Üzüyümün
qaşı...
A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrının “Sehirli
üzük” tamaşası haqqında
“Biri varıymış, biri
yoxuymuş, Allah
varıymış, şəriki yoxuymuş,
bir qarının bir
keçəl nəvəsi varıymış. Bunlar
çox kasıblıxnan
dolanırlarmış. Qarı hər gün
bir kələf ip əyirib
verirmiş nəvəsinə ki, aparıb bazarda
satıb soğannan çörək
alsın. Yenə bir gün qarı bir kələf ip əyirib
verdi keçələ ki,
satıb çörək alsın. Keçəl kələfi
götürüb gəldi bazara.
Gördü yolun
ortasında bir hay-küy
var ki, gəl görəsən,
adamlar bir-birinə qarışıb, hərənin
əlində bir yekə dəyənək
bir iti döyürlər.
Yazıx it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə”.
Keçəl qəhrəman ola bilərmi? Uzun illərdir ki, Keçəl bizim əsas kuklamızdır.
Çox
istərdim ki, özüm özlüyümdə
bu suala cavab tapam. Nədir bizim kökümüzü
keçəl ilə bu qədər yaxınlaşdıran gizli
kod? Keçəl prototip olaraq
bu qədərmi gülməldir? Görəsən bu günün uşaqları Keçələ
gülə bilirmi?
Əminəm ki, xeyr.
Kukla tamaşasının qəhrəmanı
olmur... Xüsusilədə Azərbaycan kukla
teatr mədəniyyəti
neçə illərdir
ki, qəhrəman üzünə həsrətdir.
Premyerası keçirilən Azərbaycan xalq nağılı “Sehirli üzük”ün motivləri
əsasında teatrın
gənc rejissorlarından
Anar Məmmədovun səhnələşdirdiyi eyniadlı
tamaşa da qəhrəmansız idi.
Zatən
biz Kukla teatrını
qəhrəman yarada bilməməklə suçlamırıq.
Çünki bu gün bütöv Azərbaycan teatrı qəhrəmana çevrilə bilmir.
Bu qədər sərf
olunan zəhmətin qarşılığında hadisə
yaradacaq qəhrəman
tapılmır ki, tapılmır...
Bizim kuklalarımızda
özümüz kimi xəyalpərəstdir. İnandıqları
bir həqiqət var: xeyirin şər
üzərində qələbəsi
ki, artıq bu mövzu öz
aktuallığını çoxdandır
itirib. Lakin biz öz ənənəmizin
hələ də itirə bilmədiyimiz həqiqətlərindən yan
ötə bilmirik.
Seyr etdiyimiz tamaşanın əsas motivləri də ənənəvi postulatların
üzərində qurulmuşdu:
uşaqlara dostluq, sədaqət, dürüstlük,
ədalət, insanlara
inam kimi müsbət keyfiyyətlər
aşılamaq. Tamaşada
çıxış edən
aktyorlar da - İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman - bu missiyanı
bacardıqları qədərincə
yerinə yetirməyə
çalışırlar. Kuklaları ifa
edən hörmətli
aktyorlarımız onların
ümumi fonunda oynayır, oynadır, onların içərisində
əriyib, yox olurdular. Burada rejissorun yozumundan
gələn əlvanlıq,
rəngarənlik, ritmlik
öz əksini rəngli boyalarla tapır ki, uşaqlar ən azından darıxmaq sindromundan yan keçə bilirlər.
“Söz tamam olan kimi xalça
qalxdı ərşə,
o qədər yol getdi, o qədər yol getdi ki,
gedib dünyanın axırına çıxdı,
orda bir meşənin içinə
endi. Keçəl gördü yanında
bir qəşəng bulax var ki,
suyu dumduru göz yaşı kimi. Suyun içindəki daşlar
elə gözəl, elə qəşəngdi ki, elə bil
ləl-cavahiratdı. Hava
çox istiydi, keçəl də neçə gün idi yol gəlirdi
deyin toztorpağın
içindəydi. Odu ki, paltarını soyunub özünü verdi bulağın
suyuna, bir çala düzəldib doyunca çimdi. Sonra çıxıb qıraxda
başladı suyunu dərməyə, əlini
atdı ki, başını qurulasın,
gördü əyə,
başı teyzən tükdü. Özünə inanmadı, bir də əlini apardı saçına, gördü doğrudan da başına tük gəlib. Əyilib suda öz şəklinə
baxdı, gördü
nişanadan ötəri
başında bir tük tapılmayan keçəlin başı
tüknən doludu.
Keçəl sevindiyindən bilmədi
neyləsin. Oturdu xalçanın
üstündə düz
gəldi evlərinə”.
Qəribəsi budur ki, bizim xalq nağıllarını bu gün də oxuyanda onların süjet bəsitliyindən, sadəliyindən çirkinmirik. Bu nağılların əsasında elə bir uşaqlara məxsus saflıq var ki, bunu nə qədər axtarsaq da teatr və tamaşalarımızda tapmırıq ki, tapmırıq. Teatrlarımızda keçəl də ağılllıdır, təlxək də; şah da ağıllıdır, rəiyyət də. Sanki hər bir kukla ağıllı görsənməyə, ağıllı olmağa çalışır. Lazım olmayan bu “ağıllı” görsənmək sindromu bütün teatrlarımızı o qədər ağırlaşdırıb ki, teatrlar üzə çıxmaqda çətinlik çəkirlər. Elə ölkəmizin özündə keçirilən kukla festivallarında nümayiş olunan tamaşalar bu qədər sözlərlə, fikirlərlə, tərbiyəvi əhəmiyyətli nəsihətlərlə ağır yüklənib, təqdim olunur ki? Əsla.
Onların kuklaları da özləri kimi reallığı rahat, yüngül qəbul edib, təqdim edirlər. Kimdir onların qəhrəmanları-danışmaq istəyən marionetkalar, yuxu görən qızcığaz, dostları ilə vaxt keçirən oğlan və ya bir ayını əlində ayıcığa çevirən MAŞA. Bizim qəhrəmanlarımız isə hələ də itdir, zınqırovlu pişikdir və ya nənədən qaçan qoğaldır...
“Arvadı keçəli görəndə az qaldı tanımasın. Keçəl elə qəşəng oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxım. Bayax qızın məhəbbəti bir idisə, indi artıb oldu min. Ər-arvad yeyib-içib keyf çəkdilər, siz də yeyin, için, muradınıza çatın. Göydən üç alma düşdü, biri mənim, biri itnən pişiyin, biri də qulaq asanların”.
Üzüyümüzün qaşı düşmüş demək, biz fərqinə varmamışıq...
Aygün Süleymanova
Teatrşünas
Kaspi.-2015.-23 yanvar.-S.10.