Üzeyir bəy ocağının
yadigarı
Kazım Əliverdibəyov mənsub
olduğu nəslin adını həmişə uca tutmaqla
yanaşı, özü də sevilib-seçilib
Ot
kökü üstə bitər deyirlər.
Onun şəxsində bu
misal tam yerinə düşür. Söhbət əsilli-nəsilli
bir ailənin layiqli
davamçısı Kazım Əliverdibəyovdan gedir. O şəxsdən ki,
mənsub olduğu nəslin adını həmişə
uca tutmaqla
yanaşı, özü də sevilib-seçilib.
Bu gün Əliverdibəyovlardan bəhs etməyimiz səbəbsiz deyil. Necə deyərlər, bir addımlıqda əlamətdar tarixdir: dahi Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin yaranmasının qırx illiyidir. Düz qırx il əvvəl, ölməz sənətkarın 90 illik yubileyindən iki ay sonra vəfat gününün növbəti ildönümü ərəfəsində təqribən ömrünün yarısını yaşadığı bu ev Azərbaycanın ilk ev-muzeyinə çevrildi. Üzeyir nəfəsinin, ruhunun hopduğu bu evdə kimlər olmayıb? Günümüzün muzeyinin daş-divarı kimlərin gəlişinə, söhbətinə şahidlik etməyib? Bu səfərsə dahi bəstəkarın evinin qonağı Kazım müəllim və bu sətirlərin müəllifiydi. Görüş yeri üçün buranı seçməyimizsə təsadüfi deyildi: həmsöhbətim haraya hərlənib-fırlansaq da, xatirələrin bir başının mütləq Üzeyir bəyin adına bağlanacağına əminiydi. O insana ki, millətin, dövlətin yüksəlişi yolunda çox cəfalar çəkib. Və o tərəqqipərvər şəxsiyyətə ki, ad-sanının dünyayla bir olan məqamında özündən cəmi beş yaş böyük dayısı Ağalar bəyi ilk müəllimi hesab edib. İndisə Üzeyir ocağında həmin dayı, müəllim, bəy oğlu bəy kimi adı tarixləşən kişinin övladıyla üzbəüz oturub kəlmə kəsirdik. Mənim üçün bura tanış, daha doğrusu, qaynayıb-qarışdığım, doğmalaşdığım adamların çalışdığı bir yer, qiymətli muzeydirsə, Kazım müəllimdən yana illər ötsə də, cismani yoxluğuna baxmayaraq, bibioğlu evi, ocağıdır. Hələ telefonda salamlaşıb əhvallaşandaca ilk kəlmələrin ardından: Əgər kiməsə gəlin muzeydə görüşək deyirəmsə, demək, oranı nəzərdə tuturam söyləmişdi. Necə deyərlər, onun üçün muzey anlayışı bu yerlə assosiasiya olunur. Söhbətimizin şirin yerində qəhrəmanımla bioqrafik tanışlıq məqamıdır.
Kazim Agalar bəy oglu Əliverdibəyov. 27 noyabr 1934-cü ildə Bakıda dünyaya göz açıb. 1944-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacibəyli adna Bakı Musiqi Akademiyası- S.E.) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində oxuyub. Orta təhsilini bitirdikdən sonra konservatoriyanm Xor dirijorluq fakültəsinə daxil olub. 1957-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı- S.E.) dirijor vəzifəsinə dəvət olunub. 1959-cu ildə ali təhsilini başa vurub. Bir il sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera va Balet Teatrında davam etdirib. Teatrda çalışmaqla yanaşı, 1963-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının Opera hazırlıgı va xor dirijorluq fakültəsində dirijorluqdan dərs deməyə başlayıb.
1985-ci ildə konservatoriyada, çalışdığı fakültədə kafedra müdiri vəzifəsinə təyin olunub. Üc il sonra Azarbaycan Dövlət Opera va Balet Teatrının baş dirijorluğu ona həvalə edilib.
1996-cı ildə qardaş
Turkiyə dövlətindən dəvət gəlib. Bu tarixdən
etibarən Kazım müəllim on il
orada yaşayıb. İzmirdəki 9 Eylül Universitetində
simfonik orkestrə rəhbərlik edib və eyni zamanda
dirijorluqdan dərs deyib.
2006-cı
ildə Bakiya qayıtdıqdan sonra yenidən Opera va
Balet Teatrında fəaliyyətini davam etdirib. Eyni zamanda, Bakı
Musiqi Akademiyasınn
opera hazırlığı kafedrasının əməkdaşı
kimi tədrislə məşğul olub.
2010-cu ildə Opera va
Balet Teatrındakı
vəzifəsiylə vidalaşıb.
O vaxtdan bu yana Üzeyir
Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının solo oxuma
va opera hazırlığı
kafedrasının professoru
kimi çalışır.
1978-ci ildə Azərbaycanın əməkdar incəsənət
xadimi fəxri adına, 1981-ci ildə dosent, 1991-ci ildəsə professor elmi adına layiq görülüb.
Kazım müəllim Əliverdibəyovlar
nəsli barədə
danışdı. Amma son dərəcə
sadə və təvazökar olduğundan,
necə deyərlər,
yaxşı mənada
xəsisliklə. Yaddaş süzgəcindən
keçib yazıya köçənlərsə xatirələrin
bir qismidir.
Əliverdibəyovlar nəslinin tanınmış
simalarından sayılan
Ağalar Əliverdibəyov
Üzeyir bəyin dayısı və ilk musiqi müəlimidir.
Agalar bəyin
atası Kərbəlayi
Ələkbər Xurşudbanu
Natəvanın süd
qardaşı olub. Maraqlıdır ki, Kərbəlayi Ələkbərin uşaqları
müxtəlif musiqi alətlərində ifa edirdilər. Şübhəsiz, bu məsələdə onların Azərbaycanın
dilbər guşəsi,
musiqi, sənət beşiyi Qarabağda dünyaya gəlməsi vacib rol oynayıb.
Ağalar bəy xalq mahnılarına
və mugamlara xususi maraq göstərirdi. Dediyinə görə,
mugam ifaçılıgını
dayısı Mirbaba Vəzirovdan öyrənmişdi.
Mirbaba kişi
əczaçıymış, amma muğamlarımızı
tamam-kamal bilirmiş. Hələ yeniyetməykən
Quranı oxuyub başa çıxan Ağalar fars
dilini də mükəmməl mənimsəyir.
Əvvəlcə o dövrkü
rus-tatar, sonrasa Şuşa realnı
məktəblərində oxuyur.
Bundan sonra tələbəlik həyatı başlayır.
Peterburq Texnoloji, daha sonra Varşava
İnşaat institutlarında
təhsil alır. Rus, fars, alman
dillərində sərbəst
və savadlı danışan, yazan Ağalar bəy əvvəllər mühəndis
işləsə də,
sonradan bir vaxtlar Asəf Zeynallı adına musiqi məktəbi kimi məşhur olan tədris ocağında mugam dərsi deyir. O, Azərbaycan dilində ilk
Musiqi tarixi kitabının müəllifidir.
Yeri gəlmişkən,
dərs vəsaiti kimi istifadə edilmiş Musiqi tarixinin əlyazması
AMEA-nın Əlyazmalar
İnstitutunda qorunur.
Çalışqan, qurucu adam kimi
tanınan bəy oğlu hələ gənc yaşlarından Şuşa musiqiçilərinin
əhali qarşısında
çıxış etməsinə
yardımını əsirgəməz,
öz evində musiqi məclisləri keçirər, ifaçıları
ətrafina toplayarmış.
Həmin yıgıncaqların
iştirakçıları Şuşanın ən layiqli musiqiçilərini
- Hacı Hüsünü,
Cabbar Qaryağdıoğlunu,
Keçəçioglu Məhəmmədi,
Mirzə Sadığı
dinləyər, mənən
zənginləşər, ruhən
dincələrmişlər. Üzeyir bəyin zövqünün,
mədəni səviyyəsinin
formalaşmasında iştirakçısı
olduğu bu məclislərin rolu şəksizdir.
Ağalar bəy sadəcə olaraq zəngin informasiya araşdırıcısı
deyil, dogma musiqi folklorunun qaygıkeş toplayıcısıydı. Həmin musiqi
nümunələri heç
bir zümrəyə mənsub olmadığına
görə, hər hansı xanəndənin, yaxud el nəğməkarının
repertuarı hesab edilmir. Toplama işi müxtəlif
üsullarla - texniki vasitələr, ya da müəyyən yazı işarələrinin
köməyilə həyata
keçirilə bilər.
Ağalar Əliverdibəyov isə el havalarını əvvəlcə özünün
qeyri-adi mu¬siqi hafizəsinə köçürüb,
sonra da onların nota yazılmasında
bəstəkar Səid
Rüstəmova böyuk
yardım göstərib.
Ağalar
bəyin yaradıcılığı
boyunca oxuduğu mahnılar arasında bir çox gözəl nümunələr
- Dedim bir busə ver, Yaxan düymələ, Söhbət saz ilə, Kəklik, Nəzr eyləmişəm,
Xumar oldum, Çalpapaq, Uçtelli
durna, Neylərsən
var. Onun repertuarında
müasir dinləyicilərə
az tanış olan başqa gözəl mahnılara da rast gəlinir:
Tirmə şalım,
Gəl, gəl, ay ellər gözəli, Ay
loylu, Altımda madyan, Can qurban eylər, Pinəçi mənəm, Qızım
və s. var. Amma təəssüf ki, Ağalar Əliverdibəyovun
səsindən nota yazılan
bəzi nümunələr
indiyədək işıq
üzü gorəcəyi
günün intizarındadır.
Əlbəttə, onlann nəşri
və tədqiq olunması milli musiqişünaslığımızın mühüm vəzifələri
sırasındadır.
Musiqimizin təmənnasız təbliğçisi
və tədqiqatçısının
işlərinə yüksək
dəyər verən Səid Rüstəmovun yazdığına görə,
Ağalar bəy 600-dən
artıq xalq mahnı və təsniflərinin mətnini
toplamışdı. Çox maraqlıdır
ki, o, bu mətnlərin ixtiyari birinə nəzər yetirdikdə, melodiyasını
xatırlayıb doğru-dürüst
oxuyarmış. Bu tədqiqat işiylə yanaşı, dəyərli
musiqiçi bəstəkarlıq
sahəsində də
qələmini sınayaraq,
Harun ər-Rəşid
muğam operasnı yazıb.
1922-ci ildə Ağalar
bəy Məhbubə xanm Uğurlubəyova ilə ailə qurub. Ağıllı, dünyagörmüş qadın kimi hamıda xoş təəssürat oyadan Məhbubə xanım yalnız ömur-gün yoldaşı yox, həm də ərinin dostu, sirdaşı olub. Onların izdivacının
barı üç oğul və bir qız
talelərini musiqiyə
bağlayırlar: Nazim
bəstəkar, Kazım
dirijor, Rasim skripkaçı, Nüşabə
isə əvvəlcə
həkim peşəsini
seçsə də, sonradan pianoçu kimi fəaliyyət göstərir.
Ağalar bəyin yeganə sağ yadigarı Kazım müəllimlə
həmsöhbət olmaq
maraqlıdır. Onun sadəliyi, nəcibliyi,
ağzını açmasa
belə nurlu çöhrəsindən bəllidir.
Azərbaycan Dövlət
Musiqili və Akademik Opera və Balet Teatrlarının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və İzmirdəki 9 Eylül Universitetinin səhnələrində onlarla
opera, opetta və baletlərə, müxtəlif
konsertlərə dirijorluq
edən, neçə-neçə
uğura imza atan şairanə ruhlu, təpədən-dırnağa
musiqiçi təbiətli
həmsöhbətimi görkəmli
bəstəkar Süleyman
Ələsgərov 1976-cı ildə hələ Kazım müəllimin yaradıçılığının çiçəkləyən dövründə
beləcə dəyərləndirib:
Müx¬təlif janrlı
musiqili teatr tamaşalarına - opera, operetta, balet əsərlərinə
məharətlə dirijorluq
edan K.Əliverdibəyov
cəldliyi, temperamenti,
manerası, həssaslığı
ilə diqqəti cəlb edərək Musiqili Ko¬mediya Teatrı kollektivinin rəğbətini qazanmışdır.
Parisdə keçirilmiş beynəlxalq rəqs festivalında, habelə
Monte-Karloda müvəffəqiyyətli
çıxışlarını və orada orkestri
məharətla idarə
etməsini, Parisdə
konsertləri də əlavə etsək, K.Əliverdibəyovun artıq
tanınmış bir
dirijor olduğuna əsla şübhə qalmaz.
Bu fikrin üstündən təqribən qırx il ötüb.
İndi Kazım müəllim ömrünün müdrik,
yaradıcılığının ustad dövrünü yaşayır. Hər yola
saldığımız gün
onun ömür xalısına daha bir ilmə atıb,
naxış vurur.
Beləcə, kamil insan xalısı toxunur.
Seymur Elsevər
Kaspi.-2015.-25 noyabr.-S.13.