Ustadların qədrini bilən sənətkar

 

Ağasəlim Abdullayev: “Hacı müəllimin ürəyi, çalğı texnikası bir başqa aləmiydi”

 

Ağasəlim Abdullayev görkəmli tarzəndir. O, həm də klassik ənənələri yaşadan, ustadları layiqincə təmsil edən davamçıdır. Ona qədim kişilərin yadigarı, onların əlindən su içən və bu gün təəssüf ki, sıraları get-gedə seyrələn sanballılardan biri də demək olar.

 

Bizim tanışlığımızın üstündən xeyli keçib. Bu illər ərzində dünyada çox şeylər dəyişib. Ağasəlim müəllim və onunla münasibətimizsə əvvəlki tək qarşılıqlı hörmət üzərində bərqərardır. Həmişə sadə, mədəni, böyük-kiçiklə pərdə saxlayan, haqq-salam gözləyən, sənətini sevən, tarından zövq alan görmüşəm Ağasəlim müəllimi. Ən çətin dövrlərdə təmkinini pozmadan sevimli işiylə məşğul olmağa təpər-qüvvət tapmağı da bacarıb.

 

...Azərbaycan Milli Konservatoriyasının xudmani sinif otağında iki tələbəsiylə dərs aparan tarzəni kənardan müşahidə eləmək maraqlıydı. Cənubi Azərbaycandan gəlmiş gənclərin diqqətlə öyrənmələri bu marağı ikiqat artırırdı. Nəzərini tardan ayırmasa da, gözümü onlardan çəkmədiyimi musiqiçi həssaslığıyla duyan Ağasəlim müəllim “zəruri” fasiləni lazım bildi:

 

- var, yox, kefin necədir? Bütün günüm, bax, belədir. Gah ora qaçıram dərs deməyə, gah bura. Görürsən , maşallah necə tələbələrimiz var. Çox şövqnən öyrənirlər. Arazın o tayından -Təbrizdən, Miyanadan olan tələbələrimiz burdakılardan geri qalmır. Allaha şükür, məni tanıyırsan da, yerlibazlıq-zad bilmərəm, amma miyanalı tələbəm Məmmədrzanı özümə doğma sayıram.

 

- Başa düşmədim, yerlibazlığın bura dəxli var? Siz Nardarandan, Məmmədrza Miyanadan

 

- Mənim babam Hacı Molla Tağı Nardarana Miyanadan gəlmədir. Ona görə qan çəkir (gülür)...

 

- Demək, yüz-yüz əlli il qabaq Bakıya axın-axın gələnlərin içərisində Sizin babanız da olub. Açığı, bunu bilmirdim.

 

- Bəli, həqiqətdir. Amma babamı Arazın bu tayına əksər həmvətənləri kimi iş-güc qayğıları yox, başqa səbəb gətirib.

 

- səbəb?

 

- O rəhmətlik çox savadlı kişiydi. Nəcəfdə mükəmməl dini təhsil almışdı. Sən demə, orda oxuyan illərdə burdanNardarandan getmiş bir adamla, Şıx ağayla qardaş qədər yaxın dost olurlar. Təhsillərini bitirəndən sonra həmin dostunun xahişilə Bakıya gəlir. Buraları çox bəyənir. bir daha geri qayıtmır. Ailə qurur, ömrünün axırınacan Nardaranda yaşayır. Qəbri ordadır, Nardaranda pirin yanındakı qəbiristanlıqdadır. Hərçənd məni nardaranlı sayırlar, amma orda doğulmuşam, yaşamışam...

 

- Bildiyimə görə, uşaqlığınız Binə kəndində keçib.

 

- Elədir, atam 1945-ci ildə, evlənəndən bir il sonra Binəyə köçüb. Yurd-yuva qurub, oğul-uşaq sahibi olub orda. Məndən böyük bir bacım, bir qardaşım var. Ümumilikdəsə iki bacı, altı qardaşıq.

 

- Maşallah, səkkiz uşaq az deyil. Belə böyük ailəni dolandıran atanız hansı sənət-sübutun yiyəsiydi?

 

- Adi bir adamıydı. Təsərrüfatda çalışıb, həyət-bacada əkin-biçinlə məşğul olub, bizi saxlayıb. 1997-ci ildə 86 yaşında rəhmətə getdi.

 

- Zəhmətkeşliyinizin səbəbi üzə çıxdı. Atanız ilk canlı nümunə rolunu oynayıb. İşlərinizi düz tutmaq üçün nədən başlayırsınız?

 

- Şərt çoxdur. Əsas şərtlərdən birisə məsuliyyət inam-etibardır. Məsələn, mən müəlliməm, vəzifəm nədir? Əlbəttə ki, dərs demək. Vicdanla, peşəkarlıqla. Bunu unudan müəllimə hörmət qoymazlar axı. Pərdə saxlamaq da vacibdir. Düzdür, bizimki yaradıcılıq sahəsidir. Yəni burda müəllimlə tələbə, şagird arasında sənət söhbətləri, müzakirələri, yaradıcılıq mübadiləsi gedir. Amma yaş, böyük-kiçikliyi nəzərə almaq, hörməti saxlamaq heç zaman unudulmamalıdır.

 

- Yeri gəlmişkən, tarla ilk tanışlıq çağlarında Sizdən cəmi bir neçə yaş, gərək ki, altı-yeddi il fərqiylə böyük olan Elxan Müzəffərovdan qohumunuz Cavaddan müəyyən şeylər öyrənmisiniz. Peşəkar kimi formalaşan dövrdə onlarla münasibətinizdə həmin o dediyiniz pərdə aradan götürüldü?

 

- Yox, mən böyüyəndə onlar balaca qalmayıblar ki, fikir, münasibət dəyişsin. Fəxri ad-filan boş şeydir. Həyatdır, bir görürsən müəllimin adlı-sanlı tələbələri var, amma öz əməyi layiqincə qiymətləndirilmir. O qədər belə şeylərlə rastlaşmışıq. Mənim aləmimdə münasibət fəxri adla, var-dövlətlə ölçülməməlidir. Müəllimin üzünə qayıtmazlar. İndi mən o dediyiniz adamlara baxıb öyrənmişəm, bunu dana bilmərəm onlarla üz-üzə gələndə, sanki belə şey olmayıbmış kimi, özümü o yerə qoymamağım da düz çıxmaz.

 

- Öyrənmək demişkən, ustalıq səviyyəsinə çatanacan çox adamların əlindən keçmisiniz. Uşaq vaxtı musiqi məktəbində Əmrulla Qədir müəllim, texnikumda Kamil Əhmədov, Ağasaleh Abbasəliyev, konservatoriyada Səid Rüstəmov başqa ustadlardan dərs almısınız. Allah hamısına rəhmət eləsin. Tələbəlik illərindən bu yana 40 ildən artıq müddətdə çalışdığınızArazxalq çalğı alətləri ansamblının keçmiş rəhbəri, adı kollektivin adıyla qoşa çəkilən Baba Salahovu da müəlliminiz hesab etmək olar. Siyahı bitdi, yoxsa yenə var?

 

- Sənətə bizdən qabaq gəlmiş ustadların hamısı müəllimimdir. Tədris prosesində onların bir qismiyllə ünsiyyət baş tutmasa da, necə deyərlər, qiyabi müəllimlərimizin hərəsindən nəsə öyrənmişik.

 

- O cümlədən tarını əzizləyə-əzizləyə çaldığınız Hacı Məmmədovdan

 

- Elə bir insanın adını çəkdin ki, onun haqqında ən qiymətli sözlər belə azlıq eləyir. Bax, öz aramızdır, gör neçə-neçə gözəl tar ifaçıları olub. Hacı müəllim kimilərsə nadir sənətkarlardır. Şəxsən mənim fikrimcə, Sadıqcan, Qurban Pirimov, Əhmədxan Bakıxanov kimi nəhənglərin arasındadır onun yeri. Maraqlıdır ki, Hacı müəllim həm səriştəli həkimiydi, həm istedadlı ifaçı. Onun ürəyi, çalğı texnikası bir başqa aləmiydi. Uşaq ikən ifasını eşidən gündən sənətinə vurulmuşam. gizlədim, onun eşqinə taleyimi tara bağlamışamSəkkiz-doqquz ilin söhbətidir, böyük ustadın həyat yoldaşı Aliyə xanım məni evlərinə çağırdı. Getdim. sənətdən, ötənlərdən-keçənlərdən danışdıq. Heç gözləmədiyim halda, dedi ki, rəhmətliyin tarı iyirmi beş ildi çalınmır. Amma mən istəyirəm ki, vaxtilə Hacının dilləndirdiyi tar susmasın. bu işə gərək sən qol qoyasan. Şübhəsiz, sənətkarın ailəsinin mənə verdiyi qiymət göstərdiyi etimada görə ancaq sevinə bilərdim. Bununla belə, məsuliyyətin ağırlığından narahatlıq da keçirdim. biləndə ki, bu tarı çox adam çalmaq istəyib, razılaşmayıblar, həyəcanım bir az da artdı. İndi həmin qiymətli əmanət məndədir. Bildiyimə görə, rəhmətlik əvvəl gündən axıracan bu alətdə çalıb. Təsəvvür elə ki, o baxımdan bu tar necə qiymətlidir. Təzədost”umla bir-iki konsert çalıb, yazdırmışam. Ən maraqlısısa odur ki, bu tarla həm o vaxt mənim toyum çalınıb, həm sənətkarın adını, soyadını daşıyan nəvəsinin...

 

- Demək, vaxtilə Hacı Məmmədov bu tarda Sizin üçün çalıb. İllər sonra isə Ağasəlim Abdullayev borcundan çıxıb, nəvə Hacı Məmmədovun toyunda həmin tarı dilləndirib. Qəribə təsadüfdür. Bunlar öz yerində, amma məncə neçə-neçə xanəndələri müşayiət eləyən tarzənin ustad Hacıbaba Hüseynovla təqribən 15 illik yoldaşlığı da maraqsız deyil.

 

- İnan, rəhmətlik Hacıbabanın, Yaqub Məmmədovun oxumağından doymaq mümkün deyildi. Allah ruhlarını şad eləsin. Hərəsinin bir cür ustalığı, təkrarsızlığı vardı. Bir yerdə çalıb-oxuduğumuz toylardan danışmıram, onların sayı-hesabı yoxdur, maraqlıdı ki, Hacıbaba müəllimin bütün qastrolları mənimlə keçib.

 

- Birincisi İraq, sonuncusu İran

 

- Elədir. Rəhmətlik ilk dəfə qastrola gedəndə 70 yaşı vardı. 1989-cu iliydi. Bu səfər düşərli oldu, xaricə ayağı açıldı. Sonra Türkiyə, Fransa, Hollandiya Belçikada konsertlər verdik. 1992-ci ildə İrana gedəndə artıq xəstəliyi ilə əlaqədar xeyli zəifləmişdi. Amma kaş görəydin necə oxuyurdu. Özü gündə iki konsertÇox heyf ondan

 

-Ötən ilin yazında çox ağır sınaq yaşadınız. Məlum qəzada xanımınızı- övladlarınızın anasını, uzun illərin ömür yoldaşını körpə nəvənizi itirdiniz.

 

-Qardaş, Allah heç kimin başına belə müsibət gətirməsin. Çox çətin, ağrı-açıyla dolu günləriydi... İndi-indi özümə gəlirəm. Blirsən, adam yaşlaşanda ona ömür-gün yoldaşı daha çox gərəkdir. Neyləmək olar, Yaradanın məsləhətinə şükür... Xalqımdan, dövlətimdən çox razıyam ki, o müsibətli günlərdə məni tək qoymadılar.

 

- 60 illik yubileyiniz səssiz-səmirsiz keçdi o vədə. İnşallah üzü 70-ə gedirsiniz. Gözümüzü açıb-yumacağıq ki, artıq 2020 –ci ilin payızıdır

 

- Maşallah, yaddaşın yaxşıdır, dəqiq bilirsən. Amma o gün bir nəfər tələsib, indidən qəzetdə yubileyimi təbrik edib (gülür).

 

- Canı sağ olsun, təki taleyinizə belə yanlışlıqlarla ilmə vurub, naxış salınsın. Beləliklə, bu yanlışlığa doğru

 

- Etiraz yoxdur (gülür)…

 

Seymur Elsevər

seymur_elsever@yahoo.com

kaspi.-2015.-28 oktyabr.-S.10.