Təqvimdəki qırmızı gün

 

“Yeni il gecəsinin hökmdarı” əbədiyyətə qovuşsa da, hələ uzun illər xatırlanacaq

 

Eldar Ryazanov o rejissorlardandır ki, nə Berlin, nə Venesiya festivalının nüfuzlu mükafatlarını qazanıb. Ancaq cəsarətlə demək olar ki, o, ömürlük ən böyük mükafatı – tamaşaçı rəğbətini qazanıb. Onun filmləri insanlara özləri haqqında və dünyada xeyir və şərin əbədi mövcudluğundan danışır. Ryazanov filmlərində personajların dili ilə bu məqamları göstərməyə nail olub”. Görkəmli rejissor Eldar Ryazanovun ölüm xəbərindən yazan Rusiya mediası kədərini bu sözlərlə ifadə edib.

 

Eldar Ryazanovun filmləri ilə böyük bir nəsil böyüyüb, tərbiyə alıb. Onun qəhrəmanları demək olar ki, tamaşaçıların yaxınlarına, doğmalarına çevrilib. Eldar Ryazanovun filmləri təqvimdə “qırmızı gün” sayılır. Çünki bayramlarda ən çox ekrana çıxan onun filmləridir. Heç bir Yeni ili «Qəribə təsadüf»süz, «İtalyanların Rusiyada ağlasığmaz macəraları»sız, “Karnaval gecəsi”siz, heç bir 8 Mart bayramını, «İşdə məhəbbət macərası»z, «İki nəfər üçün vağzal»sız... təsəvvür etmək olmur. Hətta, uzun illər təqvimi bu filmlərsiz keçirmək istəyiblər, alınmayıb. Çünki Eldar Ryazanovun filmlərinin böyük əksəriyyəti komediyalardır - xalq komediyaları. Həmin filmlərdəki fikirlər az qala zərb məsələ çevrilib. O filmlərlə ictimai-siyasi tarixi öyrənmək mümkün olmasa da, məişəti öyrənmək mümkün olub. Hər kəs özünə lazım olan məqamları o filmlərdə tapa bilib.

 

«Yeni il gecəsinin hökmdarı»

 

Eldar Ryazanov 1927-ci il 18 noyabrda Samara vilayətində doğulub. Onun atası sovet ticarət nümayəndəsi kimi Tehranda çalışırdı. Valideynləri Moskvaya köçəndən sonra ailələri dağılır və gələcək kinorejissor anasının himayəsində qalır. Sonra anasının ailə qurduğu mühəndis balaca Eldara öz oğlu kimi yanaşır. Doğma atası da yenidən evlənir. 1938-ci ildə həbs olunan atasına düşərgədən qaçmaq cəhdinə görə 10 il kəsilir. Ümumilikdə isə o, 17 il azadlıqdan məhrum olunur. Müharibə illərində Eldar atasına məktub yazır, ancaq ondan şimal təbiətinin təsviri ilə bağlı çox qısa cavab alır. 1960-cı illərdə atası oğlunu filmlərindən tapır.

 

Eldar uşaqlıqda mütaliəni çox sevirdi, yazıçı olmaq istəyir, səyahət etmək haqqında düşünürdü. «Yazıçı həyatı bilməlidir – mən bunu özüm üçün dərk etmişdim. Ancaq həyatı bilmirdim. Mənim o zamankı yaşayışım buna o qədər imkan vermirdi. Güclü xarakterlər, ekzotik uzaq ölkələr, ağlagəlməz macəralar, böyük ehtiraslar haqqında yazmağı düşünürdüm. Bu nəticəyə gəldim ki, yazıçılığım üçün özümə elə bir ixtisas seçməliyəm ki, o, mənə həyatı tanımağa imkan versin» - deyə Ryazanov memuarlarında yazıb.

 

İki il öncə kitab mağazasında öz pərəstişkarları ilə rastlaşanda uşaq kimi sevinərək «Onlarla kitab yazmışam, amma təqdimat birincidir» - deyə rejissor bildirib. Bəlkə də ki, rejissorun sevdiyi macəra romanlarının müəllifləri – Jül Vern, Mayn RidFenimor Kuper kimi uşaqlıq arzusu həyata keçdiyindən sevincli olub. Axı, onun öz həyatı da macəra olub....

 

E.Ryazanov Odessa dənizçilik məktəbinə ərizə verərək uzaq ölkələrə səyahət etməyi arzulayırdı. Ancaq müharibə illərinə təsadüf etdiyindən məktəbdən cavab almır. Bunun ardınca kinonu sevməsə, hətta, heç bir filmə baxmasa belə Kinematoqrafiya İnstitutuna yollanır: «Ssenari fakültəsinə öz ssenarilərini və pyeslərini təqdim etmək lazım idi. Onlarsa məndə yox idi. Aktyorluq üçün özfəaliyyətlə məşğul olmaq lazım idi. Mən belə tədbirlərdə iştirak etməmişdim. Operatorluq üçün fotolar, bədii kino üçün isə şəkillər lazım idi. Heç nəyin tələb olunmadığı yeganə fakültə rejissorluq idi. Mən başa düşdüm ki, bu, mənlikdir» - Ryazanov yazıb. Ancaq burada da ideal olmayan anketi üzündən maneə ilə qarşılaşıb. Buna səbəb isə milliyyətcə yəhudi olan atasının “xalq düşməni” elan olunması idi. Ancaq buna baxmayaraq, onu instituta qəbul edirlər. O zamanın tanınmış rejissoru Qriqori Kozinsevin kursunda oxuyur: «Mənə dərhal tələbə yoldaşlarımla ayaqlaşmaq üçün cəhd göstərmək lazım idi. Onlar yaşlı, həyat təcrübəsi olan insanlar idi. Çoxu cəbhədən gəlmişdi. Mənim gəncliyim, təcrübəsizliyim, incəsənətə münasibətimdə çatışmazlıq hiss olunurdu. İstənilən bilgi, baxış, nəzəriyyə – məni ustaya çevirəcək hər bir məqam üçün hazır idim»- deyə gələcək rejissor qeyd edirdi. Ancaq məqbul olmayan qiymətləri üzündən böyük rejissor onu kursdan xaric etmək istəyir. Bəxti onda gətirir ki, başqa bir ustad - Sergey Eyzenşteyn ona diqqət yetirərək evinə dəvət ediröz kitabxanasından istifadə etməyə icazə verir. E.Ryazanov institutu qurtarandan sonra kinoxronika çəkməyə başlayır. O, Oxot dənizində vəhşi balıqlar ovlayan gəmidə üzür, Kubanda neftçilərlə yaşayır, Tundrada maral saxlayanlarla yoldaşlıq edir. Həmin il çəkdiyi «Saxalin adası» filmi Kann kinofestivalının müsabiqə proqramında iştirak edir. O, həmin il «Mosfilm» kinostudiyasının rejissoru kimi fəaliyyətə başlayır. Gənc rejissorun kinoda ilk debütü genişekranlı «Bahar səsləri» film-konserti olur. Komediya çəkməyə isə onu studiyanın direktoru İvan Prıyev sövq edir. Ryazanov dörd dəfə «Karnaval gecəsi»ni çəkməkdən imtina edir. Çünki o zaman komediyaya yüngül janr kimi yanaşırdı. Ancaq Lyudmila Qurçenkonun debüt etdiyi film 45 milyon tamaşaçı tərəfindən izlənərək prokatın liderinə çevrilir. 1956-cı ildə filmə baxmaq üçün təxminən 50 milyon bilet satılmışdı. «Karnaval gecəsi»ni çəkəndən sonra rejissor yazırdı: «Mən uğur haqqında, festivallarresenziyalar haqqında düşünmürdüm. Təkcə arzulayırdım ki, məni işdən qovmasınlar və daha bir film çəkməyə şans versinlər. Qarşımda yalnız bir tapşırıq dururdu – «sağ qalmaq».

 

Bu filmdən sonra Eldar Ryazanovu zarafatla «Yeni il gecəsinin hökmdarı» adlandırırlar. Ancaq bu zarafatdakı həqiqət iki onillikdən sonra öz təsdiqini tapır. 1976-cı il yanvarın 1-də kino ustadının ekranlara çıxan yeni filmi əsl blokbasterə çevrilir. Kinonun ilk nümayişi yüz milyon tamaşaçı toplayır. Filmin premyerası mərkəzi televiziyada keçirilir. «Qəribə təsadüf» belə yaranır. Rejissor xatırlayırdı: «Deyirdilər ki, film bütün hallarda əyyaşlıq haqqındadır. Demək lazımdır ki, bizdə ümumiyyətlə, içmirlər. Məni yanvarın 1-də 3 dəfə «Ostankino»ya çağırdılar. Üçüncü mərtəbədə məni partiya komitəsindən boz kostyumlu 2 nəfər gözləyirdi. Ancaq mən filmin olduğu kimi getməsini istəyirdim, heç nəyin kəsilməsinə razı deyildim. Buna çətinliklə nail oldum».

Sonradan Ryazanovun filmləri sırasında 30 ekran əsəri, o cümlədən «Avtomobildən özünü qoru», «Qəribə təsadüf və ya həmişə təmizlikdə», «İşdə məhəbbət macərası», «Qaraj», “Qusar balladası” və s. filmlər yer alır. Bəzi filmlər müəllif və həmmüəllif ssenariləri əsasında yaranır. «İşdə məhəbbət macərası», «Amansız romans» filmlərində onun şeirlərinə yazılan musiqilər səslənir.

 

“Rusiyalıların sevimli rejissoru

 

Rejissorun 20 kitabı işıq üzü görüb. 1980-ci illərdə o, ali rejissor ssenarist kurslarında dərs deyib. 1983-cü ildə rejissorun «İki nəfər üçün vağzalfilmi Kann kinofestivalının müsabiqə proqramında iştirak edib. 2005-ci ildə «Eldar» kino-klubuna rəhbərlik edən rejissor həmçinin «Nika» kinematoqrafiya akademiyasının prezidenti kimi çalışıb. 1984-cü ildə SSRİ Xalq Artisti fəxri adını qazanan E.Ryazanovun «Qəribə təsadüffilmi SSRİ Dövlət Mükafatına layiq görülüb. «İşdə məhəbbət macərası» RSFSR-in Dövlət mükafatını, «Vətən qarşısındakı xidmətlərə görə» 3-cü dərəcəli ordenini s. mükafatları qazanıb. O, sənədli filmə 30 ildən sonra qayıdır. Məqsəd Vladimir Vısotski ilə 4 görüşünü təsvir etmək idi.

Tənqidçilər hesab edirdilər ki, Eldar Ryazanov həmişə qadınların tərəfində olub. Həqiqətən onun filmlərinin ifaçıları ən yaxşı aktrisalar idi – Lyudmila Qurçenko, Barbara Brılovskoy, Alisa Frendlix, Larisa Quzeeva...

Təcrübəli tamaşaçılar da deyirdilər ki, Eldar Ryazanovun filmləri rus dilini 600 qanadlı ifadə ilə zənginləşdirib. «Avtomobildən özünü qoru» filmi ilk dəfə dünyaya «Avtoqon muzeyi» sözünü gətirib.

2009-cu ildə Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi tərəfindən aparılan sorğuya görə, Eldar RyazanovRusiyalıların sevimli rejissoruseçilib.

Reytinq siyahısına aktyorun 5 filmi daxil edilib. Bu filmlər sırasında isə hər il ənənəvi olaraq yeni il axşamı Rusiya televiziyalarında göstərilən «Qəribə təsadüf» liderlik edib.

 

Bu, böyük itkidir

Yaxınlarının dediyinə görə, Eldar Ryazanov kəskin ürək çatışmazlığından dünyasını dəyişib. İki həftə bundan əvvəl xəstəxanaya yerləşdirilən rejissora süni nəfəs aparatı qoşulub. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Oğlu bildirib ki, son aylar atası bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Avqust ayında kardioloqlar onun damarlarında təmizləmə əməliyyatı keçiriblər. «Ryazanovun ölümünü dilə gətirmək çox çətindir. Adama elə gəlir ki, o, həmişə yaşayacaq. Onun filmləri, poeziyası bizim həyatımızın ayrılmaz hissəsidir. Biz şən olanda onun komediyalarına baxırıq, kədərli olanda onun şeirlərinə yazılan mahnıları xatırlayırıq.

«Təbiətdə pis hava yoxdur» - mən yaşa dolduqca daim bu sətirləri xatırlayıram» - deyə Dövlət Dumasının Mədəniyyət Məsələləri üzrə sədr müavini Yelena Drapeko vurğulayıb əlavə edib: «Əlbəttə, biz hələ bu böyük itkini dərk edə bilmirik. Çünki o, zamanı dəyərləndirən həddən artıq müdrik insan idi. Biz öz dövrümüzü ona görə qiymətləndiririk. Yeni zaman haqqında onun çəkdiyi filmlər bizə öz həyatımızdan danışır. O, insanları sevirdi. Bu, onun filmlərindən şeirlərindən görünür. Buna görə insanlar onu sevir sevəcək. Onun filmlərinə hələ neçə onillər baxılacaq”.

Ryazanovun filmləri ilə tərbiyə olunduğunu etiraf edən rejissor Vladimir Bortko isə «Bu, itkidir. Biz onun xəstə olduğunu bilirdik bu itkinin vaxtsa olacağını da anlayırdıq. Özünün yazdığı kimi «Öz gedişinin tarixini məmnunluqla qəbul etməlisən». Biz bunu məmnunluqla, ancaq böyük kədərlə qəbul edirik».

«Eldar Ryazanov kino üçün lazımdırsa edib, ancaq görünür, bu, az imiş. Biz bunu çox hiss edəcəyik» - deyə Qleb Çerkasov bildirib.

Ümumilikdə ruslar deyirlər ki, “Eldar Ryazanov bizim milli dəyərimizdir”. Rejissor öz həyatı haqqında hesabatı isə 4 il bundan əvvəl yazmağa başladığı memuarlarında – «Komediyanın kədərli üzü» nəhayət, aparılan hesabat”da qələmə alıb. Bu memuarda ömrünü kinematoqrafiyaya həsr edən bir insanın sevgisi, düşüncələri, təcrübələri yer alıb. Bunun üçünsə o, 89 il yaşayıb...

 

Təranə Məhərrəmova

Kaspi.-2015.-1 dekabr.-S.9.