Vətənlə həmdərd olmağa dəyər

 

Atoul Bəhramoğlu: “Bütün şeir axınlarını korlayan təqlidçilərdir. Onlar əsl poeziyadan xəbərsizdilər”.

Atoul Bəhramoğlu 1942-ci ildə Çatalca bölgəsində dünyaya göz açıb. İlk şeirləri Atoul Gürus imzasıyala çap olunub. 1960-cı ildə Ankara Universitetinin Diltarix-coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölməsində təhsil alıb. “Papirus, “Yeni dərgi”, “Xalqın dostları” və s. jurnallarda çap olunan şeirləri onun ədəbi kimliyini müəyyənləşdirib. “Bir gün mütləq” kitabı işıq üzü görəndən sonra məşhurlaşıb. Sovet Yazıçılar Birliyinin dəvəti ilə Moskva Dövlət Universitetində təcrübə keçib.

1981-ci ildə ingilis, fransız və rus dillərindən etdiyi tərcümələr “Qardaş türküləri” adı altında çap edilib. “Çağdaş dünya şeiri”, “Çağdaş rus şeiri”, “Çexovbütün səhnə əsərləri” kimi kitabları tərcümə edib. “Nə yağmur... nə şeirlər...” kitabının yayımı bir müddət qadağan olunub. 1982-ci ildə barış dərnəyinin yaradıcısı kimi 10 ay həbs edilib.

Həbs müddəti başa çatandan sonra Parisin Sarbon Universitetində araşdırmalar aparıb. 1989-da əsərlərinin çapına icazə və özünə bəraət verilibbundan sonra o, Türkiyəyə qayıdıb. 2002-ci ildə Türkiyə PEN Yazarlar Dərnəyinin təsis etdiyiDünya Şeir günü” mükafatını alıb. Həmin il Rusiyada Puşkin Nişanı ilə təltif olunub. 2009-cu ildə Bəykənd Universitetinin professoru olub, hazırda “Cümhuriyyət” qəzetinin köşə yazarıdır.

Atoul bəylə XXXIII İstanbul Kitab Fuarında görüşdümdünya poeziyasından, şeirlərindən, türk və Azərbaycan ədəbiyyatından xeyli söhbət elədim. Sonda şairi müsahibə verməyə razı sala bildim.

 

Siz həbs və mühacir həyatı yaşamısız, təbii ki, bütün bunlara səbəb ictimai mövqeyiniz və şeirləriniz olub. Yazmağa və mövqeyinizə görə o ağrı-acını çəkməyə dəyərdimi?

– Əlbəttə. Mənim düşüncəmə görə ədəbiyyat, xüsusən şeir insanın yaşantıları ilə birəbir üst-üstə düşür. Bir yazıçının taleyi cəmiyyətin, ölkəsinin həyatı deməkdir. Əgər bir yazıçı zülm çəkibsə, deməli, onun vətəni də o ağrı-acını görüb. Bu mənada, mən vətənimin çəkdiyi dərdləri görüb, həmin ağrı-acıları yaşamışam. Vətənlə həmdərd olmağa dəyər. Birunutma ki, bütün çəkilən dərdlər elə-belə ötüşmür, onlardan hansı dərəcədəsə şeirlərdə izlər qalır və o şeirlər də özlüyündə bir tarixin daşıyıcısına çevrilir. Taleni çiyinlərində yük kimi hiss etməməlisən, onu sənə verildiyi kimi yaşamalısan, mən belə bir qismətə görə şikayətlənmirəm. Sualına bir sözlə cavab verəsi olsaydım belə deyərdim: “Dəyərdi!”.

 

– XIX-XX əsrdə türkiyəli şairlər nəyə görə rus yox, fransız poeziyasından təsirləniblər?

Bunun bir sıra səbəbləri var, ancaq mən başlıcasını deyəcəm. XIX əsrdə türk aydınları fransız dilini yaxşı bilirdilər, ona görə də fransalı şairlərin şeirlərini çox oxuyurdular. Bundan başqa, o dövrdə Avropaya meyl hiss olunurdu. “Avropa” deyəndəsə ilk ağla gələn Fransa olurdu. Sizə qəribə gələ bilər, ancaq rus poeziyası türk dilinə XX əsrin sonlarından tərcümə olunmağa başlanıb. Mən Puşkinin, Lermontovun şeirlərinin ilk tərcüməçilərindənəm. Mən tərcümə edənəcən ən uzağı bir-iki şeiri tərcümə edilmişdi. Bu günrus dilini yüksək səviyyədə bilən peşəkarlarımız çox deyil. Rus poeziyası olduqca nəhəngdir, ancaq mən arzulamazdım ki, bizim ədəbiyyatımız hansısa ədəbiyyatın təsiriylə qüvvətlənsin. Türk şeirinin öz gözəlliyi var.

 

Anna AxmatovaMarina Svetayevanın Türkiyə türkcəsinə tərcümə edilmiş şeir kitablarını alıb baxdım. Qeyri-peşəkarlıq “gəl-gəl” deyirdi. Türkiyəli tərcüməçilər niyə rus şairlərini öz təfəkkürlərinə yaxınlaşdırırlar, orijinaldan demək olar ki, əsər-əlamət qalmır?

– Əvvəla ondan başlayaq ki, adını çəkdiyiniz hər iki şair özünəməxsus dəsti-xətti, deyim tərzi olan şairlərdir və onların işlətdikləri ifadələri tam mənasında oxucuya çatdırmaq çox çətindir, bəzi məqamlardasa, mümkün deyil. Ona görə də belə şairlərin şeirlərini tərcümə edəndə həm rus dilini gözəl bilmək, həm onların yazıb-yaratdığı mühit və onların həyat tarixçəsinə bələd olmaq tələb olunur.

Bir şairin şeirlərini başqa bir dilə tərcümə edəndə şeir çevrildiyi dilin xüsusiyyətlərini daşıyır. Bu qaçınılmazdır. Ancaq həmin ifadələrin türk dilində qarşılığın axtarmaq da mütləq deyil, onda tərcümə olunmuş mətndə orijinaldan əsər-əlamət qalmır. Bir məqamı da unutmaq olmaz: şairin ruhunu, intonasiyasını tərcümə edilən dildə də saxlamaq lazımdı. Əgər o ruhu, enerjini, deyim tərzini saxlaya bilmirsənsə, onda öz dilindəki şairlərə bənzətməyə çalışırsan ki, heç olmasa onun bədii nümunələri milli şairlər kimi oxunsun. Mən isə tərcümədə belə şeylərin əleyhinəyəm. Ən yaxşı tərcümə o sayıla bilər ki, sən orijinala sədaqətli olasanşairin ruhunu öz dilində ifadə edə biləsən.

 

Yeni dövrün solçuları ilə, 60-70-ci illərdəki “türk solu” arasında kəskin fərqlər var, indi sizdə də belə məsələlər çox leqallaşıb, bunun səbəbi nədir?

Bunun səbəbi odur ki, “körpülərin altından çox sular axıb”. Dünya daha həmin dünya deyil. Mübarizələrin təyinatı dəyişib. Bu günə gəlib çıxmaq üçün, çox qanlar axıdılıb, həbslər olub. 1940-50 illərdə “solçuyam” demək cinayət idi, bu gün elə deyil. Uzun mübarizələrdən sonra solçuluq bir düşüncə kimi cəmiyyətə qəbul etdirildi. Ona görə də artıq “solçuyam” demək kiməsə olan münasibəti dəyişmir, ancaq 50-60 il əvvəl bu ifadə həmin insana, onun sənətinə göstərilən münasibətə təsir edirdi.

 

– Gəncliyinizdən tutmuş son Gezi Parkındakı məlum hadisələrə qədər daim etiraz edənlərin yanında olmusunuz. Bir şair kimi içindəki etirazı qoruya bilmək üçün özünüzə nələri təlqin etmisiniz?

– Mənimçün ən böyük insani keyfiyyət ədalətli olmaqdır. İndi burda bir qadını kimsə narahat eləsə, o saat durub həmin adamla haqq-hesab çürüdərəm, yaxud kimsə bir pişiyə təpik vursaEy sən neyniyirsən?” deyərəm. Yəni ədalətsizliyə dözə bilmərəm. Əsas qəlbində ədalət hissinin olmasıdır. Mənim solçuluğum humanizmdən ayrı, ancaq kitablardan öyrənilmiş bir şey deyil. Uşaqlığımdan bəri hər yerdə ədalətsizliyə qarşı çıxmışam. Sonra təhsil aldım, ədalət hissimi elmi təsbitlərimlə də möhkəmləndirdim. Çünki insan savadsız olanda onun dünyadan tələbləri də yönlü-başlı olmur.

 

Pablo Neruda, Yannis Ritsos kimi böyük şairlərlə görüşmüsüz. Onlar bir insan şair kimi yaddaşınızda necə qalıb?

– Pablo Nerudayla Fransada səfir olanda görüşmüşdüm o özündən daha çox N.Hikmət haqqında danışdı. Çox sadə adam idi. Yunan şairi Yannis Ritsos isə çox kübar bir solçuydu, görünüşü aktyoru andırsa da, hədsiz mehriban adamdı. Digər tanıdığım böyük şairsə, Rəsul Rza olub. Mən onu görəndə xəstəxanada yatırdı, Anarla yanına getdik. Bir gün mütləqşeirim barədə danışdı. O şeirdə işlənən alliterasiya assonansları təhlil etdi. Onun söhbətindən çox təsirlənmişdim. Böyük şairləri tanımaq, onlarla ünsiyyətdə olmaq çox maraqlıdır.

 

Sizcə, Türkiyədəİkinci yeni”lər ədəbiyyata gətirdilər, onlarınbirinci yeni”lərdən fərqi nədə idi?

– “Birinci yeni”lər gündəlik danışıq dilini şeirə gətirdilər. O yolu ilk dəfə N.Hikmət açmışdı. Onların yazdıqları daha aydın idi. İkinci yeni”lər isə daha çox metaforalarla yazdılar. Ancaq bunu tam mənada yenilik saymaq olmaz. Onsuz da divan ədəbiyyatında istənilən qədər metafora var. Dünyanın gərdişini onlar elə yalnız metaforaların gücüylə çatdırmağa çalışırdılar. Bu mənada yazdıqları simvolistlərin yaradıcılığıyla səsləşir. İkinci yeni”lərdən sonra şeirə onları yamsılayan xeyli təqlidçilər gəldi. Onlarmasanın qulaqları”, “lampanın saqqalıdeməklə şeir yazdıqlarını zənn edirdilər. Əsl poeziyanın olduğunu bilmirdilər. Ümumiyyətlə, bütün şeir axınlarını korlayan təqlidçilərdir. Onlar əsl poeziyadan xəbərsizdilər. Birinci yeni”lərin təqlidçiləri isə şeiri zarafata döndərdilər. Onlar düşünürdülər ki, hər zarafat şeirdi. Amma böyük şairlər həmişə bütün bunları baş qoşmurlar, çünki əsl söz adamının öz yaradıcılıq yolu olur.

 

Şeir get-gedə nəsrə yaxınlaşır. Türk şeirində bu tendensiya dərəcədə özünü biruzə verir?

Şeirin nəsrə yaxınlaşmasışeir istehsalçılar”ın qol-qanadını açır, onlarda belə bir fikir yaradır ki, mən yazsam şeir olacaq. O.Vəli qafiyəli şeir yazmayıb, ancaq klassik ədəbiyyatı çox gözəl bilirdi. İndi isə ənənələri bilmədən necəgəldi yazıb adını şeir qoyanlar var. Ona görə də şeir kitabları çoxdur, yaxşı şeirlərsə az.

 

Fərid Hüseyn

Kaspi.-2015.-28 fevral.-2 mart.-S.15.