-
Televiziya rejissorluğunu bitirmişəm. Ola bilsin ki, gələcəkdə
klip, serial, film çəkdim. Ancaq indi mənim
üçün tezdir. Bəlkə yaşım artdıqca, təcrübə
topladıqca, daha sonra rejissor kimi fəaliyyətə
başlayaram. Hələ ki aparıcı və aktrisa kimi
çalışıram. Kiminsə filmində obraza can vermək
istəyirəm.
- Sənət dostunuz, aparıcı
Samirlə şəkilləriniz yayımlanmışdı. Bu
da birmənalı qarşılanmadı. Sizin sevgili
olduğunuz söylənilirdi...
- O, sadəcə
bir fotosessiya idi. Bu ideya fotoqraf tərəfindən gəlmişdi.
Biz artıq buna öyrəşmişik. Adətən iki subay
gənci bir yerdə görəndə onların sevgili
oldğunu zənn edirlər. Bu söz-söhbətlər də
ondan qaynaqlanır. Ancaq bunun heç bir əsası yoxdur.
Xəyalə Rəis
Kaspi.- 2015.- 10 iyul.- S.17.