Sarıqamış – Savaş tarixində bənzəri
görünməmiş əmrə itaət
“Sarıkamış Harekatı, bir
dram değil, bir kahramanlık destanıdır. Orada, savaş
tarihinde benzeri görülmemiş bir emre itaat
yaşanmıştır”
Sarıqamış Türkiyənin
cənub-şərqində, Qars əyalətində yerləşən
və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən
buraların qışı çox şaxtalı keçir,
ilin altı ayı qar olur, yayı isə qısa və sərindir.
Sarıqamışı Səlcuq komandanı
Sultan Alparslan 16 avqust 1064-cü ildə Bizans kralı ilə
müharibədə ələ keçirmişdi. Türkiyə bu əraziləri 1878-79-cu illərdə
Balkan müharibəsində itirmişdi. O vaxtdan buralar
çar Rusiyasının işğalı altında olub. Şanlı türk ordusu bütün çətinliklərə
baxmayaraq Sarıqamış torpaqlarını düşmən
işğalından əbədi azad etdi. Tarixdəki
Sarıqamış hərəkatı rus işğalı
altındakı Qars, Sarıqamış və Ərdəhan
vilayətlərini qurtarmaq, Qafqaz və Orta Asiyada yaşayan
Türk ellərinə Türkiyənin qapısını
açmaq məqsədilə başladılmışdı. Bu o vaxt idi ki, çar Rusiyası həmin vilayətlərdə
yaşayan türkləri ermənilərin ixtiyarına
vermiş, onlara hər cür işgəncə verməsinə
şərait yaratmışdı. Bölgəyə yerləşdirilən
erməni çetələri türklərə qarşı
amansız terror həyata keçirir, qadınları və
uşaqları qətl edirdilər. Əslində,
bu cür ağır bir durumda Türk Ordusu Qafqaza girməyə
məcbur idi. Baxmayaraq ki, rusun topu-topxanası, canlı
qüvvəsi çox, əsgərinin də qarnı tox idi.
Dörd-beş cəbhəyə bölünmüş
türk ordusunun isə canlı qüvvəsi bitmək üzərə,
ayağı çarıqsız, çulu cırıq idi. Dövrün
tədqiqatçılarının araşdırmalarına
görə nə olursa olsun Sarıqamış hərəkatı
başlamalı idi, Türk adının yer üzündən
silinməməsi üçün. Çünki
Rusiya hər gün bu bölgədə möhkəmlənirdi,
ərazilərini genişləndirməyə cəhd edirdi.
Qərb gücləri isə Türkiyəni dinləmədən
torpaqlarını və sularını bölmək
üçün masa başında əyləşməyə
hazırlaşırdı. Tuğgeneral Ziya Yergök xatirələrində
yazırdı: “Boğazlar bizdə idi, ingilis və
fransızlar İstanbulu Ruslara verməyə söz
vermişdilər. Bizi ittifaqlarına almır,
saya salmır, istəklərimizi qəbul etmirdilər. Reallıq budan ibarət idi ki, nəticəsindən
asılı olmayaraq savaşa girməsək İstanbul əldən
gedəcək, ölkəmiz parçalanacaqdı. Almanların tərəfinə keçməmiz gərəkirdi,
dənizə düşənin ilana sarılması kimi”.
Ramazan Balcı yazırdı: "Məcburuq, Osmanlı
dövləti sömürgəci dövlətlər kimi
dünyanı paylaşmaq üçün deyil,
varlığını qoruyub yaşatmaq üçün
savaşır”.
18 dekabr
1914-cü il tarixində Ənvər
paşa Ərzuruma gələrək Üçüncü
Ordu Komandanlığı vəzifəsini öhdəsinə
götürür, taarruz əmri verir və əsgərlərin
önündə çıxış edir: “Əsgərlər,
hamınızı ziyarət etdim. Ayağınızda
çarığınızın, sırtınızda
paltonuzun olmadığını gördüm. Lakin qarşınızdakı düşmən sizdən
qorxur. Yaxın zamanda taarruz edərərk
Qafqaza girəcəyik. Siz orada hər
cür nemətə qovuşacaqsınız. Alemi-islamın bütün ümidi sizin son bir zəfərinizədir”.
Sarıqamış
hərəkatında 83-cü alayın komandanı
tuğgeneral Ziya Yergök sonralar yazırdı: “Müharibəyə
girən ordu sonuna qədər müharibə ilə
uğraşmalıdır. Düşmanlarımızın
yiyəcək, içəcək, geyəcək, yatacaq
silah-sursatları çox olduğundan müharibəni uzatmaq
istəyirdilər. Bizdə isə vəziyyət
tam əksinə idi, ona görə də uzatmaq olmazdı.
Biran öncə savaşı başlamaq və zəfər
qazanmaq istəyirdik. Türkiyəni hərbə
qatılmasından dolayı ittiham etmək, milli
varlığını qorumak üçün mücadilə
etməsindən dolayı ittiham etmək deməkdir”. Haqlı fikirdir, çünki 1912-ci ildə
Amerikanın yeni seçilmiş prezidenti Vilson hökumət
üzvülərini bir yerə toplayaraq xarici ölkələrə
göndəriləcək yeni səfirlərin müzakirəsi
edərəkən, vəzifəlilərdən biri, Türkiyəyə
kimi səfir göndərək? sorusuna
Vilson: “Türkiyə yox ki, səfir göndərməyə də
ehtiyac olsun” deyə cavab vermişdir. Birinci
Dünya müharibəsi ərəfəsində Türkiyə
haqqında ümumi fikir belə idi.
Hərəkat başlamazdan öncə Osmanlı ordusuna ərzaq,
döyüş sursatı və pal-paltar gətirən gəmiləri
çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin çox
ağır olduğunu görən tədbirli və
güclü sərkərdə Hasan İzzət paşa tələbəsi,
34 yaşlı Ənvər paşaya əl saxlamağı, bir
az gözləməyi məsləhət
görür: "Qara qışın ən sərt
çağıdır. İndi hərəkət
etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar
açılsın, biz də hazırlıqlarımızı
bir az artıraq, ondan sonra düşmənə həddini
bildirərik" deyir. Lakin Ənvər
paşa tətikdəydi. Beləliklə, 1914-cü il dekabrın 24-də 40 dərəcə
şaxtada böyük Sarıqamış Hərəkatı
başladı. Üçüncü ordunun bir
neçə bölümü 24-dən 25-ə keçən
gecə Sarıqamışa yetişir. Lakin
Allahu-Əkbər dağlarını aşarkən çox
böyük çətinliklər yaşanır və
şaxta ac və isti geyimi olmayan məhmətlərin
canını alır. Şaxta telefon xətlərini
dondururkən Türk Ordusu Qafqaz cəbhəsini yarmaq
üçün irəliləyirdi. Bir teleqramda deyilir: “ Türk Ordusu ikinci cəbhə açaraq bir
az da irəliləsə Bakı nefti Osmanlı-Alman
ittifaqının əlinə keçəcək və Hindistan
yolu onlara açıq olacaq”.
Soyuq getdikcə şiddətlənirdi. Çovğunlu
qar yolları bağlamaqla bərabər çadırları
da yıxmışdı. Dondurucu soyuqlarda
həyatını itirən əsgərlərin sayı hər
gün çoxalırdı. Buna baxmayaraq
yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə
işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən
aşaraq plana əsasən iki istiqamətdən hücuma
keçir. Lakin 40 dərəcəni
keçən şaxtaya əsgərlər 15 saat davam gətirə
bilirlər. İngilis generalı Vavel Sarıqamış
süqutundan sonra yazırdı: "Türk ordusu,
dünyanın heç bir ordusunun yerindən tərpənməyəcəyi
şərtlər altında müharibə edən ordudur. Bir nəfər belə ordusuna, vətəninə
arxa çevirmədi”. Birinci Dünya müharibəsində
“Osmanlı Ordusu” kitabını yazan Edvard J. Erickson
yazırdı: “"Sarıqamış hərəkatı 22
dekabr sabahı qar və dumanın nisbətən az olduğu
ümidli bir havayla başladı. Onuncu ordu sabaha
doğru saat 4-də Oltu istiqamətində hərəkət
etdi. Doqquzuncu ordu sabah saat 6 ilə 8
arasında hücum edərkən 11-ci ordu sabah saat 9-da
hücuma keçdi. Ənvər paşa gedişatı izləmək
üçün sabah saat 8-də irəli
xətlərə getdi və günortadan sonra Hahora gəldi. Başarılı gün idi, 3-cü ordunun
axşamkı raportu ümitverici idi, onun sabahı gün də
işlər yolundaydı. Hətta
dekabrın 24-də ordunun sol qanadı Oltayı keçərək
irəlilədi. Dekabrın 29-da Türk
ordusu Sarıqamışın ətraf məhəllələrinə
qədər yaxınlaşdı, 10-cu ordu güneydoğuya
dönərək Sarıqamışın mühasirəyə
alınacağı nöqtəyə vardı. Sarıqamış taarruzu bu ana qədər
başarı ilə irəliləyirdi. 10-cu Qolordu
üç gün içində 75 kilometrlik çox çətin
bir yürüş etdi, 25 və 26 dekabr tarixlərində gecə
edilən hücum zamanı 29-cu piyada əski
Sarıqamışa girdi, Sarıqamış-Qars yolu üzərində
bəzi mövqeləri ələ keçirdi. Şaxtanın
hərarəti getdikcə artır, qar iki metrə boy verirdi.
Nə yazıq ki, 11-ci Qolordunun zəif hücumları ruslara dərhal
fürsət verdi. Bir
neçə süvari alayı ilə Ərzurumdan keçib
Sarıqamışa girdilər. Zəifləmiş
türk ordusuna qarşı son dərəcə güclü sədd
çəkdilər. 29 dekabr
Sarıqamış hərəkatında ən sonuncu uğurlu
gün oldu”. Yanvarın 15-i günü Sarıqamış
Hərəkatı Türk tarixinə qara səhifə kimi
yazılır, onminlərlə məhmətcik ya soyuqda
donmuş, ya da düşmən gülləsinin qurbanı
olmuşdu. Bir çox tarixçilər bu
savaşda 50 min şəhid verildiyi bildirilir. Rusların isə 32 min döyüşçü
itirdiyi göstərilir. Bir çox tədqiqatçılara
görə Sarıqamış hərəkatında 90 min
şəhid verildiyi Rusiya mənbələrindədir. Bu rəqəm, çar Rusiyasının Türkiyə
üzərində qələbə çaldığına
dair təbliğat vasitəsi kimi qəsdən istifadə
olunub.
O qorxunc
gecəni Sarıqamışın kaymakanı Şerif bəy
sonralar belə xatırlayırdı: "Hava soyuq idi, gecə
daha da şiddətləndi. Bəziləri
azacıq da olsa ocaq qalamağa müvəffəq olmuşdu, fəqət
bir çoxları orada əbədi yuxuya dalmışdı.
Yol boyunca pərakəndə şəkildə geri qalıp top
şəklində donanlar gündüz aşkarlandı”.
Ruslar yanvarın 4-də qəti hücuma keçdilər. Türk ordusu
özündən 8 qat güclü düşmənlə
qarın-çovğunun altında üz-üzə idi. Gözlənən yardım da gəlməmişdi.
Ənvər paşa vəziyyətin nə qədər
ağır olduğunu gördükdən sonra vəsiyyət
yazır: “Ruslara taarruz edildi, ancaq məğlub ediləmədi.
İndiyə qədər əsgər və
zabitlərimiz qüsursuz savaşdılar, bir çox manevr
etdilər. İndi isə 11-ci kolordunu və
süvari dəstəsini gözləyirəm. Gəlir və yetişərsə düşməni
pozacağam. Gəlməsə düşmən
zəifləmiş hissəmizə hücum edər, ordumuz məhv
olar. Mən vəzifəmi
yaptığımı sanıram. Məğlub
olmayın, düşmənlə sona qədər
savaşın, hər halda sonunda müvəffəq
olacağıq. Mən qəlbən
savaşdım və peşman olmadan ölürəm. Yaşasın dinim, Vətənim,
padişahım!"
Bu vaxt
Miralay Şərif Ənvər Paşanın yanına gələrək
9 və 10-cu ordulardan bir cavab gəlmədiyini, nəticənin
çox ağır olduğunu söyləyir: "Burada
qalmağımızın heç bir faydası yox artıq”
deyir və ona məsləhət görür ki, 11-ci ordunu hərəkətə
keçirmək üçün İstanbula getsin. Bu hadisədən
sonra Ənvər paşa bir bəyanat verərək 10 yanvar
1915-ci ildə İstanbula dönməyə qərar verir:
"Bir aydır əsgərlərin müharibədə
düşmənə necə zərbə endirdiyinin şahidi
oluram. Bu uğurda sərf ettiyiniz qeyrət və
mübarizəniz heç bir vaxt hədər getməyəcək.
Mən İstanbula dönürəm. İnşallah bundan sonra da böyük müvəffəqiyyətlər
qazanaraq düşməni bir daha baş qaldırmayacaq qədər
qəhr edər, şəhidlərimizin ruhunu şad edəriz.
Sizi Allahın birliyinə həvalə edirəm”.
Bu savaşda Türk ordusu qara qışın
soyuğunda düşmənin qurşun və gülləsiylə
uğraşdı və məhv oldu. Yaşadığı
bu qədər müsibətə rəğmən bir əskər
belə arxa çevirmədi. Dağlarda
sadəcə buzlaşdı. Əlbəttə,
Sarıqamış hərəkatının uğursuzluğu
cəbhədən qələbə xəbəri gözləyən
qəhrəman türk xalqını sarsıtmışdı.
Tarixçilər bu mənzərəni belə ifadə edirdilər:
"Altı əsrlik qoca Osmanlı ölüm növbəsində
idi".
Sarıqamış savaşında çar Rusiyası daha çox erməni çetələrindən yararlanmışdı. O ara Ərzurumda çox sayda türk insanları erməni çetələri tərəfindən öldürülürdü. 1918-ci il mayın 1-də Ərzurumda, Trabzon və Ərzincanda 2127 türk kişi cəsədi tapılmışdı. Sarıqamış faciəmiz ermənilərin qədərinə müsbət təsir elədi, bu doğru, sonralar Rusiya terkiyənin Şərq vilayətlərində Ermənistan dövləti yaratdı.
Sarıqamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, elimizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə işğal olunmuş türk torpaqlarında, Anadolunun şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza gətirərək o vaxt "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.
Lakin çox keçmədən 3-cü Ordu rus, erməni və gürcü könüllülərindən ibarət bütün müqavimətləri asanlıqla qırdı və fevralın 14-də Ərzincanı, 24-də Trabzonu və Nənəhatunu, martın 12-də Ərzurumu geri aldı. Aprelin 4-də isə Sarıqamış və Ərdəhan, 18-də isə Beyazit Türklərin oldu. Rus-gürcü müdafiə hissələri tərəfindən qorunan Batumda 600 zabit və 3 min əsgər əsir alındı. Aprelin 26-da Qars qalası qəhrəman türk Ordusu tərəfindən zəbt edildi. Mayın əvvəllərində Cənubi Qafqaz respublikalarının elçiləri Türkiyə ilə barış müqaviləsi imzalamaq üçün Batuma gəldilər. Vehip paşa Axalkələk, Gümrü, Naxçıvan bölgələrin boşaldılması qarşılığında barış imzalaya biləcəyini söylədi. Cənubi Qafqaz bu tələbi qəbul etdi, ermənilər razılaşmadığına görə Yakub Şevki paşa 17 minlik ordusu ilə Gümrüyə hücum edərək erməni ordusunu yox etdi.
Rəsmiyyə RZALI
Kaspi.-2015.-15 yanvar.-S.10.