Vətən sevgisi və əsgəri xidmət borcu

İdris Abbasov

 

Müsəlman bütün şəraitlərdə əvvəlcə dövlətini, içərisində yaşadığı cəmiyyəti və sonra özünü düşünməlidir. Hamımız çox yaxşı bilməliyik ki, bu VƏTƏN hər şeyi ilə bizimdir.

Maddi-mənəvi sıxıntılarımızı yox etmək, millət fərdlərini bir-birinə yaxınlaşdırmaq üçün birlikdə çalışıb daxilixarici düşmənlərimizə qarşı vətənimizə sahib çıxmalıyıq. Millətimiz üçün vətənin xüsusi bir dəyəri vardır. Çünki bu vətən, dövlət asanlıqla yaranmamışdır. Bu yurd, bu vətən bizə əmanətdir. Bu əmanəti sonuna qədər ən yaxşı şəkildə qorumalı və bizdən sonrakı nəsillərə tərtəmiz şəkildə təhvil verməliyik. Dünən olduğu kimi, bu gün də istər ölkə daxilində, istərsə də ölkə xaricində məmləkətimiz əleyhinə pis əməllərə sahib insanlar mövcuddur. Onların bizi bölüb parçalamağa çalışmalarına baxmayaraq, varlığımızı qorumanın, millət olaraq inkişaf və tərəqqimizin yeganə şərtinin milli birlik və bərabərlik olduğu həqiqətini heç zaman unutmamlıyıq. Allah-Təala Qurani-Kərimdə buyurur:

“Həqiqətən, sizi yer üzündə yerləşdirdik və orada sizin üçün güzəran vasitələri yaratdıq...” (əl-Əraf, 7/10).

Vətən sözü ərəb dilində “vatanə” feilindən törəyib yerləşmək, iqamətgah salmaq mənasını verir. Yer üzündə yaşayan hər bir canlının rahatlıq və əmniyyət içində yaşaya bilməsi üçün özünə bir sığınacaq, bir yuva qurduğu hamımıza məlumdur. İnsanların yuvası bir fərd olaraq ev, millət olaraq isə vətəndir. Rahatlıq və əmniyyət baxımından evsiz yaşamaq mümkün olmadığı kimi vətənsiz yaşamaq da mümkün deyildir. İstənilən inancideologiya ilk planda özünə tərəfdar axtararkən yurd axtarmağa da biganə yanaşmayıb. Çünki bu, uğur qazanmanın ən mühüm şərtlərindən biridir. Din, dil, mədəniyyət, tarix birliyi, tərbiyədə, adət-ənənələrdə, ümumilik milləti yetişdirir. Qurani-Kərim yer üzündən mədəniyyət və varlıqları silinib gedən, istiqlal və azadlıqlarını itirən neçə-neçə millətin vəziyyətindən ibrət almağı tövsiyə edir. Vətən olmadan bir millətin ayaq üstdə durması mümkün deyildir. Bir millətin var olması, mövcudiyyətini davam etdirə bilməsi yalnız vətəninə sahib olması ilə mümkündür. Bizi şəfqətli bir ana qucağı kimi bağrına basan bu torpaqları düşmənə tapdatmamaq, torpağın altında yatanları narahat etməmək, üstündəkiləri isə zillət və əsarətə düşürməmək üçün canla-başla çalışmaq həm dini, həm də milli bir borcumuz və vəzifəmizdir. Şairin bu haqda dedikləri tam yerinə düşür:

Anadır hər kişiyə öz vətəni.

Bəsləyir sinəsi üstündə onu.

Südüdür kim, dolanıb qanım olub,

O mənim sevgili cananım olub...

Vətən əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətəni sevməyən insan olmaz,

Olsa, ol şəxsdə vicdan olmaz.

Bu yanaşma ilə, mömin vətənini sevən, ona könüldən bağlı olan, lazım gəldikdə, bu sevgi paralelində vətəni üçün canını malını fəda etməkdən çəkinməyən bir insandır.

 

Bayraqları bayraq yapan üstündəki qandır,

Toprak, əgər uğrunda ölən varsa, vatandır.

 

Vətən sevgisi əsl, ən uca sevgilərdən biridir. Lazım gəldikdə, vətən uğrunda müharibə etmək vətən sevgisinin bir təzahürüdür. Allah-Təala Rəsulullahı mühacirləri öz yurdlarından - Məkkədən çıxaran müşriklərlə döyüşməyi, onları oradan çıxarmağı, Vətəni qurtarmağı qəti şəkildə əmr edir buyurur: “Allah din uğrunda sizinlə vuruşanları, sizi yurdunuzdan çıxaranları çıxarılmağınıza yardım edənləri dost etməyinizi qadağan edər. Sizi çıxardıqları yerdən siz onları çıxarın. Onlarla dostluq edənlər əsl zalımlardır!” (əl-Mumtəhinə, 60/9).

Məhz bu ilahi əmr yerinə yetirilmiş, müsəlmanların qibləgahı olan Kəbə bütlərdən təmizlənmişdir. Yenə Uca Mövlamız düşmənə qarşı ayıq-sayıq hazırlıqlı olmağımızı tövsiyə edərək buyurur: “Onlara qarşı gücünüz çatdığı qüvvə savaş atları tədarük edin. Bununla siz Allahın düşmənini, öz düşməninizi bunlardan savayı bilmədiyiniz, fəqət Allahın bildiyi digər düşmənləri yerində oturdarsınız. Allah yolunda xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər sizə heç bir haqsızlıq edilməz!” (əl-Ənfal, 8/60).

Ayədə keçənqüvvəkəlməsi döyüşdə düşmən üzərində üstünlüyü təmin etmək üçün hər cür silah, sursat digər vasitələri ifadə edir. Dünyada öz milli varlığımızı mühafizə etmək üçün bütün bunları etməyə məcburuq. Yenə Quranda buyurulur:

Rəbbi onların dualarına belə cavab verdi: “İstər kişi, istərsə qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, yurdlarından çıxarılanların, yolumda əziyyətə düçar olanların, vuruşanların öldürülənlərin günahlarını, əlbəttə, siləcəyəm. And olsun ki, Allah dərgahından bir mükafat olaraq onları içərisindən irmaqlar axan cənnətlərə daxil edəcəyəm. Şübhə yox ki, ən gözəl nemət Allahın yanındadır!”” (Ali-İmran, 3, 195).

Vətəni kəm gözlərdən, düşmən istilalarından qorumaq üçün sərhəd boyunca növbə çəkmək çox müqəddəs savabı bol olan bir davranışdır. Sevgili Peyğəmbərimiz hədisi-şərifində buyurur ki, “Allah rizası üçün bir gün növbə çəkmək dünya dünyadakılardan xeyirlidir...”. Unutmamaq lazımdır ki, vətən üçün yaşamasını bilməyən, vətən üçün ölməsini bilməz. Nəcib millətimizin irəliləməsi, istiqlal gələcəyi üçün şüurlu surətdə çalışmaq başlıca şərtdir. Əgər millət vətənimizi sözün həqiqi mənasında seviriksə, bu mübarək Azərbaycan torpaqları üzərində milli bütünlük, sülh əmin-amanlıq içərisində əbədi olaraq yaşamaq istəyiriksə, içərimizə hopmuş milli-müsəlman xarakterimizi mühafizə etməliyik. Vətənini hər şeydən çox sevən bir azərbaycanlı olaraq milli birliyimizi təmin etməli, dinimizə, bayrağımıza, irz namusumuza bağlı olmalıyıq. Xatırlamalıyıq ki, din, iman, vətən müqəddəslik uğrunda şəhadət şərbətini içib bu fani dünyadan köçənlər Allah dərgahında peyğəmbərlərdən sonra ən yüksək mərtəbəni fəth etmişdirlər. Cənabi-Haqq şəhidləri iftixarla yad edən ayeyi-kəriməsində belə buyurur:

Şübhəsiz, Allah möminlərdən canlarını mallarını onlara verəcəyi cənnət müqabilində satın almışdır. Artıq onlar Allah yolunda döyüşər, öldürər, yaxud ölərlər. Allah bunu Tövratda, İncildə Quranda qəti şəkildə vəd etmişdir. Allahdan daha çox əhdə vəfa edən kimdir? Elə isə etdiyiniz sövdəyə görə sevinin. Bu, əsl böyük qurtuluşdur!” (ət-Tövbə, 9/111).

Allah Rəsulu buyurur ki, “İki gözü cəhənnəm atəşi yandırmayacaqdır. Biri Allah qorxusu üçün ağlayan, digəri isə Allah rizası üçün növbə çəkən göz”.

Milli birlik bərabərliyin daim ola bilməsi üçün qarşılıq gözləmədən Allah rizası üçün bir-birimizi sevməliyik. Sevgili Peyğəmbərimiz Bir-birinizi sevmədikcə həqiqi mömin ola bilməzsinizbuyuraraq diqqətimizi cəlb etmişdir.

Bayrağımız dövlətimizin müstəqilliyinin, azadlığımızın, tariximizə mədəniyyətimizə bağlılığımızın bir rəmzidir. Bayraq bir millətin varlığının, müstəqilliyinin simvolu, tarixinin xatirəsidir. Dövlətin millətin hakimiyyətini, müstəqilliyini şərəfini təmsil etdiyi üçün bayrağa sayğı göstərilir. Bayrağa ehtiram onun mənsub olduğu dövlətə ehtiram deməkdir. Azadlıq istiqlaliyyətimizi bütün dünyaya bəyan edən himnimizin mənasını da dərk etməliyik. Böyük qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimizin qiymətini bilməliyik. Bayrağa himnə hörmət insanın özünə, ailəsinə, millətinə hörmətidir, Vətəninə, dövlətinə, tarixinə bağlılığıdır.

Ordumuz millətimizin namusunun, şərəfinin, azadlığının müdafiəçisidir, dövlətimizin, ərazi bütövlüyümüzün suverenliyimizin dayağıdır, mərdlik, fədakarlıq, qəhrəmanlıq simvoludur.

Azərbaycan xalqı daim öz dövlətinə bağlı olmuş ona güvənmişdir. Ölkəmizdə ümummilli liderin bizə miras qoyub getdiyi dövlət xalqın birliyi ideyası mövcuddur. Vətəndaşlar dövlətin daşıdığı funksiyaların yönəldiyi məqsədlərin əhəmiyyətini dərk edir dövlətin qanunlarına hörmətlə yanaşır.

Bu gün dünyanın heç bir yerində olmayacaq dərəcədə ağuşunda rahat yaşadığımız Vətənimizi, atalarımızdan bizə miras qalmış mədəniyyət xəzinəmizi, dilimizi, dinimizi yaşada bilmək üçün onun müdafiəsinə hər an hazır olmalıyıq. Rəsuli-Əkrəm buyurub: “Əsgərlik vəzifəsinə çağırıldıqda, ora tələsin. Əsgər intizamlı olmalı, komandirə tabe olmalı, komandir əsgərə gücü çatmadığı əmrlər verməməlidir. Əsgər öz vəzifəsini icra edərkən ya düşmənlə cəbhədə vuruşarkən onun arxada qalmış ailəsinə yardım edilməli hörmət bəslənilməlidir...”.

Uca Yaradanın haqqın, ədalətin yanında olduğuna inandığımız qədər Vətənimizin bütövlüyü uğrunda etdiyimiz mücadilənin zəfərlə başa çatacağına da varlığımız qədər inanırıq! Allah yar və yardımçımız olsun! Amin!..

 

Kaspi.-2016.-9-11 aprel.-S.7.