İllərin sükutlu qəhrəmanıvə ya heç zaman dəyişilməyən Hacı İsmayılov

 

Zamanla qrimin, mimikanın içində dəyişərək şahdan dilənçiyə, zalımdan məzluma, zülmkardan xeyirxaha çevrilən aktyor bu dəyişikliyi özünün ən böyük sərvəti hesab edir. Aktyorun yaradıcılığı onun yaşadığı dövrün canlı salnaməsi hesab edilə bilər. İllərin sükutunu pozmayanheç zaman dəyişilməyən aktyor isə bu ayın, yanvar ayının qəhrəmanıdır. 22 yanvar məşhur Azərbaycan aktyoru Hacı İsmayılovun doğum günüdür.

 

Uilyam Şekspir Hamletin dili ilə aktyorlar haqqında əbəs yerə demir ki, onlar bizim zəmanəmizin müxtəsər tarixçəsidir. Axı, doğrudan da, aktyorların sənətində əsrin həqiqəti, müasirliyin həyatı, həyatın fəlsəfəsi canlı əks olunur. Dövrün əlamətdar hadisələri, qabaqcıl meylləri bu tarixçədə güzgüdə olduğu kimi, lakin böyüdülmüş halda, daha aşkar görünür. Məhz aktyorların sayəsində tamaşaçıların şüurunda daha dərindən nəqş edilir.

Aktyor Hacı Məcid oğlu İsmayılov 1944-cü ildə Bakıda dünyaya göz açıb.

Hacı İsmayılovun səhnə fəaliyyəti, daha doğrusu səhnəyə ilk addımları onun 1963 – ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dramkino aktyorluğu fakültəsinə daxil olması ilə başlayır. Hacı İsmayılov da ilk dəfə peşəkar səhnəyə çıxaraq, Məmmədəli bəy rolunu oynayıb. Həmin il sentyabr ayının 1-dən 1968-ci ilin sentyabrına qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun (Teatr İnstitutunun adı 1967 – ci ilin payızında dəyişdi) səhnə danışığı kafedrasında müəllim işləyir. Həmin dövrdə isə Sumqayıt şəhərində yeni Dövlət Dram Teatrı yaradılır və bu kollektivdə aktyor işləməyə dəvət alan Hacı İsmayılov 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil olur. Yeni teatrın açılışında, yəni mart ayının 14-də Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli - şah” komediyası göstərilir. Rejissor Cənnət Səlimovanın quruluş verdiyi tamaşada Hacı İsmayılov məharətlə Dərviş Məstəli şah rolunu ifa edir. “Müsyo Jordan və dərviş Məstəli – şahgeniş auditoriya üçün hər bir zaman maraqlı olmuşdu. Tamaşanın əsas qəhrəmanlarından olan Dərviş Məstəli şah konfliktin mərkəzi, düyün nöqtəsi olaraq hər bir zaman diqqət mərkəzindədir. Oyunun qurucusu, səbəbkarı olan Dərviş Məstəli şah olmasa idi, əlbəttə ki, bu hadisələr də bu şəkildə cərəyan etməzdi. Arıq, çəlimsiz, uzunsov, əsmər üzünün almacıq sümükləri bir qədər irəli çıxmış, alnında, qara gözlərinin kənarlarında xırda qırışlar görünən, yerişində hətta səliqəli, ciddi geyimində də daxili bir ləyaqət duyulan aktyor Hacı İsmayılov öz səmimiyyəti, sadə, lakonik oyun tərzi ilə tamaşaçıların rəğbətini qazandı.

 

Və... bundan sonra rejissor Nəsir Sadıqzadənin dalbadal quruluş verdiyi C.Patrikin “Qəribə missis Sevic” (15 mart 1969) dramında Ceffi, A.Papayanın “Bəli, dünya dəyişib” (13 aprel 1969) komediyasında Səməndər, Cəfər Cabbarlının “Sevil” (29 may 1969) pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. Həmin dövrdə Sumqayıt teatrında tamaşaçı rəğbəti qazanmasına baxmayaraq, Hacı İsmayılov 1969- cu il sentyabr ayının 15-də ərizə yazaraq kollektivdən ayrılıb. Bir müddət işsiz qalıb. 1970-ci il fevral ayının 16-da Akademik Milli Dram Teatrına başqa vəzifəyə işə götürülüb, ancaq aktyor kimi çalışıb. Elə ilk gündən də çoxdan bəri səhnədə məşqləri gedən Hüseyn Cavidin “Xəyyam” faciəsindəki İkinci qulam roluna ikinci əlavə ifaçı kimi daxil edilib. Quruluşçu rejissor Mehdi Məmmədovun hazırladığı əsərin ilk tamaşası 1970-ci il mart ayının 12-də göstərilib. Bundan sonra bir neçə təzə tamaşada rollar oynayan, repertuardakı hazır əsərlərdə (məsələn, “Vaqif” mənzum dramında) epizod obrazların ifasına daxil edilən Hacı İsmayılov truppanın aktyor ştatına 1 sentyabr 1973- ildə keçirilib. 27 sentyabr 1990-ci ildən isə o, truppanın yüksək kateqoriyalı aktyor ştatındadır.

 

Bu məsafədən aktyorun yaradıcılıq portreti necə görünür. Aktyor Hacı İmayılov səhnədə öz qəhrəmanının küskünlük, inciklik halından şənlənməsinə tədricən keçidi elə yumşaq, lirik ifadə vasitələri ilə tamaşaçıya çatdırır ki, aktyorun tərəf müqabillə sərbəst, təbii davranışına heyran qalırsan. Bu isə onun sənətkar səmimiyyətindən doğur. Yəni aktyor ekrandaya səhnədə fövqəladə görünməyə heç bir meyl göstərmədən, həyatda – öz evində, dost – tanışları arasında olduğu kimi, tamaşaçılarda da gündəlik həyatın onu narahat edən məsələləri barədə öz obrazı vasitəsilə sadə, səmimi dialoqa girir. Hacı İsmayılov öz oyun tərzinin funksional momentləri – sadəliyi, yığcamlığı, jest və mimikalarının yumşaqlığı və eyni zamanda dəqiq cizgilərə malik olması ilə predmetə, vəziyyətə elə tanış, doğma münasibət ifadə edir ki, tamaşaçı onunla birgə obrazla yaşayır, duyur, düşünür.

 

İllər ötdükcə rollar birbirini əvəz etdi.Hekayətixırs quldurbasan”da yasaul Kərim, “Kölgələr pıçıldaşır”da Yanvar, “Mənziliniz mübarək”də Elşən, “Quşu uçan budaqlar”da Ərşad, “Adamın adamı”nda Fağır Bağır şübhəsiz, teatrda Hacı İsmayılovun sənətkarlıq təcrübəsinin artmasına, müəyyən ifadə vasitələrinin cilalanmasına səbəb oldu.

Eləcə , Cəlil MəmmədquluzadəninDəli yığıncağıpyesinin Mehdi Məmmədov tərəfindən verilmiş səhnə yozumunda AnarınSəhra yuxularıəsəri əsasında Vaqif Həsənovun hazırladığı tamaşada Hacı İsmayılovun istedadının çalarlarından yeni səpkidə istifadə olundu. Hacı İsmayılovunDəli yığncağı”nda müəllifin ironiyası olan Hacı Cəfər, “Səhra yuxuları”nda lirik-romantik ara-sıra gənclik çılğınlığı, sadəlövhlüyü gülüş doğuran Ruzigar obrazını yaratdı.

 

Hacı İsmayılov yaradıcılığının səciyyəvi ifaçılıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı yüzə yaxın rolun böyük qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğun gəlir.

Aktyorun milli klassik dramaturgiyamızın əsasında qoyulan tamaşalarda ifa etdiyi rollar 1970-ci ildən başlayaraq bu günə kimi tamaşaçılar tərəfindən maraqla qarşılanmaqdadır.

Hacı İsmayılov milli kinomuzda da dəyərli obrazlar yaradıb. Amma ilk filmi ilk rolu ona xüsusi ilə uğur gətirib. ilk dəfə 1980-ci ildə "Azərbaycanfilm" kinostudiyasında "Ad günü" filmində Mustafa rolunda çəkiliən aktyor, bu rolla böyük Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

Hacı İsmayılov teatr kino sənətində qazandığı nailiyyətlərə görə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb.

Bu illər Hacı İsmayılovu Azərbaycan teatr kino sənətinin daimi bir sakini etdi. O, səhnə ekran sənətimizə illərin sükutunu pozmayan sükutlu qəhrəman kimi bir imza atdı: Hacı İsmayilov

 

Niyaz Cəfərov

Teatrşünas

Kaspi.-2015.-23 yanvar.-S.12.