Bakını qurtaranlar

 

Paytaxtımız onu düşmən tapdağından azad edənləri məhəbbətlə anır

 

Ey Gənclik, bu sentyabrın 15-i Bakının Qurtuluş günüdür! Bilirsənmi, bu günün sevincini yaşamaq üçün babaların hansı əzablı yollardan keçərək, nələri qurban verərək, “öz istedadlarını, rəşadətlərini, özlərinin yaşamaq üçün ölməyə hazır olduqlarını bütün aləmin gözünə necə çarpdılar”?

Unutma ki, “bu gün dünəndən yaranıb, sabah da bu gündən yaranacaq”. Bu gün canımız qədər sevdiyimiz, fəxr etdiyimiz Bakımız əsrlər boyu necə böyük qurbanlar verərək, bugünkü xoşbəxt günlərinə qovuşaraq bütün düşmənlərinə sübut etdi ki, “Bakı Azərbaycanın, Azərbaycan da Bakınındır. Bakısız Azərbaycan –başsız bədəndir!” Mühacir mətbuatının yazarı Nağı Şeyxzamanlı demiş “Əslində başsız bədən olmazyaşaya bilməz”. Bunu dərk edən “Azərbaycan və Anadolu mücahidlərinin qanları bərabər axıdılmış və mübarək cəsədləri eyni qardaş məzarlarında dəfin edilmişdir. Bu müştərək savaşlar, müştərək alın yazısının və müştərək istiqbalın bir simvoludur”.

Hələ bir əsr bundan əvvəl rus və ermənidilli qəzetlər “Bakı Azərbaycanın olmayıb, “sərbəst” şəhər (volnı qorod) olsun” şüarını təbliğ edirdilər. Hətta Bakı azad olunandan sonra da onuAbşeronu Rusiyanın tərkib hissəsi hesab edənlər var idi. Bu haqda prof. Şirməmməd Hüseynov yazır: “1918-ci il noyabrın 17-də ingilis hərbi hissələri ilə İranın Ənzəli şəhərindən Bakıya gələn ağqvardıyaçı general Biçeraxovun təyyarəsi şəhər üzərinə xüsusi vərəqələr tökmüş və Bakını Rusiya şəhəri elan etmişdi”. İllərlə, əsrlərlə vətənimizə, millətimizə olan bu ögey münasibət bu gündavam etməkdədir...

“Hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququ var” nağılını söyləməklə millətləri bir-birinə düşmən edən V.İ.Lenin 1918-ci ildə Şaumyana göndərdiyi teleqramda açıq-aydın yazırdı: “Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir”. O siyasət ki Bakıya sahib çıxmaq üçün onları düşmənlə də “dostetdi. Bolşeviklər türklərin Bakıya hücumunun qarşısını almaq üçün hətta düşmən münasibətində olduqları ingilislərlə də əlaqə yaratdılar. Bolşeviklərin “Ənzəlidəki komitələrinin sədri Çelyabin Bakıdakı sovet hökumətinə ingilislərin silah və avtomobillə kömək göstərməsini xahiş etmişdi”.

“Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır” söyləyən Məmməd Əmin Rəsulzadə isə bu işdə bütün ümidini qardaş Türk ordusuna və Azərbaycanın könüllü milli qüvvələrinə bağlamışdı. Çünki 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanan müqavilənin 4-cü maddələrinə əsasən (məhz həmin bənddə Azərbaycanın Türkiyədən hərbi yardım istəməsi nəzərdə tutulurdu) “Bütün Azərbaycan xalqının çar-çeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyəti-mütəxəssisi həmən müvafiqət cavabını verdi”.

Bakının düşməndən azad edilməsinin “həyati bir məsələ”yə çevrildiyini görən Osmanlı dövləti Qafqaza ordu göndərmək qərarına gəlir və “Baş komandan vəkili Ənvər Paşa bu ordunun komandanlığına öz qardaşı Nurunu təyin edir. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci ilin martın 25-də Mosula, oradan isə Gəncəyə gəlib Qafqaz İslam Ordusunu yaratmağa başladı”.

Gəncə əhli Nuru Paşanı “göydən enmiş xilaskar bir mələk kimi” qəbul etdi. Bu xilaskar mələk Azərbaycanda milli ordu yaratmaq imkanını da əldən vermədi. Tezliklə, Gəncədə hərbi məktəb və hərbi kurslar təşkil edildi. Beləliklə, Azərbaycanın bir çox bölgələrini, əsasən də Bakını düşməndən azad etmək üçün Qafqaz İslam Ordusu bütün qüvvələrini səfərbər etdi. Çox ciddi hazırlıqlara başladı və düşmənə ilk zərbəmi iyunun 28-də vurdu.

Nuru PaşaBakıya hücumprotokolunu 9-10 sentyabrda imzaladı. Bu əmrə əsasən, “Bakıya qəti hücumun sentyabrın 14-də başlayacağı bildirilirdi. Bu döyüşdə iştirak edən zabitlərin əsgərlərin xatirələrindən bəlli olur ki, “14 sentyabr səhər tezdən, hələ günəş çıxmamış xilaskar ordu Şubanı dağlarından enərək Yasamal yamaclarına çıxmış əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayanmışdı. Otuz altı saatlıq qanlı vuruşdan sonra bəyaz bayraqlı avtomobildə İran konsulu ilə bərabər döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirib”.

Beləliklə, 15 sentyabr Bakının tarixinə zəfər günü kimi yazıldı. Azərbaycan Parlamenti sədrinin müavini Həsən bəy Ağayev yazırdı ki, “...Sentyabrın 15-də haqq yerinə varmış, Bakı istirdad edilmişdir (geri qaytarılmışdır). Məhz bu gündən müstəqilliyin faktiki qazanılması dövlətçiliyin əsaslarının yaradılması başlanmışdır”.

Paytaxtın düşməndən azad edilməsi bir daha bütün dünyaya bəyan edildi ki, Azərbaycan özünün mədəni, milli, iqtisadi siyasi mərkəzi olan Bakısız mövcud ola bilməz.

Tariximizdə taleyimizdə çox önəmli yeri olan bu qələbənin əldə edilməsi üçün (təkcə Bakı uğrunda döyüşlərdə) 15-ci diviziyanın 5-ci Qafqaz diviziyasının 800-1000-ə qədər itkisi olmuşdu. Döyüşlərdə şəhid olanların sayı isə 1100-1200 olaraq göstərilir.

Bu döyüşlərin canlı şahidi olan qəhrəman türk zabiti Rüşdü bəy sonralar xatirələrində yazırdı: “Anadolu türklərinin Azərbaycanın istiqlalı uğrunda yapdıqları çətin qanlı müharibələr əminəm ki, nəsildən-nəsilə nəql ediləcək unudulmaz birgə dastan halında qalacaqdır”.

Elə Rüşdü bəyin söylədiyi kimi oldu. Sovetlərin amansızqayda-qanun”ları dili, dini bir olan bu iki qardaşı bir-birinə qarşı qoysa da, xalqın qəlbindən bu sevgini çıxarıb ata bilmədilər.

Yadıma 40 il bundan əvvəl baş verən bir hadisə düşür. 5-ci ya 6-cı sinifdə oxuyurdum. Atamla avtobusla Bakıya gedirdik. Avtobus qəflətən yolda xarab oldu. Sərnişinlər avtobusdan düşərək yolun kənarında dayandı. Bu zaman sərnişinlərdən yaşlı bir kişi yolun kənarındakı kol-kos basmış bir məzara üzün tutaraq dua oxumağa başladı. O, qutarar-qutarmaz kənardan uca boylu, yaxşı geyimli-keçimli bir kişi yaxınlaşaraq kobud bir səslə “A kişi, kimə dua oxuyursan. Bu türkəmi? Bunlar sənin düşmənin olub. Bilirsənmi” -deyə qışqıra-qışqıra onu tənbeh etməyə başladı.

Bu hadisə hamını çaşdırsa da qoca kişi özünü heç itirmədi. “A bala, niyə düşmənim olub. Elə bizim kökümüz türkdür , bir ki, kimsəsiz bir qəbrdir. Hər kim uyuyur Allah rəhmət eləsindeyə yavaş-yavaş avtobusun arxasına keçdi...

İllər keçdi, bu hadisə heç yadımdan çıxmırdı. bu qoca, onu məzəmmət edənşıx geyimli-keçimlicavan. (Sonralar BDU-nun Jurnalistika fakultəsində oxuyarkən öyrəndim ki, kol-kos basmış bu məzar Şamaxı yolunun üstündəki naməlum bir türk gəncinin məzarı imiş. Şükürlər olsun ki, bu gün dövlətimiz bu məzara layiq olduğu qayğı ilə yanaşaraq burada əzəmətli bir abidə ucaldıb - Q.Dünyamınqızı). Kökümüzü danan, türkə düşmən münasibətdə olan bu cavan isə uzun illər rayonumuzda (o zaman Qəbələ rayonunun adı Qutqaşen idi) məsul bir vəzifədəqanunun keşiyindədururmuş. Qoca da öz həmkəndlim (Bum kəndi) kənd orta məktəbinin sayılan-seçilən, hörmətli tarix müəllimi imiş. Hətta sonralar öyrəndim ki, buqanun keşikçi”sinin dost-doğmaca dayısı Türkiyədə yaşayırmış. Bacıoğlu da vəzifəsinin xatirinə nəslini-nəcabətini danaraq sovet hökumətininqanunlarının keşiyindədurmaq yolunu seçib.

Ey gənclik, bu hadisəni sənə ona görə xatırlatdım ki, bu günün özündə beləgeyimli-keçimli, qalstukluziyalılarımızvar ki, türkün bu rəşadətinə min cürə don geyindirir. “Türk hökuməti Azərbaycana sahib çıxmaq üçün belə edirdi yaöz maddi maraqlarını güdürdüdeyə böhtan atanlar da var.

Görkəmli tədqiqatçı yazıçı Qılman İlkin yazırdı ki, Bakı respublikamızın düşünən beyni, döyünən ürəyi, görən gözüdür. Bu gözü qorumaq hər birimizin ən müqəddəs borcudur. Çünki dahi Üzeyir bəy demişİçimizdəki denikinlərhələ bu gözü kor etmək üçün dəridən-qabıqdan çıxırlar...

M.Ə.Rəsulzadə BakınıAzərbaycanın qapısıadlandırırdı. Bu qapı hər zaman dostlarımızın üzünə açıqdır.

 

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

Kaspi.-2015.- 16 sentyabr.-S.15.