Bizə tələbat var
Rafael İsgəndərov: “Bəxtimizə
düşən bu idman növündən başımız
çıxmır”
Coşqun Rəhimov: “Nə sözləri varsa irəli çıxıb,
üzümüzə söyləsinlər”
“Gənclik qəzeti”-nin
bu həftəki qonaqları öz səhnəcikləri ilə
insanların simasına gülüş bəxş
edən, daha çox
gənclərin sevimlisinə çevrilən Əməkdar
artistlərimiz Rafael İsgəndərov və
Coşqun Rəhimovdur. Onlar
ötən ilin son
günlərində əməkdar artist
adına layiq görüldülər və
bir neçə həftə bundan öncə Bakı 2015 Avropa
Oyunlarında stolüstü tennis üzrə ulduz səfiri
seçildilər.
Hazırda yeni konsert proqramına
hazırlaşan aktyorlar “Kaspi”-yə
açıqlamalarında ikili sevinc yaşadıqlarını bildilər.
- Yeni
nailiyyətlərinizə görə sizi
təbrik edirik. Ötən ilin son rübündə və
2015-ci ilin ilk həftələrində
iki sevindirici xəbər
aldınız. Təəssüratlarınızı bilmək bizim üçün
maraqlı olardı.
Rafael – Əməkdar artisti adına layiq görüldüyümüz üçün çox sevinirik. Bizə bu adı layiq gördüyü üçün prezidentimizə minnətdarlığımızı bildiririk. Stolüstü tennisə gəlincə isə öncədən bilmirdim ki, bəxtimizə məhz elə bir idman növü düşəcək. Bir ara onu səhnəyə dəyişmək istəsəm də, əslində bu zarafat idi(gülür). Deyim ki, guya başqa idman növündən başımız çıxır, yox, əksinə. Heç bəxtimizə düşən bu idman növündən də başımız çıxmır. Yəqin ki, müəyyən informasiya əldə etdikdən sonra biz də bu layihəyə qoşulacağıq.
Coşqun- Bu idman növünün bizə həvalə edilməsi bizim üçün çox sevindiricidir. Bu bizə yaxşı mənada şok yaşatdı. Birdənbirə belə bir adın verilməsi bizim üçün sevindirici haldır. Uşaq vaxtı bu oyunla çox oynamışam. Bizim üçün əsas odur ki, qalibiyyətimiz bol olsun. Bütün azərbaycanlılar bir yumruq olub, hədəfimizi bir yerə kökləməliyik. Əsas məsələ Azərbaycanımızın bu gözəl oyunlarda başını uca etməkdir. Biz fəxr edirik ki, zərrə qədər də olsa vətənimizin işinə yaramışıq. Bizi seçən insanlara öz minnətdarlığımızı bildiririk. Bu doğrudan da çox məsuliyyətli bir işdir. Avropa oyunları günləri ərəfəsində biz gözəl bir konsert hazırlamışıq. Fəxri ada gəlincə isə əməyimizi qiymətləndirdikləri üçün hər kəsə minnətdarlığımızı bildiririk
- Deyirsiniz ki, bu idman növündən başımız çıxmır. Bəs bu sahədə məşq edib, yarışda iştirak etməyi necə düşünürsünüzmü?
Rafael- Heç fikrim
də yoxdur. Bizə düşən
idman növü barədə məlumat toplayıb, sadəcə biliklərimizi genişləndirəcəyik.
Bircə onu bilirəm ki, bu idmanın gözə çox xeyri var. Oyunçunun arxasında oturub topu izlədikdə gözün foksu açılır, göz
bu şəkildə məşq edir(gülür).
Coşqun- Bizim maraq göstərmədiyimiz
yeganə sahə siyasət və futboldur. Dəfələrlə olub ki, hansısa siyasətçi
yanımızda oturub,
Müşfiq deməsə
ki, bu filankəsdir,
biz onları tanımamışıq.
O dərəcədə maraqlanmırıq.
- Sizin davamlı olaraq konsert vermənizlə bağlı
söz-söhbətlər səngimir.
Rafael- Tez olun, ad
çəkin. Bu dəqiqə mənə o adamın adını deyin(gülürük).
- Rafael müəllim, indi mən siyahı çıxarsam, gərək
siz səhərə kimi burada oturasınız.
Rafael- Əlbəttə ki, bu bir
zarafatdır. Biz 12 gün
dalbadal konsert proqramı ilə çıxış etmişik.
Demək
ki, bizə tələbat var ki, tamaşaçılar
12 gün ard-arda konsertlərimizə gəlirlər.
Ümumiyyətlə, qısqanclıq dünyada ən lazımsız bir hissdir. Qısqanc olan insanlar həyatda
heç nəyə
nail ola bilməzlər.
Bizi izləyib qısqanmaqdansa,
papaqlarını qarşılarına
qoyub fikirləşsinlər,
öz səhvlərini
götür-qoy etsinlər.
Düşünsünlər ki, nə üçün bizim konsertimizə tamaşaçılar
daha çox gəlir?
Coşqun- Biz birdən-birə populyarlaşmamışıq. Tamaşaçılar bizi görəndə konsert tələb edir. Deyirlər, konsertin sayını
çox edin, izləməyə maraqlı
veriliş yoxdur.
Bəzi insanlar da oturub
bizim pullarımızı
sayırlar. Düşünürlər
ki, on günü filan qiymətə vuranda nə qədər qazanırlar.
Amma xərclərimizi hesablamırlar.
- Sizcə müasir tamaşaçını
güldürmək asandırmı?
Rafael- Əksinə, bugünkü
tamaşaçıları ağlatmaq daha asandır. Bu gün
hər kəsin kiçik də olsa problemi, dərdi var. Ancaq onları düşündürərək
güldürmək çox
çətin məsələdir.
Biz insanları güldürmək üçün
əlimizdən gələni
edirik.
Coşqun-
Həyatda asan iş yoxdur, bütün işlər çətindir. Misal üçün sizin peşəniz çox çətin və keşməkeşlidir.
Daima axtarışda olmalı, nəsə yenilik tapmalı, müsahiblərinizi
şirin dilə tutub danışdırmalısınız.
Bizdə
də elədir.
Hamı elə bilir ki, insanları güldürmək çox
asandır. Ona görə
bu sahəyə gələn insanların da sayı gündən-günə
çoxalır. Bizim üçün
əsas məsələ
odur ki, biz sevdiyimiz işlə məşğuluq. Bu işi
görmək üçün
bizi heç kim məcbur
etmir. Əgər tamaşaçıya sevinc,
gülüş bəxş
edə biliriksə, onları az
da olsa dərdlərini
unutdura biliriksə, bu, biz tərəfdən böyük sevincdir.
- Deyirlər ki, Rafaellə Coşqun insanları ucuz gülüşlə güldürürlər, onların
tamaşaçılara bəxş
etdikləri gülüş
çox primitivdir. Onlara verəcəyiniz cavab varmı?
Coşqun - Qoy desinlər. Onlar danışdıqca
bizim konsertə gələn tamaşaçıların
sayı artır.
O tip insanlar dırnaqarası
müsahibə verdikcə,
haqqımızda danışdıqca,
biz daha çox konsertlər veririk. Biz başımızı aşağı salıb işimizi görürük.
Bizə iradı olan insan üzə çıxar, üzümüzə
söyləyər ki,
bu sözü mən demişəm və bunu sübut
etməyə hazıram.
Dediklərinin arxasında dursunlar
bizə sübut etsinlər ki, biz insanları ucuz gülüşlə aldadırıq.
Əgər əllərində bir sübut yoxdursa mənə elə gəlir ki, bu haqda
danışmağa da
dəyməz. Əsas odur
ki, biz işimizlə məşğuluq. Həm dövlətimiz,
həm də tamaşaçılarımız bizim işimizi yüksək qiymətləndirirlər.
- Yeni konsert proqramında tamaşaçıları nə
gözləyəcək?
Rafael- Demək olar
ki, məşqlərə
başlamışıq. Artıq
qatar tərpənib.
Coşqun- Bu dəfəki konsert proqramımızda tamaşaçıları
maraqlı sürprizlər
gözləyəcək. Bizim hazırladığımız
səhnəcikdə Avropa
oyunlarına böyük
yer ayrılıb.
Bu konsertdə yeni verilişlər və tanınmış parodiyalar olacaq. Mənə elə gəlir ki, yeni tamaşaçılarımız
da olacaq.
- Maraqlıdır
parodiya etdiyiniz sənət adamlarından
sizdən inciyənlər
olub?
Coşqun- Bizdən inciyən olmayıb. Ötən gün verilişdə Könül Kərimova dedi ki, nə
yaxşı siz məni parodiya etdiniz, öz minuslarımı düzəltdim.
Biz heç kimi
təhqir etmirik, onların mənfi cəhətlərini göstəririk.
Çoxları deyir, bizi parodiya edin, gündəmdə olaq.
Rafael - Bəzən isə olub ki, hansısa bozbaş müğənnini parodiya etmişik. Konsertdən sonra yaxınlaşıb deyib ki, halaldır, bozbaşları nə yaxşı tənqid elədiniz. Özü bilir onu nəzərdə tuturuq, lakin elə göstərir ki, bu səviyyəli ifaçıdır. Korifeydir, biz bilmirik.
Xəyalə Rəis
Kaspi.-2015.-30 yanvar.-S.17.