Nitq mədəniyyətinin mahiyyəti,
inkişafı və təbliği
Ana dili elmi əsaslar üzərində
daha səmərəli təlim edilməlidir
Xalqın varlığı və milliliyinin ilkin şərtləri onun dili ilə bağlıdır; Başqa şəkildə ifadə etsək, hər bir millətin kimliyi, ədəbiyyatı, mədəniyyəti onun dilindən başlayır. Odur ki, xalqların öz istiqlaliyyəti uğrunda apardığı mübarizələrdə dil məsələsi, milli dilə münasibət həmişə mərkəz mövqedə dayanmışdır. Bəzən bütöv bir istiqlaliyyət mübarizəsi yalnız ana dili üzərində cəmləşir (Məsələn, Cənubi Azərbaycanda olduğu kimi). Dil mirasdır - Nəsiminin, Füzulinin, Xətainin, Vaqifin mirasıdır... Mirasımız milli dilimizdir. Bəs, "Milli dil” dedikdə nə düşünülür? Əlbəttə, əksəriyyət bu anlayışı adətən yad, əcnəbi dillərin basqısına qarşı duran dil, yəni ana dili kimi qəbul edir. Sözsüz, bu, bir çox hallarda belədir ki, var.
Nitq mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir
Xalqın mədəni səviyyəsinin yüksək sürətlə inkişaf etdiyi hazırkı zamanda dildən məqsədəuyğun istifadə etmə qaydalarına bələd olmaq, yəni aydın, ahəngdar, səlis, yığcam, ifadəli, həm də məzmunlu nitqə malik olmaq - danışıb yaza bilmək demək olar ki, haqlı olaraq hər kəsi məşğul edir. bütün bunlar nitq mədəniyyəti problemlərinin aktuallığını sübut edən faktlardandır və onların öyrənilməsinə də bu zərurətdən yanaşmaq lazımdır.
Belə bir şəraitdə insanların, xüsusən də gənc nəslin nitq mədəniyyətinin yüksəldilməsi böyük önəm daşıyır və bu baxımdan yeni vəzifələr sırasına keçir. Məlumdur ki, şəxsiyyətin ümumi intellektual inkişafında nitq vərdişlərinə yiyələnmə xüsusi əhəmiyyət kəsb edir. Uzun illərin təcrübəsinə əsaslanaraq demək mümkündür ki, yüksək ixtisaslı mütəxəssislər hazırlanması üçün ali məktəblərin tədris prosesində nitq mədəniyyəti üzrə geniş yer verilməsi tələb olunur. Aydın, səlis, ifadəli, dəqiq və kamil bir nitqə nail olmaq yalnız əməli şəkildə qrammatik vərdişləri mənimsəməkdən ibarət deyildir. Nitq mədəniyyətinə malik olmağın əsas şərti dilin üslub normalarından düzgün istifadə etməyi bacarmaqdır. Bunun üçün başlanğıc olaraq ana dili elmi əsaslar üzərində daha səmərəli təlim edilməlidir. Çünki əslində nitq mədəniyyətinin də əsasını ədəbi dil normalarına yiyələnmək təşkil edir. Belə olan halda, aydın, ifadəli, səlis nitqə yiyələnməkdən ötrü ilk növbədə ədəbi dilin normalarını, bunu müəyyənləşdirmənin ölçü və şərtlərini bilmək, bir sözlə, dürüstlük - düzgünlük - dəqiqlik; asanlıq -sadəlik; vahidlik - eynilik; sabitlik - davamlılıq; ahəngdarlıq - səlislik və başlıcası, dil-üslub qaydalarını bilib əməl etmək də zəruridir. Nitq mədəniyyəti nitq prosesində dil vasitələrindən yerində, məqsədyönlü şəkildə istifadə etmək bacarığıdır. Bu məsələlər üslubiyyatın tədqiqat sahələrini təşkil edir.
Söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır
Fikir və duyğuları ifadə etmək üçün dil vardır. Ana dilimizin söz xəzinəsi, lüğət tərkibindəki sözlər adama nəyisə danışmaq, nəql etmək, söyləmək, əmr etmək, tələb etmək, suallar vermək üçün lazım olur. Lakin bu sözlər adama o zaman da lazım olur ki, insan fikirlərini oxuya-oxuya çatdırmaq istəyir. Onun dilində söz bu zaman yeni bir məna, gözəllik, məzmun alır. O sözlər bizə hər zaman məlum olsa belə, bizi saxlayır, ürəyimizi bir anda ələ alır, əsir edir.
Üslubiyyat və üslublar, habelə ədəbi dilin üslubları barədə əldə olunanlar nitq mədəniyyəti və ümumən dil və cəmiyyət problemi ilə əlaqədar olaraq da əhəmiyyətlidir. Qəbul etmək lazım gəlir ki, dil sadəcə, vahidlər sistemi deyil, həm də bununla bərabər, dilin də fəaliyyətdə olan törədicilik xidmətindən istifadə edənlərin qabiliyyət, bilik və bacarıq dərəcəsini, yaradıcılıq imkanlarını nümayiş etdirir. Bu sahə həm dilçilik, həm də ədəbiyyatşünaslıq baxımından maraqlıdır, həm də bunlar öz paylarını da nəzəri şəkildə dəqiq bölə bilməmişlər. Bu fənn filoloji bilik üçün də ən vacib sahələrdəndir. Dilçilik elmində bədii əsərin dili ilə yazıçı dili qarşılaşmışdır. Cəmiyyətə dilin təsiri ilə cəmiyyətin dilə təsiri məsələsi fonunda yeni bir sahə - nitq mədəniyyəti adlanan axtarış sahəsi üzə çıxır.
Bu dildən istifadə edən hər kəsin borcudur ki...
Son dövrdə Azərbaycan
dilinin inkişafında
yeni, özünəməxsus
bir mərhələnin
başlanması nəzərə
çarpır. Azərbaycan dili qeyd-şərtsiz rəsmi dövlət dili statusuna sahib olmuş bir dil olaraq, bütün
geniş imkanları ilə ictimai ünsiyyət vasitəsidir.
Əlbəttə, dövlət müstəqilliyimizin
başlıca rəmzlərindən
hesab edilən Azərbaycan dilinin yüksək səviyyədə
tətbiqi və inkişaf etdirilməsi ilə bağlı verilən prezident fərmanları bu qayğının parlaq təzahürüdür. Bu sahələrə qayğının,
diqqətin artırılması,
ana dilinin layiqincə öyrənilməsi,
elmi tədqiqi işinin daha da fəallaşdırılması
və eləcə də dilimizin cəmiyyətdə tətbiqi
dairəsinin genişləndirilməsi
imkanlarını daha da artırmışdır.
Azərbaycanımız öz dövlət
müstəqilliyinə qovuşduğu
ilk çağlardan başlayaraq,
dilimizin inkişafına,
onun tətbiq dairəsinin genişlənməsinə
xüsusi diqqət və qayğı göstərilməkdədir. Böyük öndərimiz Heydər Əliyevin imza atdığı fərmanlar
ana dilimizin öyrənilməsi, bu sahədə aparılan araşdırmaların fəallaşdırılmasını
və cəmiyyətdəki
istifadə imkanlarını
daha da artırmaqdadır.
"Dövlət dilinin
tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası
prezidentinin 18 iyul
2001-ci il fərmanı;
"Azərbaycan əlifbası
və Azərbaycan dili gününün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 9
avqust 2001-ci il fərmanı; "Azərbaycan
Respublikasının Dövlət
dili haqqında” 30 sentyabr 2002-ci il Qanunu; Azərbaycan Respublikasının
Dövlət dili haqqında Qanunun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası prezidentinin
2 yanvar 2003-cü il fərmanı və s. tədbirlər dövlətin
daimi qayğısını
əks etdirir. "Azərbaycan Respublikasının
Dövlət dili haqqında” 30 sentyabr
2002-ci il Qanun maddələrindən
də aydın olur ki, müstəqilliyin
başlıca əlaməti
ana dilinin dövlət dili statusuna nail olmasıdır.
Dövlət dilinin qorunması
və işləkliyinin
təmin edilməsi – bu, müstəqil dövlət quruculuğumuzun
ən bariz şərtidir.
· Azərbaycan Konstitusiyasının
21 maddəsi il
dövlət dilimizin Azərbaycan dili olması təsbit olunmuşdur.
· Hər bir vətəndaş
ana dilini bilməlidir.
· Rəsmi dövlət mərasimləri ana dilində aparılmalıdır.
· Azərbaycan təhsilində
işlənməsi; təhsil
ana dilində aparılmalıdır.
· Radio-televiziya kanalları ana dilində işlənməlidir.
· Dövlət dilinin bütün xidmət sahələrində reklam
və elanlar, mallar üzərində etiketlərə qədər
işlənməsi.
· Vətəndaşların adı,
soyadı, coğrafi adlar-yaşayış məntəqələrinin
adları dövlət
dilində yazılır.
. Qorunması; Dilçilik elminin nəzəri və praktik yöndən inkişafına şərait
yaradılır.
· Sonrakı illərdə müvafiq olaraq dövlət tədbirləri
bu fərmanın gücləndirilməsinə kömək
edib;
Monitorinqlər keçirilir.
Dilimizin
durmadan daim inkişaf etdirilməsi üçün geniş imkanlar yarandığı
hazırkı şəraitdə
bu dildən istifadə edən hər bir kəsin,
bütövlükdə cəmiyyətin
borcudur ki, onun qaydalarına, normalarına riayət etmək, təmizliyini, saflığını, gözəlliyini
qorumaq, korlanmasına,
pozuntulara düçar
olmasına yol verməməkdir.
Bir çox terminlərin
Azərbaycancası vardır, lakin onlar aktiv surətdə
işlənmirlər: Məsələn,
seqmantasiya - üzvlənmə,
seqmentləşdirmə - müəyyənləşmə,
diskurs - nitqin xarakteristikası.
Bu hallar fikir
və müddəalar
arasında əlaqələndirməni
zəiflədir. Son illərin təcrübəsi
göstərir ki, orfoqrafik və orfoqrafik xətaların tez-tez özünü göstərməsinə gətirib
çıxarır.
Məhz
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə
və ölkədə
dilçiliyin inkişafına
dair Dövlət Proqramı haqqında”
2012-ci il mayın 23-də
imzaladığı sərəncam
da dövlətçiliyimizin
başlıca rəmzlərindən
olan ana dilimizin istifadəsinə
və tədqiqinə
dövlət qayğısının
artırılmasını, ölkəmizdə dilçilik
elmi sahəsində vəziyyətin əsaslı
şəkildə yaxşılaşdırılmasını
təmin etmək baxımından son dərəcədə
mühüm bir sənəddir. Sərəncamda
oxuyuruq: "Ölkəmizin
zaman-zaman müxtəlif
imperiyalar tərkibində
yaşamağa məcbur
olmasına baxmayaraq, ana dilimiz bu
ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin
layiqincə yaşamasını
və inkişafını
təmin etmişdir. Bu gün onun
qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın
hər bir vətəndaşının borcudur.”
Ana dilinin insanın yetişməsi və inkişafındakı mövqeyi, habelə, ailədə ana dilinin uşağın yetişməsindəki rolunu, obrazlı olaraq onların hər birinin bir kökün üstündə rişə atan budaqlar kimi bağlı olduğunu qəbul etmək gərəkdir.
Dilimizin qorunub mühafizə edilməsində ali məktəblərin, xüsusilə bu dili yetişməkdə olan nəslə bilavasitə aşılamalı olan pedaqoji yönlü qurumların üzərinə böyük vəzifələr düşür.
Şərəf
İsmayılova
Kaspi.-2016.-28 dekabr.-S.10.